Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə60/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   56   57   58   59   60   61   62   63   ...   189

gətirilən müsibətlər, qəhətlik və aclıq təsvir edilmiş, sosial həyatın bəzi nöqsanları 

tənqid olunmuşdur. 

Xalq şeri üslubu ənənələrini uğurla davam etdirən şairlər əsərlərini yüksək 

bədii  səviyyədə,  səlis,  aydın  üslubunda,  canlı,  oynaq,  təbii  dildə  yazmış, 

Azərbaycan şerini həm ideya- məzmun, həm də bədii forma cəhətdən xeyli inkişaf 

etdirmişlər.  Onların  şeir  dilinin  canlı  xalq  dili  ilə  əlaqəsinin  qüvvətlənməsində, 

bədii dilin canlı danışıq dili hesabına zənginləşməsində xidmətləri xüsusilə böyük 

olmuşdur. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycan  ədəbiyyatında  böyük 

mütərrəqi əhəmiyyətə malik olan satirikşeir cərəyanının əsası qoyulmuşdur. 

Azərbaycan  ədəbiyyatında  satiranın  kökləri  qədim  dövrlərə  gedib  çıxır. 

İstər  Azərbaycan  klassik  ədəbiyyatında,  istərsə  də  folklorunda  real  gerçəkliyə 

tənqidi  münasibət,  feodal  cəmiyyətinin  ictimai  ziddiyətlərinin  satirik  təsvir 

meyilləri  qüvvətli  olmuşdur.Lakin  satira  Azərbaycan  ədəbiyyatında  yalnız  XIX 

əsrin 30-50-ci illərində geniş intişar tapmış,müstəqil bir cərəyan kimi formalaşmış 

və ədəbi prosesdə mühüm bir mövqe tutmağa başlamışdır. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycanda  satiranın  geniş  intişar 

tapması  bu  dövrdə  ölkədə  xanlıq  üsuli-idarəsinin  ləğv  edilib,çar  bürokratik  idarə 

sisteminin  yaradılması  ilə  də  bağlı  olmuşdur.  Yeni  idarə  sistemi  özü  ilə  bərabər 

bürokratik  üsuli-idarəsinə  xas  olan  ictimai  nöqsan  və  ziddiyyətləri,  özbaşınalıq, 

qanunsuzluq,  rüşvətxorluq,  süründürməçilik  gətirmiş,  ölkənin,  xalqın  taleyini 

acgöz,  ədalətsiz  çar  hakimlərinə  və  onlarla  əlbir  olan  yerli  məmur  və  bəylərə 

vermişdi. Bunun nəticəsində ölkədə ictimai ziddiyyətlər kəskin bir şəkil almış, xalq 

kütlələri arasında yeni üsuli-idarəyə, çar hakimlərinə, yerli məmur və bəylərə qarşı 

narazılıq,nifrət və etiraz hissləri qüvvətlənmiş, ölkənin bir sıra yerlərində üsyan baş 

vermişdi.Ölkədə  yaranmış  bu  vəziyyət  Azərbaycan  ədəbiyyatına  da  qüvvətli  təsir 

göstərmiş,onda tənqidi-satirik meyillərin inkişafına təkan vermişdi. 

Bu  dövr  Azərbaycan  satirik  şerinin  görkəmli  nümayəndələri  Baba  bəy 

Şakir (1769-1844), Qasım bəy Zakir (1784-1857) və Mirzə Baxış Nadimdir (1785-

1880). Bu şairlərin  satirik şeirlərində  Azərbaycan  ictimai-siyasi həyatının bir sıra 

səciyyəvi  cəhətləri  real  əks  olunmuş,  dövrün  bariz  və  kəskin  tənqidi-satirik 

lövhələri çəkilmişdir. Onlar əsərlində çar hakimləri və məmurlarının ədalətsizliyini 

və  qanunsuzluğunu,  bəylərin  özbaşınalığını  və  zülmkarlığını,  ruhanilərin 

riyakarlığını  və  tüfeyliliyini  kəskin  ifşa  etmiş,  ölkədə  yaranmış  ağır,dözülməz 

vəziyyətə  qarşı  öz  kəskin  etirazlarını  bildirmişlər.Satiriklər  əsərlərində  feodal 

cəmiyyətinin  əsas  hakim  və  məhkum  silklərini  təşkil  edən  bəylərlə  kəndlilər 

arasındakı  ziddiyyətlərin  mahiyyətinə  də  toxunmuş,  məhkum  kütlələrin  halına 

dərindən  acımışlar.  Bəykəndli  ziddiyyətlərinin  təsviri  M.B.Nadimin  şeirlərində 

özünün bariz  əksini tapmışdır. Nadim Mahmud adlı qoca bir kəndliyə  müraciətlə 

yazdığı  şerində  bəylərin  özbaşınalığını,  istismarçı  təbiətini  açıb  göstərmiş, 

zəhmətkeş kəndli kütlələrinin mənafeyini qızğın müdafiə etmişdir: 



 

Mahmud! Əya rəncbəranə mərdi yeganə 

Nahaq yerə rəncidə olub gəlmə fəğanə. 

Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə. 

Hərçənd gərəkdir qoşalar at bu kotanə, 

At olmasa, heç incimə, insan sa qoşarlar. 

 

Azərbaycan  ədəbiyyatında  əsasən  lirik  şair  kimi  tanınan  A.Bakıxanov  və 



M.Ş.Vazeh  də  öz  dövrlərinin  sosial  ədalətsizliyini  tənqid  atəşinə  tutan  bir  sıra 

şeirlər  yazmışlar.  İstedadlı  Cənubi  Azərbaycan  şairi  Fazil  xan  Şeyda  (?-1842) 

əsərlərində İran feodal üsuli-idarəsini kəskin tənqid etmişdir. 

XIX  yüzilliyinin  birinci  yarısında  Azərbaycan  ədəbiyyatında  mərsiyə, 

təriqət  və  təqlidçi-formalist  şeir  yolu  da  davam  etdirilmiş,  məhərrəmlik 

təziyədarlığı  ilə  əlaqədar  mərsiyələr,  dini  poemalar,  peyğəmbərin  şəninə 

mövludnamələr    yazılmışdır.  Dini-mistik  şerin  nümayəndələri  Raci,  Qumri,  Şüai, 

Supehri,  Ahi,  ―Nəqşbəndi‖  təriqətçiliyini  təbliğ  edən  şairlər  Seyid  Nigari, 

Məhəmməd  Əsgəri,  Qutqaşınlı  Abdulla,  nəzirəçi  şairlər  isə  Molla  Qadir,  Naci 

Şirvani,  Şəkili  Hatəm,  Molla  Zeynalabdin  Sağəri,  Mirz.  Məhərrəm  bəy  Məriz  və 

başqaları idilər. 

XIX  yüzilliyin  birinci  yarısında  zəngin  və  çoxəsrlik  tarixə  malik  olan 

şifahi  xalq  ədəbiyyatı,  xüsusən  aşıq  şeri  geniş  inkişaf  edir,  bu  sahədə  olduqca 

böyük,  qiymətli  və  rəngarəng  bir  ədəbi  irs  mənbəyi  yaradılırdı.  Aşıq  şerinin 

görkəmli nümayəndələri – Basarkeçərin Qaraqoyunlu kəndində Aşıq Musa (1795-

1840),  Daşkənd  kəndində  Məhəmməd  Hüseyn  (1800-1860),  Zaqatalanın 

Varxiyanlı  kəndində  Aşıq  Dilqəm,  Samur  qəzasının  Ehraq  kəndində  Aşıq  Rəcəb, 

Bakı  qəzasının  Masazır  kəndində  Aşıq  Həsən,  Bülbülə  kəndində  Aşıq  Cavad, 

Cənubi Azərbaycanın Qaradağ mahalının Andriyan kəndində Aşıq Camal və digər 

aşıqlar idilər. Bu xalq şairləri aşıq poeziyasının ənənələri əsasında  qoşma, gəraylı, 

təcnis,  bayatı,  deyişmələr  qoşmuş,  əsrlər  boyu  ağızdan  ağıza  keçmiş  ədəbi  irsi 

yaşatmış, onu təkmilləşdirmiş, yeni ideya-bədii keyfiyyətlərlə zənginləşdirmiş, bir 

sıra məhəbbət və qəhrəmanlıq dastanları yaratmışlar. 

Aşıq  şeri  və  dastanlarında  xalq  həyatı,  onun  adət-ənənələri  tərənnüm 

olunmuş,  zəhmətkeş  kütlələrin  dərd  və  ələmləri,  ehtiyacları,  istək  və  arzuları 

qələmə  alınmışdır.  Aşıq  poeziyası  yüksək  sənətkarlıq  xüsusiyyətləri,  bədii  üslub 

dilin təbiiliyi, canlılığı və zənginliyi ilə də fərqlənmişdir. 

Bu  dövr  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələri  Abbasqulu 

ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir və İsmayıl bəy Qutqaşınlıdır. 

A.Bakıxanovun  çoxcəhətli  yaradıcılığında  onun  bədii  irsi  mühüm  yer 

tutur;  Gənclik  illərindən  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənən,  Azərbaycan 

Şərqi klassik ədəbiyyatının görkəmli nümayəndələrinin irsinə dərindən bələd olan 

A.Bakıxanov  ―Qüdsi‖  təxəllüsü  ilə  həm  Azərbaycan,  həm  də  fars  dilində  klassik 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə