Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə44/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   40   41   42   43   44   45   46   47   ...   189

hökumət  nümayəndələrinin  özbaşınalıqları  sənətkarları  müflisləşdirmişdi. 

Hökumət  nümayəndələrinin  azğınlığı  şəhər  əhalisinin  varlı  hissəsinin  -  tacirlərin, 

ruhanilərin,  şəhərdə  yaşayan  torpaq  sahibkarlarının  da  mənafeyinə  toxunurdu. 

Nuxa  sakinlərindən  150  nəfərin  imzaladığı  şikayətlərdən  birində  deyilirdi  ki, 

komendant  şəhər  əhalisini  "elə  sıxışdırır  ki,  çıxış  yolu  ancaq  öz  ailəsini  götürüb 

Nuxadan qaçmağa qalır" (103]. 

1835-ci  ildə  Cənubi  Qafqaz  diyarının  baş  rəisi  baron  Rozen  əyalətdə 

yaşayan  maaflar  üzərinə  vergi  qoymaq  haqqında  sərəncam  verdi.  Bu  vaxta  qədər 

vergi boyunduruğundan azad olan maaflar arasında həyəcanlar başlandı və Rozen 

öz  sərəncamını  ləğv  etməyə  tələsdi.  Lakin  özlərinin  vergi  verməmək  hüquqlarını 

itirməkdən ehtiyat edən maafların arasında həyəcanlar sakitləşmədi. 

1837-ci  ildə  Şəki  xanlığının  İranda  yaşayan  sonuncu  hakimlərindən 

birinin  - Səlim  xanın oğlu Hacı xan öz  nümayəndəsi Məşədi Məhəmmədi əyalətə 

göndərdi.  Özünü  Şəki  xanının  varisi  elan  edən  Məşədi  Məhəmməd  kiçik  dəstə 

topladı,  lakin  tezliklə  hökumət  tərəfindən  ələ  keçirildi.  1838-ci  ilin  iyulunda  o, 

Nuxa  həbsxanasından  Dağıstana  qaçdı,  burada  rutullu  Ağa  bəylə  əlaqə  yaratdı. 

Həmin il avqustun sonlarında Ağa bəyin (tərkibində çar hökumətinin təqiblərindən 

dağlara  qaçmış  şəkililər  də  olan)  5  minlik  dəstəsi  Şəki  əyalətinin  ərazisinə  daxil 

oldu.  Məşədi  Məhəmməd  də  dəstədə  idi.  Xaçmaz  mahalının  bir  çox  sakini  də 

dəstəyə  qoşulmuşdu.  Əyalətin  iki  başqa  mahalında  —  Şəki  və  Vartaşen 

mahallarında əhali üsyançılara açıq-açığına rəğbət bəsləyirdi. 

Əhalinin  köməyi  rutullu  Ağa  bəyə  sürətlə  Nuxaya  yaxınlaşmağa  imkan 

verdi.  Çar  ordusu  geri  çəkilməyə  və  qala  divarları  arxasında  gizlənməyə  məcbur 

oldu.  Komendant  idarəsinin  məmurları  və  varlılar  da  burada  sığınacaq  tapdılar. 

Qafqazın baş komandanı general Qolovinin çara verdiyi məlumata görə, "yoxsullar 

və avaralar" üsyançılara qoşulmuşdular. 

Bir  neçə  gün  ərzində  Nuxa  yaxmlığmda  üsyançılarla  ordu  arasında 

toqquşmalar baş verdi, lakin tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. 

Sentyabrın  əvvəllərində  Nuxa  qarnizonu  kömək  almağa  başladı. 

Sentyabrın  3-də  üsyançılar  şəhəri  tərk  etməyə  məcbur  oldular.  Qoşun  üsyançıları 

təqib edərək, onları bir neçə dəfə məğlubiyyət uğratdı. Məşədi Məhəmməd İranda 

gizləndi. Şəki əyalətindəki həyəcanlar başa çatdı. 

Feodalizm  dövrünün  bütün  kəndli  hərəkatları  kimi,  bu  çıxışlar  da 

pərakəndə və qeyri-mütəşəkkil idi. Üsyançıların üsyana rəhbərlik edə biləcək vahid 

mərkəzi  yox  idi.  Ən  mühüm  məsələlər  kəndxudaların,  bəylərin,  üsyanda  iştirak 

edən  kəndlilərin  və  şəhərlilərin  iştirak  etdiyi  ümumi  şurada  həll  edilirdi.  Şuranın 

tərkibi  müəyyən  edilməmişdi  və  yalnız  bir  neçə  dəfə  təsadüfdən-təsadüfə 

toplanırdı.  Hətta  odlu  silahı  olmayan  kəndlilərin  əksəriyyəti  toplarla  silahlanmış 

nizami  ordu  ilə  döyüşməli  olurdu.  Silahlı  qüvvələrin  keyfiyyət  üstünlüyü  çarizmə 

üsyanı tez yatırmaq imkanı verirdi. 



 


§ 9. KOMENDANT ÜSULĠ-ĠDARƏSĠNĠN LƏĞVĠ 

 

Azərbaycanda  çarizmin  iqtisadi  siyasətinin  həyata  keçirilməsi,  diyarın 



təbii ehtiyatlarının mənimsənilməsi cəhdləri bəzi digər amillərlə yanaşı, komendant 

üsuli-idarəsinin  təsiri  altında  ləngidilirdi.  Bu  idarəçilik  üsulu  hətta  ali  çar 

məmurlarının  etirafına  görə,  "dövlət  gəlirləri  üçün  soyğunçu,  diyarın  rifahı,  onun 

sakinlərinin səadəti və mənəviyyatı üçün məhvedici" [104] oldu. 

Komendant  üsuli-idarəsi  dövlət  xəzinəsinə  xeyli  ziyan  vururdu. 

Komendantlar,  hərbi  hissə  komandirləri  və  Rusiya  idarə  aparatı  ilə  bağlı  olan 

məmurlar  yığılan  vergilərin  xeyli  hissəsini  mənimsəyir,  xəzinənin  torpağını  və 

vəsaitini  dağıdırdılar.  Hərbi  hissələrin  zabitləri  olan  bu  hərbi  rəislər  xəzinə 

gəlirlərinin  sahibi  və  bölüşdürücüsü  vəzifəlorinin  öhdəsindən  gəlməyə  qadir 

deyildilər. 

Komendantların  əllərində  möhtəşəm,  əslində  nəzarətsiz  hakimiyyətin 

cəmlənməsi,  komendant  üsuli-idarəsinin  özü  azğın  despotizm,  qeyri-məhdud  sui-

istifadələr  doğururdu.  Bunlar  isə  kütləvi  silahlı  kəndli  çıxışlarının  səbəblərindən 

biri  idi.  Çar  hakimiyyət  orqanları  bunu  aydın  dərk  edirdi.  Çarizmin 

Zaqafqaziyadakı siyasətinin başçılarından biri olan baron P.Qan I Nikolayın adına 

raportunda  yazırdı:  "Qubadakı  narahatlıqlar  (1837-ci  il  üsyanı  -  Red.)  xalq  üçün 

əziyyətli  olduğu  qədər  də  zəif  olan  hərbi  (komendant  -Red.)  üsuli-idarəsinin 

nəticəsidir" [105]. 

Çarizmin  Zaqafqaziyada  öz  hökmranlığını  möhkəmləndirməsinə  nail 

olmaq  cəhdi  komendant  üsuli-idarəsinin  ləğvini  və  onun  yeni  sistemlə  əvəz 

olunmasını  tələb  edirdi.  İslahatın  ləngidilməsini  həm  "ziyanlı,  həm  də  təhlükəli" 

[106]  sayan  imperiya  hakim  dairələrinin  həm  Peterburqdakı,  həm  də  Qafqazdakı 

bir  çox  nümayəndələri  onun  təxirə  salınmadan  həyata  keçirilməsini  tələb  etməyə 

başladılar.  Onların  fıkrincə,  islahat  aşağıdakı  vəzifələri  həll  etməli  idi: 

Zaqafqaziyanın Rusiya tərkibində olmasının müvəqqəti xarakteri barədə söhbətlər 

üçün  bəhanəni  həmişəlik  ləğv  etmək;  diyarın  idarə  xərclərinin  onun  öz  vəsaiti 

hesabına  tamamilə  ödənilməsini,  gəlirlərin  bir  hissəsinin  ümumdövlət  xəzinəsinə 

daxil olmasını təmin etmək; elə bir qayda yaratmaq ki, Zaqafqaziya sakinləri onun 

müdafiəsində  fəal  iştirak  etsinlər,  bir  müddətdən  sonra  isə  əsgər  versinlər; 

Zaqafqaziyanı "mülki və siyasi tellərin köməyi ilə" Rusiya ilə "vahid bir orqanizm 

halında  bağlamaq  və  oradakı  sakinləri  rus  kimi  danışmağa,  düşünməyə  və 

duymağa məcbur etmək" [107]. 

İnzibati idarə  və  məhkəmə  sisteminin islahatı çarizm və  hakim siniflərin 

maraqlı  olduqları  iqtisadi  dəyişiklikləri  həyata  keçirmək,  xalq  kütlələrini  siyasi 

mübarizədən 

yayındırmaq 

və 

çarizmin 



Zaqafqaziyadakı 

mövqeyini 

möhkəmləndirmək məqsədini güdürdü. 

İslahatın  layihəsi  o  zaman  Qafqazın  baş  komandanı  M.F.Paskeviç 

tərəfindən  tərtib  olunmuş  və  1830-cu  ilin  aprelində  I  Nikolaya  göndərilmişdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə