Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə76/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   72   73   74   75   76   77   78   79   ...   189

bütün  işlərə  rəhbərlik  etmək  üçün  kəndli  işləri  üzrə  quberniya  idarələri  barışıq 

vasitəçilərinin  əldə  rəhbər  tutduqları  torpaq  nizamnamələrinin  vahid  ümumi 

formasını tərrib etdilər [55]. 

Torpaq  nizamnamələrinin  hazırlanması  mülk  sahiblərinin  və  kəndlilərin, 

yaxud onların nümayəndələrinin iştirakı ilə həyata keçirilirdi. Torpaq nizamnaməsi 

―hər bir kənd üçün ayrıca  və  yaxud bir neçə qarışıq kəndlərdən ibarət olan bütöv 

mülkə‖  tətbiq  edilə  bilərdi.  Barışıq  vasitəçisi  vaxta  15  gün  qalmış  torpaq 

nizamnaməsinin  tərtib  ediləcəyi  müddət  haqqında  məlumat  verirdi.Torpaq 

nizamnamələri  tərtib  edilərkən  dolaşıqlıq  və  səhvlər  buraxılırdı  ki,  bununla 

əlaqədər çoxlu şikayətlər olurdu. Torpaq sahibləri barışıq vasitəçilərinə öz mülkləri 

haqqında düzgün məlumat  vermək istəmir və  yalançı  məlumatlarla işi dolaşıqlığa 

salırdılar. 

Torpaq  nizamnamələrində  torpağın  miqdarı,  pay  torpaqlarından  istifadə 

edən  kəndlilərin  sayı,  biçənək  və  otlaqların  mövcudluğu,  kəndlilərin  su 

mənbələrindən,  meşələrdən  istifadə  qaydaları,  yerinə  yetirilən  natural  və  pul 

mükəlləfiyyətlərinin  həcmi  və  forması,  natural  mükəlləfiyyətləri  daşımağın 

qaydaları, süni suvarma vasitələrindən və dəyirmanlardan istifadə etmək hüququ və 

qaydaları göstərilirdi

―Əsasnamə‖ 1873-cü ildə kəndlilərlə torpaq sahiblərinin münasibətlərində 

yerli  xüsusiyyətlər  nəzərə  alınaraq  müəyyən  olunan  cüzi  dəyişiqliklərlə  Quba 

qəzasında  tətbiq  edildi.  Quba  qəzasında  rəncbərlər  təhkimçilik    asılılığından  azad 

edildilər.  Rəncbərlərin  əkinçiliklə  məşğul  olmalarından  və  torpaqlarının  olub-

olmamasından  asılı  olaraq  onlar  ya  torpaq  payı  alaraq  torpaq  sahiblərindən  asılı 

vəziyyətdə qalır,ya da torpaqsız azad edilirdilər [56]. 

1870-ci  il  islahatı  mülkədar  torpaqlarında  ―könüllülük‖  əsasında  yaşayan 

kəndlilərə  şamil  edilmədi.  Yelizavetpol  quberniyasının  200  kəndində  belə 

kəndlilərin  sayı  65  min  nəfər  idi.  1870-ci  il  islahatı  zamanı  bu  kəndlilərin  çoxu 

torpaq  sahiblərinin  özbaşınalığına  məruz  qalmış  və  öz  torpaqlarının  itirmişdilər. 

İslahat onlara yalnız 1876-cı il fevralın 21-dən aid edildi. 

―Əsasnamə‖  1877-ci  il  sentyabrın  3-də  onun  nəşrinə  qədər  ali  silkə 

mənsub  olmayan  və  bu  kateqoriyaya  sonralar  aid  edilən  bəylərin  torpaqlarında 

yaşayan kəndlilərə də şamil edildi. 

Kəndli  islahatı  Azərbaycana  şimal-qərb  hissəsinə  -  Zaqatala  dairəsinə 

toxunmadı. Burada kəndlilərin asılı münasibətləri 1913-cü ilə qədər davam etdi. 

Cənubi  Qafqazda  kəndlilər  üçün  islahat  Rusiyanın  daxili  quberniyalarına 

daha ağır şərtlərlə keçirildi. Bədnam ―azadlıq‖ əslində, kəndlilərin ən vicdansız bir 

şəkildə talan edilməsi, onları bir sıra zorakılıqlar və təhqirlərə məhkum etmək idi. 

Çar  məmurlarının  özləri  dəfələrlə  etiraf  etmişdilər  ki,  kəndli  islahatı  imperiyanın 

heç  yerində  Cənubi  Qafqazda  olduğu  kimi  ağır  və  əzablı  olmamışdı.  Çar 

hökumətinin bütün qanunu və tədbirləri əsasən ―ali silkə‖ əmlak və silki hüquqlar 

yaratmağa  yönəltmişdi.  Kəndlilərin  rifahının  təmin  edilməsi  məsələsi  isə  ikinci 



dərəcəli  əhəmiyyətə  malik  idi  və  ona  əsas  məsələlər  də  asılılıq  və  tabeçilik  rolu 

ayrılmışdı [57]. 

İslahat Azərbaycanın kənd istehsalçılarının çoxsaylı hissəsinin təşkil edən, 

xəzinə  kəndliləri  adlandırılan  kəndlilərə  aid  edilmədi.  1870-ci  il  14  may  islahatı 

Azərbaycan  mülkədar  kəndində  asılı  münasibətləri  məhv  etmədi  və  kəndlilərin 

gələcəkdə  də  bəylər  tərəfindən  istismar  olunmasını  təmin  etdi.  Bununla  belə  o, 

məzmununa  görə obyektiv olaraq burjua xarakteri daşıyırdı; bütün  məhdudluğuna 

baxmayaraq,  kənddə  mövcud  olan  obyektiv  şəraitin  tədricən  kapitalist  inkişafının 

tələbatına  uyğunlaşmasına  yardım  etdi,  ona  təkan  verdi.  İslahatdan  sonra 

Azərbaycanda  yeni  burjua  cəmiyyətinin,  ona  xas  olan  xüsusiyyətlərin  və 

ziddiyətləri ilə birlikdə, bütün əlamətləri aydın şəkildə nəzərə çarpmağa başladı. 

 

§ 3.MƏHKƏMƏ VƏ ġƏHƏR ĠSLAHATLARI 

 

İqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin 



təsiri  altında  öz  obyektiv    sosial-iqtisadi  məzmununa  görə  burjua  xarakterli 

məhkəmə islahatına başlamağa məcbur oldu. 

1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu 

fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri‖ adı altında birləşdirilmiş 

məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən 

qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi [58]. 

Məhkəmə  islahatı  silki  məhkəmələri  bütün  silklər  üçün  ümumi  olan 

məhkəmələörlə əvəz etdi, andlılar  məhkəməsi,  vəkillər korpusu  yaratdı,  məhkəmə 

instansiyaların  sayını  azaltdı.  Bu  islahat  formal  olaraq  məhkəmə  quruculuğu  və 

məhkəmə 


icrası, 

məhkəmə 


hakimiyyətinin 

qanunverici 

və 

icraedici 



hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi 

və  onların  bütün  işləri  öz  daxili  inamlarına  müvafiq  surətdə  həll  etmək  hüququ, 

cinayət  işlərinin  əskəriyyətinin  andlı  iclasçılarının  iştirakı  ilə  baxılması  və  s. 

burjua-demokratik prinsiplərini bəyan etdi. 

1864-cü  il  məhkəmə  islahatı  məlum  dərəcədə  müsbət  əhəmiyyətə  malik 

idi.  Bununla  bərabər,  hakim  təbəqə  tərəfindən,  mütləqiyyət  quruluşu  şəraitində 

keçirilmiş  bu  islahat  da  yarımçıq  idi.  Onun  qeyri-ardıcıllığı,  ilk  növbədə,  dövlət 

cinayətlərinin  andlılar  məhkəməsinin  ixtiyarından  alınmasında  təzahür  etdi.  Bu 

cinayətlərə baxılması silki nümayəndələrin iştirakı ilə ancaq məhkəmə palatalarına 

etibar  edilirdi.  Belə  ki,  mürtəce  zadəganların  fikrincə,  andlılar  məhkəməsi  çar 

hökumətini  arzuolunmaz  hökmlərdən  hifz  edə  bilməzdi.  İmtiyazlı  silk 

namüyəndələrini  (quberniya  zadəganlarının  başçısı,  yerli  məhkəmə  dairəsinin 

yerləşdiyi  qəzanın  zadəgan  başçılarından  biri  şəhər  rəisləri  və  kətxudaların 

hərəsindən  bir  nəfər)  iştirak  etdikləri  məhkəmə,  hakim  təbəqənin  mənafeyini 

müdafiə edən etibarlı silah olmalı idi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə