Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə35/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

Bu iri mükəlləfiyyətlərdən başqa, sayı haqq-hesaba çətin gələn xeyli digər 

natural vergilər də mövcud idi. Xırda natural mükəlləfiyyətlər məzlum, zəif kəndli 

təsərrüfatları  üçün  ağır  yük  idi.  Onların  ödənilməsi  zamanı  feodal  tez-tez  adətləri 

öz xeyrinə pozurdu. 

Natura  ilə  toplanan  vergilərin  ödənilməsi  zamanı  törədilən  özbaşınalıqlar 

nəticəsində  onların  ağırlığı  kəskin  surətdə  artırdı.  Belə  özbaşınalıqlar  malcəhətin 

toplanması  zamanı  xüsusilə  tez-tez  baş  verirdi.  Demək  lazımdır  ki,  vergilərin 

toplanmasında  vahid  qayda  yox  idi,  hər  bir  əyalət  üçün  hər  feodalın  özünün 

kəndliləri istismar etmək sistemi mövcud idi. 

Rəiyyətlərin  pul  mükəlləfiyyətləri  də  (cütbaşı,  bağbaşı,  toy  pulu  və 

bayramlıq) rəngarəng idi. Cütbaşı – cütə qoşulan öküzlər üçün alınırdı; bağbaşı  – 

meyvə, üzüm və tut bağları üçün yığılan vergi idi; toy pulu hər toya görə müxtəlif 

məbləğlərdə alınırdı (məsələn, Şirvan  əyalətində hər toydan gümüş pulla 3  man.), 

bayramlıq – novruz və qurban bayramları günü yığılırdı [69]. 

XIX  yüzilliyin  40-cı  illərinin  əvvəllərində  hər  sahibkar  rəiyyətinin 

sahibkarın  xeyrinə  ödədiyi  vergi  mükəlləfiyyətləri  pul  hesabı  ilə  ildə  Qarabağ 

qəzasında  25  manata,  Nuxa  qəzasında  5  man.  31  qəpiyə  çatırdı.  Hər  yerdə 

görünməmiş  dərəcədə  geniş  yayılmış  özbaşınalıqlar  mükəlləfiyyətlərin  ağırlığını 

daha  da  artırırdı.  1818-ci  ildə  general  Yermolov  bu  barədə  yazırdı:  ―...tatar 

(Azərbaycan – Red.) distansiyalarında Borçalı, Qazax və Şəmşəddil ağaları çoxdan 

bəri  qara  camaat  üzərində  özlərinə  o  dərəcədə  hakimiyyət  götürüblər  ki,  bu 

sonuncu (qara camaat – Red.) ...tamamilə qula çevrilmişdir. Elə bir mükəlləfiyyət, 

elə bir mükəlləfiyyət yox idi ki, ağa onu özbaşına mənimsəməyə bilməsin‖. 

Təhkimçi  çar  mütləqiyyəti  sahibkar  rəiyyətlərini  əvvəlki  kimi  öz 

feodallarından  şəxsi  asılılıq  vəziyyətində  saxlayırdı.  Lakin  buna  baxmayaraq, 

Azərbaycanda  sahibkar  rəiyyətləri  hüquqi  cəhətdən  Rusiya  və  Gürcüstanın 

təhkimli kəndlərindən xeyli fərqlənirdilər.Hər şeydən əvvəl Azərbaycanda sahibkar 

rəiyyətləri  alğı-satqı,  onları  torpaq  sahibkarlığının  tam  ixtiyarına  verən  əşya 

hüququnun 

obyekti 


deyildilər; 

rəiyyətlər 

feodalın 

torpağına 

təhkim 

olunmamışdılar.  Onlar  heç  olmasa,  hüquqi  cəhətdən  də  olsa,  öz  yaşayış  yerlərini 



tərk  edə  və  digər  feodalın  torpağına  keçə  bilərdilər.  Lakin  əslində  sahibkar 

rəiyyətinin bir sahibkarın yanından digərinin torpağına keçməsi çox az hallarda baş 

verirdi.  Bu  da  rəiyyətlər  tərəfindən  feodalların  xeyrinə  mükəlləfiyyətlərin  yerinə 

yetirilməsi  ilə  əlaqədar  idi.  Ona  görə  də  sahibkarlar  öz  yanlarından  getmiş 

rəiyyətləri  geri  qaytarmağa  cəhd  göstərəndə  bu  onunla  şərtlənirdi  ki,  rəiyyətlər 

sahibkarların  xeyrinə  müəyyən  mükəlləfiyyətləri  yerinə  yetirməyə  borclu  idilər. 

Rəiyyətlərin  belə  asılı  vəziyyəti  onunla  əlaqədar  idi  ki,  onlar  torpağa  yox,  feodal 

mükəlləfiyyətləri yerinə  yetirməyə borclu idilər. Hüquqi cəhətdən yerli feodallara 

kəndlilər üzərində  məhkəmə - polis hakimiyyəti verilməmişdi, lakin bəylər faktiki 

olaraq  belə  hakimiyyətdən  istifadə  edirdilər.  Çar  hakimiyyət  orqanları  həmişə 

bəylərin  tərəfində  duraraq,  kəndlilərin  əsarət  altında  saxlanmasında  və  istismar 



olunmasında  onlara  kömək  edirdi.  Torpaq  sahibləri  öz  kəndlərində  qayda-qanuna 

əməl olunmasına nəzarət edir və kəndlilərin bir-birinə olan iddialarını (o cümlədən, 

əmlak  iddialarını),  habelə  az  əhəmiyyətli  cinayətləri  yerli  adət-ənənələr  əsasında 

həll edirdilər. 

Polis və  məhkəmə  hakimiyyətinin  feodallar tərəfindən həyata keçirilməsi 

onlara  kəndlilər  üzərində  çox  böyük  hakimiyyət  verirdi.  Bu,  torpaq  sahibləri 

tərəfindən  hər  cür  sui-istifadəyə  və  azğınlıqlara  əlverişli  zəmin  yaradırdı.  1842-ci 

ildə  Lənkəran  qəzasının  Qızılağac  kəndinin  sakinləri  öz  sahibkarları  mayor  Şirəli 

bəydən  şikayət  ərizəsi  vermişdilər.  17  bənddən  ibarət  olan  bu  ərazidə  feodalın 

törətdiyi azğınlıq və zoraçılıq əks olunmuşdu. 

Sahibkar  kəndlilərinin  tərkibində  rəncbərlər  var  idi.  Sahibkar  rəncbərləri, 

bir  qayda  olaraq,  pay  torpaqlarına  və  istehsal  vasitələrinə  malik  deyildilər.  Onlar 

işləyib  ödəmə  mükəlləfiyyətlərini  yerinə  yetirir,  ona  görə  də  rəiyyətlərə  nisbətən 

daha  amansız  istismara  məruz  qalırdılar.  Eyni  zamanda  rəncbərlər  icmanın 

tərkibinə  daxil  deyildilər.  Rəiyyətlərdən  fərqli  olaraq,  rəncbərlərin  feodallardan 

asılılığı icma vasitəsilə elliklə zəmanətə bağlılıqla deyil, sahibkarlardan daha güclü 

şəxsi tabeçiliklə əlaqədar idi [70]. 

İstilanın ilk dövründə digər feodal institutları kimi, rəncbərlər institutu sa 

nəinki  ləğv  olundu,  hətta  bir  qədər  genişləndi.  Xüsusi  sahibkar  rəncbərləri 

sıralarının  genişlənməsinin  başlıca  mənbəyi  xan  bəxşişləri  idi.  Xanın  əmri  ilə 

istənilən  rəiyyət  rəncbərə  çevrilə  bilərdi.  Rəncbərlərin  sıraları  həmçinin  digər 

xanlıqlardan  olan  qaçqınların  və  feodal  ara  müharibələrində  alınmış  əsirlərin 

hesabına genişlənirdi. İstiladan sonra var-yoxdan çıxarıcı feodal ara müharibələrinə 

son  qoyuldu.  Bunun  nəticəsində  də  rəncbər  sıralarının  genişlənməsinin  əsirləri 

mənbəyi  aradan  qalxdı.  Lakin  rəncbərlik  sıralarının  rəiyyətlər  hesabına 

genişlənməsi davam edirdi. Çar hakimiyyət orqanları Quba qəzasında rəiyyətlərin 

rəncbər kimi paylanmasını geniş tətbiq edirdi. 1824-cü ilə aid olan məmulatlardan 

görünür  ki,  xüsusi  şəxslər  1353  rəncbərə  malik  idilər.  Onların  böyük  əksəriyyəti 

çar hakimiyyət orqanları – müxtəlif komendantlar, hərbi-dairə rəislərivə Qafqazın 

baş komandanları tərəfindən  paylanılmışdı.  1353 rəncbərlərdən yalnız  337 nəfəri, 

yəni 25%-dən bir qədər azı vaxtilə xanlar tərəfindən paylanılmışdı. Qalanlarını isə 

çar  müstəmləkəçiləri  rəncbərə  çevirmişdilər.  Yerli  feodallara  münasibətdə 

hakimiyyət  orqanlarının  belə  ―səxavəti‖  çarizmin  yerli  feodalların  şəxsində 

mütləqiyyətə  sosial  dayaq  yaradılmasına  yönəldilmiş  sosial  siyasətin  ayrılmaz 

tərkib hissəsi idi [71]. 

Feodalların özlərinə də ixtiyarlarında olan kəndlərdən rəncbər tələb etmək 

hüququ verilmişdi. Bunlar rəncbərlərin sıralarının doldurulmasının ―qanuni yolları 

idi‖. Lakin bəzən feodallar rəiyyəti zorla torpaq sahələrindən məhrum edir, onların 

özlərini  isə  rəncbərlərə  çevirirdilər.  Rəncbər  sıralarının  genişləndirilməsinin  daha 

bir yolu mövcud idi: feodallar paydar kəndliləri də zorla rəncbərlərə çevirirdilər. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə