Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə51/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   47   48   49   50   51   52   53   54   ...   189

feodalların  xeyrinə  mükəlləfiyyətləri  müntəzəm  yerinə  yetirmələri  və  onlara  tabc 

olmalarına nəzarət etmək vəzifəsini qoyurdu. Hakimiyyət orqanları sahibkar-lardan 

şikayət  alındığı  təqdirdə  onlara  "...yardım  və  kömək"  göstərməyə  borclu  idilər. 

"Əsasnamə" feodallara öz mülklərində polis qayda-qanunlarını qorumaq və kəndli 

çıxışlarını silah gücünə boğaraq vəzifəsini həvalə edirdi. 

Ağalar  və  kəndlilər  arasındakı  münasibətləri  müəyyənləşdirən  1847-ci  il 

28 dekabr ―Əsasnamə‖si də eynilə belə prinsiplərə əsaslanırdı. 

1838-ci  ildə  Rusiya  quberniyalarının  töycü  verən  kəndlilərinin  idarə 

olunması  sahəsində  islahat  keçirildi  [127].  Bu  islahat  tezliklə  Cənubi  Qafqaz 

diyarına da şamil edildi. Zaqafqaziya diyarında dövlət əmlaklarının idarə olunması 

haqqında  1841  -ci  il  5  yanvar  tarixli  qanun  1838-ci  il  islahatının  başlıca 

prinsiplərinə əsaslanırdısa da, bu qanunlar arasında mühüm fərqlər də var idi [128]. 

Daxili  Rusiya  quberniyaları  ilə  müqayisədə  Cənubi  Qafqazda  dövlət 

kəndinin  idarə  olunması  xeyli  sadələşdirilmişdi.  1841-ci  il  qanununun  ən  mühüm 

fərqi  ondan  ibarət  idi  ki,  dövlət  əmlakı  nazirliyinin  orqanları  daxili 

quberniyalardakına nisbətən Cənubi Qafqazda xeyli məhdud hüquqlara malik idi. 

1841-ci  il  qanununa  görə,  Gürcüstan-İmeretiya  quberniyası  və  Xəzər 

vilayətində  iki  dövlət  əmlakı  palatası  yaradıldı.  Dövlət  kəndinə  aid  olan  mühüm 

məsələlərin həlli palataların əlindən alındı və diyarın baş rəisinin ixtiyarına verildi. 

1838-ci  il  qanunu  ilə  quberniyalarda  yaradılmış,  geniş  hüquqlar  verilmiş  dairə 

rəisləri  vəzifəsinin  yerində  1841-ci  il  qanunu  Zaqafqaziyada  qəza  qəyyumları 

(popeçitel) vəzifəsi tətbiq edərək, onların üzərinə məhdud, ikinci dərəcəli vəzifələr 

qoydu. Dövlət kəndlilərinin idarə olunması üzrə bütün başlıca və əsas səlahiyyətlər 

qəza rəislərinin ixtiyarına verilirdi. 

Qanunun  61-ci  maddəsində  deyilirdi:  "Qəza  rəisinin  hakimiyyəti  azad 

kəndlilərin  (dövlət  kəndlilərinin  -Red.)  idarə  olunması  üzrə  bütün  fəaliyyət 

dairəsini  əhatə  edir  və  bu  baxımdan  həmin  idarənin  həm  polis,  hom  də 

sərəncamverici və təsərrüfatçılıq hissələri qəza rəisinin şəxsində birləşir" [129]. 

1838-ci  il  qanununa  edilmiş  mühüm  düzəlişlər,  görünür  ki,  qa-

nunvericinin  qəzadakı  hakimiyyəti  bütün  dolğunluğu  ilə  bir  vəzifəli  şəxsin-  qəza 

rəisinin əlində cəmləşdirmək istəyi ilə izah olunurdu. Belə vəziyyət istismar olunan 

əhali  kütlələrini  tabeçilikdə  saxlamaq  və  müstəmləkəçilik  siyasətini 

müvəffəqiyyətlə yerinə yetirmək üçün ən əlvcrişli şərait yaratmalı idi. 

 

 



 

 

 

 

 

 


III FƏSĠL 

 

MƏDƏNĠYYƏT 

 

§ 1. XALQ MAARĠFĠNĠN VƏZĠYYƏTĠ 

 

Şimali  Azərbaycan  Rusiya  tərəfindən  işğal  edildikdən  sonra  çar  hökuməti 

ölkədə öz siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsinə yardım etməyə qadir olan 

məmurlar  ordusu  hazırlamağı  təmin  edən  yeni  xalq  təhsili  sisteminin  tətbiq  edilməsi 

zərurəti ilə də qarşılaşdı. Çarizmin Azərbaycandakı məktəb siyasəti ona məxsus bütün 

mənfi xüsusiyyətləri ilə birlikdə Rusiyanın milli müstəmləkə siyasətinin bir hissəsi idi. 

Bununla  belə  o,  obyektiv  olaraq,  gələcəkdə  Azərbaycan  əhalisinin  yeni,  mütərəqqi 

yolla  təhsil  alması  üçün  zəmin  hazırladı.  Bu  dövr  Azərbaycan  xalqının  maarifçilik 

tarixində  ibtidai  rus  məktəblərinin  təşkili  ilə  yanaşı,  ənənəvi  təhsil  formalarının 

inkişafı ilə xarakterizə olunur. 

Şimali Azərbaycanm işğalından sonra da ibtidai təhsil bütövlükdə müsəlman 

ruhanilərinin ixtiyarında olan, buna görə də dini dünyagörüşünün mənbəyinə çevrilən 

məktəblərdə  -  mollaxanalarda  cəmləşmişdi.  Bir  çox  məktəblər  çoxillik  tarixə  malik 

idi.  Məsələn,  Şuşadakı  İbrahim  xan  məscidi  nəzdində  əsası  1801-ci  ildə  qoyulmuş 

məktəb  XIX  yüzilliyin  ikinci  yarısında  da  fəaliyyət  gös-tərmişdi  [1].  Əldə  olan 

məlumatlara  görə,  1842-ci  ildə  Bakı,  Quba,  Qarabağ,  Şəki,  Şirvan  və  Talış 

qəzalarında  məscidlərin  nəzdində  502  məktəb,  onların  isə  534  müəllimi  və  5242 

şagirdi var idi [2]. Məscidlərin nəzdində olmayan məktəblərin sayı xüsusilə çox idi, 

onlar demək olar ki, hər bir kənddə var idi. Məktəblərdə zümrə məhdudiyyəti olmadan 

müxtəlif yaşlı oğlanlar oxuyurdular. Bəzi hallarda qızlar üçün məktəblərə də təsadüf 

olunurdu.  Yüzilliyin  30-cu  illərindo  Bakının  qala  hissəsindəki  iki  məktəbdə  qadın 

mollaların başçılığı altında varlı ailələrdən 25 qız oxuyurdu [3]. 

Məktəblərdə  təhsil  haqqı  valideynlərin  vəziyyətindən  asılı  olaraq,  ayda  10-

20  qəpikdən  1-2  manata  qədər  [4],  yaxud  natura  ilə  ödənilirdi.  Məktəblər  heç  bir 

sanitar-gigiyenik  tələblərə  cavab  vermirdi,  müəyyən  olunmuş  proqram  və  təhsil 

müddəti  yox  idi,  tədris    ərəb  əlifbasının  mənimsənilməsindən  və  duaların 

əzbərlənməsindan başlanır,  bundan  sonra  isə  təhsilin  başlıca  obyekti olan  ―Quran‖ 

tədris edilirdi. Bunun ardınca savadlı olmağın əsas əlamətlərindən hesab edilən ərəb və 

fars  dillərində  mətnlərin  oxunması  başlanırdı.  Fars  dili  ədəbi  dil  hesab  edilir,  ondan 

şəxsi və işgüzar yazışmalarda da istifadə olunurdu. 

Məktəblərdə ən geniş yayılmış tədris vəsaiti Sədinin ―Gülüstan‖ və ―Bustan‖ 

Nizaminin ―Leyli və Məcnun‖u, Hafizin ―Divan‖ı  və ―Tarixi-Nadir‖ [5] (İran şahı 

Nadirin  döyüş  qəhrəmanlıqlarını  tərənnüm  edən  əsər),  dini  məzmunda  müxtəlif 

kitablar idi. Adları çəkilən əsərlərin dili çox qəliz olduğu üçün uşaqların onları qavra-

masında çətinlik törənirdi. Kitabların oxunmasına müəllim tərəfindən tərtib edilən fars 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə