Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə4/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   189

Bu  dövrdə  mətbuat  (V.Məmmədov),  Azərbaycan  burjuaziyasının 

xeyriyyəçiliyi  (M.Ə.İsmayılov),  Azərbaycan  tarixşünaslığı  (Ə.S.Sumbatzadə) 

məsələlərinə dair də əsərlər nəşr olunmuşdur. 

Cilddə,  müəyyən  fəsillərdə  dövrünə  görə,  Cənubi  Azərbaycan  tarixinin 

sosial-iqtisadi, siyasi və mədəniyyət problemləri haqqında məlumatlar verilir. 

Cildin mətni aşağıdakı müəlliflər tərəfindən yazılmışdır: 

Giriş: M.Ə.İsmayılov. 

I fəsil: Azərb. EA müxbir üzvü M.Ə.İsmayılov, 

II  fəsil:  Akad  Ə.S.Sumbatzadə,  M.Ə.İsmayılov,  tarixm  elmləri  doktoru 

Ə.A.Umayev,  t.e.d.,  prof.  T.T.Vəliyev,  t.e.d.,  prof.  İ.M.Həsənov,  iqtisad  elmlər 

doktoru M.Ə.Musayev, t.e.d M.İbrahimov, t.e.d. P.Ş.Milman, t.e.n. İ.A.Talıbzadə. 

III fəsil: hüquq elmləri doktoru Ə.M.Əhmədov, t.e.n. N.A.Tahirzadə, t.e.n. 

N.Məmmədov. 

IV fəsil: M.Ə.İsmayılov, P.Ş.Milman. 

V  fəsil:  Ə.S.Sumbatzadə,  M.Ə.İsmayılov,  T.T.Vəliyev,  M.C.İbrahimov, 

Ə.A.Umayev, İ.V.Striqunov, M.Ə.Musayev, t.e.n. R.Bağırov. 

IV fəsil: M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, İ.A.Talıbzadə. 

VII 


fəsil: 

M.Ə.İsmayılov,  M.C.İbrahimov,  İ.V.Striqunov,  t.e.d. 

D.B.Seyidzadə. 

VIII fəsil: İ.V.Striqunov. 

IX  fəsil:  Azərb.  EA  həqiqi  üzvü  Ə.Salamzadə,  N.Tahirzadə,  t.e.n. 

L.Əliyeva, t.e.n. H.N.Həsənov, 

 

*** 


Tarix  İnstitutu  hələ  70-ci  illərin  əvvəllərindən  çoxcildli  ―Azərbaycan 

tarixi‖ni  hazırlamağa  başlamışdı  və  bir  neçə  cildlərin  mətnləri  hətta  müzakirədən 

keçmişdi. Lakin çoxcildlik üzrə görülən işlər tamamlanmamışdı. 

Təqdim  olunmuş  cildin  siyahıda  göstərilmiş  müəlliflərinin  bir  çoxu  artıq 

dünyasını dəyişmiş (Ə.S.Sumbatzadə, İ.M.Həsənov, M.Ə.Musayev, İ.A.Talıbzadə, 

İ.V.Striqunov,  Ə.Salamzadə,  L.Əliyeva),  yaxud  da  İnstitutun  elmi  fəaliyyətində 

iştirak  etmirlər.  Təqdim  olunmuş  mətnlər  müasir  dövrün  tələbləri  əsasında 

redaksiya  və  müəlliflər  heyəti  tərəfindən  işlənmişdir.  İnstitutun  IV  cildin  məsul 

redaktoru  Azərb.  EA  müxbir  üzvü  M.Ə.İsmayılovun  başçılıq  etdiyi  yeni  tarix 

şöbəsinin  işçiləri  bu  mətnlər  üzərində  əsaslı  surətdə  işləməli  olmuşlar.  Onlardan 

tarix  elmləri  doktorları  mərhum  D.S.Hüseynovanı,  D.B.Seyidzadəni,  tarix  elmləri 

namizədləri  H.N.Həsənov,  S.M.Mustafeyava,  N.R.Məmmədov,  Z.A.Qafarova, 

İ.S.Bağırova, K.R.Ocaqova, E.S.Əliyev, G.N.İsmayılovanı göstərmək olar. Əslində 

onlar  həm  müəllif  kimi  cildə  yeni  elmi  əlavələr,  həm  də  son  illərdə  araşdırmalar 

nəticəsində  əldə  edilmiş  məlumatlar  daxil  etmişlər.  Onların  əməkləri 

minnətdarlıqla qeyd olunur. 

 



I FƏSĠL 

 

 



ġĠMALĠ AZƏRBAYCANIN 

RUSĠYA TƏRƏFĠNDƏN ĠSTĠLASI 

 

§ 1. AZƏRBAYCANIN ĠSTĠLASININ BAġLANMASI 

 

XVIII-XIX  əsrin  hüdudlarında  Azərbaycanın  daxili  və  beynəlxalq 



vəziyyəti  çox  mürəkkəb  idi.  Azərbaycan  ərazisi  xırda  feodal  dövlətlərə 

parçalanmışdı.  Qonşu  xalqların  ərazilərini  ələ  keçirmək  uğrunda  xanlar  arasında 

ardı-arası  kəsilməyən  ara  müharibələri,  feodallarla  ölkə  ərazisinin  böyük 

əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi 

tənəzzül  Azərbaycanın  daxili  vəziyyəti  üçün  səciyəvi  hal  idi.  Rusiyanın  Cənubi 

Qafqaz  barəsindəki  işğalçı  niyyətləri,  İran  işğalçılarının  viraneidici    türüşləri 

vəziyyəti daha da gərginləşdirirdi. 

Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri 

Cənubi  Qafqazın  istilasından  ibarət  idi.  Çarizm  Cənubi  Qafqazı  əlavə  gəlir 

mənbəyinə  çevirməyə,  Xəzər  dənizi  hövzəsi  üzərində  Rusiya  ağalığına  nail 

olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii 

sərvətləri,  xüsusən  də  faydalı  qazıntı  yataqları  artıq  rus  elminə  məlum  idi  və 

təsadüfi  deyildir  ki,  II  Yekaterina  hökuməti  bu  ölkənin  sərvətlərinin 

mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün, 

yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi. 

Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti xüssusilə  böyük idi. Bu 

diyarın  işğalı  ənənəvi  rus-türk  rəqabətində  qüvvələr  nisbətini  Rusiyanın  xeyrinə 

həll  edə  bilərdi.  Rusiya  Mərkəzi  Qafqazı  hələ  fəth  edə  bilməmişdi.  Cənubi 

Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan 

ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o 

cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı. 

Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-

hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. 

Cənubi  Qafqazdakı  mürəkkəb  vəziyyət  Rusiyanın  işğalçı  planlarının  bu 

diyarda  həyata  keçirilməsini  obyektiv  olaraq  asanlaşdırırdı.  Feodal  ara 

müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı. 

Zəruri  ilkin  sosial-iqtisadi  şərtlərin,  yetkin  siyasi  qüvvələrin  olmaması  üzündən 

ayrı-ayrı  xanların  Azərbaycanı  öz  başçılıqları  altında  birləşdirmək  cəhdləri 

müvəffəqiyyətsizliyə uğrayırdı. 

Qərbi  Avropa  dövlətlərinin  də,  xüsusən  İngiltərə  və  Fransanın  Cənubi 

Qafqaz  barədə  işğalçı  planları  var  idi.    Onlar  Rusiyanın  bu  ərazidə  zəifləməyən 

hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar. 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə