Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə65/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   61   62   63   64   65   66   67   68   ...   189

texnikasına  görə,  rəngarəng  olan  və  xalq  məişətində  geniş  istifadə  edilən  bədii 

tikmə  də  geniş  yayılmışdı.  Geyimin,  binanın  içəri  hissəsinin  və  xırda 

avadanlıqlarının  müxtəlif  əşyaları  əsasən  güləbətinli,  muncuqlu  tikmələrdən, 

parıltılı lövhələrdən və s. tərtib edilirdi. 

Şimali  Azərbaycanın  bədii  sənətkarlığında  basma  üsulu  ilə  hazırlanan 

güllü  ipək qadın baş örtükləri  –  kəlağayı  və  pambıq parçalar  –  qələmkar  mühüm 

yer  tuturdu.  Metaldan  olan  bədii  məhsullar  –  mis  qablar,  müxtəlif  naxışlarla 

bəzədilmiş  silahlar,  dəmirçilik  məmulatı  geniş  yayılmışdı.  Qızıldan  və  gümüşdən 

hazırlanmış, rəngli daşlarla və emalla naxışlanmış boyunbağılar, kəmərlər, üzüklər, 

qolbaqlar  və  kişi  geyim  əşyaları  orijinal  olub,  Rusiyanın  və  Qərbi  Avropanın 

bazarlarında maraq doğururdu. Ağac üzərində oyma da geniş yayılmışdı. 

XIX  yüzilliyin  birinci  yarısında    Şimali  Azərbaycanın  monumental 

memarlığında  tənəzzül  meyli  özünü  aydın  göstərirdi.  Digər  tərəfdən  isə  xalq 

memarlığında kifayət qədər intensiv inkişaf müşahidə olunurdu. 

Bu  dövr  ilk  növbədə  onunla  əlamətdardır  ki,  Şimali  Azərbaycanda  rus 

şəhərsalma  mədəniyyətinin  təcrübəsi  yayılırdı.  Ən  iri  şəhərlər  olan  Bakının, 

Şamaxının, Naxçıvanın, Gəncənin rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş 

planları bu şəhərlərin gələcəkdə hazırlanacaq baş planlarının başlanğıcı oldu. 

İlkin  baş  plana  əsaslanaraq  həyata  keçirilən  daha  erkən  şəhərsalma 

tədbirləri  əvvəlcə  Xəzər  vilayətinin  mərkəzi,  sonra  isə  quberniya  mərkəzi  kimi 

abadlaşdırılmağa başlayan  Şamaxı şəhəri ilə bağlıdır. 

Bu  dövrdə  Rusiyada  bütün  quberniya  şəhərlərində  tikinti  və  abadlıq 

işlərinə  nəzarət edən baş memarın olmasını nəzərdə tutan qanun mövcud idi. Baş 

memarı  olan  ilk  Azərbaycan  şəhəri  quberniya  mərkəzinə  çevrildikdən  sonra 

Şamaxı  olmuşdur.  Şamaxının  bizə  gəlib  çatmış  1839,  1844,  1847-ci  illərə  aid 

planlarında şəhərin ilk müntəzəm tikinti rayonu qeydə alınmışdır. 

Bu  planları  diqqətlə  nəzərdən  kerçirdikdə  aydın  olur  ki,  Şamaxının  hələ 

feodalizm  dövründə  formalaşmış  quruluşu  şəhərin  yeni  tikinti-abadlıq  işlərinə 

müəyyən təsir göstərirdi. Şəhərin daha  yüksək hissəsində  yerləşən və toxunulmaz 

saxlanan  Şamaxı  bürcü  –  Bala  Qala  şəhərin  baş  küçəsinin  istiqamətində  təsir 

göstərirdi. Belə ki, baş küçə bu bürcün divarlarına paralel gedir, digər küçələr isə 

bu küçəni düzbucaq altında kəsirdilər. 

Şəhərsalma  mütəxəssisləri,  öz  növbəsində,  əsas  küçələrdən  birinin 

istiqamətinə təsir göstərən Cümə məscidi tikinti kompleksinə də toxunmamışdılar. 

Göstərilən küçə bu qədim məscidin baş fasadına paralel gedirdi. 

Şamaxı  şəhərinin  o  vaxtkı  baş  memarı  Abrocianın  müavini  Qasım  bəy 

köhnə  anbar  binasının  teatr  binasına        çevrilməsini  lahiyələşdirmişdi.  Parterdən 

əlavə lojalar da olan bu binada artıq 1857-ci ildə tamaşalar verilirdi. 

1810-cu  ildə  Bakının  İçərişəhərində  ilk  dəfə  müntəzəm  tikinti  rayonu 

meydana  gəldi.  İçərişəhərdə  iki  və  bəzi  hallarda  üçmərtəbəli  evlər  tikilirdi.  Bu 

evlərin  memarlığında  Azərbaycanın  mənzil  tikintisi  memarlığının  təcrübəsi  həm 



şəhər  mənzil  tikintisi  memarlığının  ənənələri,  həm  də  şəhər  mənzil  tikintisi 

memarlığının  yenilikləri  ilə  üzvi  şəkildə  birləşirdi.  Azərbaycanın  feodal 

şəhərlərindəki yaşayış evlərindən fərqli olaraq, bu yeniliyin xarakterik cəhəti əsas 

fasadın pəncərələrlə birlikdə küçəyə baxmasında idi. 

XIX  yüzilliyin  birinci  yarısında  Şəki  və  Şuşa  şəhərlərində  də  xeyli 

şəhərsalma  işləri  görülmüşdü.  Gəncə  isə  əsasən  özünün  keçmiş  görkəmini 

saxlayırdı. 

Bu  dövrdə  onunla  əlamətdardır  ki,  xalq  memarlığı  ənənələri  əsasında 

yarımşəhər  tipli  yaşayış  evləri  meydana  gəlir  və  yüzilliyin  ikinci  yarısında  onlar 

Azərbaycanın qəza və quberniya şəhərlərində aparıcı yer tuturdular. 

Bu hadisənin mahiyyəti ondan ibarətdir ki, öndə ―eyvan‖ yerləşməklə bir 

sırada düzülən yaşayış otaqları ilə xarakterizə olunan Şimali Azərbaycanın ənənəvi 

yaşayış  evlərindən  fərqli  olaraq,  otaqları  iki  sırada  düzülmüş  ev  tipi  formalaşır. 

Eyvanlar  həyət  tərəfdən  şüşəli  qalereyalara  çevrilir,  küçə  tərəfdən  isə  küçə 

eyvanları meydana gəlirdi. 

Tikinti texnikasının özündə də ciddi dəyişiklik baş verir. Yaşayış evlərinin 

tikintisində  ağırçəkili  günbəz  və  qülləşəkilli  konstruksiyalar  yastı  damlarla  əvəz 

olunur  ki,  bu  da  Rusiyadan  gətirilən  ağac  material  gətirilməsi  hesabına  mümkün 

olurdu. 

Memarlığın inkişafında həmin dövrdə tikinti işlərində adi şeyə çevrilən və 

həmçinin Rusiyadan gətirilən şüşə də az rol oynamırdı. 

Yaşayış  evlərinin  istilik  sisteminin  təşkilini  də  mütərəqqi  hadisə  hesab  

etmək  lazımdır.  Məlum  olduğu  kimi,  əvvəllər  Şimali  Azərbaycanda  yaşayış 

evlərinin  qızdırılması  kürsü  və  buxarı  kimi  qurğular  vasitəsilə  həyata  keçirilirdi. 

Kürsünün mahiyyəti ondan ibarət idi ki, otağın ortasında qazılmış çuxura içərisində 

közərdilmiş  kömür  dolduran  manqal  qoyulur,  onun  üstünə  isə  kiçik  masanı 

xatırladan  qurğu  bərkidilir  və  bu  masa  yorğanla  örtülürdü.  Bu  masanın  ətrafında 

oturarkən və yaxud gecələr onun ətrafına salınmış yorğan-döşəkdə yatarkən kifayət 

qədər isti olurdu. 

Divar içində olan buxarı isə tüstü dövriyyəsi olmadığından lazımi səmərə 

vermirdi,  istiliyin çox az hissəsi otağın qızdırılmasına  gedir,  əsas kütləsi isə  boru 

vasitəsilə  bayıra  çıxırdı.  Tüstüçəkəni  olan  divar  sobalarının  meydana  gəlməsi, 

şübhəsiz  ki,  həmin  dövrdə  Azərbaycanda  mənzil  mədəniyyətinin  yüksəlməsində 

müəyyən rol oynadı. 

Bu  dövrdə  Şimali  Azərbaycanda  xeyli  mahir  memar,  həkkak  yaşayıb-

yaradırdı ki, bunlar arasında da Rəcəbəli, Tağı, Mehdi, Xalıq, Zeynal, Rəcəb və b. 

ustalar  seçilirdilər.  Bu  ustalar  tərəfindən  Ağsu  və  Şamaxıda  sərdabələr  tikilmiş, 

Abşeronda daş üzərində bir sıra yazılar həkk edilmiş, bir neçə məscid, ovdan və s. 

inşa  olunmuşdu.  Lakin  bu  dövr  tikililərinin  əksəriyyəti  bir  çox  cəhətdən 

Azərbaycanın m emarlıq incilərindən geriyə qalırdı. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə