Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə72/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   68   69   70   71   72   73   74   75   ...   189

etsək,  səhv  eləmərik.  Çox  tez-tez  kəndli  bütün  illik  ipəyi  borc  verənə  gətirir  və 

satmaq üçün ona verirdi‖ [34]. 

Beləliklə,  ticarət  kapitalının  ikinci  formasının  –  onun  sələmçiliklə 

qovuşmasının  səciyyəvi  mənzərəsi  göz  qabağındadır.  Ticarət  və  sələm  kapitalı 

sürətlə  boy  atan  əkinçilik  sahələrinə  -  pambıqçılığa,  üzümçülüyə  dərindən  nüfuz 

edirdi. Lakin cüzi olsa da, bu sahələrə xüsusən də məhsul yığımı dövründə, muzdlu 

əmək  də  daxil  olurdu.  Azərbaycan  kəndlilərini  əsarətə  salan  ticarət  və  sələm 

kapitalı nümayəndələrinin fəaliyyəti kapitalist xarakteri daşıyırdı, çünki əsarət özü-

özlüyündə  əkinçilikdə  kapitalizmin  ilkin  təzahüründən  başqa  bir  şey  deyildi. 

Deməli,  yüzilliyin  50-60-cı  illərində  Azərbaycan  kəndinə,  zəif  də  olsa,  başlıca 

olaraq  ticarət  və  sələm  kapitalının  əsarəti  şəklində,  yeni  kapitalist  istehsal 

münasibətləri özünə yol tapırdı. 

 

§ 2. 1870-ci ĠL KƏNDLĠ ĠSLAHATININ 

HAZIRLANMASI VƏ KEÇĠRĠLMƏSĠ 

 

XIX  yüzilliyin  ikinci  yarısında  Rusiyada  iri  maşın  sənayesinin  inkişafı 



bütün  ölkənin  kapitalist  inkişaf  yoluna  keçməsinə,  feodal-təhkimçilik  sisteminin 

böhranının  güclənməsinə  böyük təsir  göstərirdi.  Bu sistem şəraitində  icbari  əmək 

az  məhsuldar  idi  və  sərfəli  deyildi.  O,  məhsuldar  qüvvələrin  gələcək  inkişafını 

qüvvətli şəkildə ləngidirdi. İnkişaf etməkdə olan sənaye azad işçi qüvvəsinə kəskin 

ehtiyac  hiss  edirdi,  belə  qüvvə  isə  yox  idi.  Belə  ki,  kəndlilər  təhkimçilik 

asılılığında  olub,  feodal-mülkədarların  torpaqlarına  təhkim  edilmişdilər.  Belə 

vəziyyətdə  istehsal  münasibətlərinin  məhsuldar  qüvvələrin  xarakterinə  mütləq 

uyğun gəlməsi qanunun pozulmasına, vaxtı keçmiş köhnə istehsal münasibətləri ilə 

yeni məhsuldar qüvvələr arasında ziddiyyətə gətirib çıxarırdı. Eyni zamanda ticarət 

əkinçiliyinin daha da inkişafı ilə əlaqədar kəndlilərin təhkimçilik istismarı Rusiya 

kəndində  sinfi  mübarizəni  xeyli  kəskinləşdirdi.  Bütün  bu  deyilənlər  50-ci  illərin 

sonunda  ölkədə  inqilabi  şəraitin  yaranmasına  gətirib  çıxardı,  çarizmin  Krım 

müharibəsində məğlubiyyəti isə ―təhkimçilik rejiminin çürüklüyünü‖ göstərdi, eyni 

zamanda bütün açıqlığı onun ləğv edilməsinin zəruriliyini nümayiş etdirdi. Bütün 

bunlar    ―...birinci  mülkədar  II  Aleksandrı  etiraf  etməyə  məcbur  etdi  ki,  aşağıdan 

devrilməyi gözləməkdənsə, yuxarıdan azad etmək yaxşıdır‖. 

1861-ci  il  fevralın  19-da  çar  II  Aleksandr  (1855-1881)  ―Təhkimçilik 

asılılığından  çıxmış  kəndlilər  haqqında  Əsasnamə‖ni  təsdiq  etdi.  ―Əsasnamə‖də 

kəndli  islahatının  əsas  şərtləri  izah  edilir,  kəndlilər  şəxsi  azadlıq  və  öz 

əmlaklarından  sərbəst  istifadə  etmək  hüququ  alırdılar,  torpağın  mülkiyyətçisi  isə 

yenə  əvvəlki  kimi  mülkədarlar  qalırdı.  Lakin  onlar  kəndlilərə  daimi  istifadə  üçün 

həyətyanı  və  həmçinin  pay  torpağı  verməliydilər.  Bunun  müqabilində  kəndlilər 

biyar işləməli, həyətyanı sahəni və mülkədarlarla razılaşmaya əsasən torpaq payını 

satın almaq hüququ verildiyindən, pay torpaqlarını satın alana qədər töycü ödəməli 




idilər.  Mülkədarlar  müəyyən  şərtlərlə  pay  torpaqlarının  bir  hissəsini  özlərinə 

götürmək  hüququ  alırdılar.  Bu  hüquqdan  istifadə  edən  mülkədar  kəndlilərin 

əvvəllər  istifadə  etdiyi  ən  yaxşı  torpaqları  kəsib  özünə  götürdü.  Bütün  otlaqlar, 

meşələr, suvatlar mülkədarların sərəncamına keçirildi. 

Kəndli  islahatı  kapitalizmin  daha  da  inkişafı  üçün  şərait  yaratdı,  daha 

doğrusu  islahat  köhnə  feodallarla  yeni  kapitalist  sosial-iqtisadi  istehsal 

münasibətləri arasında sərhədə çevrildi. 

Təhkimçiliyin  qalıqlarına  baxmayaraq,  ―61-ci  ildən  sonra  Rusiyada 

kapitalizmelə  sürətlə  inkişaf  etdi  ki,  Avropanın  bəzi  köhnə  ölkələrində  əsrlər 

ərzində baş verən dəyişikliklər Rusiyada on illər ərzində əmələ gəldi. 

Rusiyada  kapitalizmin  sürətlə  inkişafı  Azərbaycanda  kapitalizmin 

inkişafına  təsir  göstərə  bilməzdi.  XIX  yüzilliyin  60-cı  illərində  Azərbaycanın 

iqtisadi  inkişaf  prosesində  kapitalizm  yolu  göz  qabağında  idi  [35].  Bu  proses, 

şübhəsiz  ki,  əmtəə  istehsalının  inkişafı,  feodal  münasibətlərin  dağılması  ilə 

müşayiət  olunurdu.  Buna  görə  də  60-cı  illərin  sonlarında  Şimali  Azərbaycanın 

sosial-iqtisadi  inkişafı  feodal  münasibətlərinin  ləğv  edilməsini  tələb  edirdi.  Yerli 

feodallarla  ittifaqda  olan  çar  hökuməti  onların  mənafeyinə  uyğun  olaraq  Cənubi 

qafqazda,  o  cümlədən  Azərbaycanda  islahat  keçirilməsini  bir  neçə  il  ləngitdi. 

Çarizm bunu onunla əsaslandırırdı ki, guya Şimali Azərbaycanda islahat keçirmək 

üçün  iqtisadi  şərait  kifayət  qədər  yetişməmişdir  və  bütün  Azərbaycan  kəndliləri 

hüququ  cəhətdən  dövlət  kəndliləri  hesab  olunurlar,  daha  doğrusu,  onlar  təhkimli 

deyillər,  şəxsi  azadlıq  statusundan  istifadə  edirlər.  Əslində  isə  sahibkar  kəndliləri 

feodal-asılı vəziyyətində idilər. 

Lakin  Şimali  Azərbaycanın  metropoliyanın  mənafeyi  baxımından 

müstəmləkə  istismarı  vəzifələri,  diyarda  yaranmaqda  olan  sənaye  kapitalı  üçün 

sərbəst  işçi  qüvvəsinə  tələbat,  Mərkəzi  Rusiyanın  inkişaf  etməkdə  olan  sənayesi 

üçün  xammala  ehtiyac  islahatın  keçirilməsini  tələb  edirdi.  Feodal  münasibətləri 

ölkənin  iqtisadi  inkişafına  mane  olur  bazar  əkinçiliyinin  inkişafını,  əmtəə-pul 

dövriyyəsinin  tətbiqini,  sənayedə  və  kənd  təsərrüfatında  kapitalist  sahibkarlığının 

yaranmasını ləngidirdi. 

Bu  dövrdə  Cənubi  Qafqaz  xalqlarının,  o  cümlədən  Azərbaycan  xalqının 

ictimai həyatında mühüm dəyişikliklər yaranmağa başladı. Burada müəyyən sosial-

iqtisadi  şərait  yetişmiş,  maarifçilik  ideyaları  inkişaf  etməyə  başlamışdı.  Feodal 

qaydalarını  pisləyən  səslər  getdikcə  daha  ucadan  eşidilirdi.  Kəndlilərin  feodal 

asılılığına  və  feodal  zülmünə  qarşı  qətiyyətlə  çıxış  edənlərdən  biri  M.F.Axundov 

idi.  O,  Azərbaycan  qəzalarının  kəndliləri  ilə  əlaqə  saxlayırdı.  Belə  ki,  Qazax 

qəzasının ruhani şəxslərindən biri öz şikayətində göstərirdi ki, kəndlilərin ona qarşı 

qiyamı  M.F.Axundovun  məsləhəti  ilə  hazırlanmışdır  [36].  Feodal  zülmünə  qarşı 

Q.Zakir və Azərbaycan ziyalılarının digər nümayəndələri də çıxış edirdilər. Kəndli 

çıxışlarının  perspektivləri  də  çar  hökumətini  narahat  edirdi.  Belə  ki,  60-cı  illərdə 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə