Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə86/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   82   83   84   85   86   87   88   89   ...   189

sənayeçilərinə 1872-ci ildə müzaidə ilə satılmış sahələr də təxminən bu vəziyyətdə 

idi.  Burada  icarə  şərtləri  (birdəfəlik  haqq,  paydan  ayırma  və  hər  puddan  haqq) 

çıxarılan  neftin  25  və  daha  çox  faizini  udurdu  [22].  Şərtlərin  bu  dərəcədə 

uyğunsuzluğu ancaq özlərinin neftli torpaq fondlarının əsasını 70-80-ci illərdə ələ 

keçirdikləri  çox  zəngin  və  həm  də  çox  ucuz  sahələrdən  qoymuş  iri  firmaların 

xeyrinə  idi.  Bunula  belə,  iri  firmalar  yüksək  maya  dəyəri  şəraitində  torpaq 

sahələrini ələ  keçirmək  və eyni zamanda  yeni  firmaların rəqabətinə  yol vermədən 

neftli  torpaqların  təmərküzləşməsini  gücləndirmək  üçün  kifayət  qədər  maliyyə 

vəsaitinə malik idilər. 

Neft  sənayesində  kapitalist  təsərrüfatının  təşkilinin  hakim  forması  olan 

istehsal  vasitələri  üzərində  səhmdar  kampaniyaları  inkişaf  edirdi.  İlk  iri  səhmdar 

kampaniyalarının  ardınca  bu  tipli  bir  sıra  yeni  müəssisələr  də  meydana  gəldi 

(sonralar  Xəzər-Qara  dəniz  Cəmiyyətinə  çevrilmiş  Batum  neft  sənayesi  və  ticarət 

cəmiyyəti, ―Neft‖, ―S.M.Şibayev və Kº‖, ―Mirzoyev qardaşları‖ və s.) Əslində neft 

təsərrüfatının  səhmdarlıq  əsaslarına  çevrilməsi  mövcud  fərdi-ailəvi  firmaların  və 

ticarət  evlərinin  əsasında  yaradılırdı.  90-cı  illərin  əvvəllərində  13  səhmdar 

müəssisəsi  fəaliyyət  göstərirdi.  Onlar  firmaların  ümumi  sayının  7-11%-ni  təşkil 

etsələr  də,  Bakıda  çıxarılan  bütün  neftin  27-45%-ni  verirdilər.  Səhmdar 

müəssisələrin  neft  sənayesinə  qoyduqları  kapitalın  ümumi  məbləği  də  yüksək  idi 

və bütövlükdə Rusiyanın dağ-mədən sənayesini xeyli qabaqlayırdı. 90-cı illərin II 

yarısında bu sahənin səhmləşdirilməsi prosesi xüsusilə geniş vüsət aldı [23]. Neft 

sənayesinin  yüksək  təmərküzləşməsi  və  intensiv  səhmləşdirmə  prosesi  onun 

inhisarlaşdırılmasının mühüm şərtlərindən oldu. 

80-cı illərin əvvəllərində ―Nobel qardaşları‖ birliyinin  daxili bazarda neft 

məhsulları ilə ticarətdə üstünlüyü özünü büruzə verdi. Kampaniyanın bu vəziyyəti 

nəqliyyat-satış  təşkilindəki  üstünlük  hesabına  təmin  edilirdi.  Buna  görə  də  heç  də 

təsadüfi deyildi ki, ən iri müəssisələrin kapitalının böyük hissəsi bilavasitə istehsal 

sahəsində  deyil,  nəqliyyat  və  satışın  təşkilinə  qoyulurdu.  Qüdrətli  çoxsahəli 

istehsal-nəqliyyat-satış  kombinatının  çevrilmək  yolu  ilə  inkişaf  edən  ―Nobel 

qardaşları‖  şirkətində  neft  avbarları,  gəmilər,  sisternlər  və  neft  kəmərləri  80-cı 

illərdə əmlakın 74,5%-ni təşkil etdfiyi halda, mədənlər, zavodlar və neftli torpaqlar 

bir  yerdə  əmlakın  yalnız  25,5%-ni  təşkil  edirdi  [24].  Qryaze-Tsaritsın  dəmir 

yolunda  1,500  xüsusi  vaqon-sisternlərə  malik  olan  Nobellər  neft  məhsullarının 

Volqa üzərindəki körpülərdən və daxili bazarlarda quru yollarla daşınmasında çox 

mühüm mövqe tuturdular. 

Şirkət Xəzər dənizində tanker donanmasının pioneri kimi çıxış etdi. 1878-

ci  ildən  onların  sifarişi  ilə  İsveçdə  hazırlanmış  dünyada  birinci  neft  tankeri 

―Zoroastr‖ Bakı ilə Həştərxan arasında hərəkətə başladı. Bir ildən sonra yeni, daha 

böyük  ―Moisey‖  tankeri  sifariş  verildi  [25].  Halbuki  ingilis  ―Şell  transport  end 

treydinq  kompani‖  kampaniyasının  Transatlantik  neftdaşımaları  üçün  tankeri 




yalnız  1892-ci  ildə  tikdirilmişdi  [26].  Beləliklə,  ―Nobel  qardaşları‖  birliyi 

Rusiyanın daxilində quru və dəniz kommunikasiyalarında inhisarçıya çevrilmişdi. 

Elə həmin vaxt ―Nobel qardaşları‖ şirkəti Bakı ağ neftini Qərbi Avropada 

satmaq  üzrə  xüsusi  təşkilatını  yaratmağa  başladı.  1882-1883-cü  illər  ərzində 

―Nobel qardaşları‖ şirkəti Rusiyada ağ neftlə ticarəti bütünlüklə özünhə tabe etmək 

üçün  ilk  dəfə  cəhd  göstərdi.  O,  qondarma  şəxslərin  –  neft  ticarəti  sindikatının 

layihəsini irəli sürdü. 

Sindikatlaşdırmaya  meyil  bir  neçə  ildən  sonra  neft  istehsalında  ifrat 

istehsalla bağlı baş vermiş böhran və Rusiyadan ixrac edilmiş məhsulların satışında 

yaranmış  çətinlik  dövründə  özünü  daha  aydın  göstərdi.  1886-cı  ilin  yanvarında 

dörd  ən  iri  zavod  sahiblərindən  olan  H.Z.Tağıyev  bütün  zavod  sahiblərini 

sindikatda - Bakı ticarət birliyində birləşmələri ideyasını irəli sürdü. Layihədə Bakı 

ağ  neftinin  ixracının  təşkili  və  dünya  bazarları  uğrunda  Amerika  inhisarları  ilə 

mübarizə məsələsi əsas yer tuturdu. Ticarət ixracat sindikatı çox böyük firma kimi 

düşünülmüşdü. Əsas cəhət bundan ibarət idi ki, sindikatın fəaliyyət dairəsi ticarətlə 

məhdudlaşdırılmırdı:  bütün  üzvlər  üçün  vahid  qiymətə  neftin,  kükürdün,  sodanın 

və  digər  xammalın  satın  alınması,  gəmiçilikdə  vahid  yükdaşıma  xərcinin 

müəyyənləşdirilməsi də onun üzərinə qoyulurdu. Elə həmin ildə sindikat xarakterli 

praktiki sazişlər bağlandı, lakin iri zavod sahibləri arasındakı kəskin ixtilaflara görə 

onlar uzun müddət davam etmədi və pozuldu. 

80-ci illər ərzində Bakı-Batum neft kəmərinin tikilməsi məsələsi ətrafında 

kəskin mübarizə gedirdi. O, neft məhsullarının daşınması və ixracı problemi ilə sıx 

bağlı idi və real inhisarçı mənafelərin toqquşmasını güzgü kimi əks etdirirdi. 

Neft  kəməri  ideyası  Cənubi  Qafqaz  dəmir  yolunun  Bakı  neftinin  dünya 

bazarlarına çıxarmaq imkanının olmaması ilə bağlı idi. Problemin ―daha real həlli 

vasitəsi‖ hesab edilən neft kəməri tikintisi isə 11 il ləngidilərək, yalnız 1896-cı ildə 

başlandı. 

Neft  istehsalının  inhisarlaşması  uğrunda  başlamış  mübarizənin  qızğın 

çağında  sahə  sahibkarlıq  təşkilatı  -  Bakı  neft  sənayeçilərinin  qurultayı  təşəkkül 

tapdı.  Bakı  neft  sənayeçilərinə  hər  il  qurultaylarını  çağırmağa  icazə  vermək 

haqqında  Nazirlər  Komitəsinin  Əsasnaməsi  1884-cü  il  yanvarın  24-də  çar 

tərəfindən  təsdiq  edildi.  Quraltaylar  ilk  vaxtlar  iqtisadi  vəziyyətindən  asılı 

olmayaraq,  bütün  sənayeçilərin  mənafelərini  əks  etdirən  -  ümumiyyətlə  ―neft 

sənayesinin  ehtiyac  və  məsələlərini  müzakirə  etmək  üçün‖  bir  təşkilat  kimi 

düşünülmüşdü.  Firmalar  üçün  heç  bir  senz  məhdudiyyəti  mövcud  deyildi.  Lakin 

artıq  IV  qurultayda  (1888-ci  il)  iri  firmalar  ―qurultayda  iştirak  etməyin 

müəyyənləşdirilməsində  kiçik  firmalarla  düz  gəlməyərək‖,  müxalifətə  keçdilər, 

növbəti ildə keçirilən qurultayda isə qurultaylar şurasının işini tamamilə pozdular 

[27].  Onların  bu  cəhdi  onunla  nəticələndi  ki,  V  qurultay  tərəfindən  qəbul  edilmiş 

əsasnamə  ilə  senz  sistemi  tətbiq  edildi.  Bundan  sonra  firmaları  qurultay  təşkilatında 

nümayəndəlikləri neft hasilatı, emalı və daşınmasının  miqdarı ilə müəyyənləşdirilirdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə