Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə47/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   43   44   45   46   47   48   49   50   ...   189

yerli  feodallar  çar  hökumətinin  niyyətini  başa  düşərək,  kəndlilərin  müstəmləkə 

üsuli-idarəsi əleyhinə çıxışlarına qoşulmaqla, bəzi yerlərdə isə belə çıxışları təşkil 

etməyə  başlamaqla,  bu  hərəkatdan  öz  məqsədləri  üçün  istifadə  etməyə, 

imtiyazlarını geri almağa çalışırdılar. 

İnzibati-məhkəmə  islahatı  və  onun  ardınca  verilmiş  yuxarıda  adları 

çəkilən  qərarlar  bütün  əhalinin,  o  cümlədən  də  öz  tiyul  torpaqlarını  və  onlardan 

götürülən gəlirləri itirmək təhlükəsi qarşısında qalmış, habelə idarəetmə işində hər 

cür iştirakdan  kənar edilmiş  yerli feodalların  -  bəy və  ağaların narazılığına  səbəb 

oldu.  Hərbi  nazir  Çernışev  1842-ci  ilin  əvvəllərində  jandarm  idarəsi  başçısı 

A.B.Benkendorfa məlumat verirdi ki, "...o (Xəzər - Red.) vilayətin ali silki onların 

hüquqlarının  toxunulmaz  qalacağına  inanmır",  "tacirlər  qəzəblənirlər",  "bütün 

yollarda soyğunçuluq güclənir", "məmurları cinayətkar çəkişmə işləri, əməlləri və 

intriqalar  məşğul  edir",  "vəzifə  tutmaq  əvvəlkinə  nisbətən  müqayisə  olunmaz 

dərəcədə alınıb-satılan olmuşdur". 

Bütün bunların təşkilində bəy və ağaların iştirak etməsi hökumət əleyhinə 

çevrilmiş çıxışların qüvvətlənməsinə gətirib çıxardı. 

1844-1845-ci  illərdə  Şuşa,  Nuxa  və  Quba  qəzaları  rayonunda  vergilərin 

həddən  artıq  artmasından  doğan  kəndli  həyəcanları  baş  verdi.  Bu  çıxışlar  təkcə 

hökumət əleyhinə deyil, həm də yerli feodallara qarşı yönəlmişdi. Quba qəzasının 

bir  qrup  kəndlisi  mülkədar  Məmmədyusif  bəyin  xeyrinə  vergiləri  ödəməkdən  və 

mükəlləfiyyətləri icra  etməkdən  müntəzəm olaraq boyun qaçırırdı.  Məmmədyusif 

bəy qəza rəisinin adına şikayətində bildirirdi ki, kəndlilər "artıq 8 ildir ki, onu heç 

tanımaq belə istəmirlər". 1846-cı ildə həmin qəzanın Rustov kəndinin sakinləri öz 

sahibkarlarına qarşı çıxış etdilər. 

Kəndli  həyəcanlarının  yeni  dalğası  hökumətin  yerli  feodallarla 

yaxınlaşmasına  zəmin  yaradırdı.  Həyəcanlar  və  çar  hakimiyyətinə  qarşı  açıq 

çıxışların  artmasından  bərk  təşvişə  düşmüş  I  Nikolay  yerli  əhalinin  islahatdan 

narazılığının səbəblərini aydınlaşdırmaq üçün xüsusi müfəttişləri - hərbi nazir qraf 

Çernışevi  və  Qafqaz  Komitəsinin  sədri  statssekretar  Rozeni  Conubi  Qafqaza 

göndərdi. 

1840-cı il inzibati-məhkəmə islahatının fəal iştirakçıları olan Çernışev və 

Rozen günahı təkcə o zaman gözdən düşmüş Qanın üzərinə qoyaraq, bu islahatın  

uğursuzluğunu etiraf etməyə məcbur oldular. Belə izahat çar hökumətini də təmin 

edirdi. 


Çar  hökuməti  bəy  mülklərinin  alınmasım  dayandırmağa,  sahibkarların 

hüquqlarını  təsdiq  edərək  "müəyyən  sahibkarlıq  (bəylik  -Red.)  hüquqlarmı 

toxunulmaz saxlamağa və xəzinənin xüsusi mülkiyyətə iddialarından əl çəkməyə" 

məcbur  oldu.  Çarizm  tərəfindən  40-cı  illərin  əvvəllərində  elan  olunmuş,  yerli 

feodallarla 

münasibətlərin 

kəsilməsinə 

yönəldilmiş 

istiqamət 

tam 


müvəffəqiyyətsizliyə uğradı. 


1842-1846-cı  illərdəki  təftişin  nəticəsində  1840-cı  il  inzibati-məhkəmə 

islahatında bir xeyli dəyişikliklər aparıldı. 

1842-ci  ildə  Qafqaz  işləri  üzrə  yeni  ümumimperiya  orqanları  -  hərbi 

nazirin sədrliyi altında xüsusi komitə və imperiya dəftərxanasının ayrıca IV şöbəsi 

yaradıldı. 

Bu 


orqanlar 

mütləqiyyətin 

Zaqafqaziyadakı 

mövqelərinin 

möhkəmləndirilməsini təmin etməli idi. 

Çar hökuməti dağlılarla  müharibəni tezliklə  başa  çatdırmaq və  Qafqazda 

öz mövqelərini möhkəmləndirmək üçün Zaqafqaziya diyarının Baş idarəsi əvəzinə 

1844-cü  ildə  Qafqaz  canişinliyini  təsis  etdi.  Canişin  mütləqiyyətin  "ali 

hüquqlarının"  başlıca  keşikçisi  idi  və  ona  müstəsna  dərəcədə  geniş  səlahiyyətlər 

verilmişdi.  I  Nikolayın  həddən  artıq  etibar  etdiyi  və  mütləqiyyətin  müstəmləkə 

siyasətini  can-başla  həyata  keçirən  qraf  S.M.Vorontsov  Qafqaz  canişini  təyin 

olundu.  Keçmiş  baş  rəislərdən  fərqli  olaraq,  canişinə  diyar  daxilində  əvvəllər 

nazirlərə mənsub olan səlahiyyətlər verilmişdi. O, tam mülki və hərbi hakimiyyətə 

malik idi və bütün hallarda bilavasitə imperatora müraciət edə bilərdi. 

Canişinə  bu  qədər  geniş  səlahiyyətlər  verilməsi  heç  də  muxtar 

idarəçiliyinin  təsisi  demək  deyildi.  Əksinə,  çar  məhz  canişin  vasitəsi  ilə  Qafqaz 

kimi  mürəkkəb,  müxtəlif  xalqlı  diyarda  öz  siyasətini  daha  kəsərli  surətdə  həyata 

keçirməyə ümid bəsləyirdi. 

Diyarın inzibati-ərazi qurumunda aparılan dəyişikliklər də Zaqafqaziyada 

çar  hakimiyyətinin  güclənməsinə  xidmət  edirdi.  1846-cı  il  14  dekabr  tarixli 

fərmanla  Gürcüstan-İmeretiya  quberniyası  və  Xəzər  vilayətinin  yerində  4 

quberniya - Tiflis, Kutaisi, Şamaxı, Dərbənd quberniyaları, sonralar - 1849-cu ilin 

iyununda isə İrəvan quberniyası yaradıldı [115]. 

Lakin  bu  inzibati-ərazi  quruluşu  da  Azərbaycan,  gürcü  və  erməni 

torpaqlarını  nəinki  müvafiq  quberniyaların  hüdudlarında  birləşdirdi,  əksinə  onları 

daha  da  parçaladı.  Beləliklə,  məsələn,  Azərbaycan  ərazisinin  ayrı-ayrı  hissələri 

Kutaisi quberniyasından başqa bütün quberniyaların tərkibinə daxil edilmişdi. 

Xalq  kütlələrinin  müstəmləkə  zülmünə  və  feodallar  əleyhinə  yönəlmiş 

çıxışlarını boğmaq üçün çar hökuməti həmçinin qəza məhkəmələrinin və inzibati-

polis  orqanlarının  səlahiyyətlərini  genişləndirdi  və  cəza  siyasətini  sərtləşdirdi. 

Həbs  cəzasına  məhkum  olunmuşlar  üçün  cəza  sistemi  ilə  yanaşı,  məhkəmə 

tərəfindən bəraət qazandırılmış, lakin şübhə altında qoyulmuş şəxslər üçün 1842-ci 

ildə  cəzalar,  özü  də  kifayət  qədər  ağır  cəzalar  sistemi  tətbiq  olundu  [116].  Bunun 

nəticəsində məhkəmədə bəraət verilmiş xslər həbsxanada saxlanıla bilər, məhkəmə 

tərəfindən  şübhə  altında  qoyulanlar  isə  Qafqaz  hakimiyyət  orqanlarının  qərarı  ilə 

Sibirə  -  daimi  məskunluğa  sürgün  oluna  bilərdilər.  Məsələn,  1844-cü  ilin 

fevralında  çar  hökuməti  qərara  aldı  ki,  Zaqafqaziya  diyarının  baş  rəisi  məhkəmə 

tərəfindən şübhə altına alınmış şəxsləri 5 illiyə məhbus rotalarına göndərə, yaxud 8 

illiyə Rusiyanın daxili quberniyalarına və həmişəlik Sibirə sürgün etmək kimi cəza 

tədbirlərini həyata keçirə bilər[117]. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə