Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə6/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   2   3   4   5   6   7   8   9   ...   189

davam  etdirəcəklərindən  ehtiyat  edən  Rusiya  əlavə  də  həyata  keçirmək  barəsində 

fikirləşirdi.  Bu  illərdə  qədim  gürcü  zadəgan  nəslindən  çıxmış,  1802-ci  ilin 

sentyabrında  Qafqazın  Baş  komandanı  təyin  edilən  general  P.D.Sisianov  Cənubi 

Qafqazda  müstəmləkə  siyasətinin icraçısı oldu.  Çar hökuməti Cənubi Qafqazdakı 

bütün  mülki-hərbi  hakimiyyəti  qafqazlı  Sisianova  etibaer  edərək,  onun  vasitəsilə 

Qafqazı sakitləşdirməyə ümid bəsləyirdi. Sisianov isə Azərbaycan xalqına özünün 

nifrət edici və amansız münasibəti ilə fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən 

işğalının  gedişində  onun  bir  çox  Azərbaycan  xanlarına  göndərdiyi  alçaldıcı 

məktublar buna dəlaət edir. 

Çar  hökuməti  Şərqi  Gürcüstan  ərazisindən  hücum  meydanı  kimi  istifadə 

edərək,  özünün  Azərbaycan  barəsindəki  planlarını  həyata  keçirməyə  başladı.  Bu 

siyasətin  keçiricisi  general  Sisianov  Car-Balakən  camaatının  ələ  keçirilməsinə 

böyük  əhəmiyyət  verirdi.  Çünki  bu  ərazi  rus  qoşunlarının  Gürcüstandan 

Azərbaycanın  içərilərinə  doğru  uzanan  yolun  üstündə  idi.  Rus  qoşunları  5  minlik 

gürcü  qoşunu  ilə  birlikdə  Car-Balakəndə  yerli  əhalinin    müqaviməti  ilə  rastlaşdı. 

Gürcüstanda  antirus,  iranpərəst  dairələrə  başçılıq  edən  və  öz  hakimiyyətinin 

bərpasına çalışan gürcü şahzadəsi Aleksadr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq 

(Alazan)  çayı  sahilində  döyüş  baş  verdi.  Müqaviməti  qırdıqdan  sonra  general 

Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth 

olundu.  1803-cü  ilin  aprelin  12-də  Car-Balakənin  9  nəfərdən  ibarət  səlahiyyətli 

nümayəndə  heyəti  Tiflisə  general  Sisianovun  yanına  getdi.  Burada  onlarla  Car-

Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. 

Sazişin  şərtlərinə  görə,  carlılar  çar  xəzinəsinə  ipəklə  xərac  ödəməli, 

sədaqət  əlaməti  olaraq  verməli,  öz  ərazilərində  rus  qoşunlarının  yerləşdirməli 

idilər.  Carlıların  şahzadə  Aleksadrı  və  onun  əlaltılarını  qəbul  etməmək  və  öz 

içərilərində  gizlətməmək  barədə  tərəddüdü  sazişdə  xüsusi  qeyd  olunurdu.  Lakin 

camaatın  iradəsinin  dəyişməz  olaraq  qaldığını  və  əhalinin  itaət  şərtlərini  yerinə 

yetirmədiyini  görən  general  Qulyakov  1804-cü  ilin  yanvarında  yenidən  Cara 

soxuldu.  Car  yenidən  fəth  olundu  və  yandırıldı.  Sonra  rus  qoşunları  Zaqatalaya 

doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz 

qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının 

salamat  qalmış  hissəsi  Muxax  kəndinə  geri  çəkildi,  general  Qulyakov  isə 

öldürüldü. 

1803-cü  ilin  martında  müqavimət  göstərmiş  adamların  əfv  olunması 

barədə  carlıların  xahişini  rədd  etmiş  Sisianovun  şəxsi  hərəkəti  Carda  baş  vermiş 

hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda alçaldıcı 

şəkildə  yazdı:  ―Kafir  əclaflar...  İstəyirsiniz  ki,  mən  sizə  inanım  və  əfv  edim.  Siz 

mənim  gəlməyimi  gözləyəcəksiniz  və  orada  mən  sizin  bütün  evlərinizi 

yandıracağam,  sizi  yandıracağam,  uşaqlarınız  və  arvadlarınızın  içalatını  dartıb 

çıxaracağam‖ [5]. 




Carlılar  yenidən  hücuma  keçmiş  rus  qoşunlarına  müqaviməti  davam 

etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular. 

Car-Balakən  camaatının  fəthindən  sonra  qonşu  İlisu  soltanlığı  da  Rusiya 

təbəəliyini  qəbul  etməli  oldu,  Soltanlıqda  40-cı  illərin  ortalarınadək  soltan  öz 

torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı [6]... 

General  Sisianov  Gəncə  xanlığının  ələ  keçirilməsinə  böyük  əhəmiyyət 

verirdi.  Çünki  Gəncə  qalası  rus  qoşunlarının  Azərbaycanın  içərilərinə  doğru 

sonrakı irəliləyişinin açarı idi. ―Gəncə  qalasının  yerli  mövqeyi bütün  Azərbaycan 

üzərində  hökmrandır.  Bax,  buna  görə  də  bu  istila  Rusiya  üçün  birinci  dərəcəli 

əhəmiyyətə malikdir‖ [7]. 

Gəncə  xanlığı  XVIII  əsrin  90-cı  illərindən  rus  dövləti  ilə  səmimi 

diplomatik  münasibətlər  saxlayırdı.  Xanlığın  hökmdarı  Cavad  xan  Sisianovun 

Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. O yazırdı ki, 1796-cı 

ildə  ―sənin  padşahın  fərman  göndərdi  və  mən  də  onun  təklifini  qəbul  edib  qalanı 

təhvil  verdim.  Əgər  indi  də  sənin  padşahın  belə  fərman  göndəribsə,  onu  mənə 

göstər.  Onda  mən  onun  iradəsini  görərək  buna  uyğun  hərəkət  edərəm‖.  General 

tələb  etməyi  siyasi  danışıqlardan  üstün  tutdu.  O,  məktublarında  özünəməxsus 

yekəxanalıq  və  etinasızlıqla  Cavad  xanı  özündən  uzaqlaşdırdı,  bu  da  qanlı 

döyüşlərə gətirib çıxarırdı. 

Sisianov  Rusiya  hakimiyyətini  qəbul  etmiş  digər  xanlıqlardan  fərqli 

olaraq, Gəncə xanlığına qarşı amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə 

20 min çevron məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün 

müəyyənləşdirilmiş  məbləğdən  3  dəfə  çox,  ödənc  tələb  edir  və  yazırdı:  ―Əgər 

mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm‖. 

O,  11  topu  olan  piyada  batalyonu,  3  eskadron  və  2  kazak  yüzlüyündən 

ibarət  qoşunu  Gəncə  üzərinə  yeritdi.  Bütün  bu  qoşunlara  general  Portnyakin 

komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı 

yerdə,  rus  qoşunları  ilə  gəncəlilər  arasında  ilk  vuruşma  baş  verdi.  Cavad  xan  bir 

qədər  müqavimətdən  sonragücdən  düşərək  pozulmuş  qoşunları  ilə  birlikdə  qalaya 

qayıtdı.  Bundan sonra  rus qoşunları Gəncəni  mühasirəyə  aldılar. Mühasirə  bir ay 

davam  etdi.  1804-cü  il  yanvarın  2-dən  3-nə  keçən  gecə  rus  qoşunları  qalaya 

hücuma  başladılar.  Onların  iki  cəhdi  dəf  olundu.  Qalanın  müdafiəçiləri  inadlı 

müqavimət  göstərdilər.  Cavad  xan  və  onun  oğlu  Hüseynqulu  ağa  döyüşlərdə 

qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər 

isə  öz  qədim  adını  itirdi  və  I  Aleksandrın  arvadının  şərəfinə  Yelizavetpol 

adlandırıldı.  ―Gəncə‖  adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə 

edilirdilər. 

Gəncənin  alınması  qoşunlarının  digər  feodal  dövlətlərini  tabe  etmək 

məqsədilə  Azərbaycanın  içərilərinə  doğru  irəliləməsi  üçün  böyük  əhəmiyyət  kəsb 

etdi.  Gəncə  xanının  vassal  asılılığında  olan  Samux  hakimi  Şirin  bəy  Gəncənin 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə