Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə75/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   71   72   73   74   75   76   77   78   ...   189

Gürcüstanda  təhkimçilik  hüququ  ləğv  edildikdən  sonra  kəndlilər  öz  pay 

torpaqlarının  pulunu  ödəyənə  qədər  təhkimli  deyil,  feodaldan  asılı  hesab  olunan 

Azərbaycan  sahibkar  kəndliləri  kimi  müvəqqəti  asılı  kəndlilər  kateqoriyasına 

salınmışlar. Əslində isə onlar yenə də əvvəlki vəziyyətlərində qalırdılar [52]. 

Kəndli  islahatının  başlıca  məsələsi  torpaq  məsələsi  idi.  1870-ci  il 

―Əsasnamə‖sinə  görə  bəylərə,  ağalara  və  məliklərə  və  həmçinin  çoxdan  ―dövlət 

kəndliləri‖  adı  almış  kəndlilərə  məxsus  olan  torpaqlar  üzərində  irsi  xüsusi 

mülkiyyət hüququ qalmışdı [53]. 

Kəndlilər daii istifadə üçün onlara verilmiş pay torpaqlarının müqabilində 

torpaq sahiblərinin xeyrinə müəyyən mükəlləfiyyətlər daşımalı idilər. 

Çar hökuməti çalışırdı ki, kəndli islahatı Azərbaycanda torpaq sahiblərinin 

təsərrüfatlarına  mümkün  qədər  az  zərər  vursun  və  onların  öz  mülklərinə  olan 

torpaqlardan əldə etdikləri ümumi gəlirin miqdarını azaltmasın. 

Beləliklə,  ―Əsasnamə‖  pay  torpaqlarının  satın  alana  qədər  daimi  istifadə 

üçün kəndlilərin ixtiyarına  verirdi. Bu torpaqlar mülkədar bəylərin mülkiyyətində 

qalırdı  [54].  Kəndlilər  yalnız  pulunu  ödədikdən  sonra  torpağın  mülkiyyətçisinə 

çevrilə bilərdilər. 

Kəndlilərin  öz  pay  torpaqlarını  satın  alması  məcburi  deyildi.  Buna 

baxmayaraq,  kəndlilərə  torpaq  əldə  etmək  hüququ  verilməsi  burjua  xarakteri 

daşıyırdı.  Çünki  feodalizm  şəraitində  mülkədarbəylər  öz  torpaqlarını  ancaq  öz 

silklərindən olan adamlara satmaq hüququna malik  idilər. 

Kəndlilərə torpaq satın almaq hüququ verilməsi nəticə etibarilə feodalların 

torpaq  üzərində  silki  inhisar  hüquqlarına  zərbə  endirirdi.  Vəsaitin  olmaması 

üzündən kəndlilərin faktiki olaraq öz pay torpaqlarını almaq imkanları  olmasa da, 

torpaq əmtəəyə çevrilirdi. 

Yaşı  15-dən  yuxarı  olan  hər  kişi  ailə  üzvü  üçün  5  desyatin  pay  torpağı 

verilməsi  haqqında  1847-ci  il  ―Əsasnamə‖  sinin  müəyyənləşdiyi  norma  son  hədd 

kimi  qəbul  edilirdi.  Əksər  hallarda  isə  kəndlilərin  pay  torpaqları,  o  cümlədən 

malikanələr,  meyvə,  üzüm  və  tut  bağları,  əkin  sahələri  və  biçənəklər  kəndlilərin 

daimi  istifadəsində  saxlanırdı.  Kəndlilər  mövcud  ödəmələrə  əsasən  suvatlardan, 

otlaqlardan  və  suvarma  arxlarından  istifadə  etməyə  davam  edirdilər.  Bunula  belə, 

torpaq  sahiblərinə  kəndli  torpaqları  da  daxil  olmaqla  bütün  yararlı  torpaqları 

bilavasitə  öz  sərəncamında  saxlamaq  hüququ  verilirdi.  Onlar  öz  sərəncamlarında 

bütün  yararlı  torpaqların 

1/

3

-dən  azı  qaldığı  təqdirdə  kəndli  torpaqlarının  5 



desyatindən  çox  olan  ―artıqlarını‖  kəsib  götürə  bilərdilər  və  onlarda  bütün  yararlı 

torpaqların 

1/

3

-dən azı qaldığı tədqirdə kəndli pay torpaqlarını 5 desyatin normaya 



qaldırmağı öhdələrinə götürmürdülər. 

Faktiki  olaraq  kəndlilərin  pay  torpaqları  müəyyənləşdirilmiş  5 

desyatindən  xeyli  az  olurdu.  Sonralar  isə  əhalinin  artması  ilə  əlaqədar  hər  nəfərə 

düşən  pay  torpağı  getdikcə  daha  çox  azalır,  kəndlilərin  əksəriyyəti  aztorpaqlı 

olurdu. 



Kəndlilərin  pay  torpaqlarından  istifadə  etdiklərinə    görə  1870-ci  il 

―Əsasnamə‖si  ilə  bəylər  qarşısında  yerinə  yetirdikləri    mükəlləfiyyətlər  isə  öz 

xarakterinə,  həcminə  və  yerinə  yetirilmə  qaydasına  görə,  1847-ci  il 

―Əsasnamə‖sinin  müəyyənləşdirdiyi  kimi  qalırdı.Məhsul  rentası  –  ―malcəhət‖  və 

yaxud  ―bəhrə‖  yenə  də  əvvəlki  kimi  əsas  yer  tuturdu.  Bəylərin  və  ağaların 

―mülklərində‖  onun  həcmi  becərilən  məhsulun 

1/

10

  hissəsinə  bərabər  idi.  Biyar 



günləri  və  hər  gür  peşkəşlərin  əvəzinə  bu  adətin  hələ  də  qorunub  saxlanıldığı 

yerlərdə,  bəy  torpaqlarında  istər  həyətyanı,  istərsə  də  əkin  torpaqlarının  hər 

desyatininə  görə  30  qəpik,  ağa    ―mülklərində‖  isə  15  qəpik  məbləğində  pul 

mükəlləfiyyəti tətbiq edilirdi. ―Malcəhət‖in sahibkara çatdırılması əvvəllər olduğu 

kimi natural mükəlləfiyyət kimi qalırdı. 

Məlumdur  ki,  sahibkar  kəndliləri  tərəfindən  pay  torpaqlarının  satınalma 

yolu  ilə  tam  şəxsi  mülkiyyətə  keçməsi  islahatın  müvəffəqiyyətlə  həyata 

keçirilməsinə  xidmət  etməli  idi.  Satınalma  sazişi  bağlandıdan  sonra  kəndlilər 

formal olaraq mülkiyyətçi kəndlilər kateqoriyasına keçirdilər. 

Lakin  dövlət  Rusiya  quberniyalarından  fərqli  olaraq,  Azərbaycana 

münasibətdə  kəndlilərin  öz  torpaqlarının  satın  almasına  hər  hansı  bir  yardım 

göstərməkdən  imtina  etdi;  həm  də  torpaqların  satın  alınması  burada  məcburi 

deyildi.  Kəndlilər  öz  pay  torpaqlarını  ancaq  öz  şəxsi  pul  vəsaiti  hesabına  ala 

bilərdilər. Bu zaman onlar kəndli həyatı üçün yuxarısı 15, aşağısı 7.5 desyatin ala 

bilərdilər. Kəndlilərin pay torpaqlarını öz mülkiyyətinə keçirməsi üçün malcəhət və 

yaxud  bəhrə  əvvəlcədən  pula  çevrilməli  və  mövcud  pul  mükəlləfiyyətləri  ilə 

birlikdə  6  faizdən  kapitallaşdırılmalı  idi.  Bu  yolla  əldə  edilən  məbləğ  torpağın 

satınalma qiymətinin həcmini müəyyənləşdirməli idi. 

Azərbaycanda  satınalma  məbləği  Rusiyanın  mərkəzi  quberniyalarındakı 

məbləğdən  bir  neçə  dəfə  yüksək  idi.  Belə  ki,  Bakı  quberniyasının  sahibkar 

kəndlilərinin  bir  desyatin  torpağadək  ödədikləri  satınalma  qiyməti  Minsk 

quberniyasının kəndlilərinin ödədikləri məbləğdən 25 dəfə, Həştərxan quberniyası 

kəndlilərinin  ödədikləri  məbləğdən  20  dəfə,  Orenburq,  Mogilyov  və  Perm 

quberniyaları  kəndlilərinin  ödədiyi  məbləğdən  10  dəfə,  Rusiyanın  daxili 

quberniyalarından isə 7.7 dəfə çox idi. Yelizavetpol quberniyasında vəziyyət daha 

pis  idi.  Burada  kəndlilər  Həştərxan  quberniyası  kəndlilərdən  40  dəfə,  Minsk 

quberniyasından 30 dəfə və Rusiyanın bütün daxili quberniyalarındakı kəndlilərdən 

17 dəfə artıq satınalma məbləği ödəməli idilər. 

Yalnız  torpağın  haqqını  tam  ödədikdən  sonra  kəndlilər  mükəlləfiyyətçi 

kəndlilər  kateqoriyasına  keçə  bilərdilər.  Bu  şərtlərin  kəndlilər  üçün  necə  ağır 

olduğunu aydın görmək olar ki, kəndli həyətlərinin əksəriyyəti öz pay torpaqlarını 

satın alıb mülkiyyətlərinə keçirə bilməmişdilər. 

―Əsasnamə‖yə görə torpaq sahibkarları ilə kəndlilər arasında münasibətlər 

―torpaq  nizamnamələri‖  adlandırılan  xüsusi  aktlarla  müəyyən  olunurdu.  İslahatın 

hər  bir  mülkə  tətbiqi  bu  torpaq  nizamnamələri  ilə  müəyyənləşdirilirdi.  Yerlərdə 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə