Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə88/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   84   85   86   87   88   89   90   91   ...   189

―Nobel qardaşları  şirkəti‖nin, Rotşildlərin  və birinci  iki qrupa qarşı  təşkilati əkslik 

yaratmağa  cəhd  göstərən  Tağıyevin,  Mantaşovun  və  başqalarının  mənafeləri 

toqquşurdu. Göstərilən qruplar arasında  ziddiyyətlər ona gətirib çıxardı ki, Bakı ağ 

neft  zavodlarının ittifaqı 4 il fəaliyyət göstərdikdən sonra dağıldı (1897-ci il). 

1898-ci  ilin  mayında  senata  verilmiş  çar  fərmanında  xaricilərin  Qafqazda 

sənaye müəssisələri yaratmaq hüquqları möhkəmləndirildi.  1898-ci  ildə  II Nikolay 

―xüsusi  yığıncağın  xaricilərin  Bakı  rayonu  hüdudlarında  neft  mədənlərinə 

buraxılmaları  məsələsi  haqqında‖  təklifini  nəzərdən  keçirdi.  Çar  bildirdi  ki,  xarici 

cəmiyyətlərin Rusiya neft sənayesində iştirakı ―faydalı və məqsədəuyğun‖ olmuşdur 

[36]. 


Çar  hökuməti  tərəfindən  yaradılmış  geniş  imkanlardan  istifadə  edən  xarici 

firmaların  Bakı  neft  sənayesinə  soxulması  90-cı  illərin  ikinci  yarısında  sürətlə 

genişləndi. Təkcə 1895-1898-ci illərdə Bakı rayonunun  neft sənayesində 6 ingilis və 

bir sıra digər xarici kompaniyalar kök saldı [37]. 

Əvvəllər  mövcud  olan  neft  müəssisələrini  satın  alan  ingilis  sahibkarları  və 

bankirləri  çox  vaxt,  hətta  firmaların  köhnə  adlarını  belə  saxlayaraq,  onları  rus 

firmaları kimi qələmə verirdilər. Bu şərait onlara xarici təbəələrin neft mədənləri və 

zavodları olarkən mövcud olan, rəsmiyyətdən yan keçməyə imkan verirdi. 

Xarici kapital axınının sənayenin inkişafı üçün müəyyən müsbət əhəmiyyəti 

olsa  da,  rus  kapitalistləri  kimi,  Qərb  kapitalistləri  də  çox  vaxt  istehsalı  yenidən 

qurmaqdan  imtina  etməklə  neft  sənayesini  texniki  geriliyə  məhkum  edir,  Bakı 

zəhmətkeşlərini amansız istismar etmək və neftin qiymətini qaldırmaqla külli gəlir əldə 

edirdilər.  Bu  isə  ingilis  və  fransız  kapitalının  Rusiyanın  xarici  siyasət  meylinə  təsir 

göstərməsi üçün obyektiv zəmin yaradırdı. 1900-cü ildə Rusiyanın neft sənayesindəki 

səhmdar kapitalları arasında xarici kapitalını payı 35,7% təşkil edirdi. 

Xarici  kapitalın  mövqelərinin  genişlənməsi  neft  hasilatında  rus  və  yerli 

firmaların xüsusi çəkilərinin hiss olunacaq dərəcədə azalmasına gətirib çıxardı [38]. 

XIX  yüzilliyin  sonuna  yaxın  Şimali  Azərbaycanın  neft  sənayesi  öz 

inkişafının ən yüksək pilləsinə qalxdı, neft istehsalı üzrə dünyada birinci yerə çıxdı. Bu 

dövrdə  neft  sənayesində  inhisarların  tam  hökmranlığı  bərqərar  oldu,  xarici  kapitalın 

mövqeyi genişləndi,  ilk ixracat sindikatı  - iri inhisarçı birlik meydana gəldi. Qısa bir 

tarixi  müddət  ərzində  neft  sənayesi  kapitalist  təşkilinin  aşağı  formasından  inhisarçı 

birliyin yüksək formalarına kimi təkamül yolu keçdi. 

 

 

 

 

 

 

 

 



§ 2. SƏNAYENĠN BAġQA SAHƏLƏRl 

 

Bakıda  neftçıxarma  sənayesi  ilə  yanaşı,  başqa  müxtəlif  sənaye  sahələri  də 



yaranmaqda və inkişafda idi. 

Neft-kimya  sənayesi  neft  emalı  ilə  bilavasitə  bağlı  idi.  Bakıda  ilk  kimya 

zavodu 1879-cu ildə S.M.Şibayev tərəfindən təsis edildi [39]. Az sonra, 1883-cü ildə 

―Nobel qardaşları‖ şirkətinin, 1885-ci ildə Skvortsovun, 1889-cu ildə isə Tumayev və 

Adamovun  kimya  zavodları  tikildi.  Əsrin  sonunda  ―Kianda‖  səhmdar  cəmiyyətinə 

məxsus  daha  bir  kimya  zavodu  fəaliyyətə  başladı,  XIX  əsrin  sonunda  Bakıda  başlıca 

olaraq kükürd turşusu istehsal edən kimya zavodları fəaliyyət göstərirdi. 

Məlum  olduğu  kimi,  neft  emalı  üçün  zəruri  olan  kükürd  turşusu  almaqdan 

ötrü xammal-kükürd kolçedanı əsasən xaricdən gətirilirdi. 90-cı illərdə neft sənayesi 

kapitalistləri  vəziyyətdən  çıxış  yolu  tapdılar.    1893-cü  ildə  ―Nobel  qardaşları‖ 

şirkəti  Dağ-mədən  departamentinin  rəsmi  icazəsi  ilə  ―Simens  qardaşları  və 

kompaniyası‖ şirkəti ilə müqavilə bağladı [40]. Müqavilənin şərtlərinə görə,  ―Simens 

qardaşları‖  şirkəti  Gədəbəy  filiz  mədənlərində  çıxarılan  bütün  filizi  ―Nobel 

qardaşları‖  şirkətinə  satırdı.  Artıq  1893-cü  ilin  son  ayında  mis  kolçedanı  ―Nobel 

qardaşları‖nın  Qara  şəhərdəki  kimya  zavoduna  göndərilirdi.  Kolçedanın  emalı 

prosesində  alınan  mis  yenidən  Gədəbəy  misəridən  zavoduna  qaytarılırdı.  ―Nobel 

qardaşlan‖  şirkəti  sonralar  Azərbaycanın  qərb  hissəsində  mövcud  olan  kükürd 

kolçedanı mədənlərini öz inhisarına almışdı. Bağlanmış  müqavilələrdə göstərilirdi 

ki,  Simenslər  mis  və  kükürd  kolçedanını  yalnız  ―Nobel  qardaşları‖  şirkətinə 

satmalıdırlar.  Beləliklə,  bu  müqavilə  hələ  XIX  əsrin  son  rübündə  dağ-mədən 

sənayesinin  mühüm  bir  sahəsinin  neft  sənayesinin  inhisar  birliklərinə  tabeliyinin 

başlanğıcı oldu. 

Bakıdakı  neft-kimya  zavodlarında  kükürd  turşusundan  başqa  sənaye  sodası 

da alınırdı [41]. 

Neft  sənayesinin  inkişafı,  mexaniki  istehsala  tələbat  kəskin  surətdə  çuqun, 

buxar  qazanları,  dəmir  boruları,  neft  saxlamaq  üçün  çənlər,  qazma  dəzgahları  və  s. 

istehsal etmək üçün neft sənayeçilərindən mexaniki emalatxanaların və ya zavodların 

tikilməsini tələb edirdi. 

―Qafqaz  və  Merkuri‖  gəmiçilik  səhmdar  cəmiyyətinə  məxsus  təmir-

mexaniki emalatxana əsasında 1866-cı ildə  ayrıca zavod inşa edildi [42]. 

İkinci  belə  bir  emalatxana  1875-ci  ildə  işə  salındı.  Sonra  bu  emalatxana 

―Nobel  qardaşları‖  şirkətinin  yenidənqurma  işləri  əsasında  böyük  mexaniki  zavoda 

çevrildi. 

XIX əsrin 80-ci illərindən başlayaraq Bakıda metal emalı sənayesi geniş vüsət 

aldı. 1885-1890-cı illərdə daha 5 belə zavod tikilib başa çatdırıldı. 1887-ci ildə ―Bakı 

doku‖ şirkətinin gəmi təmiri zavodu təsis olundu. 1899-cu ildə isə Ə.Dadaşovun gəmi 

təmiri zavodu tikildi. Gəmilərin təmiri ilə ―Kaspi‖ neft sənayesi və ticarəti, ―Əmtəə 

anbarlarının şərq cəmiyyəti‖, ―Nadejda‖ və digər səhmdar cəmiyyətlərinin mexaniki 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə