Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə87/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   83   84   85   86   87   88   89   90   ...   189

Belə  ki,  ―Nobel  qardaşları‖  şirkətinin  səslərinin  sayı  117-yə  qədər  və  yaxud  bütün 

səslərin  16%-nə  qədər  artdı  [28].  1893-cü  ildə  Əsasnamənin  paylarına  ümumi 

məhsuldarlığın 

2

/



3

-si düşən iri firmalara səslərin yarısın, verən yeni redaksiyası qəbul 

olundu. Səslərin digər yarısı isə daha aşağı senz üzrə yerdə qalan bütün sənayeçilər 

arasında bölüşdürüldü. Bununla da qurultaylar təxminən bir qrup iri firmanın orqanı və 

onların  neft  istehsalını  inhisarlaşdırmaq  cəhdlərinin  ifadəçisi  oldu.  Qurultaylar  neft-

sənaye burjuaziyasının, xüsusilə onun inhisarçı yuxarı təbəqəsinin təşkilati cəhətdən 

birləşməsi  və  onun  dövlət  aparatı  ilə  qovuşması  üçün  mühüm  vasitə  oldu.  1890-cı 

ildən  Bakı  neft  sənayeçilərinin  qurultayları  şurası  Peterburqda  özünün  ştatlı 

nümayəndəsinə  malik  idi  və  bütün  mühüm  məsələlər  üzrə  çar  hökuməti  qarşısında 

məsələ  qaldırırdı.  Çar  hökuməti  isə  öz  növbəsində  bildirirdi  ki,  ―neft  sənayesi  ilə 

əlaqədar  heç  bir  məsələ  əvvəlcədən  Bakı  neft  sənayeçiləri  ilə  müzakirə  olunmadan 

hökumət tərəfindən həll edilməyəcək‖ [29]. Qurultaylar Şurası işgüzar nümayəndəlik 

funksiyasını,  fəhlələr  əleyhinə  siyasətlə  burjuaziyanın  qüvvə  və  vəsaitini,  çarizmin 

hərbi-polis  cəza  aparatı  ilə  birləşdirirdi.  1897-ci  ildə  çarizm  Balaxanı-Sabunçu 

polismeysterliyini  təsis  etdi.  Onun  saxlanılmasına  sərf  olunan  xərclər  ona  görə 

bütünlüklə  qurultay  Şurasının  fondu  hesabına  ödənilirdi  ki,  Balaxanı-Sabunçu  polis 

idarəsinin  ştatlarının  təsis  edilməsi  yalnız  neft  sənayeçilərinin  özlərinin  ehtiyacı  və 

onların təşəbbüsü ilə bağlı idi. Qurultaylar Şurası özünün iki həftəlik mətbuat orqanına 

– ―Neftyanoe delo‖ jurnalına malik idi. Qurultaylar şurasının fəaliyyəti ilə bağlı bütün 

xərclər,  firmaların  ―könüllü‖  üzvlük  haqları,  1893-cü  ildən  isə  məcburi  yığımlar 

hesabına ödənilirdi [30]. 

1892-1893-cü  illərdə  neft  sənayesi  90-cı  illərin  əvvəllərində  Rusiya 

sənayesinin qismən böhranı ilə əlaqədar yeni böhran keçirirdi. Neft sənayesinin yeni 

böhranı əsasında  neft  məhsullarının  həddən  artıq  istehsalı dururdu  ki,  bu da  onların 

qiymətlərinin  kəskin  şəkildə  aşağı  düşməsinə  səbəb  olmuşdu.  Yalnız  1894-cü  ilin

 

sonunda  neftə  olan  qiymətlərin  qalxması  neft  məhsulları  istehsalının  artması  ilə 



əlaqədar  neft  sənayesi  böhran  vəziyyətindən  çıxdı.  Sonrakı  illərdə  qazma  və  neft 

hasilatının inkişafı sürətlə gedirdi. Əgər 1894-cü ildə Bakı rayonunda 12,9 min sajen 

qazma işi aparılmışdısa, 1900-cü ildə bu 83,1 min sajenə çatırdı. 

90-cı  illərin  ikinci  yarısının  sənaye  yüksəlişi  şəraitində  Bakının  neft  emalı 

sənayesi  öz  istehsalını  xeyli  genişləndirdi.  Bu  illər  ərzində  istismar  olunan  quyuların 

sayı 3,2 dəfə artdı. 

90-cı  illərin  ikinci  yarısında  Bakıda  neft  hasilatı  xüsusilə  inkişaf  edirdi. 

1900-cü ildə o, 1870-ci illə müqayisədə 400 dəfədən çox artıb 601,2 milyon puda 

çatmışdı. 

1898-ci  ildə  Bakı  neft  hasilatına  görə  Amerika  Birləşmiş  Ştatlarını  ötdü. 

1900-cü  ildə  illik  məhsuldarlığı  10  milyon  pud  olan  və  firmaların  ümumi  sayının 

8,8%-ni  təşkil  edən  13  firma  neft  hasilatının  67,1  faizini  verirdi  [31].  1900-cü  ildə 

―Nobel  qardaşları‖  şirkəti  Xəzər-Qara  dəniz  Cəmiyyəti  ilə  birlikdə  Bakıdakı  8  ən  iri 

firma (hər birində hasilatın miqdarı 20 mln. puddan çox) sırasında ―Mantaşov və K°‖, 




Bakı  Neft  Cəmiyyəti,  Xəzər  şirkəti,  Rus  nefti  və  duru  yanacağını  çıxarmaq  üçün 

cəmiyyət  (―Oleum‖),  Mirzoyev  qardaşları,  Rus  neftinin  Bakı  cəmiyyəti  firmaları  da 

var idi. 

Ümumi  sindikat  yaradılması  məsələsi  ilə  əlaqədar  neft  sənayesi 

qüvvələrinin ―qütbləşməsi‖ prosesi 90-cı illərin əvvəllərində yeni mərhələyə qədəm 

qoydu. 1891-ci ildə 4 yerli firmanın ―Bakı standartı‖ adlandırılan birliyi meydana gəldi. 

Bu, Mantaşevin, Tağıyevin, Lianozovun və Budaqovun firmaları idi. ―Nobel qardaşları‖ 

şirkəti  yaranmış  vəziyyətdən  istifadə  etməyi  qərara  aldı.  Növbəti  ilin  noyabr-

dekabrında ―Yeddi böyük firmanın ittifaqı‖ adlı yeni  birlik yarandı.  Birlik həm də 

―Bakı standartı‖nı, Rotşildlərin Xəzər-Qara dəniz Cəmiyyətini və ―S.M.Şibayev və 

K°‖-nı öz himayəsinə cəlb edə bildi [32]. 

Bakı firmalarının birliyi çox böyük qüvvə idi. Bakıda ağ neft istehsalının 

3

/

4



-

dən  bir  qədər  azı  ―Yeddi  böyük  firmanın  ittifaqının‖,  o  cümlədən  25,5%-i  ―Nobel 

qardaşları‖nın, 35,7%-i öz növbəsində ağ neft istehsal edən bütöv bir qrup xırda və 

orta  zavodlarla  ittifaqda  olan  Xəzər-Qara  dəniz  Cəmiyyətinin  və  13%-i  ―Bakı 

standartı‖  firmasının  payına  düşürdü  [33].  Bununla  da  Rusiyada  əsas  ağ  neft 

istehsalçıları  ilk  dəfə  olaraq  kifayət  qədər  iri  birliyə  nail  oldular  ki,  bu  da  onlara 

Amerikanın ―Standart Oyl‖ firması ilə  dünya ağ neft bazarını bölüşdürməyə və Bakı 

firmaları  üçün  ―sahələr‖  müəyyənləşdirməyə  imkan  verdi.  1893-cü  ilin  payızında 

Parisdə dünya bazarlarında ağ  neft ticarəti normaları haqqında ilkin  saziş  əldə  edildi. 

Lakin  ―Yeddi  böyük  firmanın  ittifaqı‖  daxilindəki  ziddiyyətlər  nəticəsində  saziş 

pozuldu.  Nobelin  və  Rotşildlərin  hegemonluğundan  qorxuya  düşən  ―Bakı 

standartı‖nın dörd firması onlarla ittifaqdan çıxdı. 

1893-cü  il  oktyabrın  23-də  Peterburqda  firmaların  bir  hissəsinin 

nümayəndələri tərəfindən Maliyyə Nazirliyinin razılığı ilə Bakı ağ neft istehsalçılarının 

ittifaqının yaradılması haqqında müqavilə imzalandı. Lakin müqaviləni imza etməyən 

Tağıyev və Mantaşovun firmalarının nümayəndələri sindikata daxil olmaqdan imtina 

etdilər. Hökumət sonunculara Bakı ağ neft istehsalçılarının II qrup ittifaqı adlandırılan 

ittifaq yaratmağa icazə verdi ki, bu da həmin ilin noyabr ayının 27-də baş verdi. I qrup 

agentlərinin  malik  olduqları  hüquqlara  bərabərləşdirmək  əsasında,  II  qrupun  ticarət 

agenti  A.İ.Mantaşov  oldu.  Hər  iki  qrupun  təşkilatı  baxımdan  vahid  sindikatda 

qovuşması yalnız 1895-ci ilin mayında baş verdi [34]. 

İxracat sindikatı Bakıda ağ neft istehsalının 97-98%-nə nəzarət edirdi. Lakin 

burada  iştirakçılar  qeyri-bərabər  bölüşdürüldüyündən  onun    möhkəmliyindən  

danışmaq  olmazdı.  İttifaqın paylarının 9610-u ―Nobel qardaşları şirkəti‖nə, 5870-

i  Xəzər-Qara  dəniz  Cəmiyyətinə  məxsus  olduğu  halda,  Mantaşov  3059, 

Qukasovlar  (Xəzər  birliyi)  2703,  Tağıyev  2461  paya  malik  idi  [35].  Bakı 

firmalarının  ilk  ixracat  sindikatı  neft  inhisarları  tarixində,  onların  dünya  bazarlarını 

bölüşdürmək  uğrunda  mübarizələri  tarixində  mühüm  mərhələdir.  Onun  fəaliyyəti 

inhisarçı  kapitalizminə  dövr  üçün  kifayət  qədər  aydın  olan  yırtıcı  xarakterini  aşkara 

çıxardı.  Sindikat  daxilində  bir-birinə  qarşı  barışmaz  mübarizə  aparan  üç  qrupun  – 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə