Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə66/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   62   63   64   65   66   67   68   69   ...   189

Digər  tikinti  işlərindən  Bakının  qala  divarlarının  və  Azərbaycanın  digər 

qalalarının bərpasını göstərmək olar. 

Lakin  Azərbaycan  memarlığının  bir  çox  qiymətli  orta  əsr  abidələri  (  XII 

yüzillik  Naxçıvan  məqbərələri,  Bakıda  Şirvanşahlar  sarayı  və  s.)  uçulub  dağılır, 

anbar binaları kimi istifadə olunurdu. Azərbaycan şəhərlərində yeni binalar sanitar-

gigiyenik  və  mühəndis-texniki  tələblər  nəzərə  alınmaqla  tikilirdi  ki,  bu  da  həmin 

dövrdə digər Şərq ölkələrində gedən şəhərsala ilə müqayisədə mütərəqqi hadisə idi. 

Bakının qala divarlarından kənarda aparılan tikinti işlərini nizama salmaq cəhdləri 

də bu dövrdə aiddir. 

Şimali  Azərbaycanın  kənd  yerlərində  yaşayış  binalarının  tikintisində  də 

müəyyən dəyişiklik baş verirdi. 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


IV FƏSİL 

 

KAPĠTALĠST MÜNASĠBƏTLƏRĠNĠN 



MEYDANA ÇIXMASI. AQRAR, 

ĠNZĠBATĠ-MƏHKƏMƏ VƏ ġƏHƏR ĠSLAHATLARI 

 

§ 1. KAPĠTALĠST MÜNASĠBƏTLƏRĠNĠN 

ƏMƏLƏ GƏLMƏSĠ 

 

Sənaye.  Yüzilliyin  ikinci  yarısında  Rusiya  getdikcə  daha  geniş  şəkildə 

kapitalist  inkişaf  yoluna  çıxırdı.  Bu  öz  ifadəsini  ölkə  miqyasında  ictimai  əmək 

bölgüsünün  getdikcə  daha  çox  genişlənməsi  və  dərinləşməsinə,  Ümumrusiya 

kapitalist  bazarının  yaranmasında  tapırdı.  Azərbaycan  imperiyasının  bir  hissəsi 

olduğundan  o  da  tədricən  ümumrusiya  ictimai  əmək  bölgüsünə  cəlb  olunur  və 

ümumrusiya  bazarına  qoşulurdu.  Mərkəzi  Rusiya  ilə  onun  ucqarları  arasında 

yaranan  iqtisadi  birlik  ikili  xarakter  daşıyırdı:  bir  tərəfdən,  rus  kapitalizmi  ―öz 

fabrikləri  üçün  bazar  yaradırdı‖,  digər  tərəfdən  isə  o  elə  həmin  fabriklərin  –ölkə 

xammalına  olan ehtiyaclarını  ödəmək  üçün  ucqarlarda  ticarət  əkinçiliyinin, balıq, 

dağ-mədən, neft və s. sənaye sahələrinin meydana çıxması və inkişafını hər vasitə 

ilə  stimullaşdırırdı.  Bu  da  labüd  olaraq  rus  kapitalının  fəal  iştirakı  ilə  ölkədə 

müstəmləkə  iqtisadiyyatının,  qismən  də  hasilat  və  emal  sənayesinin,  ticarət 

xarakterli kənd təsərrüfatı sahələrinin əmələ gəlməsi və inkişafına gətirib çıxarmalı 

idi  və  həqiqətən  də  gətirib  çıxardı.  Artıq  yüzilliyin  60-cı  illərində  Azərbaycanda 

kapitalist istehsal münasibətlərinin meydana çıxması prosesi dəqiq müəyyənləşdi. 

Yüzilliyin 60-cı illərinin ortalarında Azərbaycan neft təsərrüfatında dönüş 

baş verdi. Bu təsərrüfat əvvəlki illərə nisbətən sürətlə inkişaf etməyə başladı. Neft 

hasilatında artım xüsusən də 1862-ci ildən nəzərə çarpır. Əgər 1860-cı ildə Bakıda 

247814  pud  neft  çıxarılmışdısa,  1862-ci  ildə  bu  göstərici  334926  puda  çatmış, 

sonrakı  illərdə  fasiləsiz  surətdə  artmışdı.  1870-ci  ildə  burada  artıq  1482100  pud 

neft çıxarılırdı [1]. Neft hasilatı artımının səbəblərindən biri Balaxanı kəndlilərinin 

məcburi və bu səbəbdən də az məhsuldar əməyinin 1864-cü ildə ləğv edilməsi idi. 

Neft  mədənlərində  muzdlu  fəhlələr  işləməyə  başladı.  Bu,  neft  sənayesinin 

kapitalistcəsinə yeniləşməsinin daha da dərinləşməsi əlaməti idi. 

Neft  hasilatının  artması  neft  quyuları  sayının  artması  ilə  müşayiət 

olunurdu.  Belə  ki,  60-cı  illərdə  Bakı  rayonunun  232  neft  quyusu  var  idi.  Onlar 

neftverən  rayonlar  arasında  aşağıdakı  şəkildə  bölünürdü:  Balaxanıda  125, 

Suraxanıda 21, Binəqədidə 61, Bibiheybətdə isə 25 quyu var idi [2]. Halbuki 40-cı 

illərdə cəmisi 133 neft quyusu mövcud idi. 

Neft  hasilatının  belə  artımının  əsas  səbəbi  Rusiyanın  daxili 

quberniyalarında  ağ  neftə  tələbatın  genişlənməsi  idi.  Ağ  neftdən  artıq  təkcə  çıraq 

yanacağı kimi deyil, əsasən Rusiyanın inkişaf etməkdə olan sənayesi üçün yanacaq 



kimi  istifadə  olunurdu.  Lakin  Rusiyanın  daxili  quberniyaları  ilə  geniş  nəqliyyət 

yollarının  olmaması  Bakıda  istehsal  olunan  neftin  hamısını  oraya  aparmağa  və 

Rusiya  sənayesi  tələbatının  bir  hissəsini  ödəməyə  imkan  vermirdi.  Ona  görə  də 

Rusiya  sənayeçiləri  özlərinin  yanacağa  olan  ehtiyaclarını  əsasən  Amerikadan 

gətirilən neftin hesabına ödəməyə  məcbur olurdular. Bu vəziyyət neft sənayesinin 

sürətlə  inkişafına  mane  olurdu.  Lakin  başlıca  səbəb  neft  sənayesində  iltizam 

sisteminin mövcud olması idi. Bu sistem iltizamçılara  yeni neft quyuları qazmaq, 

neft  çıxarmaq  və  satmaq  sahəsində  inhisarçı  hüququ  verirdi.  Müəyyən  məbləğ 

müqabilində  neft  quyularını  uzun  müddətə  iltizama  götürənin  iltizamçılarına 

növbəti  müzayiqələrdə  (  torqda)  onları  itirmək  təhlükəsindən  sığortalanmamış 

istehsala  texniki  yeniliklərin  tətbiqi  üçün  zəruri  olan  iri  kapital  qoymağa  maraqlı 

deyildilər  və  neft  quyuları  qazılmasında  yeni  texnika  və  təcrübəni  tətbiq  etmək 

üçün göstərilən bütün cəhdlərə mane olurdular. 

Pirallahı  adasında  buruq  qazmaq  üçün  ilk  uğursuz  cəhdi  tiflisli  əczaçı 

Vitte  göstərirdi.  1866-cı  ildə  ―Zaqafqaziya  Ticarət  Cəmiyyəti‖  (sonralar  bu 

cəmiyyət  ―Bakı  Neft  Cəmiyyəti‖nə  çevrildi)  qazma  işlərinə  başlamağa  icazə 

verilməsi  barədə  hökumət  qarşısında  məsələ  qaldırdı.  Lakin  iltizamçı  özünün 

inhisar  hüququndan  istifadə  edərək  buna  mane  oldu  və  hökumət  cəmiyyətə  rədd 

cavabı  verdi.  Üç  ildən  sonra,1869-cu  ildə  iltizamçı  Mirzəyev  bu  adada  yeni 

buruğun  əsasını  qoydu.  Lakin  yoxlama  qazıması  zamanı  qazma  ustası  teraltı 

uğultudan  qorxaraq  quyunu  daş  və  qumla  doldurmağı  əmr  etdi.  Bir  ildən  sonra 

Balaxanıda  yeni  buruq  qazıldı  və  o,  20  sajen  dərinlikdən  gündə  700  pud  neft 

verməyə başladı [3]. Bu uğurlu təcrübədən sonra qazıma işi sürətli inkişaf  yoluna 

keçdi. 


Məlum  olduğu  kimi,  çıxarılan  neft  emal  olunmuş  halda  ixrac  olunurdu. 

Ona  görə  də  neft  hasilatının  artımı  neftayırma  sənayesinin  meydana  çıxmasını 

şərtləndirirdi.1859-cu  ildə  rus  kapitalistləri  Kokorev  və  Quboninin  ―Zakaspi 

Ticarət  Cəmiyyəti‖  Suraxanıda  neftayırma  zavodu  tikdi.  Zavod  sahibləri  yanacaq 

kimi  təbii  qazdan  istifadə  edirdilər.  İltizamçı  tərəfindən  neftə  qoyulmuş  qiymətin 

bahalığı üzündən bağlanmaq həddində olan zavodun fəaliyyəti 1863-cü ildə Bakıya 

dəvət olunmuş böyük rus alimi D.İ.Mendeleyevin köməyi və bilavasitə iştirakı ilə 

qaydaya salındı. 1861-ci ildə tiflisli əczaçı Vitte Pirallahı adasında parafin zavodu, 

1863-cü  ildə  Məlikov  Bakının  özündə  ağ  neft  zavodu  tikdirdilər.  Onların  ardınca 

iltizamçı Mirzəyev, Tarayev və b. zavodlar tikdirdilər. 

1867-ci  ildə  bakı  rayonunda  ancaq  ikisi,  az-çox  iri  olan  15  neftayırma 

zavodu  fəaliyyət  göstərirdi.  Onlarda  cəmi  200-ə  yaxın  fəhlə  işləyir  və  bu 

zavodların bütün məhsulu Rusiyaya daşınırdı [4]. 1869-cu ildə zavodların sayı 24-ə 

[5], 1872-ci ildə isə 47-yə çatdı. Bu zavodlarda 497.941 pud neft istehsal edilmişdi 

[6]. 

Kokorevin  zavodu  və  Mirzəyevin  üç  zavodu  istisna  edilərsə,  qalanları 



içərisindən  ancaq  Kələntərov  və  Ter-Akopovun  hərəsində  dörd  qazanı  olan 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə