Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə8/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   4   5   6   7   8   9   10   11   ...   189

hüquqlarını  ―bütün  zamanlar  üçün‖  təsdiq  edirdi,  lakin  hər  dəfə  xan  varisləri  çar 

tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü. 

O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o, 

rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi öz üzərinə 

götürdü.  Xan  hər  il  öz  gəlirlərindən  Rusiya  xəzinəsinə  8000  çervon  ayırmağı 

öhdəsinə götürdü. 

Bəzi xanlıqlar tərəfindən Rusiya hakimiyyətinin döyüşsüz qəbul edilməsi 

faktı çarizmin burada işğalçı məqsədlər güdməməsi kimi qəbul edilməməlidir. İlk 

zamanlar  bəzi  xanlıqların  daxili  muxtariyyət  hüququnun  saxlanılmasına  gəldikdə 

isə  bu,  öz  qarşısında  İngiltərə  və  Fransanın  həvəsləndirdiyi  İran  və  Türkiyə  kimi 

rəqibləri görərək, Zaqafqaziyada böyük ehtiyatla hərəkət etməyə can atan çarizmin 

müvəqqəti tədbiri idi. 

Müharibənin  elə  ilk  ilində  şah  sarayının  İngiltərəyə  bəslədiyi  ümmidlər 

özünü  doğrultmadı.  İngiltərə  bu  illərdə  Rusiyanın  iştirakı  ilə  yeni  antinapoleon 

koalisilasını  yaratmağa  çalışırdı.  İngiltərə  Rusiya-İran  müharibəsini  qızışdıraraq, 

öz müttəfiqinə - İrana münasibətdə ikiüzlü siyasət yürüdürdü: İran tərəfindən 1801-

ci il müqaviləsinin şərtlərinə  əməl olunmasını tələb edərək, özünü elə aparırdı ki, 

guya ki, onun özü müttəfiqlik borclarından azaddır. 

İngiltərənin belə siyasəti onunla nəticələndi ki, 1804-cü ilin payızında İran 

şahı  Rusiya  əleyhinə  Fransa  ilə  ittifaq bağlamağa  hazır olması barədə  Napoleona 

məktub  göndərdi.  Napoleon  bundan  istifadə  etməyi  qərara  aldı  və  İstanbuldakı 

fransız səfirinə İranla danışıqlara başlamaq barədə göstəriş verdi. 

1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında 

Qarabağa soxuldular və onu talan etdilər. ―Hələ bu yaxınlaradək laləzar torpaqlar 

olan hər yerdə indi ancaq kəndlərin xarabalıqları, geniş tut bağlarının qalıqları, bir 

də atılmış və baxımsız qalmış tarlalar görünürdü‖ [9]. 

Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci ilin 

iyunun  26-da  şah  qoşunlar,  polkovnik  Koryagin  başda  olamqla  azsaylı  rus 

qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar.Abbas Mirzə qalanın təslim 

olmsını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək, qalanı iyulun 8–də 

təslim etməyə razılaşdı, özü isə iyulun 7-nə keçən gecə dəstəsi ilə düşmənin xəbəri 

olmadan qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlicə oradan çıxmasını bilən 

kimi onu təqib etməyə başladı, lakin ona hücum etməyə cürət etmədi. Şahbulaqdan 

şimaldakı Muxrat qəsrində dayanmış Koryaginə kömək gələndə şah qoşunları geri 

çəkildilər. Koryaginin dəstəsi Gəncəyə gəldi və burada Kotlyarevskinin dəstəsi ilə 

birləşdi. 

İyulda  İran  qoşunları  Qazaxa  soxuldular.  İran  qoşunlarının  komandanı 

yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kətxudalara bəyanatla müraciət edərək, 

Qazax  sakinlərini  Rusiyaya  qarşı  üsyana  çağırdı.  Koryagin  570  nəfərlik  dəstə  ilə 

döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran 

düşərgəsinə hücum etdi. 



İran qoşunlarının 1805-ci ilin yay hərbi kompaniyasındakı Azərbaycanda 

öz  mövqeyini  daha  da  möhkənləndirmək,  Şirvan.  Bskı  və  Quba  xanlarını  tabe 

etmək imkanı verdi. 

Hələ Qarabağ və Şəki xanlıqları ilə müqavilələr bağlanan dövrdə Sisianov 

Rusiya  hakimiyyətini  qəbul  etməyi  şirvanlı  Mustafa  xandan  da  tələb  etmişdi. 

Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması 

şərti ilə bu tələblə razılaşdı. Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili 

idarədə  özünün  müstəqilliyi  barədə  təminat  və  özünə  daimi  məvacib  təyin 

olunmasını  tələb  edirdi.  Sisianov  isə  özünün  irəli  sürdüyü  şərtlərlə  Rusiya 

hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə 

əmin  olduqdan  sonra  1805-ci  ilin  noyabrında  Mingəçevir  yaxınlığında  Kürü 

keçərək  Şamaxıya  doğru  yeridi.  Onun  10  topu  olan  dəstəsi  1100  piyadadan  vəm 

süvarilərdən ibarət idi. 

General  Sisianov  Şirvana  doğru  hərəkət  edərkən  İbrahimxəlil  xandan 

kömək tələb etdi və o da 1500 süvari ilə birlikdə öz böyük oğlu Mehdiqulu ağanı 

göndərməyə  məcbur  oldu.  Rus  qoşunlarının  yaxınlaşdığını  eşidən  Mustafa  xan 

Sisianovun  tələbini  qəbul  etmək  qərararına  gəldi,  xanlığın  xarici  əlaqələr 

hüququnun  Rusiyaya  verilməsinə,  ildə  10  min  çervon  bac  ödəməyə,  xanlığın 

hüdudları daxilində ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Bununla 

belə  xan  danışıqlardan  boyun  qaçırdı,  təbii  qala  və  möhkəm  sığınacaq  olan 

Fitdağda  mövqeyini  möhkəmləndirdi.  Sisianov  qoşunlarını  Şamaxının  lap 

yaxınlığına  çəkməyə  başladı.  Rus  qoşunları  Fitdağa  yaxınlaşdı.  Öz  vəziyyətinin 

çıxılmazlığını  görən  xan  Rusiya  təbəəliyinə  keçməyərazı  oldu.  Mustafa  xan  və 

Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki 

müqavlə ilə eyni idi. 

Qarabağ  və  Şəki  xanlıqlarının  Rusiya  hakimiyyəti  altında  keçməsi 

haqqındakı  müqavilərlə  eyni  olan  bu  müqavilədə  rus  qoşunlarının  Şamaxıda 

mütləq yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon 

məbləğində  müəyyənləşdirildi.  Şamaxı  xanlığı  öz  ərazisindən  keçən  karvanların 

təhlükəsizliyini təmin etməyə borclu idi. Xan, həmçinin, Kür sahilində -  Cavadda 

möhkəmləndirilmiş rus məntəqəsinin tikilməsinə icazə verməsi ilə də razılaşırdı. 

Azərbaycanın  ən  iri  xanlıqlarından  birinin  –  Şamaxı  xanlığının  tabe 

edilməsi çar Rusiyası üçün bütün Şimali Azərbaycanın ələ keçirilməsində mühüm 

əhəmiyyətə  malik  idi.  Şamaxı  xanlığı  digər  xanlıqlar  arasında  mərkəzi  mövqe 

tuturdu, böyük iqtisadi,siyasi və hərbi-strateji əhəmiyyətə malik did. 

Şamaxı  xanlığının  tabe  edilməsindən  sonra  Bakıya  yol  açıq  idi.  1805-ci 

ilin  əvvəllərində  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanı  Gilanı  tutmaq,  geri 

qayıdarkən  isə  Bakını  ələ  keçirmək  üçün  rus  donanmasını  Xəzərə  göndərməyi 

qərara aldı. 

Çar  hökuməti  Xəzər  donanmasının  möhkəmləndirilməsinə  və  onun 

köməyi  ilə  Xəzərin  qərb  sahillərinin  ələ  keçirilməsinə  böyük  əhəmiyyət  verirdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə