Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə83/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   79   80   81   82   83   84   85   86   ...   189

sonra  qiymət  6  qəpiyə  endi.  Güclü  fontanların  meydana  gəlməsindən  asılı  olaraq 

vaxtaşırı təkrar olunan belə hallar iri kapitalın xeyrinə olub xırda sahibkarları var-

yoxdan  çıxarırdı.  Bütövlükdə  isə  neft  sənayeçilərinin  sayı  daim  artırdı.  1873-cü 

ildə  Bakı  mədənlərində  12,  on  ildən  sonra  79  firma  fəaliyyət  göstərirdi.  Hasilatın 

artmasına  çalışan  firmalar  yeni  texnika  tətbiq  edirdilər.  Neft  sənayesi  texniki 

çevriliş və istehsal proseslərinin yeniləşdirilməsi mərhələsinə daxil oldu. Əvvəllər 

neft köhnə qayda ilə əllə qazılmış quyulardan tuluqlarla, əksər hallarda jelonka ilə 

çıxarılırdı.  Doğrudur,  ilk  vaxtlar  o  atların  gücü  ilə  qaldırılırdı.  1873-cü  ildə 

mədənlərdə  ilk  dəfə  80-cı  illərin  sonlarında  neft  sənayesində  üstün  mövqe  tutan 

buxar  mühərrikləri  tətbiq  edildi.  Buxar  maşınlarının  tətbiqi  qazma  işlərində  də 

yayılmağa  başladı.  70-ci  illərin  sonuna  yaxın  ştanqları  balta  ilə  birlikdə  hərəkətə 

gətirən  əl  burulğanı  əvəzinə  buxar  maşını  tətbiq  edildi.  ―İri  maşın  sənayesinin  ən 

xarakterik  əlamətlərindən  biri‖  [5]  olan  buxar  mühərriklərinin  tətbiqi  neft 

sənayesinin gələcək inkişafında mühüm əhəmiyyət kəsb edirdi. 

Kapital  axınının  artması  neft  hasilatı,  emalı  və  daşınması  texnikasının 

tətbiqi  ilə  yanaşı,  texniki  təkimilləşməsinin  biri  də  1878-ci  ildə  neft  mədənlərini 

neftayırma zavodları ilə birləşdirən buxar nasoslu ilk neft kəmərinin çəkilişi oldu. 

Əvvəllər  neft  zavodlara  arabalarda  daşınırdı  [6].  1879-cu  ildə  ―Nobel  qardaşları‖ 

firması tərəfindən  mədənlər arasında  neft  və  sərnişin daşımaq üçün  ilk dar dəmir 

yolu  çəkildi.  Neft  hasilatının  artması  onun  saxlanılmasını  təkmilləşdirməyi  tələb 

edirdi.  Adətən  quyuların  yanında  100-200  pudluq  taxta  çənlər  tikilirdi.  Bir  qədər 

sonra  isə  50-100  min  pudluq  torpaq  anbarlar  tikilməyə  başlandı.  Bu  anbarlar 

içərisində  heç nə  döşənməyən və  örtülü olmayan,  əlüstü qazılan çalalardan ibarət 

idi.  Belə  anbarlarda  neftin  xeyli  hissəsi  torpağa  hopur,  Abşeron  üçün  adi  olan 

günəşin  və  yüksək  temperaturun  təsiri  altında  buxarlanırdı.  Primitiv  çalaların 

əvəzində içəridən sementin köməyilə daş və kərpiclə döşənmiş, ağac örtüklü daha 

əlverişli  anbarlar  meydana  çıxdı.  Metal  rezervuarlar  nisbətən  gec  meydana  gəldi. 

Bunula belə artıq 90-cı illərdə onların sayı xeyli artmışdı. 

Neftayırma zavodlarının da sayı artırdı. 1872-ci ildə onların sayı 47, 1873-

cü ildə 62 idi [7]. Bakı şəhərinin ətrafında çoxlu neftayırma zavodlarının toplaşdığı 

Qara  şəhər  adlı  məskən  yarandı;  ―belə  ki,  tüstüsündən  və  hisdən  orada  hər  şey 

torpaq, binalar qaralmışdı‖. Bununla belə, iltizam sisteminin təsirindən və onunla 

bağlı  olan  neftin  yüksək  maya  dəyərindən  azad  olan  neftayırma  sənayesi  aksiz 

siyasətinin mənfi təsiri altına düşdü. 

İltizam sisteminin ləğv etmiş 1872-ci il 1 fevral tarixli ―Neft mədənləri və 

ağ  neft  istehsalından  aksizlər  haqqında‖  Qayda  neftayırma  sənayesindən  dövlətin 

xeyrinə aksiz (vergi) toplanmasını bütünlükdə aksiz idarəsinin icazəsindən asılı idi. 

Aksizin həcmi neftayıran qazanlar həcminə uyğun olaraq gündəlik 4 manatdan 10 

manatadək müəyyənləşdirilirdi. Əslində aksizin məbləği kiçik ağ neft zavodu üçün 

cüzi idi. Bununla belə, aksiz texniki tərəqqini ciddi ləngidirdi. 




Aksizin  tətbiq  edilməsi  neft  məhsulları  istehsalına  çox  pis  təsir  göstərdi. 

Aksizin  hər  neftayıran  qazana  görə  toplanması  ona  gətirib  çıxartdı  ki,  kiçik 

zavodlar  gün  ərzində  hər  qazandan  bir  dəfə  deyil,  2-3  dəfə  ağ  neft  almağa 

çalışırdılar. Bu yolla alınan neftin keyfiyyəti adətən aşağı olur və satılmırdı. Rusiya 

bazarlarında  Amerika  neftini  almağa  üstünlük  verirdilər.  Bakı  neftinin  qiyməti 

kəskin  şəkildə  aşağı  düşmüşdü.  Bu  isə  bir  çox  müəssisənin,  xüsusilə  kiçik 

müəssisələrin  müflisləşməsinə  səbəb  oldu.  Bununla  yanaşı,  texniki  yeniliklərin 

tətbiqi  və  texnologiyanın  təkmilləşməsi  şəraitində  istehsalın  iriləşməsi  və 

təmərküzləşməsi də baş verirdi. Əgər 1874-cü ildə Bakıda 200-dən çox neftayırma 

zavodu  var  idisə,  2  ildən  sonra  onların  sayı  123-ə,  1899-cu  ildə  isə  101-ə  qədər 

azaldı; onlardan 88 zavod ağ neft, 4 zavod benzin, 5 zavod yağ,  3 zavod asfalt və 

qudron istehsalı ilə məşğul idi. 

1877-ci  il  sentyabrın  1-dən  akisizin  toplanması  ləğv  edildi,  bu  da 

bürokratik  inzibati  nizamasalma  şəraitini  yumşaltdı  və  müsbət  əhəmiyyətə  malik 

idi.  80-cı  illər  ərzində  Bakı  zavodlarının  istehsal  etdikləri  ağ  neftin,  benzinin  və 

yağın həcmi 8 mlnj . puddan 68 mln. puda çatdı. Ölkənin yanacaq balansı kəskin 

dəyişdi. 80-ci illərdə Xəzər və Volqa gəmiçiliyi,  həmçinin  dəmiryol nəqliyyatının 

bir  hissəsi  yanacaq  kimi  mazutdan  istifadə  etməyə  başladı.  Mazutdan  istifadə 

1880-ci ildə 7 mln puddan 1900-cü ildə 264 mln puda qədər və  yaxud 20 ildə 37 

dəfə artdı [8]. 

Zavodların məhsuldarlığı da hiss olunacaq dərəcədə artdı. 1878-ci ildə o, 

6,4  mln  puda,  1881-ci  ildə  isə  12,5  mln  puda  bərabər  idi.  Bakı  nefti  və  onun 

məhsulları  əsasən  Rusiyanın  daxili  quberniyalarına  aparılırdı.  Cənubi  Qafqaz 

dəmiryolunun  tikintisinə  qədər  neftin  daşındığı  yeganə  yol  Xəzər  dənizi  idi. 

Əvvəllər nefti yelkənli gəmilərə yüklənmiş çəlləklərdə Həştərxana qədər, sonra isə 

Volqa  ilə  yuxarılara  aparırdılar.  Neftdaşıma  işi  artdıqca,  neftdaşıyan  gəmilər 

meydana  gəldi.  70-ci  illərdə  neft  və  onun  məhsullarını  daşımaqla  məşğul  olan 

ayrıca  cəmiyyətlər  yarandı.  Bu  cəmiyyətlər  arasında  ―Qafqaz  və  Merkuri‖ 

cəmiyyəti  mühüm  yer  tuturdu.  ―Lebed‖,  ―Drujina‖  cəmiyyətləri,  Bakı  neft 

cəmiyyəti, xüsusi şəxslər – Mirzoyevlər, Dadaşovlar, Artyomovlar  və başqalar da 

neft daşınması ilə məşğul olurdular [9]. 

İltizam  sistemi  ləğv  edildikdən  sonra  Amerikanın  Rusiyanın  yanacaq 

bazarındakı üstün mövqeyi sarsıldı. 1873-cü ildə Rusiya ABŞ-dan 2,705 mln. pud 

neft  və  neft  məhsulları  gətirmişdi.  Bakıdan  isə  cəmisi  400  min  pud  ağ  neft 

aparılmışdı.  Beş  ildən  sonra  Amerikadan  neft  idxalı  2  mln  pud  olduğu  halda, 

Bakıdan  aparılan  neftin  miqdarı  4,6  mln  pud  təşkil  etmişdi.  Xarici  ölkələrdən 

gətirilən  neftin  hər  puduna  55  qəp  gömrük  qoyulması  haqqında  hökumət  aktı 

verildi.  1883-cü  ildə  Bakıdan  Rusiya  bazarlarına  artıq  12,5  mln.  pud  neft 

məhsulları  daxil  oldu.  Amerikadan  neft  idxalı  isə  tamamilə  kəsildi.  Baş  vermiş 

qıtlığın,  dəmir  yolu  tikintisinin  və  həmçinin  1880-ci  illərdə  Qərbi  Avropada  baş 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə