Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə78/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   74   75   76   77   78   79   80   81   ...   189

1870-ci  il  şəhər  islahatı  təhkimçilik  hüququnun  ləğvindən  sonra  Rusiya 

kapitalist münasibətlərinin inkişafı, şəhərlərin sürətli artımı, xüsusən də sənaye və 

ticarət  mərkəzlərində  şəhər  həyatının  mürəkkəbləşməsi  ilə  bağlı  idi.  Şəhər 

islahatının  hazırlanması  8  ildən  çox  çəkdi.  Onun  1864-cü  ildə  tərtib  olunmuş, 

burjuaziyanın  tələblərini  müəyyən  dərəcədə  nəzərə  alan  ilkin  lahiyəsi  çar  dövlət 

aparatının  müxtəlif  bürokratik  məhkəmələrindəki  çoxsaylı  müzakirələrin 

nəticəsində  mühüm dəyişikliklərə  məruz qaldı. Bunların  nəticəsində şəhər  islahatı 

əvvəlki lahiyəyə nisbətən xeyli məhdud xarakter aldı. Şəhər əsasnaməsi 1872-ci il 

iyunun  16-da  təsdiq  olundu.  Əvvəlcə  o  ancaq  Rusiyanın  daxili  quberniyalarında 

tətbiq olundu. Cənubi Qafqazın digər rayonlarında olduğu kimi, Azərbaycanda da 

bir çox şəhərlər xeyli böyüməsinə,  əhalinin sayının artmasına   baxmayaraq, polis 

idarələrinin ixtiyarında qalmaqda davam edirdi. 

Bakı  qubernatoru  Kolyubyakin  ―yerli  əhalinin  kifayət  qədər  inkişaf  

etmədiyini‖  [62]  bəhanə  gətirərək,    şəhərlərin  idarəsini    polisin  əlində  saxlamağı,  

şəhər  dumalarını  isə  polisin  yanında  məşvərətçi  orqan  kimi    yaratmağı    təklif 

edirdi. O, 1870-ci ildə şəhər əsasnaməsini təcrübə kimi ancaq bu şəkildə və özü də 

təkcə Bakıdan tətbiq etməyi mümkün hesab edirdi. 

Yelizavetpol  qubernatoru  da  eyni  bəhanə    ilə    şəhər  təsərrüfatı  işlərinin 

polis  idarələri  vasitəsilə  idarə  olunmasında,  Nuxa  və  Şuşada  o  zaman  fəaliyyət 

göstərən qaydanın saxlanılmasında təkid edirdi [63]. 

Qubernatorun mövqeyi canişin tərəfindən bəyənildi. 1874-cü il 28 oktyabr 

tarixli  fərman  canişinin  təkliflərini  nəzərə  alaraq,  diyarın  müxtəlif  şəhərlərində 

özünüidarə orqanların tətbiq etməyin ardıcıllığlını təyin etməyi Qafqaz hakimiyyət 

orqanlarının ixtiyarına verdi. 

1870-ci il şəhər əsasnaməsi ancaq 1878-ci ildə, yəni təsdiq edildikdən 8 il 

sonra Azərbaycan şəhərlərinin təkcə birində - Bakıda tətbiq olundu. 

Şəhər ―özünüidarə‖ orqanları həddən artıq məhdud səlahiyyətə malik idi. 

Bu  səlahiyyət  şəhər  vergi  və  rüsumlarını  qoymaq,  bazarları  açmaq,  şəhərin 

sanitariya vəziyyətini təmin etmək, yanğınlarla mübarizə və s. hüquqlardan kənara 

çıxmırdı. 

Şəhər  islahatını  keçirmək  zərurəti  qarşısında  qalan  çar  hökumət  şəhər 

―özünüidarə‖ orqanlarını real hakimiyyətdən məhrum etmək və onları mütləqiyyət 

siyasətinə qarşı müqavimət göstərməsi üçün hər cür imkanı aradan qaldırmaq üçün 

əlindən  gələn  hər  şeyi  etdi.  Bu  məqsəd  təkcə  şəhər    ―özünüidarə‖  orqanlarının 

səlahiyyətlərini  məhdudlaşdırmaq  və  onların  üzərində  inzibati  nəzarət  qoymaqla 

deyil,  həm  də  elə  seçkilər  sistemi  tətbiq  etməklə  əldə  olunurdu  ki,  həmin  sistem 

―əlverişli‖ tərkibi təmin edir və fəhlələri seçki hüququndan məhrum edirdi. 

Seçkilərdə  iştirak  etmək  hüququ  ancaq  müəyyən  əmlak  senzinə  malik 

olanlara və şəhər vergilərinin ödəyənlərə, yəni ev sahiblərinə, tacirlərinə, fabrik və 

zavod  sahiblərinə  verilirdi.  Xüsusi  şəxslərdən  başqa  vergiləri  ödəyən  idarələr, 




müəssisələr,  cəmiyyətlər,  şirkətlər,  monastırlar  və  kilsələrdə  seçki  hüququndan 

istifadə edirdilər. 

Şəhər  ―özünüidarəsi‖ndə  iştirak  etmək  səviyyəsi  ödənilən  şəhər 

vergilərinin  məbləğinə  müvafiq  idi.  Bütün  seçicilər  üç  dərəcəyə    (kateqoriyaya) 

bölünürdü.  Bu  dərəcədən  hər  birinin  payına  düşürdü.  Birinci  dərəcəyə  adətən  bir 

neçə  iri,  ikinci  dərəcəyə  yüzlərlə  orta,  üçüncü  dərəcəyə    isə  minlərlə  xırda  vergi 

verənlər daxil edilirdi. Hər bir dərəcə xüsusi seçki məclisi təşkil edir və bu məclis 

qlasnıların (şəhər duması üzvlərinin) üçdə bir hissəsini seçirdi. Nəticədə bu    bir  

ovuc  varlı  yüzlərlə,  hətta  minlərlə  xırda  tacirlər,  prikazçiklər  və  ev  sahiblərinin 

seçdiyi qədər qlasnı seçirdi.  Beləliklə, seçicilərin dərəcələrə bölünməsi seçkilərdə 

iri ev sahibləri, sənayeçilər və tacirlərə üstünlüyü təmin etmək məqsədini güdürdü. 

Əgər  fəhlələr,  xırda  qulluqçular  və  sənətkarlar  şəhərin  xeyrinə    yığılan 

vergilər  qoyulan  binalara  malik  deyildirlərsə,  şəhər  əsasnaməsi  onlara  seçki 

hüququ  vermirdi.  Qadınlar  və  25  yaşına  çatmamış  cavanlar    seçici    korpusundan 

tamamilə  kənar  edilmişdilər.  Bütün  bu  məhdudiyyətlər  ona  gətirib  çıxarırdı  ki, 

qlasnıların  seçilməsinə şəhər əhalisinin cəmi 2-3 faizi buraxılırdı. 

1870-ci  il  şəhər  əsasnaməsi  seçicilərin  milli  qeyri-bərabərliyini  də  təsdiq 

edirdi. Xristian olmayan seçicilərdən  seçilən nümayəndələr   özgə dindən olanlar 

kimi  qlasnıların  50  faizdən  çoxunu  təşkil  etməməli  idilər.  Qlasnıların  seçilməsi 

üçün    səslərin  mütləq  çoxluğunu  almaq  tələb  olunurdu.  Lakin  nəzərdə  tutulana 

nisbətən  az  sayda  qlasnı  seçildiyi  təqdirdə,  qalan  qlasnıların  nisbi  səs  çoxluğu  ilə 

seçilməsinə icazə verilirdi. Belə qəbildən olan seçkilərin nəticəsində  ilk Bakı şəhər 

dumasına  seçkilərdə    şəhərin    ―ataları‖    sırasına  başlıca  olaraq,  iri      neft 

sənayeçilərinin,  fabrikçilər  və  tacirlər  (V.Lalayev,  H.Z.Tağıyev,  Krasilnikov, 

M.Nağıyev,  Lianozov  və  b.)  düşdülər.  Şəhər  dumasının  qlasnıları,  hətta  formal 

olaraq  belə,  seçicilər  qarşısında  məhsuliyyət  daşımırdılar.  Qlasnıların  əksəriyyəti 

―özünüidarə‖ orqanlarının işində passiv iştirak edirdilər. Əgər müzakirə olunan işin 

nəticəsi  ilə  maraqlı  deyildilərsə,  onların  çoxu  dumanın  iclasına  gəlməyi  belə 

özlərinə rəva bilmirdilər. 

Şəhər  dumasının  icraedici  orqanları  şəhər  qlavası  (bələdiyyə  idarəsinin 

başçısı)    və  onun  başçılıq    etdiyi  bələdiyyə  idarəsi  idi.  Onların  seçkisi  ikiqat  

səsvermə yolu ilə keçirilirdi. Birinci səsvermə zamanı namizədlərin irəli sürülməsi,  

ikinci  səs    vermə  isə  konkret  şəxslərin  seçilməsi    məqsədini  güdürdü.  Bələdiyyə 

idarəsinin  tərkibi  qubernator  tərəfindən  təsdiq  olunmalı  idi.  İlk  dəfə  və  təkrarən 

seçilmiş  şəxslər  təsdiq  edilmədiyi  təqdirdə  boş  vəzifələri  qubernator  və  ya  daxili 

işlər  nazirinin  təyin  etdiyi  adamlar  tuturdular.  Şəhər  bələdiyyə  idarəsinin  başçısı 

yerli  burjuaziyanın  nüfuzlu  qrupları  və  hökumət  orqanlarının  gizli  razılaşmasına 

əsasən seçilirdi. 

Bütün  nöqsanlarına  baxmayaraq,  1870-ci  il  şəhər  əsasnaməsi  hər  halda 

mütərəqqi  addım  idi,  çünki  Rusiyanın  kapitalist  inkişafının  tələbatına  cavab 

verirdi.  Bu  əsasnamə  Bakı  kimi  iri  şəhərlər  üçün  daha  mühüm  əhəmiyyətə  malik 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə