Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə64/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   60   61   62   63   64   65   66   67   ...   189

ilə tanış idilər. Azərbaycan şəhərlərində sirk tamaşaları təşkil edilirdi. Onlardan biri 

1848-ci ildə Şuşadan olmuşdur. 

Göstərilən  dövrdə  Şimali  Azərbaycanın  təsviri  sənətində  realist  meyillər 

inkişaf  edirdi.  Bu  meyil  o  dövrdə  Şimali  Azərbaycanın  böyük  rəssamı  Mirzə 

Qədim  İrəvaninin  (1825-1879)  yaradıcılığında  əks  olunurdu.  O,  İrəvanda  varlı 

sənətkar  ailəsində  doğulmuş  və  Tiflisdə  orta  təhsil  almışdı.  Öz  doğma  şəhərinə 

qayıtdıqdan sonra İrəvani bütün ömrünü orada keçirmişdir. O öz dövrünün savadlı 

adamı  olub,fars,  rusvə  fransız  dillərini  bilir,  musiqini  sevirdi.  Rəssam  şəkil 

çəkməyə  uşaqlıqdan  başlamışdı;  onun  rənglərlə  ilk  işi  yeniyetmə  vaxtı  çəkdiyi 

güzcüdəki qızın portreti olmuşdu. 

İrəvaninin  yaradıcılığının  ilkin  mərhələsi  başlıca  olaraq  onun  tətbiqi 

dekorativ sənət sahələrindəki işləri ilə səciyyələnir. Rəssam ipək tikmələr və qızıl 

saplar (güləbətin), həmçinin divar rəsmləri üçün çoxlu şəkil və qəliblər çəkmiş və 

hazırlamışdır.  50-ci  illərin  əvvəllərində  artıq  məşhur  olan  İrəvani  İrəvan  sərdar 

sarayındakı  rəsmlərin  bərpası  işinə  cəlb  edildi.  Bu  vaxtdan  rəssamın 

yaradıcılığında yeni mərhələ başlayır. O, kətan üzərində rəngli boyalarla sərdarlar 

bir neçə portretini çəkir. Bunlar Azərbaycan rəssamlığında dəzgahlara çəkilmiş ilk 

əsərləri idi. 

İrəvaninin  sonrakı  yaradıcılığı  XIX  yüzilliyin  ikinci  yarısı  şəraitində 

davam  etsə  də,  göstərilən  əsərlərdə  rəssamın  artıq  miniatür  şərtliyindən  və 

demokratizmdən,  təsvirdəki  primitivlikdən  və  təqliddən  reallığa  doğru  irəliləmək 

cəhdləri  özünü  aydın  göstərirdi.  Bu,  yazı  üslubunda,  rəsmlərin  xarakterində, 

traktovkasında  əks  olunurdu.  Bunula  belə,  İrəvaninin  yaradıcılığında  Azərbaycan 

miniatürlərinin, divar rəsmlərinin ən yaxşı ənənələri qorunub saxlanmışdı. 

Miniatür  rəssamlığının  ən  yaxşı  nümunəsi  Məhəmməd  Rza  İrəvaninin 

çəkdiyi  ―Şikəstin  sağalması‖  (Sankt-Peterburq,  Dövlət  Ermitajı)  əsəridir.  Bu, 

çoxfiqurlu  məişət  səhnəsi  obrazlarınvə  peyzajın  rəssam  tərəfindən  realist  təsvirə 

cəhd  göstərmək  baxımından  fərqlənən  əlamətdar  əsərdir.  Əsərdə  klassik  miniatür 

ənənələri və təzvirin yeni həcm-məkan həlii ustalıqla uyğunlaşdırılıb. 

―Kəlilə  və  Dimnə‖nin  1809-cu  ildə  Azərbaycan  dilində  hazırlanmış 

əlyazmasını  kitab  sənətinin  müvəffəqiyyətli  nümunəsi  hesab  etmək  olar. 

Əlyazmanın  xəttatı  və  rəssamı  Muğandan  olan  Əvəz  Əli  idi.  Əlyazmanın  ümumi 

bədii  tərtibat  səviyyəsi  yüksək  deyildi,  orada  olan  115  şəkil  sadəlövh-folklar 

xarakteri  daşıyırdı.  Bununla  belə  bütövlükdə  arxaik  olan  surətlərin  bəzi  fiqurları 

ifadəlidir. 

Divar  rəsmlərindən  ifadə  olunan  dekarasiya  sənəti  Şimali  Azərbaycanda 

xeyli inkişaf etmişdi. 1848-1851-ci illərdə Şəki Xan sarayının divar rəsmləri təmir 

və bərpa edilmişdi. Bu iş Qarabağdan olan usta Qəmbər və onun şagirdi tərəfindən 

görülmüşdü.  Özlərinin  parlaqlığı  və  təravəti  ilə  fərqlənən  və  başlıca  olaraq  bitki 

forma  və  motivlərindən  ibarət  bu  naxışlar  otaqların  divarlarını  başdan-başa  əlvan 

naxışlarla bəzəyir. 



Divar  naxışlarının,  o  cümlədən  süjetli  naxışların  Şimali  Azərbaycanda 

geniş yayılmasını tarixi-ədəbi mənbələr də təsdiq edir. Məlumdur ki, Bakı xanının 

güzgülü  salonunun,  Bakı  xanının  qəbul  otağının,  Təbriz  bəylərbəyi  sarayının 

salonunun  kompozisiyalarla  bəzədilmişdi.  İrəvan  sərdarının  sarayındakı  rəsmlər 

arasında  ―Şahnamə‖nin  qəhramanı  Rüstəmin  əfsanəvi  qəhrəmanlıqlarını  əks 

etdirən  süjetli  kompozisiyalar  xüsusilə  fərqlənirdi.  Sarayın  yay  salonunda  Fətəli 

şahın,  Abbas  Mirzənin  və  İrəvan  xanı  Hüseynqulunun  ayaqüstə  portretləri 

çəkilmişdi. 

Təbrizdəki  sarayın  divarları  güzgülərlə,  naxışlarla  və  döyüş  səhnələri 

təsvir  edilmiş  süjetli  kompozisiyalarla  bəzədilmişdi.  ―Torpaqqala  qəsrinin 

alınması‖  adlı  çoxfiqurlu  kompozisiya,  Şah  İsmayılın,  Nadir  şahın    və  Rüstəmin 

portretləri xüsusilə fərqlənirdi. 

1864-1865-ci  illərdə  Şimali  Azərbaycanda  olmuş  məşhur  rus  rəssamı 

V.V.Vereşşagin qeyd edirdi ki, Şuşanın bir çox varlı evlərində divarlar və tavanlar 

döyüş səhnələrini əks etdirən süjetli-portretləri ilə bəzədilmişdi. Keçən əsrin 50-ci 

illərinin  sonlarında  Şəki  Xan  sarayında  olmuş  A.Düma  qeyd  edirdi  ki,  ―qeyri-adi 

naxışları  olan,  gözəl  tikilmiş  bu  sarayı  ancaq  fırça  xarakterizə  edə  bilər‖  [70]. 

Yazılı və təsviri materiallar, eləcə də bizim dövrümüzə qədər gəlib çatmış abidələr 

XIX  yüzilliyin  birinci  yarısının  divar  rəsmlərinin  ümumi  xüsusiyyətlərini 

xarakterizə etməyə imkan verir. 

Şimali  Azərbaycanın  divar  rəsmləri  dekorativ  və  kompozisiya 

vəzifələrinin  həlli  və bədii  üslubun  vahidliyi ilə fərqlənir.  Fiqurların  təsvirində  və 

ifa  texnikasında  ənənəvi  və  dekorativ  üslubun  əsas  prinsipləri  gözlənilirdi. 

Rəsmlərin  bölgüsü  binanın  içərisinin  memarlıq  təfsilatına,  memarlıq-dekorativ 

elementlərin forma və xarakterinə ciddi şəkildə uyğun gəlir. 

Divar  rəsmləri  həm  məzmun,  həm  də  bədii  forma  cəhətindən  ənənəvi 

xarakter  daşıyır.  Bu  rəsmlərdə  ov  və  döyüş  səhnələrində  çoxfiqurlu 

kompozisiyaların  düzülüşü,  obrazların  və  peyzajların  təsviri,  kolorit  həlli  və  s. 

təsvir  vasitələri  XVIII-XIX  yüzilliklərin  təsviri  sənətinin  ümumi  üslubu  üçün 

xarakterikdir. 

Bu rəsmləri işləyən xalq ustalarının əsərlərində Azərbaycanın zəngin orta 

əsr miniatür və xalq incəsənəti ənənələri özünü göstərir. Gözəl naxışların dekorativ 

üslublarına,  zənginliyinə  və  rəngarəngliyinə,  bitki  motivlərinin  həyatiliyinə  və 

təravətinə  görə  divar  rəsmləri  xalq  yaradıcılığının  tikmə,  basma,  naxış,  xalçaçılıq 

və digər növləri ilə bilavasitə bağlıdır. 

Azərbaycanın  tətbiqi  sənətində  realizm  elementləri  də  inkişaf  edirdi.  Bu, 

xalça rəsmlərində və s. öz əksini tapırdı. Bunula belə Şimali Azərbaycanın tətbiqi 

incəsənəti  –  xalçalar,  tikmələr,  basmaların  rəngarəngliyinə  və  parlaq  rənglərin 

ahəngdarlığına görə fərqlənsələr də, əsasən ornament xarakteri daşıyırdı. 

Tətbiqi sənətin daha inkişaf etmiş növü xalçaçılıq idi. Həmin dövrdə onun 

əsas  mərkəzləri  Quba,  Şamaxı,  Bakı,  Gəncə,  Qarabağ  və  Qazax  idi.  Hazırlanma 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə