Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə89/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   85   86   87   88   89   90   91   92   ...   189

müəssisələri də məşğul olurdular: 90-cı illərin sonunda metal emalı sənayesində 52-yə 

qədər mexaniki zavod və emalatxana işləyirdi [43]. 

Neft sənayesi və onunla bağlı olan bir sıra sənaye sahələrinin coşqun inkişafı 

daha  güclü  enerji  mənbəyinin  olmasını  tələb  edirdi.  Elektrik  sənayesi  texnikanın  ən 

yeni  nailiyyətləri  üçün,  XIX  əsrin  axırlarında  və  XX  əsrin  əvvəllərindəki  kapitalizm 

üçün ən tipik bir sənaye idi. Təbiidir ki, kapitalizm Bakıda da özünə enerji mənbəyi 

yaratmışdı.  Artıq  90-cı  illərdə  neft  mədənlərində,  zavodlarda,  limanda  və  bəzi 

yaşayış  binalarında  elektrik  işığı  yanırdı.  ―Nobel  qardaşları‖  şirkətinin  1897-ci  ildə 

tikdirdiyi  elektrik  stansiyasının  gücündən  müəssisələr  də  istifadə  edirdi.  Bundan 

əlavə, Bakıda ―Svet‖, ―Abşeron cəmiyyəti‖, habelə bir sıra xırda elektrik stansiyaları 

da vardı. Amma bunlar iri sənaye şəhərinin elektrik enerjisinə olan tələbatını ödəmək 

iqtidarında  deyildilər.  Ona  görə  də  ―Simens-Qalske‖  səhmdar  cəmiyyəti  və  neft 

sənayeçiləri  birlikdə  1899-cu  ildə  ―Elektriçeskaya  sila‖  səhmdar  cəmiyyətini  təsis 

etdilər  [44].  Qeyd  etmək  lazımdır  ki,  Bakıda  olan  elektrik  stansiyalarının  gücündən 

başlıca olaraq iri neft sənayesi kompaniyaları istifadə edirdilər. 

Dağ-mədən  sənayesi.  Dağ-mədən  sənaye  sahələri  təkcə  Bakıda  deyil, 

Azərbaycanın  qəzalarında  da  yaranıb  inkişaf  etməkdə  idi.  Bunların  içərisində 

misəritmə  sahəsi  xüsusi  yer  tuturdu.  Azərbaycanın  qərb  hissəsində  yerləşən  dağ-

mədən  sənayesi,  xüsusilə  misəritmə  istehsalı  təkcə  Qafqazda  yox,  Rusiyada  da 

mühüm  mövqeyə  malik  idi.  ―Simens  qardaşları‖  pay  şirkətinin  zavodu  dövrün 

texniki  tələbinə  cavab  verən  mükəmməl  avadanlıqla  təchiz  edilmişdi.  Zavodun 

ətrafında  çilingər,  xarrat  və  s.  emalatxanalar  fəaliyyət  göstərirdi.  Bundan  əlavə, 

zavodda  odadavamlı  kərpic  istehsalı  üçün  xüsusi  sex  vardı.  Bu  sexdə 

Zaqafqaziyada  ilk  dəfə  bu  növ  kərpicin  istehsalına  başlanıldı.  90-cı  illərdən 

başlayaraq  sexin  istehsal  gücü  artırılmış  kərpic  buraxılışı  200  min  ədədə 

çatdırılmışdı. 

Zavodda  yanacaq  kimi  ağac  kömüründən  istifadə  edilirdi.  Zavodda  mis 

istehsalı ildən-ilə artırdı. Əgər 1870-ci ildə 44213 pud mis əldə edilmişdisə, 1877-

ci ildə bu, 52988 puda çatmışdı [45]. 1877-ci ildə Rusiyada istehsal edilmiş 213931 

pud misin 25 faizdən çoxunu Gədəbəy zavodu verirdi. 1882-ci il də daxil olmaqla 

mis istehsalında artıb-azalmalar müşahidə edilirdi. 

―Simens qardaşları‖ şirkəti 1883-cü ildə Gədəbəy zavodundan 12 km aralı 

Qalakənd  çayı  üzərində  ikinci  bir  zavodun  inşasını  başa  çatdırdı.  Zavodda  filiz 

yandırmaq və  mis əritmək üçün müxtəlif sobalar  qoyulmuşdu. Yanacaq kimi neft 

tullantılarından istifadə  olunurdu. 1884-cü ildə  hər iki zavodu birləşdirən darxətli 

dəmir yol çəkilişi başa çatdı. Bu dəmir yolu tək zavodları, filiz mədənlərini deyil, 

həm  də  ağac  gətirilməsini  asanlaşdırmaq  məqsədilə  zavoda  aid  əsas  meşə 

sahələrini birləşdirdi [46]. Yolun ümumi uzunluğu 29 verst idi. 

Qalakənd  zavodunda  istehsalı  artırmaq  və  elektroliz  yolu  ilə  mis  almaq 

üçün  çayın  üzərində  ümumi  gücü  100  at  gücündən  çox  olan  2  turbin  düzəldildi 

[47].  Bununla  bağlı  olaraq  elektroliz  vannalarının  sayı  da  artırıldı.  Əgər  əvvəllər 




zavodda  36  belə  vanna  vardısa,  1894-cü  ildə  onların  sayı  102-dən  çox  olmuşdu 

[48]. 


―Simens qardaşları‖ şirkəti elektroliz yolu ilə təmiz mis almaqdan başqa, 

həm də tərkibində qızıl və gümüş olan mis çöküntüsü də alırdılar. Həmin çöküntü 

xüsusi  icazə  ilə  təkrar  emal  üçün  Almaniyaya  göndərilirdi.  1897-ci  ildə 

Almaniyaya 67 pud və 1900-cü il-də isə 85 pud [49] çöküntü aparılmışdı. Maraqlı 

cəhət orasıdır ki, Qalakənd misəritmə zavodu Rusiya üzrə təmiz mis alan ilk zavod 

idi.  Belə  zavodlar  Rusiyanın  özündə  yalnız  XX  əsrin  əvvəllərində  meydana 

gəlmişdi [50]. 

Zavodların  yanacaqla  təchizinin  vəziyyəti  sahibkarları  təmin  etmirdi. 

Bakıdan gündə alınan 5 sistern yanacaq dəmir yolu xəttindən zavoda kimi xüsusi 

dəmir  çəlləklərdə  daşınırdı.  Ona  görə  də  darxətli  dəmir  yolunu  Qalakənd  çayının 

Şamxorçaya töküldüyü yerədək uzatmaq fikri ortaya çıxdı. Nəhayət, 1889-cu ildə 

Dəllər  stansiyasından  Çardaxlı  kəndinə  qədər  21  verst  uzunluğunda  neft  kəməri 

çəkildi, 1894-cü ildə kəmər Gədəbəyədək uzadıldı. Beləliklə, kəmərin uzunluğu 42 

verstə  çatdırıldı.  Bu  ildən  etibarən  mazutla  bərabər  daş  kömürdən  də  istifadəyə 

başlanıldı [51]. 

Beləliklə,  yuxarıda  göstərilən  tikinti  işlərinin  həyata  keçirilməsi 

nəticəsində hər iki zavodun istehsal gücü daha da artdı. Məsələn, 1884-cü ildə filiz 

mədənlərindən  1655511  pud  filiz  çıxarılmışdısa,  1897-ci  ildə  bu,  4452850  pud 

olmuşdu.  1884-cü  ildə  hər  iki  zavodda  80290  pud  mis  emal  edilmişdisə,  1897-ci 

ildə bu miqdar 137344 puda çatmışdı [52]. 1900-cü ildə mis əridilməsi 80-ci illərin 

əvvəllərinə  nisbətən  3  dəfə  artmış,  yəni  147716  pud  olmuşdu.  Təxminən  18  il 

ərzində  şirkət  7  milyon  manata  qədər  xalis  gəlir  götürmüşdü.  1900-cü  ildə 

Rusiyada istehsal edilən bütün misin 34,6 faizini və Zaqafqaziyada alınan misin isə 

68,5 faizini Azərbaycan verirdi [53]. 

Gədəbəy  zavodunda  məişətdə  işlədiləcək  qab-qacaq  istehsal  edən  xüsusi 

sex vardı. 

Azərbaycanda  mədən  sənayesi  sahələrindən  biri  -  zəy  istehsalı  70-ci 

illərdə  çox  cüzi  miqdarda  artmışdı.  1875-ci  ildə  zavodda  cəmi  8  min  pud  zəy 

istehsal  edilmişdi  [54].  80-ci  illərin  əvvəllərindən  başlayaraq  Azərbaycanda  zəy 

istehsalı daha da tənəzzül etdi. 

Azərbaycanda kobalt istehsalı 1870-ci ilədək zəif inkişaf etmişdi. 80-90-cı 

illərdə isə kobalt filizi hasilatında xeyli canlanma əmələ gəldi. Azərbaycanda ilkin 

saflaşdırmadan  sonra  filiz  xarici  ölkələrə  göndərilirdi.  Həmin  dövrdə  Almaniya, 

İsveç, Norveç, Macarıstan, Amerikaya ixrac edilən filizin miqdarı artmışdı. 1893-

cü  ildə  həmin  ölkələrə  70  min  pud  filiz  göndərilmişdi  [55].  Tərkibində  10  faiz 

kobalt  olan  filizin  pudu  70  manata  satılırdı.  Zavod  80-90-cı  illərdə  əsil  kapitalist 

müəssisəsinə çevrilmişdi [56]. 

Tikinti  materialı  sənayesi.  Əsrin  son  rübündə  ölkənin  ümumi  iqtisadi 

inkişafı  ilə  əlaqədar  tikinti  materialları  sənayesi  sahələri  də  yaranırdı.  Onların 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə