Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə5/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   2   3   4   5   6   7   8   9   ...   189

1800-cü ilin sonunda İngiltərə nümayəndəsi Malkolm İrana gəldi və 1801-

ci  ilin  əvvəlində  o  bu  dövlətlə  müqavilə  bağladı.  Siyasi  və  ticarət  müqavilələrini 

bağlamaqla İngiltərə İranın daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər 

hansı  dövlətin  İran  üzərinə  hücum  edəcəyi  təqdirdə  şaha  lazımi  qədər  xidmət 

heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü. 

Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki 

dövlətin  ərazisinə  azad  danışmaq  hüququ  veriridi.  İngiltərə  tacirlərinə  İranın 

istənilən şəhər və limanında  məskən salmağa icazə verilir, Onların  malları isə  hər 

cür vergilərdən azad olunurdu. 

Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, İranı öz 

müstəmləkə  mülklərini  genişləndirmək  uğrunda  mübarizədə  İngiltərənin 

antirussiyasətinin  alətinə,  öz  müstəmləkəsini  –  Hindistanı  kənar  təcavüzlərdən 

qorumaq,  Zaqafqaziya  barəsində  özünün  uzağa  gedən  planlarını  həyata  keçirmək 

üçün meydana çevirirdi [1]. 

Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilə növbədə Rusiyaya qarşı 

yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I 

Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin 

qüvvələr  nisbəti  dəyişdi.  I  Aleksadr  Fransa  ilə  əlaqələri  qırdı  və  İngiltərə  ilə 

yaxınlaşdı.  Bu  dövrdə  təcavüzkar  napoleinçu  Fransanın  mövcudluğu  şəraitində 

Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə  artıq İranı açıqca müdafiə 

edə  bilmirdi.  Fransa  bu  vəziyyətdən  dərhal  istifadə    etməyə  imkanını  əldən 

verməyərək, Rusiya əleyhinə müqavilə bağlamağı şah İranına təklif etdi. 

İngiltərə  ilə  yaxınlaşmasına  baxmayaraq,  I  Aleksadr  Cənubi  Qafqaz 

barədə  öz  planını  həyata  keçirməyi  qərara  aldı.  O,  hər  şeydən  əvvəl,  Həştərxan-

Dərbənd-Bakı  vasitəsilə  rus  qoşunlarının  1799-cu  ildə  yenidən  daxil  olduğu 

Gürcüstanla əlaqə yaratmağa çalışırdı [2]. 

1801-ci  il  sentyabrın  12-də  Kartli  –  Kaxetiya  çarlığının  Rusiyaya 

birləşdirilməsi haqqında çar manifesti elan olunurdu. Rus qoşunları baş komandanı 

və  mülki  hakim  tərəfindən  idarə  olunan  Tiflis  quberniyası  yaradıldı.  Azərbaycan 

ərazisinin  də  bir  hissəsi  –  Kartli  –  Kaxetiya  çarlığının  vassal  asılığında  olan  və 

onunla  birlikdə  birləşdirilmiş  Qazax,  Borçalı,  Şəmsəddin  sultanlıqları  bu 

quberniyanın  tərkibinə  daxil  edildi.  Deməli,  Gürcüstanın  Rusiyaya  birləşdirilməsi 

ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu. 

I  Aleksadr  bəzi  xanların  artıq  Rusiya  himayəsini  qəbul  etməyə  məcbur 

olması  ilə  məhdudlaşmağa  qərara  aldı.  O  digər  xanlıqları  da,  ilk  növbədə 

Azərbaycanın Xəzəryani vilayətlərini  ələ keçirməyə çalışı5rdı. I Aleksadr 1801-ci 

ilin    dekabrnda  Qafqaz  qoşunlarının  baş  komandanı  general  Knorrinqə  yazırdı: 

―Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını 

artırmağa  çalışmalı.  Xüsusən  də  üzərlərində  hələlik  Baba  xanın  (Fətəli  şahın) 

hakimiyyəti  yaranmamış  İrəvan,  Gəncə,  Şəki,  Şirvan,  Bakı  və  başqa  xanlatrı  cəlb 

etməli‖[3]. 



Bu fərman  müvafiq olaraq general Knorrinq 1802-ci ilin sentyabr-dekabr 

aylarında  Şimali  Qafqazda,  Georgiyevsk  şəhərində  siyasəti  və  ticarət  məsələləri 

üzrə  danışıqlar  üçün  çar  komandanlığının  Şimali  Azərbaycan  xanlarının  və 

Qafqazın  digər  hakimlərinin  nümayəndələri  ilə  görüşünü  keçirdi.  Danışıqlarda 

Tərki  şamaxılı,  Qara  Qaytaq  usmisi,  Tabasaran  hakimi  və  digər  dağlı  hakimlərin 

nümayəndələri ilə yanaşı, iki Azərbaycan xanlığəının – Quba və Talış xanlıqlarının 

nümayəndələri  də  iştirak  edirdilər  [4].  Digər  xanlıqların  nümayəndələri  görüşdə 

iştirak  etmirdi.  Çünki  buna  qədər  İran  şahının  nümayəndəsi  İbrahimxəlil  xanın 

yanına  gələrək  Qarabağın  tabe  olmasını  tələb  etmişdi.  Bakı  xanına  da  belə  tələb 

verilmişdi. 

İranın  maneçiliyinə  baxmayaraq,  Georgiyevskidəki  dörd  aylıq  danışıqlar 

müvəffəqiyyətlə  başa  çatdı  və  1802-ci  il  dekabrn  26-da  müqavilə  imzalandı. 

Müqaviləyə  görə,  onu  imzalayanlar  İrana  hücum  edəcəyi  təqdirdə  ona  qarşı 

çıxmağı  öz  öhdələrinə  götürürdülər.  Müqavilə  Zaqafqaziyada  ticarətin 

genişləndirilməsini. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. Nəzərdə 

tuturdu.  Müqavilədə  deyilir  ki,  onu  imzalayanlar  ―onların  öz  xahişlərinə  görə 

...Rusiya, ...himayəsinə‖ qəbul olunurlar. 

Georgiyevsk  müqaviləsi  bağlandıqdan  sonra  çar  hökuməti  həmin 

müqaviləyə  etinasız  yanaşmış  Azərbaycan  xanlıqlarının  ərazilərini  zəbt    etmək 

üçün hazırlaşmağa başladı. 

Şimali  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  istilası  kimi  mürəkkəb  və 

ziddiyyətli prosesin öz xüsusiyyətləri vardır. 

Feodal  hakimlər  –  xanlar  yaxşı  başa  düşürdülər  ki,  öz  qüvvələri  ilə  İran, 

Rusiya  kimi  dövlətlərə  müqavimət  göstərməklə  öz  xanlıqlarını  qoruyub  saxlaya 

bilməyəcəklər.  Onlar  Rusiyanın  xanlıqların  istiqlaliyyətini  qoruyacağı  barədə 

verdiyi  yalan  vədlərə  uyaraq,  öz  xanlıqlarının  istiqlaliyyətini  bu  yolla 

qoruyacaqlarını zənn edərək, bir tərəfdə rus himayəsini qəbul etməyə meyil etməli 

olur, digər tərəfdən isə çarizmin  vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəzi 

yollarla  İran  və  ya  Türkiyə  qoşunlarının  basqın  edəcəyi  təqdirdə.  Öz  torpaqlarını 

qarətdən  və  var-yoxdan  çıxarılmasından  müdafiə  edə  biləcəklərinə  ümid 

bəsləyirdilər.  Eyni  zamanda  bu  xanlar  İrana  və  ya  Türkiyəyə  də  meyil 

göstərdiklərindən tərəddüd edir, öz mövqe  və  qərarlarını qəti müəyyənləşdirməyə 

tələsmirdilər.  Bu,  hər  şeydən  əvvəl,  xanların  öz  xanlıqlarının  daxili  idarəsində 

müstəqillik saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi. 

Rusiya  ayrı-ayrı  Azərbaycan  xanlarının  İran  və  Türkiyə  təhlükəsindən 

müdafiə  edəcəyini  vəd  etsə  də,  bu  heç  də  onun  xanlıqlara  müstəqillik  vermək 

niyyətində olması deyildi. O, bəzi mülahizələrə görə, xanlıqlar Rusiya himayəsinə 

daxil olduqdan sonra bir müddət daxili idarədə xan hakimiyyətini saxlamağı, daxili 

qayda və alətlərə əməl olunmasına təminat  verməyi nəzərdə tuturdu. Bununla belə, 

Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiyaya istilasına müqavimət göstərə 

biləcəklərindən,  habelə  öz  hüquq  və  imtiyazlarının  bərpası  uğrunda  mübarizəni 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə