Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə41/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   37   38   39   40   41   42   43   44   ...   189

metodları  ilə  bağlı  olduğunundan  kəndlilərin  çıxışları  eyni  zamanda  antifeodal 

xarakter  daşıyırdı.  Bununla  birlikdə  yerli  feodalı  sinfinin  müəyyən  hissəsinin 

iştirak  etməsinə  baxmayaraq,  o,  obyektiv  olaraq  sonunculara  qarşı  da 

yönəldilmişdi, çünki feodalların digər hissəsi artıq çoxdan öz mənafeyi xatirinə çar 

müstəmləkə idarəçiliyi ilə bağlanmışdılar. 

Üsyan  çar  hakimiyyət  orqanlarını  qəflətən  yaxaladı.  Həmin  dövrdə  rus 

ordusunun  əsas  qüvvələri  çarizmə,  müstəmləkəçilik  əleyhinə  mübarizəyə  qalxmış 

Dağıstan  dağlılarına  qarşı  yönəldilmişdi.  Talışda  rus  qoşunlarının  qüvvələri 

məhdudu  idi.  Burada  ancaq  daima  Lənkəranda  yerləşən  piyada  batalyonu  var  idi. 

Hökumətin  üsyanşılara  ciddi müqavimət  göstərə  bilmədiyi bir şəraitdə  yerli  əhali 

tərəfindən  göstərilən  kömək  ilk  dövrlərdə  Mir  Həsən  xanın  müvəffəqiyyət 

qazanmasını təmin etdi. 

1831-ci  il  martın  10-da  üsyançılar  Lənkərana  yaxınlaşdılar  və  şəhəri 

qurudan  qismən  mühasirəyə  aldılar.  Əyalət  komendantı  Korniyenko  etiraf  edirdi 

ki, Mir Həsən xanın əlaqəsini tamamilə kəsmişdilər. Martın 10-da üsyançılar daha 

bir  qələbə  gözləyirdi:  üsyançılara  qarşı  mübarizə  məqsədilə  yerli  əhalidən  təşkil 

edilib Ərçivan kəndində yerləşdirilmiş süvari dəstə bütün heyəti ilə onların tərəfinə 

keçdi və qiyamçı xanın oğlu Abdulla bəyə qoşuldu. 

Talışda  üsyan  başlanması  xəbərini  alan  Paskeviç  əks  zərbə  vurmağa 

hazırlaşmağa  başladı.  Aprelin  əvvəlləri üçün  Salyan  və  Zərdaba  nizami və  qeyri-

nizami  qoşun  dəstələri  gətirmək  nəzərdə  tutulurdu.  Martın  20-də  çar  dəstəsi 

Abdulla  bəyin,  əhalisi  üsyançılara  qoşulmaqdan  imtina  etmiş  Sebidac  mahalına 

soxulmasının qarşısını almaq məqsədilə Lənkərandan çıxaraq ona hücum etdi. Qısa 

müddət  davam  edən  döyüşdə  üsyançılar  pərən-pərən  salındı.  Lənkəran 

qarnizonunun böyük hissəsinin şəhəri tərk etməsindən istifadə edən Mir Həsən xan 

martın  27-də  Lənkərana  lap  yaxınlaşdı  və  gecə  şəhərin  ucqar  hissəsinə  daxil  ola 

bildi.  Lakin  artıq  martın  30-da  hökumət  dəstələri  Lənkərana  köməyə  çatdılar  və 

üsyançılar yaxınlığdakı meşəyə çəkildilər. Martın 31-də ümumi sayı 500 adamdan 

ibarət  olub,  2  topa  malik  olan  nizami  qolşun  dəstələri  üsyançılara  hücum  edərək 

onları pərən-pərən saldı, xanın Lənkəranı mühasirəyə almaq cəhdi pozuldu. 

Üsyançıların böyük hissəsi, xan başda olmaqla, şəhərdən 15 verst aralıqda 

yerləşən  Sələş  kəndində,  Abdulla  bəyin  başçılıq  etdiyi  digər  hissəsi  Bədalan 

kəndində  yerləşmişdi.  Aprelin  6-da  çar  qoşunu  üsyançılara  hücum  edərək,  onları 

Sələşdən  çıxartdı.  Səhərisi  gün  üsyançılar  kəndi  yenidən  ələ  keçirməyə  cəhd 

göstərdilər,  lakin  toplardan  və  piyada  qoşunun  tüfənglərindən  açılan  atəş 

nəticəsində  onlar  geri  çəkildilər.  Bu  məğlubiyyət  Talış  üsyanında  dönüş  nöqtəsi 

oldu.  Məğlubiyyət  kəndliləri  ruhdan  saldı  və  onlar  kütləvi  şəkildə  üsyandan 

aralanmağa  başladılar.  Hərəkatın  sosial  tərkibinin  müxtəlifliyi  də  ona  mənfi  təsir 

göstərməyə başladı. 

Aprelin  14-də  üsyanı  yatırtmaq  üçün  gətirilmiş  qoşun  Salyanda  toplandı. 

Bu  zaman  artıq  Ərçivan  və  qismən  də  Lənkəran  mahallarının  sakinləri  üsyandan 



aralandılar  və  bir  sıra  kəndlərin  kəndxudaları  tabe  olduqlarını  bildirmək  üçün 

buraya  gəldilər.  Aprelin  22-də  bu  qoşun  Lənkərandan  xanın  əsas  dayaq 

məntəqələrindən Lənkəran mahalının Əmburan kəndinə doğru hərəkət etdi. 

Qoşunun hərəkət etdiyi yol boyunda olan kəndlərin çoxunda əhali yox idi. 

Onalr  üsyançıların  tərəfində  duran  sakinlərin  cəzalandıracaqlarından  qorxaraq 

meşələrə  qaçmışdılar.  Bu,  çar  generalı  Talış  əyalətinin  əhalisinə  bəyənnamə  ilə 

müraciət  etməyə  məcbur  etdi.  General  onları  üsyançıların  sırasını  tərk  etməyə  və 

―öz  işlərinə  qayıtmağa‖  çağırırdı.  O,  söz  verirdi  ki,  itaət  edənlərin  hamısı 

―tamamilə  bağışlanacaqlar‖.  Mübarizəni  davam  etdirənləri  o,  divan  tutmaqla 

hədələyirdilər [96]. 

Aprelin  20-dən  sonra  Mir  Həsən  xanın  dəstəsində  cəmi  300  adam 

qalmışdı. Toplarla silahlanmış hökumət qoşunlarının sayca çox olması (üsyançılara 

qarşı  ümumi  sayı  5  mindən  çox  olan  qoşun  göndərilmişdi)  üsyançıları  ciddi 

müqavimət göstərmək imkanından məhrum edirdi. 

Aprelin  23-də  çar  qoşunu  Əmburana  daxil  oldu.  Feodallar  da  xandan 

ayrılmağa  başladılar.  Ona  kömək  edən  alar  və  Drıq  mahallarının  naibləri 

hökumətlə gizli danışıqlara girərək çarizmin tərəfinə keçdilər. Aprelin 29-da qoşun 

Əmburandan  xanın  sonuncu  dayaq  məntəqəsi  olan  Drıq  mahalına  hərəkət  etdi. 

Qoşun heç bir müqavimətə rast gəlmədi. 

Drıq  mahalının  meşələrində  gizlənən  xanın  kiçik  dəstəsinə  həmin  vaxt 

tüğyan  edən  vəba  xəstəliyi  böyük  zərbə  vurdu.  Basovun  kazak  dəstəsi  tərəfindən 

təqib  edilən  Mir  Həsən  xan  mayın  əvvəlində  Lənkəran,  mayın  5-də  isə  Astara 

mahalına  qaçdı.  Mayın  7-də  xanın  cəmisi  20  nəfərdən  ibarət  olan  dəstəsi  sərhəd 

çayı Astaradan cənuba keçdi. 

İki  ay  müddətində  Cənubi  Qafqazdakı  çar  hakimiyyət  orqanlarının 

diqqətini özünə cəlb edən Lənkəran əyalətindəki üsyan belə qurtardı. 

Bir  neçə  il  sonra,  1837-ci  ildə  Azərbaycanın  şimalında,  Quba  əyalətində 

XIX yüzillikdə Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı – kəndli çıxışları 

alovlandı. 

Quba  əyalətində  bilavasitə  kənd  istehsalçılarının  böyük  hissəsini  dövlətə 

məxsus  torpaqda  yaşayan  kəndlilər  təşkil  edirdilər.  Bu  şərait  əyalətdə  baş  verən 

kəndli hərəkatının xarakterinə həlledici təsir göstərdi: təhkimçi dövlət kəndlilərinin 

əsas hissəsinə münasibətində feodal və müstəmləkə zülmünün daşıyıcısı kimi çıxış 

etdiyindən, mübarizənin zərbəsi yenidən ona qarşı yönəlmiş oldu. 

Əyalət  kəndlilərinin  narazılığının  əsas  mənbəyi  iltizam  sistemi  idi.  Bu 

sistemə görə, müxtəlif dövlət vergilərinin böyük hissəsi ayrı-ayrı şəxslərə iltizama 

verilirdi.  İltizamçılar  zəhmətkeş  adamları  amansızcasına  soyub  talayırdılar. 

Əyalətdə  çar  xəzinəsinə  məxsus  olan  otlaqların  iltizama  verilməsi  heyvandarlıqla 

məşğul  olan  kəndlilərin  vəziyyətini  xüsusilə  ağırlaşdırırdı.  1835-ci  ildə  Quba 

əyalətinin  bütün  otlaqları  praporşik  Şergilov  tərəfindən  iltizama  götürülmüş  və 

sonra onun tərəfindən soyğunçu şərtlərlə maldar kəndlilərin istifadəsinə verilmişdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə