Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə81/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   77   78   79   80   81   82   83   84   ...   189

Sahələrin  ləğv  edilməsi  ilə  bütün  yerli  inzibati-polis  hakimiyyəti  qəza 

rəislərinin əlində toplandı.Bütün qəza mərkəzlərində qəza idarələrinin ştatına polis 

vəzifələri – şəhər pristavı, onun köməkçisi və s. daxil edildi. Bəzi şəhərlərdə onlar 

əvvəllər də var idi. Gəncədə qəza idarəsi komissiyası tərəfindən xüsusi şəhər polisi 

təşkil olundu. Qəzanın sinfi mübarizəsinin daha kəskin xarakter aldığı ―həyəcanlı‖ 

hissələrində  polis  nəzarətini  gücləndirmək  üçün  qəza  rəislərinə  tabe  edilən  xüsusi 

pristavlıqların  təsis  edilməsinə  icazə  verildi.  Yelizavetpol  quberniyasında  belə 

pristavlıq Samuxda da yaradılmışdı. 

Çar  hakimiyyət  orqanlarına  və  yerli  mülkədarlara  qarşı  çevrilmiş  və 

güclənməkdə olan kəndli hərəkatı çar hökumətini Cənubi Qafqazda sahələri bərpa 

etməyə  məcbur  etdi.  1888-ci  il  mayın  10-da  III  Aleksandr  ―Cənubi  Qafqaz 

quberniyalarında qəza polisinin yenidən qurulması haqqında‖ fərman verdi [74]. 

1864-cü  ildə  Rusiyada  xüsusi  hərbi  orqanların  yaradılmasına  gətirib 

çıxaran hərbi dairə islahatı nəticəsində hərbi qubernatorlar hərbi işlərə rəhbərlikdən 

azad edildilər və quberniya rəisləri qubernator adlandırıldılar [75]. 

Bu dəyişiklik bir neçə il ərzində Bakı, İrəvan və Kutaisi quberniyalarında 

tətbiq  edilmədi.  Yalnız  1872-ci  ildə  Bakı  quberniyasının  idarəsi  Rusiyada  qəbul 

edilmiş ümumi əsaslarla, Bakı hərbi qubernatoru və mülki hissə üzrə rəis rütbələri 

Qafqaz canişininə tabe olmaqla, Bakı qubernatoru rütbəsi ilə əvəz edildi [76]. 

Quberniya  hakimiyyət  orqanları  kəndlilərin  pay  torpaqlarının  çar 

məmurları  və  bəylər  tərəfindən  özbaşına  zəbt  edilməsinə  göz  yumur,  kənd 

idarəsinin polis və vəzifəli şəxslərinin qanunu zidd hərəkətləri ilə bağlı olan çoxlu 

şikayətləri cavabsız qoyurdular. 

XIX  yüzilliyin  ikinci  yarısında  qəza  inzibati  idarəçiliyinin  tərkibi  və 

vəzifələrində ciddi dəyişiklik baş vermədi. Hətta sahələr bərpa edildikdən sonra da, 

qəza rəisi fəal inzibati-polis idarəsi orqanı kimi qalmaqda davam edirdi [77]. 

Azərbaycanda  inzibati  polis  aparatının  ən  aşağı  həlqəsi  sahə  pristavı  idi. 

O,  sahənin  bütün  sakinlərini  tanımalı,  onların  siyasi  sədaqətinə  əmin  olmalı,  ilkin 

istintaq  aparmalı,  xəzinə  və  yerli  mükəlləfiyyətlər  üzrə  vergilərin  toplanmasını 

izləməli və onlardan bir çoxunu özü toplamalı, kənd idarələrinə göz qoymalı idi. 

1852-ci ildən hərbi idarə üsulu tətbiq edilən Car-Balakən dairəsinin idarə 

edilməsinin yenə də əvvəlki kimi bir sıra özünəməxsus xüsusiyyətləri var idi [78]. 

Bu, o  demək idi  ki, burada idarə, Qafqazın işğal edilmiş dağ rayonlarında olduğu 

kimi,  əlində  hərbi-inzibati  və  məhkəmə  hakimiyyəti  toplamış  hərbi  rəisə  etibar 

edilirdi. 

Qafqazda  hərbi  əməliyyatların  başa  çatması  ilə  Car-Balakən  dairəsində 

hərbi  idarə  ―hərbi-xalq‖  idarə  üsulu  ilə  əvəz  edildi.  O,  Cənubi  Qafqaz 

quberniyalarında  qəbul  edilmiş  mülki  idarə  üsulundan  fərqlənirdi.  Burada 

quberniya idarəsinə bənzər kollegial təsisatlar yox idi. Onların funksiyalarını xeyli 

dərəcədə  canişin  dəftərxanaları,  o  cümlədən  Tiflis  quberniyasının  quberniya 




təsisatları yerinə yetirirdilər. Dairənin zabitlərdən ibarət olan rəhbərləri yalnız idarə 

deyil, həm də məhkəmə funksiyalarını həyata keçirirdilər. 

Şimali  Azərbaycanda  kənd  idarəsi  kəndlilərin  tabeçiliyini  daha  da 

möhkəmləndirməli,  onu  polis-mütləqiyyət  dövlətindən  hərtərəfli  asılı  vəziyyətə 

salmalı idi.  1865-ci  il avqustun 11-də  canişin tərəfindən təsdiq edilmiş  ―Tiflis  və 

Kutaisi quberniyalarında kənd cəmiyyətləri haqqında Əsasnamə‖ [79] və 1866-cı il 

avqustun  23-də  təsdiq  edilmiş  ―Bakı  quberniyasında  kənd  cəmiyyətləri,  onların 

ictimai  idarəsi,  dövlət  və  ictimai  mükiəlləfiyyətlər  haqqında  ―Əsasnamə‖  bu 

məqsədə xidmət edirdi [80]. Sonuncu əsasnamə 1870-ci ilin aprelində Yelizavetpol 

quberniyasına da şamil edildi [81]. 

Bakı quberniyasında cəmisi 423 və Yelizavetpol quberniyasında 325 kənd 

icması yaradıldı [82]. 

Kənd  icmalarının  orqanları  kənd  yığıncaqları  və  kətxudalar  idilər.  Kənd 

yığıncaqlarında yalnız ciddi şəkildə məhdudlaşdırılmış məsələlərə; kənddə vəzifəli 

şəxslərin  seçilməsi,  hökm  çıxarılması,  ―ziyankar  və  pozğun  üzvlər‖in  kənd 

icmalarından  uzaqlaşdırılması,  qəyyum  və  himayədarların  təyin  edilməsi  və  s. 

məsələlərə baxıla bilərdi. 

Kənd  inzibati  orqanlarının  seçkili  olmasını  tətbiq  edən  hökumət 

kətxudaların  qubernator  tərəfindən,  onun  köməkçilərinin  isə  qəza  rəisləri 

tərəfindən təsdiq edilməsi tələbini irəli sürürdü. Kətxudaya inzibati-polis hüquqları 

verilirdi. 

Hökumət  orqanları  kənd  icmalarında  siyasi  ―sakitliyin‖  bərqərar  olması 

üçün  böyük  canfəşanlıq  göstərir  və  ―etibarsızlıqda‖  azacıq  şübhə  doğurduqda 

onları kətxuda seçmək hüququndan məhrum edirdilər. Yalnız 1870-ci ildən 1888-ci 

ilə  qədər  təkcə  Bakı  quberniyasının  65  icması  kətxuda  seçmək  hüququndan 

məhrum  edilmiş  və  onlar  tərəfindən  təyin  edilmişdi  [83].  1877-ci  ildə  Zaqatala 

dairəsində  güclənməkdə  olan  kəndli  çıxışları  ilə  əlaqədar  bütün  kənd  icmalarında 

kətxudaların  və  onların  köməkçilərinin  seçilməsi  ləğv  edilmiş  və  burada  kənd 

icmalarının  məmurları  XIX  yüzilliyin  sonuna  qədər  dairə  rəisi  tərəfindən  təyin 

edilirdi [84]. Azərbaycan kəndli təsərrüfatlarının taleyində mühüm əhəmiyyət kəsb 

edən suvarma suyunun bölüşdürülməsini tamamilə öz  əlində toplayan  mirablar da 

kənd  məmurları  sırasına  daxil  idilər.  Azərbaycanda  əkinə  yararlı  torpaqların, 

demək olar ki, üçdə iki hissəsi yalnız suvarma şəraitində məhsul verə bilərdi. 

Hökumət nəzarətindən kənarda qalan mirablar bir neçə onnilliklər ərzində 

tam özbaşınalıq edir, kəndliləri sıxışdırır, su ilə alver edirdilər. Yalnız 70-ci illərin 

əvvəllərində Bakı, Yelizavetpol və İrəvan qubernatorlarının sərəncamı ilə mirablar 

yerli  hakimiyyət  orqanlarına  tabe  edildilər.  Lakin  bundan  sonra  da  onlar  əslində 

nəzarətsiz hərəkət edirdilər. 

Kənd icmalarının idarə olunması haqqında əsasnamələr kəndliləri bəylərin 

məhkəmə  və  polis  özbaşınalığından  xilas  etdiyindən  və  kənddə  vəzifəli  şəxslərin 

seçkili olmasını təmin etdiyindən müəyyən obyektiv mütərəqqi əhəmiyyətə  malik 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə