Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə68/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   64   65   66   67   68   69   70   71   ...   189

İpəksarıma istehsalının verə biləcəyi gəlir Moskva sənayeçiləri Alekseyev 

və  Voronin  qardaşlarının  diqqətini  cəlb  etdi.  Onlar  şirkət  təşkil  etdilər  və  1860-cı 

ildə iri fabrikin tikintisinə başladılar. Fabrikin 432 dəzgahı, 64 hazırlayıcı hovuzu 

və  buxar  mühərriki  var  idi.  1863-1865-ci  illərdə  fabrikdə  buxarla  işləyən 

dəzgahlarda 192 usta və 64 şagird, ayaq dəzgahlarında 30 usta işləyir və nəhayət, 

baramanın  növlərə  ayrılmasında  200  nəfərdən  250  nəfərədək  qadın  çalışırdı.  Bu 

fabrikdə bir çox kapitalist müəssisələri üçün çox səciyyəvi olan, aşağı haqq verilən

kapitalistlər  üçün  xeyirli  olan  qadın  və  uşaq  əməyi  tətbiq  edilirdi.  Fabrikdə  ildə 

100-1200 pud ipək istehsal edilməsi nəzərdə tutulurdu [13]. 

Göstərilən  iki  fabrikdən  əlavə  bu  illərdə  daha  bir  iri  ipəksarıma  fabriki 

fəaliyyət göstərirdi. Bu fabrikdə 55 dəzgah işləyirdi. 1864-cü ildə onun fəhlələrinin 

sayı 70-ə çatmışdı [14]. Qalan ipəksarıma fabrikləri xırda müəssisələr idi. 

Lakin elə bu dövrdə, ipəkçiliyin çiçəklənməsinin ən yüksək mərhələsində, 

yəni  60-cı  illərin  birinci  yarısında  iqtisadiyyatın  bu  sahəsinə  bəla  üz  verdi.  Bir 

tərəfdə,  xarici  şirkətlərin  ipəkqurdu  toxumu  ilə  alver  edən  agentləri  Nuxada  çox 

böyük miqdarda ipəkqurdu toxumu alır və onu xaricə aparmaqda davam edirdilər, 

digər  tərəfdən  isə  onlar  1864-cü  ildə  azərbaycana  ipəkqurdu  xəstəliyini  gətirdilər. 

Bütün  bunlar  ipəkçiliyin  xeyli  tənəzzül  etməsinə  gətirib  çıxardı.  Buna  görə  də 

xammalın çatışmazlığı ilə əlaqədar Aleksevey və Voronin qardaşlarının müəssisəsi 

1866-cı  ildə  öz  istehsal  gücünü  yarıbayarı  azaltmış,  1867-1870-ci  illərdə  isə 

fəaliyyətini  tamamilə  dayandırmışdı.  Nuxanın  digər  ipəksarıma  müəssisələri  də 

bağlanmışdı.  əgər  Nuxa  şəhərində  1861-ci  ildə  50,  1862-ci  ildə  56  ipəksarıma 

müəssisəsi fəaliyyət göstərirdisə, sonrakı illərdə burada cəmi 1-3 müəssisə mövcud 

idi. 


Həm  sənətkar  sexlərinin,  həm  də  fabrik  tipli  ipəksarıma  müəssisələrinin 

olduğu Nuxa qəzasında fərqli olaraq, Şuşa şəhərində və Şuşa qəzasında bu sonuncu 

tip  müəssisələr  paralel  surətdə  mövcud  deyildilər.  60-cı  illərdə  Şuşa  qəzasında 

əvvəlcə  onlarla,  sonra  isə  yüzlərlə  kustartipli  ipəksarıma  müəssisəsi  mövcud  idi. 

Elə  müəssisələr  də  var  idi  ki,  onları  fabrik  kateqoriyasına  aid  etmək  olar.  Şuşa 

şəhərində 350 fəhləsi olan 7 ipəksarıma müəssisəsi fəaliyyət göstərirdi [15]. 

İpəkqurdu  xəstəliyi  Ordubad    və  Naxçıvan  şəhərləri  rayonunu  əhatə 

etməmişdi.  Bu  vəziyyət  həmin  rayonda  ipəksarıma  istehsalının  təşəkkülünə  və 

inkişafına  müsbət  təsir  göstərirdi.  Ordubadda  ilk  ipəksarıma  fabrikləri  meydana 

çıxmağa  başlamışdı.  60-cı  illərin  əvvəllərində  fabriklərdən  biri  Aşağı  Əylisli 

kəndində,  ikincisi  isə  Ordubadda  yaradılmışdı,  Birinci  fabrikin  1861-ci  ildə  70 

fəhləsi  və  50  dəzgahı,  1866-cı  ildə  isə  artıq  80  dəzgahı  var  idi.  Fabrikdə  buxar 

qazanları işləyirdi. 60-cı illərin sonlarında Cənubi Qafqazda ilk dəfə olaraq burada 

10 mexaniki ipəkburma dəzgahı tətbiq olundu. 

1875-ci ildə Ordubadın özündə iki ipəksarıma  fabriki  meydana çıxdı. Bu 

fabriklərdə  də  buxar  mühərrikləri  tətbiq  olunurdu.  Göstərilən  fabriklərdən  başqa 

Naxçıvan  qəzası  və  Ordubadda  xırda  əmtəə  istehsalı  tipli  onlarla  ipəksarıma 



müəssisəsi  fəaliyyət  göstərirdi.  İpəksarıma  müəssisələri  Azərbaycanın  bəzi  digər 

qəzalarında  da  var  idi,  lakin  heç  yerdə  onlar  nəinki  fabrik-zavod  istehsalı,  heç 

manufaktura istehsalı mərhələsinədək də yüksələ bilmədilər. 

Balıq  vətəgələri  Azərbaycanın  iqtisadi  həyatında  görkəmli  yer  tuturdu. 

Rusiya  şəhərləri  kimi  daimi  satış  bazarlarına  malik  olan  sahibkarlar  burada  öz 

məhsullarına  təminatlı  tələbat  tapır,  bu  da  istehsalın  durmadan  genişləndirlməsi 

üçün böyük maraq yaradırdı. 1881-ci ildən Azərbaycanın balıq sənayesində növbə 

ilə balıq vətəgələrini 7-8 illiyə iltizama götürən 6 nəfər yerli sahibkar ağalıq edirdi. 

Göstərilən  müddət  ərzində  onların  hər  il  xəzinəyə  ödədikləri  məbləğ  170  min 

manatdan  405  min  manatadək  tərəddüd  edirdi.  Bu,  zəngin  balıq  vətəgələrinin 

vəhşicəsinə istismarından onların götürdükləri xalis gəlirdən çox-çox az idi. 

Vətəgələrin  vəhşicəsinə  istismarı  balıq  tutulmasının  azalmasına  gətirib 

çıxarırdı. Hər bir iltizamçı dəmir toplar qurmaq yolu ilə bircə iri balığın belə Kürün 

yuxarılarına  keçməsinə  yol  verməməyə,  mümkün  qədər  çox  belə  balıq  tutmağa 

çalışırdı.  Ona  görə  də  balıq  ildən-ilə  xırdalaşır,  az  kürülü  olur  və  deməli,  onun 

ümumi nəsilvermə qabiliyyəti aşağı düşürdü. 

Balıq  tutulmasının  azalmasına  göstərmək  üçün  aşağıdakı  məlumatlar 

sadalamaq  kifayətdir:  əgər  1847-1855-ci  illrədə  Kür  çayının  mənbəsinə  467778 

ədəd  balıq  tutulmuşdusa,  1871-1877-ci  illərdə  bu  rəqəm  323553-ə  enmişdi  [16]. 

Eyni şeyin kürü alınması barəsində də demək olar. 

Balıq  vətəgələrində  minlərlə  həm  yerli,  həm  də  gəlmə  muzdlu  fəhlənin 

əməyi  tətbiq  olunurdu.  Deməli,  iltizam  sisteminin  mövcudluğuna  baxmayaraq 

balıq sənayesi kapitalist az rol oynamırdı. Bakı quberniyasının Şamaxı və Göyçay, 

Yelizavetpol  quberniyasının  Şuşa  və  qəzaları  əsas  şərabçılıq  rayonları  idi.  60-cı 

illərdə  hər  il  Bakı  quberniyasında  100  min  vedrəyə  yaxın,  Yelizavetpol 

quberniyasında isə 250-275 min vedrə şərab istehsal olunurdu [17]. 

Şərab  istehsalında  Yelenendorf  (indiki  Xanlar)  kəndinin  alman 

kolonistləri  görkəmli  yer  tuturdular.  Onlardan  biri  –  Xristofer  Forer  1870-ci  ildə 

şərab  ticarəti  ilə  məşğul  olan  ―Xristofer  Forer  oğulları  ilə  birlikdə‖  adlı  firmanın 

əsasını  qoydu.  Müxtəlif  vaxtlarda  Gəncə,  Bakı,  Tiflis  və  Batumda  firmanın 

filialları açıldı. Zavod tipli bir neçə şərabçılıq müəssisəsi nəzərə alınmazsa, bütün 

qalanları xırda müəssisələr idi. 

Azərbaycanda  şərabçılıqla  yanaşı,  araqçəkmə  ilə  də  məşğul  olurdular. 

Yelizavetpol  quberniyasında  müxtəlif  meyvələrdən  ildə  7500  vedrə  araq  istehsal 

etmək gücünə malik olan üç mindən artıq müəssisə var idi. Bütün bu müəssisələrdə 

cəmi 7023 nəfər işləyirdi [18]. 

1873-cü  il  iyulun  1-dən  etibarən  araqçəkmə  istehsalı  üzərinə  aksiz 

vergisinin  qoyulması  adları  çəkilmiş  araqçəkmə  müəssisələrinin  vəziyyətinə  ağır 

təsir göstərirdi. 1873-cü ildə bu ―Əsasnamə‖yə edilmiş dəyişikliklərə əsasən aksiz 

vergisinin  məbləği  araq  çəkilən  qazanın  tutumu  (bu  tutum  20  vedrədən  az 

olmamalı idi) və zavodun fəaliyyət göstərmə müddətindən asılı idi; özü də istehsal 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə