Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə73/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   69   70   71   72   73   74   75   76   ...   189

kənddə  baş  verən  sosial-iqtisadi  dəyişikliklərin,  ticarət  və  əkinçiliyin  inkişafının 

təsiri altında kəndlilərin istismarı da güclənirdi. 

Əvvəllər bilavasitə təsərrüfatla məşğul olmayan bəylərin bir hissəsi şəxsi 

əkinin  xeyrinə  görərək,  kəndli  torpaqlarını  ələ  keçirməyə,  vergi  və 

mükəlləfiyyətləri  artırmağa  başladılar  ki,  bu  da  kəndlilər  arasında  narazılığın 

artmasına səbəb oldu. 

Gürcüstanda  təhkimçilik  islahatı  keçirmək  haqqında  1863-cü  ildə 

Gürcüstanla  həmsərhəd  olan  Zaqatala  dairəsinə  çatan  şaiyələr  burada  böyük 

üsyanın  başlanmasına  səbəb  oldu.  Aqrar  islahatın  həyata  keçiriləcəyi  təqdirdə 

özlərinin  keşkəllərindən, daha doğrusu,  muğalları  və  yenkiloyları feodal  istismarı 

etmək hüququndan məhrum olacaqlarından ehtiyat edən feodal əyanları, avarlar və 

saxurlar  –  keşkəl  sahibləri  üsyan  qaldırdılar  [37].  Şimali  Azərbaycanın  bu 

bucağında  mövcud  olan  mürəkkəb  sosial  münasibətlər,  çarizmin  hədsiz  dərəcədə 

amansız  siyasəti,  çar hakimiyyət orqanlarının, o cümlədən  Zaqatala dairə  rəisinin 

özbaşınalığı,  rüşvətxorluq,  qanunsuzluq  keşkəl  sahiblərinin  camaatın  aşağı 

hissəsini öz tərəflərinə çəkmək üçün şərait yaradırdı. 

Üsyanın  digər  səbəbi  hakimiyyət  orqanları  tərəfindən  həyata  keçirilən 

zorla  xristianlaşdırma  oldu.  Çarizm  bu  siyasəti  həyata  keçirmək  üçün  müxtəlif 

çirnikləndirmədən başlayaraq, zorakılığa qədər bütün  metodlardan istifadə  edirdi; 

hökumət  dairələri  xristianlığı  qəbul  edən  kəndlilərə  torpaq  asılılığından  azad 

edilməsi vədini verirdi. XIX yüzilliyin 50-ci illəri ərzində Qax, Əlibəyli, Qarağan, 

Kötüklü, Meşəbaşı, Tasmalı, Zəyəm, Lələpaşa, Marsan, Yengiyan xristianlıq zorla 

yayıldı. 

Bu  kəndlərin  əhalisinin,  xüsusilə  yengiloyların  xristianlaşdırılması, 

xristianlığın  yayılması,  özlərinin  yengiloylar  –  keşkəl  saxlayanlar  torpaq 

vergilərindən məhrum olmaqdan qorxuya düşən keşkəl sahiblərinin – carlıların da 

narazılığına səbəb oldu. Keşkəl institutu ilə əlaqəsi olmayan bəzi başqa kəndlərin 

də əhalisi üsyana qoşuldu. 

Üsyan 1863-cü il iyunun əvvəlində başlandı. Ona böyük nüfuz sahibi olan 

və  Balakən  camaatının  başında  duran  Hacı  Murtuz  rəhbərlik  edirdi.  Üsyan  etmiş 

balakənlilər və qavaxçöllülər Zaqatala şəhərini ələ keçirdilər. Lakin onlar Zaqatala 

qalasını  tuta  bilmədilər.  Hacı  Murtuzun  bütün  Zaqatala  əhalisini  dini  şüarlarla 

üsyana  qaldırmaq  ümidi  özünü  doğrultmadı.  İlisu  sahəsinin  sakinləri,  yengiloylar 

və  Yenisel  sahəsi  əhalisinin  əksəriyyəti  üsyana  qoşulmadı.  Üsyan  iştirakçılarının 

sayı 3,5 min nəfərə  İyunun 5-də imam elan edilən Hacı Murtuz iyunun 5-dən 6-na 

keçən gecə, səhərə yaxın üsyançıları leysan yağışın altında qalaya hücuma apardı. 

Üsyançılar  qala  divarlarına  çatsalar  da  və  onlardan  bəzilərinə  nərdivanlar 

söykəsələr  də,  artilleriya  və  tüfənglərdən  açılan  şiddətli  atəşlə  pərən-pərən 

salındılar.  Üsyançıların  qalanı  ələ  keçirmək  üçün  sonrakı  cəhdləri  də 

müvəffəqiyyət qazanmadı. Tezliklə İlisu sahə rəisinin əsasən yengiloylardan ibarət 

olan  süvari  dəstəsi  və  həmçinin  yerli  əhalidən  olan  3  minlik  süvari  dəstə 



mühasirəyə alınmış qalanın müdafiəçilərinin köməyinə gəldilər və üsyanı yatırıldı. 

Hacı  Murtuz  gizlənsə  də  1864-cü  il  fevralın  8-də  təslim  oldu,  tezliklə  Yenisey 

quberniyasına  sürgün  edildi  və  burada  da  öldü.  Hərbi  səhra  məhkəməsinin  qərarı 

ilə üsyanın fəal iştirakçılarından 18 nəfəri dar ağacından asıldı, bir neçə yüz adam 

ailə üzvləri ilə birlikdə katorqaya göndərildi. 

Üsyan  yatırıldıqdan  sonra  çarizm  dairədə  polis  nəzarətini  gücləndirdi. 

Mülki idarəçilik ləğv olundu və hərbi-inzibati sistem tətbiq edildi. 

Bununla belə, çarizm Cənubi Qafqazın digər hissələri üçün kəndli islahatı 

keçirməyə məcbur oldu. Lakin bundan bir sıra tədbirlər görüldü. 1847-ci il 20 aprel 

―Əsasnamə‖sinə  görə,  keçmiş  xan  ailəsi  üzvlərinə  məxsus  və  yaxud  ağaların 

torpaqlarında  kətxudalar  sahibkarlar  tərəfindən  təyin  edilirdi  ki,  bu  da  ağalar 

tərəfindən  özbaşınalıqlara  və  kəndlilərin  narazılığına  səbəb  oldu.  1859-cu  ildə  bu 

qayda dəyişdirildi və ağa kəndlərində kətxudaları ancaq quberniya rəisinin razılığı 

ilə  təyin  getmək  qərarına  alındı.  Hökumət  dairələri  bu  tədbiri  ağaların 

özbaşınalığından 

kəskin 


narazı 

olan 


kəndlilərin 

sinfi 


mübarizəsinin 

güclənməsindən qorxaraq, həyata keçirməyə məcbur olmuşdu. 

Çar  hökuməti  1861-ci  il  iyunun  29-da  ―Cənubi  Qafqaz  diyarının 

mərkəzləşdirilməsi  haqqında  Əsasnamə‖ni  təsdiq  etdi  və  buna  əsasən  də  1862-ci 

ildə  yanvarın  1-dən  fəaliyyətə  başlayan  xüsusi  Cənubi  Qafqaz  mərkəz  palatası 

yaradıldı.  Palata  hər  bir  kənd  icmasının  sərhədlərini  müəyyənləşdirməklə  yanaşı, 

həm  də  bütün  mülk  və  malikanələrin  də  sərhədlərini  dəqiqləşdirməli  idi.  Lakin 

uzun müddət mərkəzləşdirmə üzrə heç bir iş aparılmadı. 

1861-ci  ildə  çar  hökuməti  ağaları  kəndlilər  üzərində  polis  nəzarəti  və 

məhkəmə  hakimiyyəti  hüququndan  məhrum  etdi.  Tezliklə  Şimali  Azərbaycanın 

bütün feodallarına qarşı da belə tədbiri həyata keçirmək lazım gəldi. 

1861-ci ilin dekabrında ―Cənubi Qafqazda  yerli (zemski) gözətçi dəstələri 

haqqında Əsasnamə‖ təsdiq edildi. Bu dəstələr yollar üzərindəki gözətçi xidmətinin 

və qarovul məntəqələrinin saxlanılmasını təmin etməli idilər. Elə həmin il Cənubi 

Qafqazda müntəzəm məlumatların toplanılmasında mühüm rol oynayan quberniya 

statistika komitələri fəaliyyətə başladı. 1865-ci il yanvarın 28-də bəyləri məhkəmə 

və  polis  hakimiyyəti  hüququndan  məhrum  edən  və  ―seçkili‖  əsaslar  üzərində 

qurulan ―Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında Əsasnamə‖ nəşr edildi. Bu 

―Əsasnamə‖nin nəşrindən sonra da bəylər kənd hakimiyyəti orqanlarına müəyyən 

təsir göstərsələr də, onların kəndlilər üzərindəki əvvəlki hakimiyyəti artıq yox idi. 

1864-cü  ildə  Şərqi  Gürcüstanda  kəndli  islahatı  haqqında  ―Əsasnamə‖ 

təsdiq  edildi.  Elə  həmin  il  zəylik  zəy  zavoduna  təhkim  edilmiş  Zəylik  kənd 

sakinlərinin,  həmçinin  Bakı  quberniyasındakı  neft  quyularına  təhkim  edilmiş 

Balaxanı  kənd  sakinlərinin,  1868-ci  ildə  Naxçıvan  duz  mədənlərində  işləyən 

Şıxmahmud  kəndinin  sakinlərinin  məcburi  əməyi  ləğv  edildi.  Bütün  bunlar 

Azərbaycanda kəndli islahatı keçirilməsinin başlanğıcı idi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə