Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə45/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   41   42   43   44   45   46   47   48   ...   189

Layihə çarizmin müstəmləkəçi məqsədlərini əks etdirirdi. O, qubernator və vilayət 

rəisləri  vəzifələrinə  generalları  təyin  etməklə  Rusiyanın  daxili  quberniyalarındakı 

müvafiq  idarələrin  timsalında  quberniya,  vilayət  və  qəza  inzibati  və  məhkəmə 

idarələrinin  yaradılmasını  nəzərdə  tuturdu.  Bütün  inzibati  və  məhkəmə  idarələri 

tamamilə "irsi rus zadəganlan" içərisindən çıxmış mə-murlardan təşkil edilməli və 

hər işdə Rusiya qanunları rəhbər tutulmalı idi [108]. 

Beləliklə,  Paskeviç  "hərbi  xalq  üsuli-idarəsinin"  aradan  qaldırılması  ilə 

yanaşı,  Zaqafqaziya  xalqlarının  milli  xüsusiyyətləri  ilə  hesablaşmayaraq,  hüquq, 

məhkəmə  və  inzibati  idarə  sahəsində  bütün  yerli  xüsusiyyətlərin  də  ləğv 

olunmasını təklif edirdi. 

Paskeviçin  layihəsi  o  zaman  Zaqafqaziya  diyarını  yoxlamış  senatorlar 

P.İ.Kutaysov  və  Y.İ.Meçnikov  tərəfindən  müdafiə  olundu.  Onların  Paskeviçlə 

birlikdə dövlət şurasına təqdim etdikləri "Zaqafqaziya diyarının quruluşu haqqında 

təkliflər"  Rusiyanın  Zaqafqaziyanı  qətiyyətlə  ruslaşdırmağa  can  atan  və  diyarın 

idarə  olunmasında  onun  tarixi  xüsusiyyətlərinin  nəzərə  alınmasına  qarşı  çıxan 

hakim dairələrin siyasi xəttini əks etdirirdi. 

1837-ci  ildə  Zaqafqaziyaya  senator  Qanın  sədrliyi  altında  komissiya 

göndərildi.  Ona  yerlərdə  müvafiq  məlumatlar  toplamaq  və  "Zaqafqaziyanın  idarə 

olunması  üçün  müəssisələr"  (idarələr  -  Reci.)  lahiyəsini  tərtib  etmək  göstərişi 

verilmişdi.  Lakin  komissiya  diyarın  xüsusiyyətlərini  öyrənmədi  və  Paskeviç 

Kutaysov  və Meçnikovun təklifləri əsasında artıq 1838-ci ilin  əvvəllərində islahat 

layihəsini tərtib edərək, onu Zaqafqaziya diyarının idarəsi üzrə komitənin təsdiqinə 

verdi. Komitə və Qafqaz hakimiyyət orqanlan üzvlərinin layihəyə çoxsaylı qeydləri 

ilə əlaqədar olaraq, bu inzibati  məhkəmə islahatı layihəsi ancaq 1840-cı il aprelin 

10-da l Nikolay tərəfindən "Zaqafqaziya  diyarının idarə olunması  üçün  müəssisə" 

adı altında təsdiq olundu [109]. 

1841-ci il yanvarın 1-dən islahat hər yerdə tətbiq olundu. Yeni inzibati və 

məhkəmə  idarələrinin  açılışı  yerli  əyanların  iştirakı  ilə  təntənəli  şəraitdə  keçirdi. 

Bunların  hamısı  zahiri  təsir  göstərmək,  xalqı  aldadaraq  onlarda  xoşbəxt  həyatın 

başlandığı haqqında xülya yaratmaq məqsədi güdürdü. 

Yeni  idarələrin  yaradılmasına  görə  "xilaskar"  imperatora  təşəkkürü 

çatdırmaq üçün Peterburqa gürcü zadəganları, bəylər və digər imtiyazlı təbəqələrin 

nümayəndələrindən ibarət heyət göndərildi. 

İslahat  Zaqafqaziyanın  inzibati  quruluşunu  dəyişərək,  onu  Ümumrusiya 

inzibati  ərazi  bölgüsünə  uyğunlaşdırdı.  Zaqafqaziya  diyarı  mərkəzi  Tiflis  olan 

Gürcüstan-İmeretiya  quberniyasına  və  mərkəzi  Şamaxı  olan  Xəzər  vilayətinə 

bölünürdü.  Quberniya  ve  vilayət  qəzalara  (dairələrə),  onlar  isə  öz  növbəsində 

nahiyələrə (sahələrə - Red.) bölünürdü. 

Azərbaycan  torpaqlarının  əksəriyyəti  7  qəzanı  -  Şamaxı  (keçmiş  Şirvan 

əyaləti), Şuşa (Qarabağ əyaləti), Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı 

(Bakı  əyaləti),  Dərbənd  (Dərbənd,  Tabasaran  və  Qaraqaytaq  əyalətləri)  və  Quba 



(Samur  dairəsi  ilə  birlikdə  Quba  əyaləti)  qəzalarını  özündə  birləşdirən  Xəzər 

vilayətinin  tərkibinə  daxil  oldu.  Xalqları  çar  müstəmləkəçiləri  ilə  silahlı 

mübarizəyə qalxmış Dağıstanla həmsərhəd olan sonuncu iki qəza xüsusi Dərbənd 

hərbi dairəsinə daxil edildi. 

Çar hökuməti "parçala və hökm sür" prinsipini rəhbər tutaraq Azərbaycan 

torpaqlarının  bəzi  hissələrini  -  Qazax  və  Şəmşəddil  distansiyaları  ilə  birlikdə 

Yelizavetpol  qəzasını,  Car-Balakən  vilavəti  və  İlisu  sultanlığından  yaradılmış 

Balakən  qəzasını,  İrəvan  qəzasını  və  Ordubad  dairəsi  ilə  birlikdə,  Naxçıvan 

qəzasını Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil etdi. 

Qəzaların tərkibində nahiyələr yaradıldı, onlardan çoxu keçmiş mahalların 

ərazilərinə  müvafiq  gəlirdi.  Nahiyələrin  sayı  və  sahələri  Qafqaz  çar  hakimiyyət 

orqanları  tərəfindən  təsdiq  olunmaq  şərtilə  əhalinin  milli  tərkibinə  və  iqtisadi 

özünəməxsusluğuna qətiyyən məhəl qoyulmamaqla, ancaq əhalinin sayı və "dövlət 

təhlükəsizliyinin  təmin  olunması  mənafeləri"  nəzərə  alınmaqla  quberniya  və 

vilayət  idarələri  tərəfindən  müəyyənləşdirilirdi.  Azərbaycan  ərazi-sində  cəmisi  32 

nahiyə yaradılmışdı. 

Zaqafqaziyanın  ali  idarəsi  buradakı  qoşunların  baş  rəisinin  əlində 

saxlanılırdı.  O  bilavasitə  imperator  tərəfindən  təyin  edilir  və  vəzifəsindən 

çıxarılırdı.  Baş  rəis  general-qubernatora  nisbətən  daha  geniş  səlahiyyətlərə  malik 

idi.  O,  quberniya  idarə  orqanlarının  qərarlarını  ləğv  etmək,  məmurları 

vəzifələrindən  uzaqlaşdırmaq  və  s.  hüquqlara  malik  idi.  Baş  rəisin  hakimiyyəti 

təkcə  quberniya  idarələri  üzərinə  yayılmırdı.  Daxili  quberniyalarda  müvafiq 

nazirlik və idarələrin mərkəzləşdirilmiş tabeliyində olan gömrük, tədris, poçt və s. 

idarə orqanları da burada baş rəisə tabe idi. 

Baş  rəisin  sədrliyi  altında  Baş  İdarə  Şurası  fəaliyyət  göstərirdi.  Onun 

tərkibi imperatorun təyinatı üzrə Qafqaz hakimiyyət idarələrinin ali məmurlarından 

təşkil  olunurdu.  Şura  Xəzər  vilayəti  rəisi  və  Gürcüstan-İmeretiya  qubernatorunun 

illik  hesabatlarım,  Zaqafqaziyanın  ayrı-ayrı  rayonlarının  təftişi  üzrə  materialları, 

quberniya  və  vilayət  prokurorlarınm  etirazlarını,  məhkəmə  hökmlərinin 

dayandırılması  məsələlərini,  gəlirlər  və  xərclər  smetasını,  mükəl-ləfıyyətlərin 

qəzalar və şəhərlər arasında bölüşdürülməsini və diyarın idarə olunması üzrə digər 

mühüm məsələləri nəzərdən keçirirdi. Şuranın senat tərəfindən təsdiq edilməli olan 

qərarları  ona  (senata)  göndərilir,  yaxud  da  müvafiq  nazirliyə  bildirilirdi.  Şuranın 

digər (nisbətən az əhəmiyyətli) məsələlər üzrə qərarlan onların qəbul edilməsindən 

dərhal  sonra  qanun  qüvvəsinə  minir  və  nazirliklərin  ancaq  nəzərinə  çatdırılırdı 

[110]. 


İslahat  hərbi-komendant  idarələrinin  ləğvinə  və  onların  ölkənin  daxili 

quberniyalarındakı  idarələrə  müvafiq  yeni  idarələrlə  əvəz  olunmasına  gətirib 

çıxardı.  Quberniya  idarələrinə  "ali  hakimiyyət"in  nümayəndəsi  olan  qubenator, 

Xəzər vilayəti idarələrinə isə vilayət rəisi başçılıq edirdi. Həm qubernator, həm də 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə