Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə91/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   87   88   89   90   91   92   93   94   ...   189

quberniyasının  Şamaxı,  Göyçay  qəzalarında  iri  üzümçülük  təsərrüfatları  vardı.  80-ci 

illərdən digər qəzalarda da üzümçülük sahələri xeyli artmışdı. Şərab  istehsalının çoxu 

məhz  Şamaxı,  Göyçay  qəzalarının  payına  düşürdü.  Yelizavetpol  quberniyasında 

Yelizavetpol, Şuşa, qismən Qazax qəzaları şərab istehsalında birinci yerdə gedirdi. 

1870-ci ildə Yelizavetpol qəzasında şərab istehsalı ilə məşğul olan nisbətən 

iri  kapitalist  müəssisələri  meydana  gəlir.  Bunlardan  ―X.Forer  və  oğulları‖,  80-ci 

illərdə  birinci  firma  –  ―Hummel  qardaşları‖  firmaları  təşkil  edildi.  1892-ci  ildə 

birinci  firma  ―Forer  qardaşları‖  adlandırıldı.  Firmaların  istehsal  etdikləri  əla 

keyfiyyətli  şərab  Rusiyanın  bir  sıra  şəhərlərinə  və  xarici  ölkələrə  ixrac  edilirdi. 

Şərabçılıqda  ―Cabbarov,  Ağrıyev, Sesiyev qardaşları‖nın  firmaları,  ―N.L.Şustov  və 

oğulları‖  Səhmdar  Cəmiyyəti  böyük  şərab  zavodlarına  malik  idilər.  Şərab 

istehsalının  mənfəətini  görən  neft  sənayesi  sahibkarlarının  bir  hissəsi  Bakı 

quberniyasında özlərinə iri təsərrüfatlar yaratmışdılar. 

1873-cü  ildə  şəraba  aksiz  vergisi  qoyulması  istehsalın  həcminə  təsir 

göstərməyə bilməzdi. Buna baxmayaraq, 1879-cu ildə Bakı quberniyasında 107-yə 

qədər  şərab  istehsalı  müəssisəsi  vardı.  Yelizavetpol  quberniyasında  onların  sayı  daha 

çox idi. 90-cı illərdə şərab istehsal edən zavodların sayı bir neçə dəfə artmışdı. 

Şərab istehsalı Naxçıvan qəzasında getdikcə artırdı. 90-cı illərdə qəzada ildə 

orta hesabla 150-200 min vedrə şərab istehsal edildi. 

Azərbaycanda araq istehsalı da mühüm yer tuturdu. İri araq zavodları Şuşa, 

Yelizavetpol, Göyçay qəzalarında yerləşirdi. Şuşa qəzasının Muradbəyli kəndində ilk 

dəfə  tikilmiş  belə  zavoda  1892-ci  ildə  Ağdamın  yaxınlığında  yerləşən  Şelli  və 

Bəyəhmədli kəndlərində inşa edilmiş daha 2 yeni araq zavodu əlavə olundu. 1892-ci 

ildə  ―Forer qardaşları‖  firmasına  məxsus  zavodda  gündə  100  vedrə  konyak  istehsal 

olunurdu. 1894-cü ildə belə bir zavod Ağdamda, 1898-ci ildə Kürdəmirdə, 1900-cü 

ildə  isə  Göyçayda  təsis  edildi.  Əsrin  sonunda  konyak  zavodlarının  sayı  10-a 

çatmışdı.  Kürdəmir  və  Göyçaydakı  konyak  zavodları  məşhur  ―N.L.Şustov  və 

oğulları‖  Səhmdar  Cəmiyyətinə  və  ―Sesiyev  və  K°‖  ticarət  evinə  məxsus  idi. 

Kürdəmir şərab və konyak istehsalında Göyçay qəzasında birinci yeri tuturdu. XIX 

əsrin sonunda Azərbaycanın şərab, araq və konyak istehsalında yüzlərlə xırda əmtəə 

istehsalı  müəssisələrinin olması istehsalın kapitalist xarakterini dəyişmirdi. Çünki iri 

kapitalist müəssisələri istehsalda hakim rol oynayırdılar. 

Yeyinti  sənayesində,  dəyirmanlar  öz  əhəmiyyətinə  görə  birinci  yerdə 

gedirdi. XIX əsrin son rübündə un üyüdülməsi daha geniş şəkil almışdı. Ölkənin bir 

sıra yerlərində dəyirmanlarda maşınlardan istifadə edilirdi. Əhalinin una olan tələbini 

ibtidai  su  dəyirmanlar  ödəyə  bilmirdi.  Unüyütmə  istehsalında  fabrik-zavod  tipli 

müəssisələrin sayı artmışdı. Buxarla işləyən dəyirmanların böyük əksəriyyəti Bakıda 

yerləşirdi.  Əhalisi  sürətlə  artan  Bakı  şəhəri  böyük  istehsal  gücünə  malik  olan  belə 

müəssisələrin  olmasını  tələb  edirdi.  70-ci  illərdən  şəhərdə  tikilmiş  dəyirmanlar 

nisbətən kiçik idilər. 80-90-cı illərdə isə iri dəyirmanlar xeyli çoxalmışdı. 1883-cü 

ildə Bakıda 12, 1889-cu ildə isə 14 buxarla işləyən dəyirman vardı. 1900-cü ildə bu 



dəyirmanlardan  10-nun  istehsal  etdiyi  məhsulun  dəyəri  600  min  manatdan  çox 

olmuşdu. 90-cı illərdə müəssisələrin iriləşməsi onların sayca azalmasına səbəb oldu. 

Buxarla  işləyən  quberniyanın  başqa  yerlərində  nisbətən  az  idi.  Cavad 

qəzasında 1889-cu ildə 2 və 1900-cü ildə 11 belə dəyirman olmuşdu [69]. 1900-cü 

ildə  yalnız  Bakı  quberniyasında  buxarla  işləyən  40-dan  çox  unüyüdən  müəssisə 

işləyirdi. 

İri unüyüdən müəssisələr Yelizavetpol quberniyasında azlıq təşkil edirdi. 

Onlardan  2-si  Yelizavetpol  şəhərində,  biri  isə  Yelenondorfda  yerləşirdi.  Naxçıvan 

və Ordubadda dəyirmanların sayı 90-cı illərdə 20-dən çox idi. Amma onlardan cüzi 

bir hissəsində buxar gücündən istifadə edilirdi. 

90-cı  illərdə  Bakıda  iri  çəltiktəmizləyən  fabriklər  təsis  edilmişdi.  1890-cı 

ildə  3 belə  müəssisə  vardısa, 1900-cü  ildə onların  sayı  7-yə çatmış, istehsal edilən 

məhsulun dəyəri 300 min manatdan 2 3 mln manata qalxmışdı [70]. 

Azərbaycanda  tütün  fabrikləri  əsasən  80-ci  illərdən  yaranmağa 

başlanmışdı. Ən iri tütün fabrikləri Bakıda idi. 1881-ci ildə 88 min manatlıq məhsul 

verən  4  fabrik  olmuşdusa,  1898-ci  ildə  onların  sayı  2-yə  enmiş,  lakin  məhsul 

istehsalı 15 dəfədən çox artaraq 1 2 mln manata çatmışdı. 

1876-cı  ildə  Nuxada  təsis  edilmiş  ilk  tütün  fabriki  Məşədi  Həsən  Dadaşova 

məxsus olmuşdur. 1885-ci ildə fabriklərin sayı 2, 1898-ci ildə isə 3 olmuşdur. Nuxada 

qalan  2  fabrik  Novruzov  və  Zülfüqarov  tərəfindən  tikilmişdi.  İstehsalın  ümumi 

məbləği bu müddətdə 3.700 manatdan 96 min manata çatmışdı. 

XIX  əsrin  son  rübündə  Şamaxıda  3,  Yelizavetpolda  isə  1  tənbəki  fabriki 

işləyirdi.  Şamaxıdakı  fabriklər  ildə  orta  hesabla  12  min  manatlıqdan  çox  məhsul 

istehsal  edirdi.  Yelizavetpoldakı  fabrikin  istehsal  məbləği  1889-cu  ildə  14,8  min 

manat olmuşdu. 

Azərbaycanda geniş yayılmış yeyinti sənayesi sahələrindən biri olan daş və 

şor duz istehsalı hələ qədimdən mövcud idi. 

Bakı  quberniyasında  əvvəldə  olduğu  kimi,  şor  duz  alınan  ən  böyük  göllər 

Masazır, Zığ, Qala, Kürdəxanı gölləri idi. Cavad qəzasında da belə göllər vardı. Şuşa 

qəzasının Ağcabədi kəndi yaxınlığında yalnız bir göl yerləşirdi [71]. Duz gölləri gah 

xəzinənin,  gah  da  ayrı-ayrı  şəxslərin  -  icarədarların  ixtiyarında  olurdu.  Belə  bir 

vəziyyət 1875-ci ilədək davam etdi. 1875-ci ildə hazırlanan və 1876-cı ildən tətbiq 

edilməyə başlanan ―Əsasnamə‖yə görə, iri duz gölləri iltizam yolu ilə icarəyə verildi. 

İcarə  duz  istehsalının  artmasına  nisbətən  müsbət  təsir  göstərdi.  1879-cu  ildə  Bakı 

quberniyasında  618.371  pud  şor  duz  əldə  edilmişdi  [72].  90-cı  illərdə  yeni  iltizam 

nəticəsində duz istehsalı 887,5 min puda çatmışdı. 

Zəngin  daş  duz  mədənlərinin  istismarı  islahatdan  sonrakı  dövrdə  bir  qədər 

genişlənmişdi.  Duz  istehsalının  inkişafına  buxov  olan  aksiz  vergisinin  1881-ci  ildə 

ləğv  edilməsi  nəticəsində  80-90-cı  illərdə  duz  hasilatında  qismən  təbəddülat  oldu. 

Duz  istehsalında  müşahidə  edilən  tərəddüdə  baxmayaraq,  70-ci  illərdən  başlayaraq, 

Azərbaycanda duz hasilatı və emalı kapitalist əsasları üzərində qurulmuşdu. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə