Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə74/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   70   71   72   73   74   75   76   77   ...   189

Tiflisdə  Mərkəzi  Cənubi  Qafqaz  Komitəsi,  Gürcüstan  qəzalarında  qəza 

komitələri yaradıldı [38]. Komitə cənubi Qafqazda islahatı iki mərhələdə keçirməyi 

qərara aldı. O, əvvəlcə Qərbi Gürcüstanda, sonra isə Cənubi Qafqazın yerdə qalan 

hissələrində islahat keçirməklə məşğul oldu. 

Səciyyəvi  haldır  ki,  Komitənin  tərkibinə  Azərbaycan  bəylərinin  bir  nəfər 

də olsa nümayəndəsi daxil edilməmişdi. Bu onunla izah olunur ki, bəylər ―ali silk‖ 

hesab olunsalar da, hüquqi cəhətdən rus və gürcü zadəganlarına və mülkədarlarına 

bərabərləşdirilməmişdilər.  Onlara  arxalanan  və  onlardan  kəndlilər  üzərində  öz 

hakimiyyətini  möhkəmləndirmək  məqsədilə  istifadə  edən  çarizm  eyni  zamanda  

onları müəyyən çərçivədə saxlayırdı. 

Şərqi  Gürcüstanda  keçirilən  islahatdan  dərhal  sonra  baş  canişin  idarəsi 

nəzdindəki  kəndlilərin  yerləşdirilməsi  üzrə  komitə  Tiflis  və  Kutaisi  quberniyaları 

haqqında  yeni  ―Əsasnamə‖yə  və  1861-ci  il  19  fevral  ümumi  kəndli  qanununa 

uyğun  olaraq  ağalar  və  kləndlilərin  qarşılıqlı  münasibətləri  haqqında  1847-ci  il 

―Əsasnamə‖lərinə yenidən baxmağa başladı. 

İslahatı keçirməyə hazırlıq üçün baş canişin idarəsi şurasının qəbul etdiyi 

qərarla  1866-cı  il  mayın  29-da  Tiflis,  Bakı,  İrəvan  və  Şuşa  şəhərində  ―bəy 

komissiyaları‖ adı altında müvəqqəti komissiyaların təsis edilməsinin zəruriliyi adı 

altında  müvəqqəti  komissiyaların  təsis  ediləsinin  zəruriliyi  etiraf  edildi.  ―Ali 

müsəlman  silkinin  şəxsi  heyətini  müəyyənləşdirmək‖  bu  komissiyalara  tapşırıldı 

[39].  Bu  komissiyalar  hökumət  məmurlarının  sədrliyi  altında  bəylərdən  təşkil 

olunurdu. 

Bəylərin  hüquqlarını  müəyyənləşdirən  bəy  komissiyaları  nəzərdə  tutulan 

islahatı keçirmək üçün material hazırlamalı idilər. Bunun üçün hakim sinfin torpaq 

hüququnu müəyyənləşdirmək zəruri idi. Belə ki, çar hökumət orqanlarının fikrincə, 

―məskunlaşmış  mülklərə  sahib  olmağın  vaxtını  aydınlaşdırmaq  bəylərin  torpaq 

hüquqlarının müəyyənləşdirilməsi işinin əsas mahiyyətini təşkil edirdi‖ [40]. 

Tiflis  bəy  komissiyası  Ahalsıx,  Gəncə,  Borçalı,  Qazax  və  Şəmşəddil 

sahələrinin torpaq sahiblərinin  hüquqlarını  nəzərdən  keçirərək, onlardan 184 nəsli 

―ali silkə mənsub‖ hesab etdi. İrəvan komissiyası tərəfindən isə 586 nəsildən 282-si 

―ali silkə  mənsub‖  hesab edildi [41]. 1869-cu ildə  Şuşa  komissiyası,  1870-ci  ildə 

isə  Bakı  komissiyası  öz  işlərinə  başladı  [42],  Bakı  bəy  komissiyası  Bakı 

quberniyasında  198  nəslin  bəy  ―şərəfinə‖  etiraf  etdi.  Şuşa  bəy  komissiyası  Şuşa, 

Zəngəzur və Nuxa qəzalarında və Yelizavetpol quberniyasının Ərəş pristavlığında 

ali silkin şəxsi hüququnu  müəyyənləşdirməli idi. Xüsusi hazırlanmış qaydalar [43] 

əsasən  Şuşa  bəy  komissiyasının  tərkibinə  Şuşa  və  Zəngəzur  qəzalarında  24  nəfər 

və Ərəş pristavlığı ilə ayrıca olaraq Nuxa qəzasından da elə o qədər adam seçmək 

nəzərdə tutulurdu. Seçkilər hər bir qəzada ayrı-ayrılıqda ali silk tərəfindən səsverə 

yolu  ilə  keçirilirdi.  Mərkəzi  Cənubi  Qafqaz  Komitəsi  bu  komissiyaların  işini 

öyrəndikdən  sonra  1870-ci  il  mayın  14-də  ―Cənubi  Qafqaz  quberniyaları: 

Yelizavetpol,  Bakı,  İrəvan  və  qismən  Tiflis  quberniyaları  ali  müsəlman  silkindən 



olan  şəxslərin,  habelə  erməni  məliklərinin  torpaqlarında  sakin  olan  dövlət 

kəndliləri  torpaq  quruluşu  haqqında  ―Əsasnamə‖nin  layihəsi  təsdiq  edildi.  Bu 

dövrün  xarakterik  cəhətlərindən  biri  yalançı  bəylərin  sayının  artması  idi.  Bəy 

nəslindən  olmayan  bir  çox  torpaq  sahibləri  bəy  silkinə  daxil  olmağa  çalışırdı  ki, 

bunu  da  nəticəsində  bəy  komissiyalarında  rüşvətxorluq  və  tanışlıq  münasibətləri 

geniş yayıldı, 1870-ci il 14 may ―Əsasnamə‖si Yelizavetpol, Bakı quberniyalarında 

və Tiflis quberniyasının bir hissəsindəki xanların, bəylərin, ağaların və məliklərin, 

İrəvan  quberniyası  mülkədarlarının  (bəylərinin)  və  Tiflis  quberniyasının  Axalsıxı 

qəzası bəylərinin mülklərinə aid edilirdi. 

Qafqaz  canişinin  qərarına  əsasən,  ―Əsasnamə‖  1970-ci  il  noyabrın  8-də 

qüvvəyə mindi  [44]. 

―Əsasnamə‖ni  elan  etmək  üçün  hər  bir  qəzanın  mərkəzi  və  əhalisi  daha 

çox  olan  yerlərindən  həm  əkinçi,  həm  də  kəndli  silklərinin  müəyyən  miqdarda 

nümayəndələrini  quberniya  şəhərinə  çağırmaq,  həm  də  şəxsən  qubernatorun  və 

digər  yüksək  vəzifəli  şəxslərin  iştirakı  ilə  bu  sənədin  elanı  təklif  olunurdu  [45]. 

Polisə  kəndlilərin  ―sakitliyini‖  ciddi  izləmək  tapşırığı  verilmişdi.  Çar  hökuməti 

―Əsasnamə‖ni  bilavasitə  yerlərdə  elan  etməklə  qorxurdu.  Noyabrın  8-də  kəndli 

işləri  üzrə  quberniya  divanxanaları  açıldı,  həmçinin  barışıq  vasitəçiləri  (münsif) 

vəzifələri təsis edildi. Canişinin sərəncamı ilə kəndli işləri üzrə ibtidai sərəncamlar 

vermək  məqsədilə  təsis  edilən  müvəqqəti  komissiyaların  işləri  quberniya  

divanxanalarının  ixtiyarına  keçirdi.  Qəzalarda  başda  barışıq  vasitəçiləri  olmaqla 

barışıq şöbələri açıldı [46]. Azərbaycan qəzalarında on iki barışıq şöbəsi fəaliyyət 

göstərirdi. 1870-ci il 14 may ―Əsasnamə‖si iki bölmədən ibarət idi: 1. Kəndlilərin 

torpaq məsələlərinin tənzim olunması  haqqında ümumi  əsasnamə; 2. Kəndli işləri 

üzrə təsis olunmuş idarələr haqqında qaydalar [47]. 

―Əsasnamə‖  kəndli  islahatının  aşağıdakı  əsas  məsələlərinin  ümumi 

prinsiplərindən çıxış edirdi: 1) kəndlilərin torpaq sahələrindən hər cür şəxsi asılılıq 

münasibətləri  dayandırılır;  2)  kəndlilərin  istifadəsində  olan  torpaqlar  bəylərin, 

ağaların  və  məliklərin  mülkiyyəti  olaraq  qalır  və  kəndlilərin  daimi  istifadəsinə 

verilir [48]. 

Şəxsi  azadlıq  almalı  olan  kəndlilərin  sayı  Yelizavetpol  quberniyasında 

22032  həyət  və  yaxud  70290  nəfər  kişidən,  Bakı  quberniyasında  (Quba  qəzası 

istisna olunmaqla) 7797 həyətvə yaxud 25831 nəfər kişidən ibarət idi [49]. 

―Əsasnamə‖  kəndlilərə  ―özünün  bütün  pay  torpaqlarından  istifadə 

etməkdən‖  imtina  etməklə  bəy  torpaqlarını  maneəsiz  tərk  etmək,  öz  kənd 

icmasında qalmaq və yaxud başqasına keçmək hüququ verirdi [50]. Fakriki olaraq 

isə  onlar  həmin  torpaqlarda  qalmağa  məcbur  idilər.  Çünki  kəndli  torpaqsız  ötüşə 

bilməzdi.  Lakin  onlar  onlar  torpaq  sahibindən  qeyri-iqtisadi,  icbari  feodal 

tədbirlərinin təsiri altında deyil, iqtisadi cəhətdən asılı idilər [51]. 

Beləliklə, islahata görə, feodal asılılığının çox mühüm spesifik xüsusiyyəti 

–  kəndlinin  torpağa  təhkim  edilməsi  ləğv  edildi.  Həm  Rusiyada,  həm  də 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə