Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə43/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   39   40   41   42   43   44   45   46   ...   189

Üsyançılar  tərəfindən  xan  seçilmiş  Hacı  Məhəmməd  Qubaya  yaxınlaşdı  və  onun 

dörd  verstliyində  düşərgə  saldı.  Avqustun  30-da  Qubanın  mühasirəsi  başlandı. 

Şəhər  qala  divarları  ilə  əhatə  olunmuşdu..  Onu  qeyri-nizami  hərbi  qulluqçular  da 

daxil  olmaqla  sayı  təxminən  600  nəfər  olan  qarnizon  qoruyurdu.  Lakin  onların 

gücünü  üsyançılarda  olmayan  toplar  xeyli  artırırdı.  Bunun  hücumu  poza 

bilməyəcəyini nəzərə alan üsyançılar şəhərə gizlicə daxil olmağı və düşmənə eyni    

zamanda həm arxadan, həm də öndən zərbə vurmağı qərara aldılar. 

Sentyabrın  4-dən  5-nə  keçən  gecə  üsyançıların  hər  biri  4  min  nəfərdən 

ibarət  olan  iki  dəstə  qərbdən  və  şərqdən  qala  divarlarına  həmlə  etdilər.Hacı 

Məhəmmədin  ən  yaxın  silahdaşlarından  olan  kəndli  Yarəlinin  başçılığı  ilə  sayı 

yenə də 4  min  nəfər olan  üçüncü dəstə  gizlicə şəhərə daxil olmağa cəhd göstərdi. 

Əvvəlcədən əldə edilmikş razılığa əsasən şəhərlilər üsyhançılarla birgə çıxış etməli 

idilər. 

Güclü  tüfəng  və  top  atəşləri  üsyançıları  qala  divarları  üzərinə  qalxmağa 

imkan vermədi. Yarəlinin dəstəsinin xeyli hissəsi isə şəhərlilərin köməyi ilə gizlicə 

Qubaya daxil olaraq, şəhər məhkəməsinin binasını ələ keçirdi, şəhərin mərkəzində 

yerləşən  meydana  çatdı.  Lakin  bu  zaman  üsyançılar  gördülər  və  dəstənin  böyük 

hissəsi şəhərə daxil ola bilmədi. Qoşun dəstəsi sürətlə üsyançılara hücum etdi. Top 

atəşi  onları  meydanı  tərk  etməyə  məcbur  etdi.  Ancaq  üsyançılar  yaxınlığdakı 

evlərə  dağılışaraq,  böyük  igidlik  və  inadla  soldatların  hücumlarını  dəf  etməyə 

bağladı.  Üsyançıların  məskunlaşdığı  hər  bir  ev  kiçik  qalaya  çevrilmişdi  və  onu 

ancaq həmlə ilə almaq olardı. Şiddətli döyüşdə üsyançılarla birlikdə çoxlu şəhərli 

də  vuruşurdu.  Hacı  Məhəmmədin  dediyinə  görə,  ―şəhərin  bütün  sakinləri  onlara 

hər  şeydə  kömək  göstərir,  qadınlar  çörək,    barıt,  çəpər  və  divarları  deşmək  üçün 

balta  verir, şəhərlilər tüfəngləri doldurur və  hətta  özləri atəş açırdılar‖  [100].  Çar 

zabitlərinin də etirafına görə, şəhərlilər qoşun ilə vuruşurdular. O öz rəisinə verdiyi 

məlumatda yazırdı: ―Şəhər sakinlərinin bir çoxu bizə atəş açırdı‖ [101]. 

Üsyançılar  böyük  igidlik  və  mərdliklə  vuruşurdular.  Lakin  onların  ayrı-

ayrı  evlərdə  gizlənmiş  pərakəndə  qrupları  təlim  görmüş  çar  ordusuna  qarşı  dura 

bilmədi.  Qoşun  tüfəng  atəşinin  və  süngü  zərbələrinin  köməyi  ilə  təxminən  axşam 

saat 5-ə yaxın üsyançıları şəhərdən çıxara bildi. 

Digər  iki  dəstə  hələ  də  şəhər  divarlarına  həmlə  edirdi.  Lakin  onlar  da 

müvəffəqiyyət  qazana  bilmədilər.  Səhərisi  gün  üsyançılar  şəhəri  həmlə  ilə  ələ 

keçirmək  üçün  yeni  cəhd  göstərdilərsə  də,  xeyli  itki  verərək  geri  oturuldular. 

Üsyançılar  heç  bir  qəti  hərəkət  etməsələr  də,  şəhərin  mühasirəsini  davam 

etdirirdilər.  Şəhəri  susuzluqla  üzmək  vasitəsi  ilə  qalanı  ələ  keçirməyi  qərara  alan 

üsyançılar  Qubanı  su  ilə  təmin  edən  arxın  qarşısını  kəsdilər.  Suya  kəskin  tələbat 

şəhərlilərin arasında həyəcana səbəb oldu. Çar zabitləri sentyabrın 10-da şəhərdən 

üsyançılar  üzərinə  basqın  etdilər.  Çar  qoşunu  şəhərin  yaxınlığındakı  yəhudi 

qəsəbəsində  yerləşən  üsyançı  dəstəsinə  hücum  edərək,  onu  məhv  etdi.  Bu 




müvəffəqqiyətsizlik,  ən  başlıcası  isə  mühasirənin  heç  bir  nəticə  verməməsi 

üsyançılarda öz qüvvələrinə inamı sarsıtdı, onları ruhdan saldı. 

Məhəmməd  Mirzə  xanın  ikiüzlü  oyunu  da  üsyançılara  mənəvi  təsir 

göstərirdi.  Quba  əyalətində  baş  verən  həyəcanların  lap  əvvəlindən  o,  çar 

hakimiyyət  orqanlarından  gizli  olaraq  Hacı  Məhəmmədi  onlara  qarşı  birgə 

mübarizəyə  çağırdı.  Bununla  belə  xan  hərbi  dairə  rəisinin  tələbi  ilə  öz  qardaşı 

Harun  bəyin  komandanlığı  ilə  Quba  əyalətinə  hərbi  dəstə  göndərdi.  Quba 

yaxınlığındakı Zeyxur kəndində düşərgə salan Harun bəy üsyançılarla birləşmədi. 

Xan, qalib müəyyənləşəndən sonra, onun tərəfinə keçmək üçün gözləmə taktikasını 

seçdi.  Lakin  üsyançılar  xanın  taktikasını  başa  düşdülər.  Bu  isə  onlar  arasında 

intizamsızlığı artırdı. Kəndlilər Hacı Məhəmmədi tərk edərək, evlərinə dağılışmağa 

başladılar. 

Kəndli  düşərgəsinin  dağılması  elə  sürətlə  gedirdi  ki,  səhərisi  gün  Hacı 

Məhəmmədin  yanında  üsyanda  iştirak  etmiş  9  mahaldan  yalnız  3  dağ  mahalının 

kəndliləri qalmışdı. Belə cüzi qüvvə ilə mübarizəni davam etdirmək mənasız idi və 

Hacı Məhəmməd kəndliləri evlərinə buraxmağı qərara aldı. Özü isə doğma  kəndi 

Xuluqa  gələrək,  ailəsini  götürüb  Kürə  xanlığına  yola  düşdü.  O  burada  Mirzə 

Məhəmməd  xan  tərəfindən  ələ  keçirilib  hökumətə  təslim  edildi.  Çar 

müstəmləkəçiləri məhkəmə qurmağa və qisas almağa başladılar. Hacı Məhəmməd 

edam  edildi.  Üsyanın  44  fəal  iştirakçısı  hərbi  məhkəməyə  verildi.  Yarəli  isə 

dağlarda gizlənə bildi. 

1837-ci  il  üsyanının  hərəkətverici  qüvvəsi  kəndlilər  idi.  Üsyan 

iştirakçılarının  tərkibi  və  onların  ən  başlıca  tələbləri  də  bunu  sübut  edir.  Şəhərin 

üsyançılar  tərəfindən  ələ  keçirilmiş  ərazisində  yaşayan  şəhərlilərin  də  bir  hissəsi 

üsyanda  iştirak  edirdi.  Lakin  bütövlükdə  şəhərlilər  üsyançılara  əməli  kömək 

göstərmədilər. 

Üsyanda  tiyuldarların  torpaq üzərində  mülkiyyətini  və  kəndlilərin  feodal 

istismarını  tanımaq  istəməyən  çarizmin  torpaq  siyasətindən  narazı  olan  bir  çox 

Quba  bəyləri  də  iştirak  edirdilər.  Bununla  birlikdə  Quba  feodalları  arasında  çar 

hökuməti tərəfindən əllərində silah üsyançılara qarşı çıxış edənlər də az deyildi. 

Çarizmin  müstəmləkə  zülmünün xüsusilə  ağır olduğu Şəki  əyalətində  də 

çıxışlar  baş  verdi.  Maliyyə  nazirliyinin  məmuru  Kalinovskinin  məlumatına  görə, 

əyalət  əhalisindən  12  müxtəlif  vergi  toplanırdı.  Əyalətlərin  heç  birində  Şəkidə 

olduğu  qədər  çoxlu  vergi  saxlanılmamışdı.  "Zaqafqaziyada  ipəkçiliyi  və  ticarət 

sənayesini  yayan  cəmiyyəfin  tut  bağlarında  işləyən  rəncbərlər  xüsusilə  amansız 

istismara  və  ağır  qeyri-iqtisadi  məcburiyyətə  məruz  qalırdılar.  Rəncbərlərin 

özlərinin  "acından  ölməkdən"  xilas  olmaq  üçün  kütləvi  qaçma  faktını  qeyd  edən 

dövlət  ekspedisiyasının  məmurları  da  onların  ağır  vəziyyətdə  olmasını  etiraf 

edirdilər [102]. 

Əyalətin  inzibati  və  ticarət-sənətkarlıq  mərkəzi  olan  Nuxanın 

zəhmətkeşlərini  də  dərin  narazılıq  bürümüşdü.  Ağır  vergi  və  mükəlləfiyyətlər, 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə