Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə69/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   65   66   67   68   69   70   71   72   ...   189

prosesinin başlanma və qurtarma vaxtı əvvəlcədən müəyyənləşdirilməli idi. 1884-

cü il sentyabrın 1-dək mövcud olmuş bu sistem kustar və bağ sahibləri tərəfindən 

araqçəkmə  işinin  zərərinə  olaraq  iri  araqçəkmə  sənayesinini  inkişafına  şərait 

yaradırdı. 

Azərbaycanda göl duzu və daş duz çıxarılırdı. Göl duzu, əsasən, 27 gölün 

yerləşdiyi Abşeron yarımadasında  əldə olunurdu. Bu göllərdən Masazır, Balaxanı, 

Zığ,  Kürdəxanı  gölləri  xüsusilə  fərqlənirdi.  Uzun  müddət  Abşeronun  duz 

mədənləri neft mədənləri ilə birlikdə iltizama verilirdi. 

İltizam  sisteminin  ləğvindən  sonra,  70-ci  illərdə  duz  gölləri  ayrı-ayrı 

sahələrə  bölünür  və  icarəyə  verilirdi.  1879-cu  ildə  Zığ  gölündən  67840  pud, 

Masazır  gölündən  204000  pud,  Kürdəxanı  gölündən  105710  pud,  cəmisi  isə 

618371 pud duz çıxarılmışdı [19]. 

Göl  duzu  Abşeron  göllərindən  başqa  Cavad  qəzasında  yerləşən  göllərdə 

də var idi. Lakin həmin göllərin məhsuldarlığı aşağı idi. 

Naxçıvan  şəhərindən  10  verst  məsafədə  zəngin  daş  duz  yataqları 

yerləşirdi. Naxçıvan duz mədənləri iltizama verilirdi və bu mədənlərdə Şıxmahmud 

kəndinin feodal-asılı kəndlilərinin məcburi əməyi tətbiq olunurdu. 

50-ci  illərin  sonu  -60-cı  illərin  əvvəllərində  duz  çıxarılması  ilbəil  artırdı. 

əgər  yüzilliyin  40-cı  illərində  illik  duz  çıxarılması  113,8 min  bərabər  idisə,  50-ci 

illərin sonu – 60-cı illərin əvvəllərində bu göstərici 208,7 min puda çatmışdı. 1852-

ci ildə nəşr olunmuş ―Bütün Cənubi Qafqaz və Qara dəniz limanları üzrə xarici quz 

gətirilməsinin  qadağan  edilməsi  haqqında  əsasnamə‖  də  buna  əlverişli  şərait 

yaradırdı. 

1868-ci  ildə  kəndlilərin  məcburi  əməyinin  ləğv  edilməsindən  sonra  isə 

duz  mədənlərində  muzdlu  əmək  tətbiq  olunurdu.  Bu  da  həmin  istehsal  sahəsində 

kapitalistcəsinə təkamülün mühüm göstəricisi idi. 

Bu mühüm amillə  yanaşı, duz istehsalı sahəsinin kapitalistcəsinə inkişafı 

üçün 1868-ci ildən sonra duz mədənlərinin açıq müzaidə vasitəsilə satışının tətbiq 

edilməsi  mühüm  əhəmiyyət  kəsb  etdi.  60-cı  illərin  ikinci  yarısında  Naxçıvan  duz 

mədənlərində hər il 250 min puddan 300 min pudadək duz çıxarılırdı [20]. Ancaq 

sonrakı  illərdə  duz  çıxarılması  azaldı.  Bunun  səbəbi  aksiz  sisteminin  tətbiq 

edilməsi  idi.  Əsasnaməyə  görə,  xüsusi  şəxslər  tərəfindən  xəzinə  və  xüsusi 

müəssisələrdən  əldə  olunan  xörək  duzunun  bütün  növləri  özərinə  aksiz  vergisi 

qoyulurdu.  Duzun  hər  pudundan  30  qəpiklik  aksiz  vergisinin  məbləği  çox  böyük 

oldu  və  bunun  nəticəsində  duz  çıxarılması  xeyli  azaldı.  Naxçıvan  duzu 

Azərbaycanın  özündə,  qonşu  Gürcüstan  və  Ermənistanda  satılır,  Rusiya,  İran  və 

Türkiyəyə aparılırdı. 

Göstərilən  sənaye  sahələrindən  əlavə,  Azərbaycanda  tütün  məmulatları 

tikinti materialları və s. istehsal edən müəssisələr fəaliyyət göstərirdi. Lakin 30-60-

cı illərdə bütün bu istehsal sahələri hələ kustar, xırda əmtəə xarakteri daşıyırdı. 




Beləliklə,  XIX  yüzilliyin  50-60-cı  illərində  Azərbaycanda  sənətkarlıq  və 

xırda  və  xırda  əmtəə  istehsalı  xarakterli  müəssisələrlə  yanaşı,  neftçıxarma  və 

neftayırma,  misəritmə  kimi  sənaye  sahələri  əsas  etibarilə  artıq  inkişafının  fabrik-

zavod (maşın) mərhələsində idi. Şərabçılıq, araqçəkmə, ipəkçilik və balıqçılıq kimi 

istehsal sahələri isə qarışıq xarakter daşıyırdı. 

Kənd  təsərrüfatı.  Dənli  bitkilərin  yetişdirilməsi  yüzilliyin  50-60-cı 

illərində də Azərbaycan kənd təsərrüfatının ən başlıca sahəsi olaraq qalmaqalda idi. 

Bütün  nəzərdən  keçirilən  dövr  ərzində  Azərbaycanın  hər  yerində  dənli  bitkilər 

səpilən  sahələrin  xeyli  genişlənməsi  müşahidə  olunur.  Həmin  dövrdə  kənd 

təsərrüfatı  texnikasının  geridə  qalmasına  və  primitiv  olmasına,  ehtiyacın 

texnikasının  geridə  qalmasına  və  primitiv  olmasına,  ehtiyacın  və  torpaq  sahibləri 

olan bəylərlə xəzinə tərəfindən amansız istismarının əzdiyi Azərbaycan kəndlisinin 

təbii  fəlakətlərə  qarşı  mübarizədə  çox  zəifliyinə,  kənd  təsərrüfatı  bitkilərinin 

ümumi  məhsulunun  müxtəlif  təbiət  hadisələrindən  xeyli  asılı  olmasına 

baxmayaraq,  ümumiyyətlə,  yığılan  taxılın  ümumi  həcmində  aydın  nəzərə  çarpan 

artım meyli təzahür edirdi. İnzibati cəhətdən Azərbaycanın Bakı quberniyasından, 

İrəvan  quberniyasının  tərkibinə  daxil  olan  Naxçıvan  və  Ordubad  qəzalarından, 

Tiflis  quberniyasının  Yelizavetpol  qəzasından  və  Zaqatala  qəzasından  ibarət 

olduğu  1861-1867-ci  illərdə  təkcə  Bakı  quberniyasında  ildə  25-29  mln.  pud  taxıl 

yetişdirilirdi.  Həmin  quberniyalarda  təkcə  1868-ci  ildə  isə  40  mln.  pud  taxıl 

yetişdirilmişdi. 

Azərbaycanda  yetişdirilən  taxıl  bitkiləri  içərisində  aparıcı  yeri  buğda 

tuturdu. Bəzi illərdə bütün taxıl məhsulunun 

3/

5

 hissəsi bu bitkinin payına düşürdü. 



Sonrakı yerləri arpa və çəltik, sonuncu yeri isə çox yayılmamış darı tuturdu. 

Yüzilliyin  60-cı  illərində  taxılçılıq  təsərrüfatında  əmtəə  istehsalı  geniş 

inkişaf  etmişdi.  Azərbaycan  nəinki  özü-özünü  taxılla  təmin  edir,  hətta,  onu 

Gürcüstana  və  İrana,  Lənkəran  qəzasından  isə  düyünü  Rusiyaya  göndərirdi. 

Azərbaycanın özündə qalan taxıla gəldikdə isə o, əsasən, əmtəə xarakteri daşıyırdı. 

Taxılçılar öz  artıq məhsullarını  maldarlara,  yüksək dağlıq rayonların təbii coğrafi 

şərait  üzündən  taxıl  yetişdirmək  imkanından  məhrum  olan  sakinlərinə,  şəhər 

əhalisinə, Bakı rayonundan kənardakı fəhlə əhalisinə, yəni balıqçılara, dağ-mədən, 

ipəkçilik və s. sənaye sahələrinin fəhlələrinə, habelə hərbi hissələrə satırdılar. 

Əkinçilikdən  sonra  Azərbaycan  kənd  təsərrüfatının  ikinci  mühüm  sahəsi 



maldarlıq idi. 1860-1867-ci illərdə Bakı quberniyasında mal-qaranın sayı 1873 min 

başdan 2203 min başa çatmış, yəni 330 min baş artmışdı. Maldarlıq təsərrüfatında 

aparıcı yeri qoyunçuluq tuturdu. Göstərilən dövrdə bütün mal-qaranın 1,2-1,4 mln. 

başını  qoyunlar  təşkil  edirdi.  Sonrakı  yerdə  sayı  488-662  min  başa  bərabər  olan 

iribuynuzlu  mal-qara  dururdu.  Atların  sayı  isə  134-156  min    başa  çatırdı.  1868-

1869-cu  illərdə  mal-qaranın  sayı  daha  da  artdı.  1869-cu  ildə  Zaqatala  dairəsi  və 

Naxçıvan qəzası da nəzərə alınmaqla Azərbaycanın iki quberniyasında 3,3-3,5 mln. 

baş mal-qara var idi [21]. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə