Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə57/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   53   54   55   56   57   58   59   60   ...   189

ailəsində anadan olmuşdu. Xanlıq ləğv edildikdən sonra Mirzə Camal müstəmləkə 

orqanları  tərəfindən  yerli  dəftərxanaya  mirzə  və  əyalət  məhkəməsinə  katib  təyin 

edilmişdi. Mirzə Camal öz dövrünün savadlı adamlarından idi. Şərqşünas A.Berje 

onu haqqında  yazırdı: ―Mirzə  Camal  ərəb, fars və  türk dillərindən başqa  ləgzi  və 

avar  dillərini  də  bilirdi,  astronomiyadan  məlumata  malik  idi,  tarix  və  coğrafiyanı 

gözəl bilirdi. O həmçinin təbabəti də bildiyindən istefaya çıxdıqdan sonra ömrünün 

axırına  kimi  xəstələri  təmannasız  müalicə  edirdi  ki,  bununla  da  xalqın  böyük 

hörmətini qazanmışdı‖ [52]. Bədii istedada və zənBədii istedada və zəngin yaddaşa 

malik olan Mirzə Camal fars və ərəb dillərində şeirlər yazırdı. 1816-cı ildə o, İrana 

diplomatik  səfərə  hazırlaşan  rus  məmuru  üçün  ―İran  şahlarının  şəcərəsi‖ni  tərtib 

etmişdi.  1847-ci  ildə  Mirzə  Camal  fars dilində  yaratdığı vaxtda  1828-ci  ilə  qədər 

Qarabağ xanlığının siyasi tarixinə həsr olunmuş salnaməsinə yazdı. Bu salnamənin 

ixtisarla  sərbəst  tərcüməsi  1855-ci  ildə  A.Berje  tərəfindən  ―Qafqaz‖  qəzetində, 

onun  rus  və  Azərbaycan  dillərində  tam  mətni  isə  1959-cu  ildə  Bakıda  nəşr 

olunmuşdur. 

Şəki  xanlığının  tarixini  sonuncu  irsi  Şəki  xanı  –  Fətəli  xanın  Kərim  ağa 

(1858-ci ildə vəfat etmişdir) tərtib etmişdir. Kərim ağa fars dilinin yaxşı bilirdi və 

―Fateh‖  təxəllüsü  ilə  şeirlər  yazırdı.  1829-cu  ildə  o,  Azərbaycan  dilində  Şəki 

xanlığının  yaranmasından  onun  Rusiya  tərəfindən  işğalına  qədərki  dövrdə  siyasi 

tarixini əhatə edən  salnaməsini yazdı. Əsər müəllifin vəfat etdiyi ildə Peterburqda 

özgə  adı altında  nəşr olundu. Buraxılan səhv  yüz  ildən  sonra, 1958-ci  ildə  əsərin 

Bakıda yeni nəşri ilə düzəldildi. 

Quba xanlığının tarixini 30-50-ci illərdə rus ordusunda kapitan rütbəsində 

Şərq dillərindən tərcüməçi işləyən Ġsgəndər bəy Hacınski qələmə almışdır. O, rus 

ordusunun  dağlılara  qarşı  yürüşlərində  iştirak  etmiş,  bəy  komissiyalarında 

işləmişdi.  1847-ci  ildə  İsgəndər  bəy  Hacınski  ―Qafqaz‖  qəzetində  Qubalı  Fətəli 

xanın həyatına və yürüşlərinə həsr olunmuş geniş məqalə dərc etdirdi [53]. 

Gəncə şəhərinin tarixini ruhani zümrəsindən çıxmış ġeyx Ġbrahim (1816-

1865)  tərtib  etmişdir.  O,  əla  ruhani  təhsili  almış,  divanxanada  işləmiş,  Gəncə 

gimnaziyasında  Azərbaycan  dilindən  və  qanunşünaslıqdan  dərs  demişdi.  Şeyx 

İbrahim ərəb və fars dillərini bilir, ―Naseh‖ təxəllüsü ilə şerlər yazırdı. 40-cı illərdə 

o,  Azərbaycan  dilində,  Gəncənin  yarandığı  dövrdən  1804-cü  ildə  rus  ordusu 

tərəfindən  işğal  olunduğu  vaxta  qədərki  tarixini  yazmışdı  [54].  Şeyx  İbrahimin 

salnaməsi bizə çatmamışdır. 

Orta  əsrlər  müsəlman  tarixi  ədəbiyyatının  ənənələrini  davam  etdirən 

Mirzə  Məhərrəm  və    Mirzə  Heydər    də  tarixi  mövzularla  əsərlər  yazmışlar. 

Qarabağ bəylərindən olan Mirzə Məhərrəm rus ordusunda  mayor rütbəsində Şərq 

dillərindən  tərcüməçi  dillərində  işləmiş,  ―Məriz‖  təxəllüsü  ilə  Azərbaycan  və  fars 

dillərində  şerlər  yazmışdır.  O,  Nadir  şah  imperiyasının  yüksəlişi  və  süqutu 

―Tarixi‖ni tərtib etmişdi. Mirzə Məhərəmin əlyazması hələlik tapılmamışdır [55]. 



Dərbəndli  Mirzə  Heydər  Vəzirov  (1880-cı  ildə  vəfat  etmişdir),  onun  öz 

sözləri  ilə  desək,  ―məhşur  xanların  yanında‖  və  rus  dəftərxanalarında  mirzə 

işləmişdir. 1837-ci ildə o, fars dilində Nadir şahın  ölümündən sonra Dağıstan və 

Şirvanın  siyasi  tarixini  şərh  edən  irihəcmli  ―Zübdət-ət-Təvarix‖  (―Tarixlərin  ən 

yaxşısı‖) adlı əsərini yazmışdır. 

Dərbəndin  görkəmli  din  xadimi  Məhəmmədtağı  (1843-cü  ildə  vəfat 

etmişdir) o dövr üçün aktual  olan dini-siyasi mövzuda  yazmışdır. Məhəmmədtağı 

1840-cı  ildə  Dərbəndin  baş  axundu  olarkən  ―alimliyinə  və  Şərq  dillərindən  yaxşı 

məlumatlarına‖  görə  Kazan  Universitetinin  müxbir  üzvü  seçilmişdi  [56].  1841-ci 

ildə  o,  ərəb  dilində  ―Əd-Dürr-əl-Mənzum  finasayeh  əl-Ümum‖  adlı  əsər  yazdı. 

Məhəmmədtağının  əsəri  Elmlər  Akademiyasında    müzakirə  olunmuş,  M.Kazım 

bəy və X.Fren kimi şərqşünaslar tərəfindən müsbət qiymətləndirilmişdir [57]. 

Adları  çəkilən  əsərlərin  sosial-siyasi  məzmununa  gəldikdə  isə, 

Azərbaycan  tarixçiləri  tarixi  biliklərin  tərbiyəvi  əhəmiyyətinə  xüsusi  qiymət 

qiymət  verirdilər:  keçmişi  onlar  gələcək  üçün  ibrət  dərsi  kimi  qiymətləndirirdilər. 

Azərbaycan  tarixçilərinin  əsərlərində  həm  faktlardan,  həm  də  rəvayətlərdən  eyni 

dərəcədə istifadə edilmişdir ki, bu da onların mənbələrə qeyri-tənqidi münasibətləri 

və tam etibar etmələri ilə bağlıdır. Şərq tarixçilərinin subyektiv ənənələrinin təsiri 

altında onlar bəzən orta əsrlərin amansız dövlət başçılarını və sərkərdələrini igid və 

müdrik dövlət xadimləri kimi qələmə alırdılar. 

Bunula  belə,  Azərbaycan  tarixçilərinin  əsərlərində  ictimai  həyatın  ilahi 

qüvvədən  törənməsi  fikir  arxa  plana  keçir,  hadfisə  və  faktların  rasional  izahı 

keçdikcə  daha  çox  vətəndaşlıq  hüququ  qazanır,  ilahidən  müəyyənləşdirilmiş  tale 

təbii-tarixi proseslə əvəz olunur. Bundan  əlavə, çox vaxt diyarın siyasi tarixi şərh 

olunmazdan  əvvəl  onun  coğrafi  vəziyyəti,  təbii  ehtiyatları,  təsərrüfat  sahələri, 

mədəniyyət  abidələri,  əhalinin  adətləri,  əxlaqı,  inamı  təsvir  olunur.  Azərbaycan 

tarixçiləri  vətən  tarixinin  yaradılmasına  tərbiyəvi  əhəmiyyət  verirdilər.  Mirzə 

Camal  yazırdı:  ―İnsandan  qızıl  saray  qalmaqdansa,  yaxşı  ad  qalsa  daha  yaxşıdır‖ 

[58].  Onların  əsərlərində  vətənpərvərlik  hissi  aydın  duyulur,  sülhün  xeyri, 

müharibənin ziyanı haqqında fikirlər söylənilirdi. 

 

Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən istilası və mənimsənilməsi, 



Rusiyanın  İran  və  Türkiyə  ilə  bilavasitə  həmsərhəd  olması  rus  cəmiyyətinin 

müxtəlif  dairələrində  Şərq  dillərinə  və  ədəbiyyatına  canlı  maraq  oyatdı.  Bütün 

bunlar fars, türk və Azərbaycan ədəbiyyatına dair çoxlu tədqiqatların yaranmasına 

səbəb  oldu.  Rus  şərqşünaslığının  təşəkkülü  və  inkişafında  azərbaycanlı  şərqşünas 

və  alimlərin  mühüm  xidməti  və  əməyi  olmuşdur.  1841-ci  ildə  A.Bakıxanov  fars 

dilinin  düzülüş  və  qaydalarını  Avropa  metodu  ilə  şərh  edən  ilk  elmi 

qrammatikasını  tərtib  etdi.  A.Bakıxanovun  ―Fars  qrammatikası‖  hökumət 

mükafatına  layiq  görülmüş  və  1841-ci  ildə  Tiflisdə  dövlət  hesabına  nəşr 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə