Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə71/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   67   68   69   70   71   72   73   74   ...   189

1875-ci  ildə  isə 142718  pud barama  yığılmışdı  [29]. Bakı quberniyasına  gəldikdə 

isə  əgər  1870-ci  ildə  burada  2025  pud  barama  yığılmışdısa,  1873-cü  ildə  bu 

göstərici 6180 puda çatmışdı. 

70-ci  illərdə  Azərbaycanın  ipəkçilik  məhsullarının  xaricə  və  Rusiyaya 

aparılması  artırdı.  Əgər  1870-ci  ildə  bu  məhsullarının  məbləği  919867  manata 

bərabər idisə, 1879-cu ildə bu məbləğ 2397008 manata qalxmışdı. 

Əcnəbi sahibkarlar Nuxada və Azərbaycanın digər ipəkçilik rayonlarında 

ipək  və  barama  satışı  üçün  kontorlar  açırdılar.  Xarici  firmaların  nümayəndələrini 

1873-cü  ildə  təkcə  Yelizavetpol  quberniyasında  öz  ölkələrinə  aparmaq  üçün  126 

min  puda  yaxın  barama  satın  almışdılar.  Lakin  sonrakı  illərdə  bu  məhsullarının 

xaricə  ixracı  ixtisar  olunur  və  onların  Rusiyanın  daxili  quberniyalarına  aparılması 

artırdı [30]. 

İpəkçiliyin  bərpası  ölkədə  ancaq  yeni  barama  toxumu  növlərinin 

yayılması  nəticəsində  mümkün  oldu.  Ordubad  ipəkçiləri  barama  qurdunun  yapon 

və  Orta  Asiya  növləri  ilə  yanaşı,  məhşur  fransız  alimi  Lui  Pasterin  metodu  ilə 

Fransada    ancaq  sağlam  barama  qurdlarından  əldə  edilən  hüceyrəli  baramaqurdu 

toxumuna  da  diqqət  yetirdilər.  Yerli  ipəkçilərin  birinin  1873-cü  ildə  Fransadan 

gətirdiyi bu barama toxumu növü sonralar bütün Azərbaycana yayıldı. 

Beləliklə,  50-60-cı  illərdə  Azərbaycan  kənd  təsərrüfatında  əmtəə 

istehsalının xeyli inkişaf etməsi göz qabağında idi. Bu istehsal kənd təsərrüfatının 

bəzi  sahələrində  əmtəə-kapitalist  istehsalı  mərhələsinə  keçmirdi  və  ya  keçirdi. 

Kənd  təsərrüfatında  əkinçilik  kapitalizminin  başlıca  əlaməti  olan  muzdlu  əmək 

tətbiq edilirdi. Yüzilliyin 60-cı illərində (hətta 50-ci illərdə də) muzdlu əmək Quba 

qəzasının  qızılboya  tarlalarında  geniş  tətbiq  olunurdu.  Muzdlu  fəhlələr,  başlıca 

olaraq, qızılboya tarlalarına qəzanın dağlıq kəndlərindən axışıb gəlirdilər. Məsələn, 

1850-ci ildə qızılboya tarlalarındakı yaz işləri dağ kəndlərindən 25 minədək adamı 

cəlb  etmişdi  [31].  60-cı  illərdə  artıq  ancaq  yerli  kəndlilər  qızılboya  istehsalının 

muzdlu  fəhlə  gücünə  daim  artmaqda  olan  aələbatını  ödəmirdi  və  minlərlə  Cənubi 

Azərbaycan  kəndlisi  buraya  axışmağa  başlamışdı.  Qızılboya  plantasiyalarının 

becərilməsi,  bu  bitkinin  kökünün  yığılmasında  hər  il  –  45-55  min  nəfər  fəhlə 

işləyirdi.  Bunlardan  12-15  min  nəfər  Cənubi  Azərbaycandan  gələnlərin  payına 

düşürdü [32]. Qızılboya plantasiyalarında qadınlar da işləyirdilər. 

50-ci və 60-cı illərdə taxılçılıqda muzdlu əmək, az da olsa, tətbiq edilirdi. 

Özü də  muzdlu  əməyin tətbiqi işləyib ödəmə  rentası ilə  çulğalaşırdı.  Taxılçılıqda 

qadın  muzdlu  əməyindən  də  istifadə  olunurdu.  Muzdurların  əmək  haqqının 

ödənilməsində  kənd  təsərrüfatı  işlərinin  xarakteri  və  mövsüm,  habelə  onların 

yeməyinə çəkilmiş xərclər də nəzərə alınırdı. Muzdur tutmaq möhləti müxtəlif idi 

və bəzən bir ilədək uzanırdı. Muzdlu fəhlələr öz qoşqu heyvanları (kəl, camış, at) 

ilə  və  onlarsız  muzdur  dururdular.  Bu  sonuncu  iki  an,  yəni  fəhlələrin    uzun 

müddətə  və  qoşqu  heyvanları  olmadan  muzdur  tutulması  buna  dəlalət  edirdi  ki, 

muzdlu  fəhlələrin  içərisində  həm  öz  təsərrüfatına  malik  olmayanlar,  həm  də  öz 



torpaq sahəsi – pay torpağı olan, lakin qoşqu heyvanları olmayan kəndlilər var idi. 

Bu  vəziyyət  onları  öz  təsərrüfatlarını  qurmaq  imkanından  məhrum  edir  və 

başqalarına  muzdur  kimi  işləməyə  məcbur  edirdi.  Azərbaycan  taxılçılığında 

muzdlu  əməyin  tətbiqi  həm  də  kənd  təsərrüfatı  işlərinin  özünəməxsus 

xüsusiyyətlərindən  irəli  gəlirdi.  Məsələn,  düzənlik  və  dağlıq  rayonlarda  (bu 

ərazilərdə  taxıl  biçininin  tez  başa  çatdırmağa  məcbur  edən  səbəblər  özünü  daha 

güclü  surətdə  göstərirdi)  tez  həyata  keçirilməsi  tələb  olunan  taxıl  biçini  tez-tez 

muzdlu fəhlələrin gücü ilə keçirilirdi. Muzdlu əmək çəltikçilikdə nisbətən daha çox 

tətbiq olunurdu. 

Lakin  taxılçılıqda  ümumiyyətlə  muzdlu  əmək  deyil,  pay  torpağı  olan 

kəndlilərin  şəxsi  əməyi  üstün  mövqe  tuturdu.  Yeri  gəlmişkən  taxılçılıqda  muzdlu 

əmək  tətbiqi  olunmasının  bir  xüsusiyyətini  qeyd  taxılçılıqda  muzdlu  tutulan 

fəhlələr çox vaxt öz əmək alətləri ilə gəlirdi. Bu da belə muzdur tutulmasına işləyib 

ödəmə  və  kapitalist sistemlərinin qarışması xarakteri verirdi. Çünki fəhlə qüvvəsi 

tutulmasının  kapitalist  üsulu  o  üsuldur  ki,  bu  zaman  muzdur  tutulan  müstəsna 

olaraq torpaq sahibinin əmək alətlərindən istifadə edirdi. 

Muzdlu əmək üzümçülük və bağçılıqda da tətbiq olunurdu. Yüzilliyin 60-

cı illərində Şirvan şərabçılıq rayonunda muzdlu əmək, o cümlədən də qadınların da 

əməyi tətbiq edilirdi [33]. 

70-ci  illərin  sonlarından  etibarən  tütünçülük  təsərrüfatında  kapitalist 

münasibətləri  xüsusən  özünü  göstərirdi.  Tütünçülük  təsərrüfatı  iki  üsulla  –  ya 

kəndlilərin  özləri  tərəfindən  öz  torpaq  sahələrində,  ya  da  torpaq  icarə  etmiş 

icarədarlar  tərəfindən  aparılırdı.  Təsərrüfatın  aparılmasının  birinci  üsulu  zamanı 

tütünçü ancaq ticarət kapitalının nümayəndəsi tərəfindən (ya borc alınması,  ya da 

tütün  satılması  prosesində)  istismara  məruz  qalırdı.  Təsərrüfatın  aparılmasının 

ikinci üsulu zamanı tütünçü ikiqat istismara məruz qalırdı: onu bir tərəfdən torpağı 

icarəyə  götürdüyü  torpaq  sahibi,  digər  tərəfdən  isə  torpağın  icarəsi  üçün  borc 

götürdüyü  tacir-sələmçi  və  nəhayət,  kəndliləri  özlərindən  asılı  salmaq  və  öz 

fabriklərini  xammalla  təmin  etmək  məqsədilə  onlara  həvəslə  borc  verən  tütün 

fabriki sahibləri istismar edirdilər. 

İpəkçilikdə  barama  qurdlarının  bəslənməsindən  muzdlu  əmək  tətbiq 

olunmurdu.  Burada  ticarət  və  xüsusən  də  sələm  kapitalı  dövriyyə  sahəsinə 

soxulurdu.  Doğulmaqda  olan  kənd  burjuaiyası  bir  tərəfdən,  möhtəkir-binəkdar, 

digər  tərəfdən  isə  sələmçi  rolunu  oynayaraq,  həmişə  borca  ehtiyacı  olan  kənd 

istehsalçılarını  –  ipəkçiləri  əsarət  altına  salırdılar.  İpəkçi  kəndliləri  hər  vasitə  ilə 

tora  salan  və  onları  amansızcasına  soyan  binəkdarlar  və  iri  ticarət  əjdahalarının 

nümayəndələri Azərbaycanın ipəkçilik kəndlilərində fəaliyyət göstərirdilər. ―Külli 

miqdarda  belə  ―xeyirxahlar‖  qəzaya  səpələniblər  və  əgər  biz,  Nuxa 

karvansaralarının dolu olduğu bütün arşınmalı alverçilərini çoxdan bəri kəndlilərlə 

dostluq elədiklərini və necə deyərlər, qan-tərlə qazanılmış vəsaitləri sələm faizi və 

xidmətlər şəklində çəkib almaqla qayğıkeşcəsinə onların canlarını aldıqlarını qeyd 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə