Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə59/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   55   56   57   58   59   60   61   62   ...   189

yenidən  qurulması  problemlərinin  həlli  ilə  bağlı  Azərbaycan  mütəfəkkilləri 

qarşısında yeni vəzifələr də qoyulub. A.Bakıxanovun farsvə ərəb dillərində yazdığı  

―Təhzib  əl-Əxlaq‖  (―Əxlaqın  tərbiyəsi‖),  ―Kitabe-Nəsayeh‖  (―Nəsihətlər  kitabı‖), 

―Əyn  əl-Mizan‖  (―Çəkilərin  mahiyyəti‖)  əsərləri  günün  tələbinə  cavab  oldu. 

A.Bakıxanov  bu  əsərlərində  əxlaqi  təfəkkürə  və  məntiqi  mühakimə  qabiliyyətinə 

tərbiyə  və  təhsilin  məhsulu  kimi  baxır,  insanın  şəxsi  həyatında  və  elmi 

yaradıcılığında  ləyaqət  və  düzgün  düşünmənin  əhəmiyyətini  qeyd  edirdi. 

A.Bakıxanovun  etikası  və  məntiqi  rasional,  maarifçi  ideyalar  və  amallarla 

zəngindir,  köhnə  müsəlman  əxlaq  nəzəriyyəsində  və  təmiz  formalist  məntiqi 

nəzəriyyələrdən xeyli fərqlənir. 

Göstərilən  dövrdə  dəyişmiş  sosial  şəraitin  təsiri  altında  Azərbaycan 

zadəganlığının  siyasi  baxışlarında  mərkəzləşdirilmiş  dövlət  güclü  və  mədəni 

monarxiya ideyası müşahidə olunurdu. A.Bakıxanov, İsgəndərbəy Hacinski feodal 

avtargiyasına  qarşı  çıxış  edir,  Qubalı  Fətəli  xanın  simasında  Azərbaycan 

torpaqlarını birləşdirən, ağıllı və uzaqgörən dövlət xadimi görürdülər  [68]. 

Müasir  elmin,  dünyəvi  təhsilin  meydana  gəlməsi  və  inkişafı  müsəlman 

sxolastikasının  dağılmasına  gətirib  çıxarır,  sxolastik  biliklər  təhsilli  adamların 

nəzərlərində  qiymətdən  düşür,  onların  diqqəti  getdikcə  daha  çox  elm,  dünyəvi 

mədəniyyət  və  texnika  məsələlərinə  cəlb  olunurdu.  Elmi  maraq  dairəsinin 

genişlənməsi  və  yeniləşməsi  yaradıcı  ziyalılarda  elm  və  dinin  predmentlərinin 

müxtəlifliyi haqqında təsəvvür yaradır. 

Rusiya 


tərəfindən 

diyarın  iqtisadi  cəhətdən  mənimsənilməsinin 

başlanması  ilə  əlaqədar  ticarətin,  sənətkarlığın,  yolların,  təbii  ehtiyatların 

vəziyyətini  öyrənmək  tələbatı  meydana  çıxdı.  Yerli  idarə  orqanlarının  məmurları, 

30-cu  illərin  əvvəllərində  buraya  gəlmiş  dövlət  komissiyaları,  həmçinin  səyyahlar 

Azərbaycanın iqlim şəraitinə, hidrologiyasına, botanikasına, mineralogiyasına dsair 

zəngin  faktiki  material  toplamışdılar.  Pambıq,  barama,  tütün,  qızılboya,  zəfəran, 

şəkər  çuğunduru,  ədviyyat,  indiqo  istehsalına  marağı  artırmaq  məqsədilə  ticarət-

sənaye  cəmiyyətləri  yaranır,  bu  bitkilətrin  becərilməsinə  dair  elmi-kütləvi 

ədəbiyyat buraxılırdı. 

Eyni zamanda rus və Avropa alimləri, mühəndisləri Şimali Azərbaycanda 

kəşfiyyat-axtarış  işlərinə  başladılar.  E.İ.Eyxvald,  N.İ.Voskoboynikov  filiz-mədən 

(Qazaxda Kükürdlü kolçedan, Gədəbəydə mis, Zəylikdə zəy, Naxçıvanda daş duz) 

yataqlarının vəziyyətini təsdiq etmiş, Abşeronda neft quyularının, neftli torpaqların 

quruluşunun təsvirini vermişdilər. 1848-ci ildə F.A.Semyanovun lahiyəsin buru  q 

üsulu ilə əsasında Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusu qazılmışdı. 

30-40-cı 

illərdə  təbiətşünads-səyyah  K.Kox,  botanik  Aleksis  Jordan, 

ölkəşünaslardan  İ.Berezin,  Süzanne,  Avqust  fon  Haksthauzen  Azərbaycanda 

olmuş,  yerli  bələdçilərin  köməyi  ilə  öz  tədqiqatları  üçün  zəngin  və  rəngarəng 

material  toplamışlar.  Q.V.Abix  Şimali  Azərbaycanın  geoloji  baxımdan 

öyrənilməsinin əsasını qoymuşdu. 




 

§ 3. ƏDƏBĠYYAT 

 

XIX  yüzilliyin birinci  yarısında  ölkənin  ədəbi  həyatında  da  müəyyən bir 



canlanma  baş  verir.  Azərbaycan  ədəbiyyatında  böyük  və  çoxəsrlik  tarixə  malik 

olan milli ədəbi ənənələr davam və inkişaf etdirilir, eyni zamanda yeni ideya-bədii 

təmayüllər təşəkkül tapır, yeni ədəbi cərəyanların ilk əsasları qoyulur. 

Yüzilliyin  birinci  yarısı  Azərbaycan  ədəbiyyatının  mühüm  bir  qolunu 

klassik  romantik  poeziya  təşkil  etmişdir.  A.Bakıxanov,  M.Ş.Vazeh,  Q.Zakir, 

M.B.Nədim, Ə.Nəbati, Kazım ağa Salik kimi istedadlı şairlər orta əsr Azərbaycan 

və  ümumən  Şərq  klassik  romantik  ədəbiyyatının  görkəmli  nümayəndələrinin, 

xüsusən  dahi  Azərbaycan  şairi  Füzulinin  ənənələrini  davam  etdirir,  klassik 

romantik şerində olduğu kimi, bu şairlərində də lirik əsərlərinin başlıca mövzusunu 

və  ideya  məzmununu  məhəbbət  motivləri  təşkil  edirdi.  Onlar  eyni  zamanda 

ictimai-fəlsəfi  lirikanın  bir  sıra  gözəl  nümunələrini  yaradır  və  onlarda  dövrdən, 

zəmanədən, həyatın əzab və əziyyətlərindən, talelərindən narazılıq və şikayətlərini 

ifadə  edir,  azğın  hakimlərə,  riyakar  ruhanilərə,  bir  sıra  dini-sxolastik  görüşlərə 

qarşı çıxır, humanist ideyalar tərənnüm edirdilər. Onların əsərlərində ölkədə yenicə 

formalaşmaqda olan maarifçilik ideyaları da müəyyən dərəcədə öz əksini tapır. Bu 

cəhət başlıca olaraq A.Bakıxanov və M.Ş.Vazeh yaradıcılığında aydın hiss olunur. 

Klassik romantik  üsluba  mənsub olan şairlərin  ədəbi irsində  Azərbaycan 

və Şərq ədəbiyyatında geniş intişar tapmış satirik və əxlaqi-didaktik şer nümunələri 

də  mühüm  yer  tutur.  Adlarını  çəkdiyimiz  şairlər  XIX  yüzilliyin  birinci  yarısı 

Azərbaycan  ədəbiyyatında  klassik  romantik  lirikanın  və  əxlaqi-didaktik  şerin 

inkişafında müsbət rol oynamışlar. 

Bu  dövrdə  Azərbaycan  ədəbiyyatında  xalq  şeri  üslubu,  xüsusən  onun 

görkəmli  nümayəndəsi  Vaqifin  ədəbi  ənənələri  coşqun  bir  inkişaf  mərhələsi 

keçirmiş,  mühüm  nailiyyətlər  əldə  etmişdir.  Xalq  şeri  üslubunda  əsərlər  yazan 

şairlər  içərisində  Qasım  bəy  Zakir,  Əbdülqasım  Nəbati,  Mirzə  Baxış  Nadim, 

Məmməd  bəy  Aşiq,  Mirzəcan  Mədətov,  Aşıq  Pəri,  Kazım  ağa  Salik,  Əbdürrəhim 

ağa  Dilbazi,  Mücrim  Kərim,  Bərdani,  Məlikballı  Qurban,  Əndəlib  Qaracadağı 

xüsusilə  diqqəti  cəlb  edirlər.  Bu  şairlər  xalq  şeri  üslubunun  müxtəlif  janrlarında 

yazdıqları əsərlərində - qoşma, təcnis, gəraylı və müxəmməslərində real məhəbbəti, 

hiss  və  həyacanlarını  canlı,  rəngarəng  boyalarla  əks  etdirmişlər.  Yüksək  ideya-

bədii  məziyyətlərə  malik  olan  şeirləri  ilə  onlar  Azərbaycan  ədəbiyyatının  real 

həyatla  əlaqəsinin  möhkəmlənməsində  və  onun  hər  cür  mücərrəd,  ilahi  məhəbbət 

motivlərinin,  dinimistik  görüşlərinin  təsirindən  xilas  olmasında  mühüm  xidmət 

göstərmişlər. 

Bu cərəyana mənsub şairlərin ədəbi irsində dövrün əlamətdar tarixi-siyasi 

hadisələri  ilə  bağlı  olan  şeirlər,  poemalar,  mənzum  hekayələr  də  vardır.  Həmin 

əsərlərdə  işğal  dövrünün  müharibələri,  ölkənin  iqtisadi  vəziyyəti,  xalqın    başına 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə