Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə33/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   29   30   31   32   33   34   35   36   ...   189

becərən və xəzinə tərəfindən feodal istismarına məruz qalan kəndlilər dövlət və ya 

xəzinə kəndliləri adlandırmağa başladılar. 

Hələ  Şimali  Azərbaycanın  istilası  gedişində  əvvəllər  əmlakları  müsadirə 

edilmiş  xanların  feodal  asılılığında  olmuş  kəndlilərin  böyük  bir  hissəsi  çar 

xcəzinəsinin  sərəncamına  keçmişdi.  Türkiyəpərəst  və  iranpərəst  meyilli  bəylərin 

əlindəki torpaqları və bu torpaqlardan istifadə edən kəndlilərin bir hissəsi də dövlət 

kəndliləri  sırasında  daxil  edilmişdi.  Azərbaycanın  bütün  əyalətlərdən  dövlət 

kəndlilərinin  sayı  sahibkar  kəndlilərinin  sayına  nisbətən  xeyli  çox  da  xüsusi 

sahibkar torpaqları, müvafiq olaraq həm də xüsusi sahibkar kəndliləri çoxluq təşkil 

edirdi. 


XIX  yüzilliyin  40-cı  illərinin  ortalarına  yaxın  Xəzər  vilayətinin  6 

qəzasında  –  Şirvan,  Qrabağ,  Şəki,  Lənkəran,  Bakı  və  Quba  qəzalarında  585794 

nəfərlik  kənd  əhalisinin  394548  nəfərini  bu  vilayətin  68,6%-ni  dövlət  kəndliləri 

təşkil edirdi. Dövlət kəndliləri bu vilayətin 63211 kəndli həyətini əhatə edən 1441 

kəndində yaşayırdı. Dövlət kəndliləri inzibati cəhətdən Dövlət Əmlakı Nazirliyinə 

tabe idilər [64]. 

Dövlət  kəndliləri  rəiyyət  və  rəncbərlərdən  ibarət  idi.  Rəiyyətlər  xəzinə 

kəndlilərinin əksər kütləsini təşkil edirdilər. Dövlət rəiyyətləri icmalar (camaatlar) 

halında yaşayır, bir qayda olaraq, dövlətə məxsus pay torpağı sahələrindən istifadə 

edir  və  özlərini  istehsal  vasitələrinə  (iş  heyvanlarına,  kənd  təsərrüfatı  alətlərinə) 

malik idilər. Onlar torpaqla kifayət qədər təmin edilməmişdilər. Dövlət rəiyyətləri 

çox  vaxt  aztorpaqlılıqdan  əziyyət  çəkir,  bu  da  xüsusən  əkin  torpaqlarına 

münasibətdə  hiss  olunurdu.  Dövlər  kəndlilərinin  əkin  torpaqlarının  çatışmazlığı, 

demək olar ki, bütün əyalətlərdə müşahidə edilirdi. Dövlət əmlakı palatasının rəsmi 

məmulatlarına  görə,  hər  bir  dövlət  rəiyyətinə  düşən  orta  pay  torpağının  sahəsi 

təxminən 3-3,5 desyatinə bərabər idi. Halbuki hökumət orqanlarının öz hesablarına 

görə, təsərrüfatla məşğul olmaq üçün hər kəndliyə ən azı 5 desyatin torpaq sahəsi 

lazım idi. 

Dövlət  rəiyyətləri  xəzinəyə  çoxlu  vergi  ödəyir  və  mükəlləfiyyətlər 

deaşıyırdılar. Bu vergilər içərisində ən geniş yayılanı natura ilə ödənilən vergi idi. 

Vergi sistemi bir qədər qaydaya salınmışdı: saysız-hesabsız xırda vergilər bir və ya 

iki  vergidə  birləşdirilmiş,  yəni  hər  il  müəyyən  məbləğdə  alınan  birbaşa  vergilərə 

çevrilmişdi.  Bu,  xan  üsuli-idarəsi  dövründə  vergi  sistemində  mövcud  olmuş 

özbaşınalığı müəyyən dərəcədə məhdudlaşdırırdı. 

Dövlət  rəiyyətlərinin  mükəlləfiyyətlərini  nizamlamaq  üçün  çar 

hökumətinin  göstərdiyi  cəhd  Azərbaycan  dövlət  kəndində  bu  dövrdə  baş  verən 

sosial dəyişikliklər prosesində mühüm rol oynadı. 

Əyalətlərin əksəriyyətində dövlət kəndlilərinin ödədikləri vergilər kəndlər 

və  ya  kəndli  həyətləri  üzrə  deyil,  sahələr  (nahiyələr)  üzrə  müəyyənləşdirildi. 

Vergilərin  sonrakı  bölgüsü  yerli  inzibati  orqanların  ixtiyarında  idi.  Vergilərin 




toplanmasında,  bir  qayda  olaraq  nə  kəndlilərin  torpağının  sahəsi,  nə  onların  iş 

heyvanının miqdarı, nə də ailələrdəki işçi qüvvəsinin sayı nəzərə alınırdı. 

Vergi  sistemində  bəzi  mühüm  dəyişikliklər  hələ  1819-cu  ildə  Şəki 

əyalətində həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu. 

―Malcəhə‖ və ―darğalıq‖ da pul vergilərinə çevrilmişdi. Əgər XIX yüzilliyin 20-ci 

illərində Şəki əyalətində ərzaqla toplanılan vergi çoxluq təşkil edirdisə, 40-cı illər 

ərəfəsində natural və pul formalarının nisbəti, demək olar ki, eyni idi. 

XIX  yüzilliyin  30-cu  illərinin  əvvəllərində  maliyə  nazirliyinin  tapşırığı 

üzrə  Zaqafqaziyada  vergi  sistemi  yoxlanıldı.  Bu  yoxlama  ayrı-ayrı  əyalətlərdə 

dövlət  kəndlilərinin  vergi  və  mükəlləfiyyətlərinin  növləri  və  məbləği  arasında 

fərqin xeyli olduğunu aşkara çıxartdı. 

Vergilərin  bölünməsi  sistemi  və  onların  yığılması  üsulu  da  bir-birindən 

xeyli fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergilər hər kənd, Qarabağ əyalətində 

hərbir kəndli  həyəti, Lənkəran əyalətində isə  mahallar üzrə təyin olunurdu. Bütün 

bunlar  yerli  hakimiyyət  orqanlarının  özbaşınalıqları  üçün  geniş  imkanlar  açırdı. 

Buna  baxmayaraq  30-cu  illərdə  çar  hökuməti  əvvəlki  vergi  sisteminə  bəzi 

dəyişikliklər  və  əlavələr  etməklə  kifayətləndi.  Bununla  yanaşı,  hökumət  vergi  və 

mükəlləfiyyətlərin ümumi həcmini artırmağa, natural vergiləri pul vergiləri ilə əvəz 

etməyə  can  atırdı.  Özü  də  həyata  keçirilən  dəyişikliklər  bütün  əyalətlər  üçün 

bərabər deyildi. 

30-cu  illərdə  keçirilmiş  dəyişikliklər  nəticəsində  Qarabağ  və  Talış 

əyalətlərində  pul  rentasının  xüsusi  çəkisi  xeyli  artdı.  Lakin  burada  dövlət 

rəiyyətlərinin  natural  mükəlləfiyyətlərinin  də  böyük  həcmi  qalmaqda  idi.  Quba 

əyalətində yerli hakimiyyət orqanları əvvəllər mövcud olmuş pul vergisini və taxıl 

natural  vergisini,  demək  olar  ki,  dəyişdirmədən  qoruyub  saxlamışdılar.  Burada 

ərzaq  vergisinin  xüsusi  çəkisi  pul  vergisini  xeyli  üstələyirdi  .  30-cu  illərdə  Bakı 

əyaləti dövlət kəndlilərinin də vergiləri xeyli artmışdı. 

Dövlət  rəiyyətləri  xəzinənin  xeyrinə  poçt  stansiyaları  və  keşikçi 

məntəqələrinin  saxlanılması,  araba  və  yanacaq  verilməsi,  tikinti  materiallarının 

daşınması,  xəzinə  tikintiləri  və  yol  çəkilməsi  üçün  işçi  verilməsi  kimi 

mükəlləfiyyətləri də yerinə yetirməli idilər. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycanda  köhnə  vergi  sisteminin 

əsasən  saxlanılması  şəraitində  həm  toplanan  vergi  və  mükəlləfiyyətlərin  ümumi 

həcminin,  həm  də  xüsusən  pulla  toplanan  verginin  xüsusi  çəkisinin  xeyli  artması 

baş vermişdi. Sonuncu vəziyyət əmtəə-pul münasibətlərinin inkişafı üçün əlverişli 

şərait yaratsa da, obyektiv surətdə mütərəqqi əhəmiyyətə malik olsa da, vergilərin 

pulla ödənilməsinə keçid kəndli təsərrüfatları üçün çox ağır idi. Bir sıra qəzalarda, 

xüsusən  də  şəhərlər  və  yollardan  uzaq  yerlərdə  yerlərdə  dövlət  rəiyyətlərinin 

təsərrüfatlarının  bazarlarla  əlaqəsi  çox  zəif  idi  və  pul  vergilərinin  toplanması  çox 

vaxt bu təsərrüfatların müflisləşməsinə gətirib çıxarırdı. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə