Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə77/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   73   74   75   76   77   78   79   80   ...   189

Burjua məhkəmə quruculuğu və məhkəmə icrasının əsaslarını tətbiq etmiş 

1864-cü  il  məhkəmə  islahatı  təhkimçilik  münasibətlərinin  kəndliləri  üçün  volost 

məhkəməsi, ruhanilər üçün xüsusi məhkəmə, çar məmurlarının vəzifə cinayətlərinə 

baxmağın  xüsusi  qaydası,  vəzifəli  şəxslərin  məhkəməyə  verilməsini  güzəşfli 

qaydaları və s. qalıqlarını qoruyub saxladı. 

1864-cü  il  məhkəmə  islahatının  yarımçıqlığı  Rusiyanın  digər  milli 

ucqarlarında olduğu kimi, onun Azərbaycanda da həyata keçirilməsi zamanı özünü 

xüsusən  parlaq  şəkildə  göstərdi.  Çarizm  bu  bölgələrdə  feodal  hüquqi  təsisatlarını 

qoruyub saxlayırdı. 

Məhkəmə islahatı Azərbaycana və bütün Cənubi Qafqaza canişinin 1865-

ci ildə yaratdığı xüsusi komissiyanın hazırladığı çar tərəfindən 1866-cı il noyabrın 

22-də  təsdiq  olunmuş  1864-cü  il  20  noyabr  məhkəmə  nizamnamələrinin  Cənubi 

Qafqaz diyarında tətbiq edilməsi haqqında təkliflər əsasında şamil olundu [59]. 

Çarizm  öz  müstəmləkəlik  xəttinə  sadiq  qalaraq,  Cənubi  Qafqazın 

xüsusiyyətlərini,  yəni  yerli  əhalinin  geridə  qalması  haqqında  yalanı  birinci  yerə 

çəkərək,  məhkəmə  nizamnamələrinin  tətbiqində    bir  sıra  mühüm  məhdudiyyətlər 

nəzərdə tutmuşdu. 

Andlılar məhkəməsi tətbiq edilmədi, çünki hakim dairələr bu məhkəmənin 

işlərində  yerli  əhalinin  iştirakı  üçün  yaratdığı  cüzi  imkana  belə  yol  vermək 

istəmirdi. 

İstintaq və barışıq sahələrinin əvəzinə barışıq hakimi, onun köməkçiləri və 

digər məmurları olan barışıq şöbələri yaradılırdı. Böyük ərazisi olan qəzaları əhatə 

edən barışıq şöbələrinin tərkibində barışıq hakimi başda olmaqla, xüsusi məhkəmə 

sahiblərinin yaradılmasına icazə verilirdi. Barışıq hakimləri və onların köməkçiləri 

məhkəmə müstəntiqlərinin də vəzifəsini yerinə yetirirdilər. 

1864-cü  il  nizamnamələrinin  nəzərdə  tutduğu  hakimlərin  sekçilər  sistemi 

mütləqiyyətə  yararlı  hakimlərin  seçilməsini  təmin  etsə  də  Azərbaycanda  barışıq 

hakimləri seçilmir, canişin tərəfindən təyin edilirdilər. 

Çar  hökuməti,  hətta  bu  məhdudiyyətlərlə  belə,  Cənubi  Qafqaz  diyarının 

məhkəmə sistemində islahat keçirməyə tələsmədən, bu işi bir neçə il uzatdı. 

Məhkəmə  orqanları  sistemi  Tiflis  məhkəmə  palatası,  quberniyadakı  dairə 

məhkəmələri, qəza, dairə və vilayətlərdəki, habelə quberniya şöbələrindəki barışıq 

məhkəmələrindən ibarət idi. 

Azərbaycan  ərazisində  yeni  məhkəmə  idarələri  1868-1869-cu  illərdən 

fəaliyyət  göstərməyə  başladı.  Bütün  işlər  barışıq  hakimi  tərəfindən  təkbaşına  həll 

edilirdi. Üç günə qədər həbs cəzası və 100 manatadək cərimələr haqqındakı hökm 

və qərarlardan dairə məhkəmlərinə şikayət etmək olardı. 

Bakı  və  Yelizavetpol  quberniyalarındakı  dairə  məhkəmələri  canişinin 

təqdimatı üzrə çar tərəfindən təsdiq edilən sədr, sədr müavini və altı nəfər üzvdən 

ibarət  tərkibdə  təsis  olunurdu.  Dairə  məhkəməsi  barışıq  hakimlərinin  hökm  və 




qərarlarından  edilən  şikayətləri  nəzərdən  keçirir  və  əslində  barışıq  şöbələrinin 

səlahiyyətlərinə daxil olmayan bütün cinayət və mülki işləri həll edirdi. 

Dairə  məhkəmələrinin  hökm  və  qərarlarından  Tiflis  məhkəmə  palatasına 

şikayət etmək olardı. Sonuncu isə qərar qəbul edirdi. Tiflis məhkəmə palatasının və 

dairə məhkəmələrinin yanında prokurorlar da var idi. 

Cənubi Qafqaz məhkəmə idarələri üzərində ümumi nəzarəti canişin həyata 

keçirirdi.  Bu  halda  o,  ədliyyə  naziri  rolunda  çıxış  edirdi  [60].  Çar  hökuməti 

Azərbaycanda  və  Cənubi  Qafqazın  digər  rayonlarında  sinfi  mübarizənin 

kəskinləşdiyi  şəraitdə  məhkəmə  təqib  işlərini  gücləndirmək  məqsədilə  dəfələrlə 

barışıq  şöbələrinin  səlahiyyətini  yenidən  nəzərdən  keçirərək,  onu  xeyli 

məhdudlaşdırmış, 

müvafiq  olaraq  dairə  məhkəmələrinin  səlahiyyətlərini 

genişləndirmişdi. 

Məhkəmə  icrası  ciddi  nöqsanlara  malik  idi.  Çarizmin  müstəmləkəçilik 

siyasəti burada güzcüdəki kimi əks olunurdu. Hakimlərin tərkibində yerli əhalinin 

nümayəndələri  yox  idi,  məhkəmə  əhalinin  dili,  adət  və  ənənələrini  bilməyən 

adamlar  tərəfindən  aparılırdı.  İşlərə  müstəsna  olaraq,  rus  dilində  baxılırdı.  Bu  da 

ona gətirib çıxarırdı ki, proses iştirakçıları bir qayda olaraq bir-birini başa düşmür 

və  tərcüməçilər  vəsitəsi  danışmağa  məcbur  olurdular.  Mülki  işlərin  baxılmasında 

əsrlərdən bəri formalaşmış yerli adətlər qətiyyən nəzərə alınmır, iddialar üzrə şahid 

ifadələrin  büsbütün  rədd  edilir  və  ancaq  yazılı,  sənədli  sübutlar  qəbul  olunurdu. 

Əhalinin  kütləvi  savadsızlığı  şəraitində  isə  belə  sənədlər  adətən  olmurdu.  Rahat 

yolların olmaması şəraitində və barışıq şöbələrinin bir çox yaşayış məntəqələrindən 

uzaqlığı, məhkəmə işlərindəki hədsiz formalizm, işlərin aparılmasına olduqca çox 

vaxt  sərf  edilməsi  alayarımçıq  savadlı  və  baha  başa  gələn  vəkillərin  xidmətinə 

müraciət işlərini daha da mürəkkəbləşdirdi. 

Təkcə  məhkəmə  prosesinin  deyil,  həm  də  istintaqın,  notarius  işlərinin  və 

hamillik  idarələri  vəzifələrinin  yerinə  yetirilməsinin  barışıq  məhkəmələrinin 

üzərinə qoyulması ona gətirib çıxarırdı ki, bu məhkəmələr külli miqdarda cinayət 

və  mülki  işlərin  içində  itib-batır,  bu  işlərin  baxılmasını  illərlə  uzadırdı.  XIX 

yüzilliyin lap sonunandək Bakı quberniyasının təkcə barışıq məhkəmələrində hər il 

14  min  iş  baxılmamış  qalırdı  [61].  Məhkəmələrin  fəaliyyətində  zəhmətkeşlərin 

qanuni hüquq və mənafeyinin tapdalanması parlaq şəkildə ifadə olunurdu. 

Çar  hökuməti  kəndlilərin  çıxışlarına  cavab  olaraq,  məhkəmə  və  inzibati 

polis  zülmünü  gücləndirirdi.  Kəndlilər  tərəfindən  mülkədarbəylər  və  çar 

məmurlarının  həyat  mülkiyyətinə,  mütləqiyyətinə    qoyduğu  hüquq  qaydalarına 

edilən  qəsdlərlə  bağlı  bir  çox  cinayət  işi  hərbi-idarə    məhkəmələrinə  verilməyə 

başladı. Sonuncuların isə adi cəza ölçüsü ölüm cəzası idi. 

Mütləqiyyət      tərəfindən        fəhlələrə  qarşı  da  belə  sərt  tədbirlər  tətbiq 

edilirdi.  Fəhlə    tətili  barəsində  ilk  xəbər  alınan  kimi,  məhkəmə  tədqiqatını 

gözləmədən tətilin  fəal  iştirakçılarını sürgünə  göndərmək vəzifəsi  qubernatorların 

üzərinə qoyulmuşdu. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə