Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə79/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   75   76   77   78   79   80   81   82   ...   189

olan xüsusi  şəhər idarə  orqanlarının təşkil edilməsini  nəzərdə  tuturdu. Bakı şəhər 

təsərrüfatı, abadlıq və başqa işlərlə şəhər əsasnaməsini tətbiq edənlərdən, heç kim 

məşğul olmurdu. 

Lakin,  1870-ci  il  şəhər  əsasnaməsi  əsasında  tətbiq  olunan,  hətta  məhdud 

və  yarımçıq  şəhər  özünüidarəsi  belə,  burjuaziyanın  özünün  ―toxunulmaz‖ 

hüquqlarına qarışması ilə barışmaq istəməyən zadəganları qıcıqlandırırdı. 

1892-ci  ildə  III  Aleksandr  şəhər  ―özünüidarə‖  orqanlarının  onsuz  da 

məhdud  olan  hüuqularını  daha  da  məhdudlaşdıran  və  şəhərlərin  bu  idarədə 

iştirakını xeyli ixtisara salan yeni şəhər əsasnaməsini təsdiq etdi [64]. Buna görə də 

yeni əsasnamə əslində ―şəhər əksislahatı‖ idi. 

1892-ci  il  şəhər  əsasnaməsinə  görə  qubernatorun  şəhərin  vəzifəli 

şəxslərini  işdən  azad  etmək  də  daxil  olmaqla,  inzibati  məsuliyyətə  cəlb  etməyə 

qədər  bütün  şəhər  ―özünüidarə‖  işlərinə  qarışmaq  hüququ  genişləndirilirdi.  Şəhər 

dumasının, hətta şəhər idarəsinin icra  orqanları üçün  göstərişləri,  şəhər  əmlakının 

idarə  olunması  qaydaları  və  s.  sənədlər  belə  ancaq  qubernator  tərəfindən  təsdiq 

edildikdən sonra qüvvəyə minə bilərdi. 

Yeni  şəhər  əsasnaməsi  quberniya  və  iri  qəza  şəhərlərində  tətbiq  edilən 

ictimai idarələrlə  yanaşı,  kiçik şəhərlərdə sadələşdirilmiş şəhər idarəsinin  təşkilini 

nəzərdə tuturdu. 

Belə  şəhərlərdə  şəhər  dumasının  əvəzinə  12-15  nəfərlik  şəhər 

müvəkkilləri təsis olunurdu.  Şəhər rəisi başda  olmaqla  şəhər bələdiyyə  idarəsinin 

əvəzinə icra orqanı – ―özünüidarəsi‖ bir və ya iki köməkçisi olan şəhər starostası 

idi.  Sadələşdirilmiş  şəhər  ictimai  idarəsinin  orqanları  şəhər  dumalarına  nisbətən 

daha məhdud hüquqlara malik idi. Onlar hətta şəhərin abadlığı və ticarət üzərində 

nəzarət kimi sahələrdə belə hakimiyyətə malik deyildilər. 

Gəncədə  tam  həcmli  şəhər  ―özünüidarəsi‖  və  Lənkəran,  Nuxa,  Şamaxı, 

Quba,  habelə  Azərbaycanın  digər  bəzi  qəza  şəhərlərində  sadələşdirilmiş  ictimai 

idarələr ancaq 1897-ci ildə tətbiq olundu. Lakin bundan sonra da şəhər idarəsi qəza 

polis idarələrinin əlində qalmaqda davam edirdi. 

Həddən  artıq  yüksək  əmlak  senzi  və  1892-ci  il  şəhər  əsasnaməsi 

tərəfindən  seçki  hüququna  qoyulan  digər  məhdudiyyətlər  üzündən  seçicilərin  sayı 

kəskin surətdə ixtisara düşdü. 

1892-ci  il  şəhər  əsasnaməsi  ―özünüidarə‖  orqanlarının  təşkili  və 

fəaliyyətində milli qeyri-bərabərliyi daha da güclənirdi. Məsələn, Bakı dumasında 

qeyri-xristian (əsasən azərbaycanlı) qlasnıların sayı qlasnıların ümumi sayının üçdə 

birinə qədər azaldıldı [65]. 

Yüksək  əmək  senzi  və  seçki  sisteminin  digər  məhdudiyyətləri,  habelə 

seçkilərdə yol verilən qanunsuzluqlar üzündən ―özünüidarə‖ orqanlarına əsasən iri 

ev  sahibləri,  sənayeçilər  və  tacirlər  daxil  olurdu.  Məsələn,  Şamaxı  ictimai  şəhər 

idarəsinin 18 müvəkkili və bu müvəkkiliyə namizədlər içərisində 10 nəfər tacir, 2 




nəfər  torpaq  sahibi,  2  nəfər  fabrik  sahibi,  3  nəfər  məhkəmə  məmuru  və  1  nəfər 

həkim vardı. 

İctimaiyyətin  digər  nümayəndələri  ancaq  tək-tək  hallarda  qlasnıların 

tərkibinə  düşürdülər.  Görkəmli  ictimai  xadim  və  maarifçi  Həsən  bəy  Məlikov 

(Zərdabi) bir neçə dəfə Bakı şəhər dumasına üzv seçilmişdi. O, Bakı şəhər duması 

məktəb  və  tibb  komissiyalarının,  habelə  su  təchizatı  komissiyasının  üzvü  kimi 

məktəb  şəbəkəsinin  genişləndirilməsini,  məcburi  ümumi  təhsilin  tətbiqini  tələb 

edir, müəllimlərin müdafiəsinə qalxır, onların iş şəraitinin yaxşılaşdırılması, əmək 

haqqının artırılması tələbilə çıxış edir, mədən, zavod rayonlarında  yeni məktəblər 

açılmasını  lazım  bilir,  qızğınlıqla  korrupsiyaya  və  şəhəör  idarəsi  işçilərinin 

özbaşınalıqlarına qarşı çıxırdı. 

H.V.Mahmudbəyov  da  Bakı  Şəhər  dumasının  demokratik  ruhlu  üzvləri 

sırasında idi. 

―Özünüidarə‖  orqanları  iri  kapitalist  mənafelərini  ifa  və  müdafiə  edərək, 

polisin və tətillərin yatırılması üçün istifadə olunan qoşunların saxlanılmasına külli 

miqdarda  vəsait  xərcləyirdi.  90-cı  illərin  sonunda  Gəncədə  polisin  saxlanılmasına 

çəkilən  illik  xərclər  100  min  manata  bərabər  idi;  Lənkəranda  gəlirlərin  üçdə 

birindən  çoxu  polisin  saxlanılmasına  və  qoşunların  məskunlaşdığı  mənzillərə 

xərclənirdi.  Bununla  bərabər,  abadlıq,  xalq  təhsili,  səhiyyə  və  mənzil  tikintisinə 

buraxılan vəsait çox az miqdarda idi. 

Bakı şəhər ―özünüidarə‖sinin səlahiyyəti Bakı sənaye kompleksinin xeyli 

hissəsinə  -  mədən,  zavod  rayonlarına  şamil  edilmirdi.  Bu  rayonların  və  şəhərin 

özünün demokratik ictimaiyyətinin təkidli tələblərinə baxmayaraq, çar hakimiyyət 

orqanları və sənayeçilər mədən rayonlarını şəhərin hüdudlarına daxil etməkdən hər 

vasitə  ilə  imtina  edirdilər.  Onlar  bu  neft  sənayesi  proletariatının  şəhər  işlərinə 

təsirinin  güclənməsinə  gətirib  çıxaracağından  ehtiyat  edirdilər.  Özü  də  neft 

sənayeçiləri  –  kapitalistlər  mədən  rayonlarına  öz  malikanələri  kimi  baxaraq,  onu 

ayrıca inzibati vahid kimi ayırmaq istəyirdilər. 

Bakı  burjuaziyasının  mənafeləri  çar  hökuməti  tərəfindən  müdafiə 

olunurdu.  Çünki  Bakı  nefti,  Abşeron  neft  rayonu  imperiyanın  iqtisadiyyatı,  çar 

xəzinəsi  üçün  çox  böyük  əhəmiyyətə  malik  idi.  1890-cı  ilin  mayında  daxili  işlər 

naziri Bakı şəhərinin mədən rayonlarında ―özünüidarəyə‖ bənzər hər hansı orqanın 

yaradılması  təklifini  rədd  etdi  və  orada  xüsusi  Balaxanı-Sabunçu  polis  idarəsini 

yaratmağı,  yerli  təsərrüfatların  idarəsini  də  onun  üzərinə  qoymağı  zəruri  saydı. 

Neft  sənayeçiləri  polisə  fəhlə  çıxışlarına  qarşı  mübarizədə  etibarlı  dayaq  kimi 

baxaraq,  onun  saxlanılması  üçün  vəsaiti  əsirgəmirdilər.  Neft  sənayeçiləri  mədən 

rayonlarının  abadlaşdırılmasına,  məktəb  və  xəstəxanaların  tikilməsinə,  yanğın 

əleyhinə tədbirlərə vəsait ayırmaq məsələsinə gəldikdə, xəsislik göstərərək, 1897-ci 

ildə  yaradılmış  Balaxanı-Sabunçu  polismeysterliyinin  saxlanılması  üzrə  külli 

xərcləri danışıqsız öz üzərlərinə götürürdülər. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə