Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə50/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   46   47   48   49   50   51   52   53   ...   189

"Əsasnamə"nin əsas maddələrindən biri kəndlilərin mükəlləfiyyətləri məsələsi 

idi. Qanun kəndli mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi və yerinə 

yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi. 

Malcəhət  -  torpaq  sahəsinin  kəndlinin  vəsaiti  (iş  heyvanı,  kənd  təsərrüfatı 

alətləri,  toxum)  hesabına  becərilməsi  şərti  ilə  istənilən  kənd  təsərrüfatı  bitkisi 

məhsulunun  sahibkarın  xeyrinə  ayrılan 

1/

10 



hissəsi  əsas  məhsulla  toplanan 

mükəlləfiyyət idi. "Əsasnamə" rəiyyətləri çoxdan bəri  mövcud olmuş bir sıra digər 

məhsulla toplanan mükəlləfiyyətlərdən azad edərək və ya onları malcəhətin ümumi 

miqyasına daxil edərək, bu sahəyə nizamlayıcı əsas tətbiq edir və kəndlilərdən alınan 

natural  məhsulla  toplanan  vergiləri  müəyyən  dərəcədə  azaldırdı.  Kəndlilər  öz  pay 

torpaqlannı  sahibkarların  iş  heyvanı,  alətləri  və  toxumundan  istifadə  edərək 

becərdikləri təqdirdə, onlar məhsulun 

1/

5



-dən çox olmayan hissəsini sahibkara verməli 

idilər.  Bu  maddə  feodal  asılı  kəndlilərinin  rənc-bərlər  (əkərlər)  və  nökərlər  kimi 

əvvəlki zümrələri, habelə var-yoxdan çıxmış rəiyyətlər ücün nəzərdə tutulmuşdur. 

"Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onlara pay torpağı ayırmalı idi-lər. Torpaq 

alan, lakin istehsal vasitələri olmayan bu kəndlilər "kömək" üçün feodala müraciət 

etməli olurdular. 

"Əsasnamə"  kəndlilər  üzərinə  məhsul  yığımından  sonra  üç  gün  ərzində 

sahibkarın payını ayırmaq, feodal malikanənin hüdudlarında yaşayırsa, bu payı növbəti 

üç gün, məhsul yığılan yerdən 50 verstdən uzaqda yaşadığı təqdirdə 15 gün ərzində 

ona çatdırmaq vəzifəsini qoyurdu. 

"Əsasnamə"  məhsulla  ödənilən  vergi  ilə  yanaşı,  kəndlilərin  bəyin  xeyrinə 

işləyib-ödəmə rentasını yerinə yetirmələrini nəzərdə tuturdu. "Əsasnamə" hər kəndli 

ailəsi üzərinə sahibkarın  tələbi ilə öz iş eyvanı və alətlərilə ildə 18 gün ərzində onun 

təsərriifatında  işləmək  üçün  bir  işçi  vemək  təhəddüdü  qoyurdu.  Mükəlləfiyyətin  bu 

növü,  yəni biyar  Azərbaycanda çoxdan bəri  mövcud  idi.  Onun  müddəti  Azərbaycanın 

heç  bir  qəzasında  dəqiq  müəyyən  edilməmişdisə  də  heç  yerdə  kəndlilərin  feodalın 

xeyrinə  işlədikləri  günlərin  sayı  ―Əsasnamə"də  göstərilmiş  rəqəmin  heç  yarısına  da 

çatmırdı. "Əsasnamə"  biyarın  həcmini  iki  dəfədən  çox  artırdı  və  bununla  da,  əvvəlcə  

mövcud olmuş mükəlləfiyyəti daha ağır və məşəqqətli etdi. 

Hər  ailədən  işçi  verməklə  yanaşı,  kəndlilər  ildə  bir-iki  gün  bütün  kənd 

cəmiyyəti  ilə,  elliklə  sahibkar  üçün  işləyərək  (əvrəz),  feodalın  göstərişinə  görə,  kənd 

təsərrüfatı  və  ya  suvarma  işlərini  yerinə  yetirməyə  borclu  idilər.  Əvrəz  nəticəsində 

yığılmış məhsul büsbütün feodalın xeyrinə gedirdi. 

"Əsasnamə"yə  görə  kəndlilər  elliklə  sahibkar  malikanələrində  arxlar  və 

yollar çəkməli, köhnə tikililəri təmir etməli idilər. Bununla da "Əsasnamə" feodallara, 

lazım gəldikdə, müftə işçi qüvvəsindən istifadə etməklə, özləri üçün xeyirli olan yol və 

suvarma  işlərini  genişləndinnək  imkanı  verirdi.  Əkinçiliklə  və  oturaq  maldarlıqla 

məşğul  olan  kəndlilər  mal-qaranın  sahibkar  torpağında  otarılmasının  müqabilində 

məbləği  müəyyənləşdirilməmiş  xüsusi  pul  vergisi  -  çöpbaşı  ödəməli  idilər,  Çöpbaşı 



"yerli  adətlərə  görə  müəyyənləşdirilməmiş"  qaydalar  üzrə  alınırdı.  Bu  da  torpaq 

sahibkatları tərəfindən özbaşmalıqlar üçün şərait yaradırdı. 

"Əsasnamə"nin  üç  maddəsi  müstəsna  surətdə  maldarlıqla  məşğul  olan 

kəndlilərin  mükəlləfiyyətlərini  müəyyənləşdirirdi.  Bu  kəndlilər  sahibkara,  adətlərə 

görə,  çöpbaşı  verməyə  və  hər  ailə  gümüş  pulla  4  man.  məbləğində  pul  vergisi 

ödəməyə borclu idilər. 

"Əsasnamə"yə görə, kəndlilər feodala nökərlər də (hər 10 həyət dən 1 kişi və 

hər 15 həyətdən 1 qadın) verməli idilər. Qanun feodala kişi nökərlərindən həm çöl, həm 

də ev işlərində istifadə etməyə icazə verirdi. "Kəndli əsasnamələri"nin nəşrinə qədər 

də  feodallar  kəndliləri  kişi  nökərləri  verməyə,  lakin  "Əsasnamə"də  nəzərdə 

tutulduğundan xeyli az miqdarda, məcbur edirdilər. Əvvəllər kəndlilər heç vaxt qadın 

nökərlər  vermirdilər.  Çar  müstəmləkəçilərinin  özlərindən  uydurduqları  bu 

mükəlləfiyyət  Azərbaycan  xalqının  çoxəsrlik  ənənələrinə  hörmətsizlik  idi  və  elə 

dərin hiddət doğurdu  tezliklə ləğv edildi. 

"Əsasnamə" sahibkarlara onların torpaqlarında yaşayan kəndlilər üzərində 

polis  və  məhdud  məhkəmə  hakimiyyəti  verirdi.  "Əsasnamə"yə  görə,  torpaq 

mülkiyyətçiləri  onların  torpaqlarında  yaşayan  kəndlilərin  "farağatlığına,  ədəb-

ərkanına  və  əxlaqına"  nəzarət  etməli  idi.  Feodal  həmçinin  kəndlilər  arasındakı 

çəkişmələr  üzrə  çıxarılmış  (bu  çəkişmələri  kəndlilər  içərisindən  seçilmiş  adamlar 

həll edirdilər) cinayət cəzası tələb etməyən qərarları təsdiqləyirdi. Polis və məhdud 

məhkəmə hakimiyyətinin feodalın şəxsində birləşdirilməsi onun kəndlilər üzərində 

hakimiyyətini  gücləndirirdi.  O  hər  hansı  bir  qanun  pozuntusuna  görə,  istənilən 

kəndlini məsuliyyətə cəlb edə bilərdi. Kəndlilərin şəxsiyyəti üzərində feodala belə 

hakimiyyətin  verilməsi,  kəndlilər  tərəfindən  mükəlləfiyyətlərin  yerinə  yetirilməsi 

zamanı sahibkarların özbaşınalıqları üçün  geniş imkanlar  açırdı.  Bütün bunlardan 

əlavə,  "Əsasnamə"  kəndlilər  tərəfindən  seçilən  kətxudaların  təsdiq  olunmasını  da 

sahibkarların  nəzarətinə  verirdi.  "Əsasnamə"  kəndlilərin  "şəxsən  azad  və  digər 

sahibkarın  yanına  keçmək  hüququna  malik  olmalarını"  etiraf  edirdi.  Lakin  bu 

hüquq  birincisi,  kəndlilər  tərəfindən  adambaşına  ən  azı  5  desyatin  torpaq  satın 

alınmasından,  ikincisi,  kəndlinin  həm  tərk  etdiyi,  həm  də  onu  qəbul  edən  kənd 

cəmiyyətlərinin,  habelə  torpağında  bu  keçmənin  baş  verdiyi  feodalın  razılığından 

asılı  vəziyyətdə  qoyulurdu.  Bütün  hallarda,  bunlardan  əlavə,  kəndlilərin  öz 

mükəlləfiyyətlərini  tamamilə  yerinə  yetirmələri  və  "diyarın  baş  rəisinin",  yəni 

canişinin  özünün  icazəsi  tələb  olunurdu.  Keçmiş  xanlar  və  onların  qohumlarımn 

torpaqlarında  yaşayan  kəndlilərin,  habelə  xan  nökərlərinin  başqa  yerə  keçməsi 

daha artıq dərəcədə çətinləşdirildi. 15 il keçəndən sonra da Bakı qubernatoru qeyd 

edirdi ki, 1847-ci ildən etibarən kəndlilərin bəy torpaqlarından xəzinə torpaqlarına 

keçmə-si halları məhdud xarakter daşıyır [126]. 

Çar  müstəmləkəçiləri  ağır  mükəlləfiyyətlər  yükünü  kəndlilər  üzərinə 

yıxaraq,  zorakı  və  əsarətçi  dövlət  aparatını  feodalların  mənafeyinin  mühafizəsinə 

səfərbər  etdilər.  "Əsasnamə"  yerli  hakimiyyət  orqanları  qarşısında  kəndlilərin 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə