Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə67/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   63   64   65   66   67   68   69   70   ...   189

zavodlarını  və  bir  də  Cavad  Məlikovla  Tarayevin  hər  birində  üç  qazanı  olan 

zavodlarını  fərqləndirmək  olar.  Bütün  qalan  zavodlar  isə  daha  kiçik  müəssisələr 

idi. 

Neft  hasilatı  və  neftayırmanın  müəyyən  artımına  baxmayaraq,  60-cı 



illərdə aydın oludu ki, neft mənbələri istismarının iltizam sistemi keçmişin yararsız 

qalığıdır  və  bu  sənaye  sahəsinin  inkişafı  üçün  neft  işinin  başqa  cür  qurulması 

lazımdır.  ―Neft  istehsalı  və  fotogen  istehsalından  aksiz  haqqında  qaydalar‖  çar 

tərəfindən  1872-ci  ildə  fevralın  1-də,  ―Qafqaz  və  Cənubi  Qafqazın  iltizamda  olan 

xəzinə  neft  mənbələrinin  müzayiqə  yolu  ilə  xüsusi  şəxslərə  verilməsi  haqqında 

qaydalar‖ isə 1872-ci il fevralın 17-də təsdiq olundu. Bu qaydalara görə, xəzinənin 

iltizamda olan neft mənbələri müzayiqələr (torq) yolu ilə  xüsusi şəxslərə verilirdi. 

Bu  neftli  sahələr  üzərində  verilirdi.  Bu  neftli  sahələr  üzərində  tikililər  və  daşınar 

əmlakla  birlikdə  hər  biri  10  des.-dən  böyük  olmayan  ayrı-ayrı  qruplara  bölündü. 

Ümumi  sahəsi  təxminən  460  des.  olan  neftverən  sahələrə  522221  manat  qiymət 

qoyuldu. Deməli, hər desyatin torpağın qiyməti orta hesabla 1200 manata bərabər 

idi.  Lakin  müzayiqələrin  gedişində  rəqabət  aparan  iddiaçılar  tərəfindən  qiymətlər 

xeyli qaldırıldı və xəzinə 2980307 man. əldə etdi; başqa sözlə deyilsə, o, torpağın 

hər  desyatinindən  7200  man.  götürdü.  Sonralar  keçirilmiş  müzayiqələrlə 

müqayisədə bu qiymət çox cüzi idi. 

Neftli  sahələr  başlıca  olaraq  1323578  manatlıq  neftverən  torpaqlar  almış 

Quboninin və Kokorevin, habelə qiyməti 1222 min manat olan neftverən torpaqlar 

keçmiş  iltizamçı  Mirzəyevin  əlində  cəmləndi.  Bu  torpaqlar  bütün  əsas  neftverən 

sahələrin  86  faizinə  bərabər  idi.  Azərbaycan  kapitalı  nümayəndəsi  H.Z.Tağıyevin 

(şərikləri ilə birlikdə) Bibiheybətdəki neftli sahəsinin qiyməti cəmi 9005 man. idi. 

İltizam  sisteminin  ləğvi  bütün  nüft  hasilatında  qəti  dönüş  yaratdı,  neft 

sənayesi kapitalist istehsalı sahəsinə çevrildi. 

Bakıdakı neft və digər sahələrlə yanaşı, qəzalarda da sənaye inkişaf edirdi. 

Azərbaycanın üzvi tərkib hissəsi kimi, Bakının sosial-iqtisadi həyatında baş verən 

dəyişikliklər,  şübhəsiz  ki,  bütün  Azərbaycanda  məhsuldar  qüvvələrin  inkişafına 

təsir göstərirdi. 

60-70-ci  illrədə  misəritmə  istehsalı  mühüm  sənaye  sahəisnə  çevrildi. 

Yelizavetpol  qəzasının  Gədəbəy  kəndi  yaxınlığındamis  filizinin  olması  hələ 

yüzilliyin birinci yarısında məlum idi. Ancaq büsbütün əl əməyinə əsaslanan, ildə 

14100  manatlıq  1200  pud  mis  istehsal  edən  kiçik  misəritmə  zavodu  isə  yerli 

sahibkarlar  tərəfindən  burada  ancaq  1855-ci  ildə  işə  salındı  [7].  1864-cü  ildə  bu 

zavod iri sənayeçilərin – Simens familiyalı iki qardaşın  əlinə keçdi. Onlardan biri 

Rusiya, digəri isə Almaniya təbəəsi idi. Elə o dövrdə onlar Gədəbəydə yeni zavod 

tikmək barəsində xəzinə ilə müqavilə bağladılar. ―Simens qardaşları və Kº‖ şirkəti 

Gədəbəy  rayonunun  mis  sərvətlərini  layiqincə  qiymətləndirərək,  bu  işin  onlara 

necə  böyük  qazanclar  gətirəcəyini  başa  düşərək,  1865-ci  il  avqustun  25-də  iri 

misəritmə  zavodunun  tikintisini  başa  çatdırdılar.  Simens  qardaşları  zavodun 



tikintisinə  1,5  mln  manatdan  çox  pul  xərclədilər.  Zavod  müasir  texnika  ilə  təchiz 

olunmuşdu. Bu zavodda misəritmə  üçün 9 şaxta  sobası, 6 bişirmə  sobası, 9 digər 

soba, 7 dəmirçi körüyü, bir çuqunəritmə sobası, kərpicbişirmə sobası var idi [8]. 

Bunlardan başqa, zavodda əridilən filizlərdən mis kuporosunun təmizlənib 

ayrılması  üçün  hovuzlar  sistemi  qurulmuş  və  iki  lokomotivi  olan  6  verstlik 

dəmiryolu  çəkilmişdi.  Zavod  həmçinin  ventilyasiya  sisteminə  malik  idi,  burada 

dülgər və çilingər sexləri yaradılmışdı [9]. 

Gədəbəy  zavodu  onun  üç  verstliyində  yerləşən  mədəndə  çıxarılan  mis 

külçəsi ilə təchiz olunurdu. Külçə hasilatı ilbəil artırdı. Əgər 1865-1866-cı illərdə 

60000 pud külçə çıxarılmışdısa, 1871-ci ildə isə artıq 1 mln. puddan çox külçə əldə 

olunmuş, 1877-ci ildə isə bu rəqə iki dəfədən çox artmışdı [10]. 

Bu iri kapitalist  müəssisəsinin zəif  yeri onun  yanacaq bazası idi.  Cənubi 

Qafqaz dəmiryolunun Bakı sahəsinin tikilməsinədək zavod müstəsna surətdə ağac 

kömürü  hesabına  işləməli  olmuşdu.  Möhtəşəm  meşə  zolaqlarının  sahibləri  olan 

Simenslər onları amansızcasına qırıb məhv edirdilər. 

Gədəbəy  zavodu  1865-1866-cı  illərdə  müvafiq  olaraq  4025  və  8416  pud 

mis  vermişdi.  Onun  məhsuldarlığı ilbəil artaraq, 1871-ci  ildə  24059, 1877-ci  ildə 

isə  53  min  puda  çatmışdı.  Bu  da  bütün  Rusiya  imperiyası  misəritmə  sənayesi 

məhsulunun  dörddə  birini  təşkil  edirdi.  Misin  bir  hissəsi  Rusiya  quberniyalarına 

göndərilir,bir hissəsi isə sakinləri mis qab-qacaq istehsalı ilə məşğul olan Lahıcda 

istifadə edilirdi. Bünövrəsi qoyulduğu ildə zavodda 257, 1867-ci ildə 500, 1868-ci 

ildə isə artıq 1000 fəhlə işləyirdi [11]. Beləliklə, Gədəbəy misəritmə zavodu, o vaxt 

bütün  Rusiya  misəritmə  müəssisələri  içərisində  ən  iri  zavod  idi.  Gədəbəyin 

misəritmə  sənaye  kapitalist  istehsalı  məcrasına  neft  sənayesindən  əvvəl  cəlb 

olunmuşdu. 

Daşkəsəndə kiçik zavod, dəmir və kobalt mədənləri 1866-cı ildə ―Simens 

qardaşları və Kº‖ şirkətinin əlinə keçdi. 1867-ci ildə zavodda artıq 1305 pud kobalt 

alınmışdı. Müxtəlif  illərdə bu zavodda 20-dən 50-dək fəhlə işləyirdi. 

60-cı  illərdə  Zəylikdə  kiçik,  kustar  zəy  müəssisələri  fəaliyyət  göstərirdi. 

1878-ci ildən yeni zəy zavodu fəaliyyətə başladı. 1879-cu ilədək zavodda 5 mindən 

8  min  pudadək  zəy  istehsal  olunur,  burada  40-dan  100-dək  və  daha  çox  fəhlə 

işləyirdi [12]. 

Lakin  sonrakı  illərdə  zavodun  məhsuldarlığı  azaldı  və  1883-cü  ildə  o, 

fəaliyyətini dayandırdı. 

Hələ  50-60-cı  illərdə  kapitalist  istehsalı  orbitinə  cəlb  olunmuş  sənaye 

sahələrindən  biri  ipəksarıma  istehsalı  idi.  50-ci  illərdə  Xanabad  ipəksarıma 

fabrikinin  texniki  təminatında  tərəqqinin  davam  etdirilməsi  müşahidə  olunur. 

1854-cü ildə fabrikdə dəzgahların sayı 42-yə çatdı, buxar mühərriki tətbiq olundu 

və dəzgahlar qismən mexaniki avadanlığı işləməyə keçirildi. 1860-cı illərdə isə bu 

fabrikin avadanlığı daha da təkmilləşdirilmişdi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə