Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə92/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   88   89   90   91   92   93   94   95   ...   189

Yeyinti  sənayesi  sahələrindən  biri  də  biyan  kökü  emalı  idi.  Azərbaycanda 

biyan kökünün emalı XIX əsrin ortalarına aiddir. 60-cı illərin əvvəllərində şamaxılı 

Qədirov  və  Hacı  Əbdürrəhman  qardaşları  Əlvənd  kəndində  xırda  bir  müəssisə 

tikdirdilər.  Lakin  sonra  texnologiyanın  yaxşı  bilinməməsi  üzündən  biyan  kökünün 

emalı dayandırıldı.  70-ci  illərdə  Yelizavetpolda  ilk biyan  kökü  emalı zavodu tosis 

edildi.  Zavodun  illik  dövriyyəsi  20  min  manatdan  çox  idi.  Nəhayət,  1886-cı  ildə 

Ləkidə Qizi qardaşları və Xrussakinin iri bir zavodu inşa edildi. Zavodda ildə 0,5 mln 

pud  biyan  kökü  emal  edilirdi.  Zavodun  illik  dövriyyəsi  1887-ci  ildə  100  min  manat 

olmuşdusa, 1899-cu ildə artım 2 dəfəyə yaxın idi. 

1899-cu  ildə  ingilis  təbəəsi  A.Urkqardtın  Ucarda,  1890-cı  ildə  onun 

həmvətəni  İ.Blissin  Yelizavetpolda,  1893-cü  ildə  yenə  onun  Kürdəmirdə  daha  bir 

zavodu tikilib başa çatdırıldı. Təkcə 1891-ci ildə 3 zavodda 3324 min pud biyan kökü 

emal  edilmişdi  [73].  Alınan  məhsul  başlıca  olaraq  xaricə  -  İngiltərə  və  Amerikaya 

göndərilirdi. 1890-1895-ci illərdə Batum və qismən Poti vasitəsilə xaricə 5,2 mln. pud 

quru biyan  kökü  göndərilmişdi. Sonrakı dövrlərdə biyan  kökü  əsasən  Azərbaycanda 

emal edilir, xaricə isə şirəsi göndərilirdi. 

Beləliklə,  çarizmin  milli  -  müstəmləkə  və  müstəmləkəçi  iqtisadi 

siyasətindən  doğan  maneələrə  baxmayaraq,  ölkənin  sənaye  həyatında  kapitalist 

münasibətlərinin  inkişafı  bir  sıra  sahələrdə  artıq  özünün  yeni  mərhələsinə  qədəm 

qoymuşdu. 

 

§ 3. SƏNƏTKARLIQ 

 

Şimali  Azərbaycanın  sosial-iqtisadi  həyatında  baş  verən  irəliləyiş  ölkədə 



sənətkarlığın ümumi vəziyyətinə də təsir göstərmişdi. Bu dövrdə əhalinin məişət və 

təsərrüfat  ehtiyacları  hələ  də  sənaye  məmulatı  ilə  tam  təmin  olunmadığından 

Azərbaycanın sənət-ticarət mərkəzlərində (Şamaxı, Nuxa, Bakı, Yelizavetpol, Quba, 

Şuşa,  Naxçıvan  və  Ordubad)  bir  sıra  kustar  sənət  və  peşə  növləri  fəaliyyətdə  idi. 

Bununla  belə,  şəhər  sənətkarlığının  bir  sıra  sahələri  nisbətən  ucuz  fabrik 

məhsullarının  rəqabəti  üzündən  tənəzzülə  uğramışdı.  Gəncə  və  Naxçıvanda  bez 

istehsalı tamamilə aradan çıxmış, Ordubadda xeyli ixtisara düşmüşdü. 1854-cü ildə 

Ordubadda  112  nəfər  bəzzaz  işlədiyi  halda,  1865-ci  ildə  onların  sayı  16  nəfərə 

enmişdi  [74].  Eyni  hal  mahud  istehsalında  da  müşahidə  olunurdu.  1859-1865-ci 

illərdə  Şamaxıda  15-dən  19-a  qədər  mahud  karxanası  [75]  işlədiyi  halda,  sonrakı 

illərə aid mənbələrdə onların birinin də adı çəkilmir. Bunlardan fərqli olaraq tikmə 

məmulatı  istehsalı  kənardan  gətirmə  fabrik  məhsulları  tərəfindən,  ciddi  rəqabətə 

rast gəlmişdi. İstər daxili, istərsə də xarici bazarda bu məhsullara tələbat böyük idi. 

Ona  görə də  XIX  əsrin 11  yarısında  Azərbaycanda  tikmə  sənəti  çiçəklənmə  dövrü 

keçirirdi. Bu dövrdə Şəki ənənəvi təkəlduz sənətinin mərkəzi sayılırdı. Burada 20-

dən çox təkəlduz dükanı işləyirdi [76]. 




Şimali  Azərbaycanın  ənənəvi  şərbaflıq  sənətində  Şamaxı  və  onun  ətraf 

kəndləri görkəmli yer tuturdu. 60-cı illərin barama böhranı ilə əlaqədar burada şərbaf 

karxanalarının  sayı  xeyli  azalmışdı.  Sənətkarlığın  bir  çox  sahələri  kimi,  XIX  əsrin 

sonlarında  ticarət  kapitalı  şərbaflığa  da  nüfuz  etmiş,  tezliklə  xammal  təchizi  və 

hazır məmulatın satışı işini öz inhisarına almışdı. İpək möhtəkirləri Nuxa, Göyçay və 

Kürdəmirdən  xam  ipəyin  pudunu  140-120  manata  alıb,  hər  pudunu  8-9  manat 

bahasına şərbaflara satırdılar [77]. Xammalı nisyə verdikdə, yaxud əvəzində hazır 

məmulat aldıqda binəkdarın gəliri hər pudda 40 manata çatırdı [78]. XIX əsrin 90-cı  

illərində Şamaxı şərbaf karxanalrının böyük əksəriyyəti ―möhtəkir fabrikantlar‖ üçün 

işləyirdi [79]. 

Bu  dövrdə  şimali  Azərbaycanda  xalçaçılığın  inkişafı  xüsusilə  diqqəti  cəlb 

edirdi.  Xalça  məmulatı  istehsalı  Quba,  Bakı,  Lənkəran,  Şamaxı,  Göyçay,  Qazax, 

Şuşa, Zəngəzur, Cəbrayıl, Yelizavetpol qəzalarında və Zaqatala dairəsində daha çox 

tərəqqi  etmişdi  [80].  Daxili  və  beynəlxalq  bazarda  xalça  məmulatına  tələbatın 

artması  üzündən  XIX əsrin  ikinci  yarısında  xalçaçılıq  ev peşəsindən  bazara  məhsul 

hazırlayan əmtəə istehsalı səviyyəsinə yüksəlmişdi [81] 

Quba  qəzasında  bir  sıra  kəndlərin  əhalisi  hamılıqla  xalça  və  geyim 

toxumaqla  məşğul  olurdu.  Bütün  Qafqazda  ən  yaxşı  xalça  məmulatı  Quba 

qəzasında istehsal olunurdu. XIX əsrin sonunda buradan ildə 300 min manatlıqdan 

çox  dəyəri  olan  15  mindən  artıq  xalça  məmulatı  ixrac  olunurdu  [82].  Təkcə  Quba 

şəhərində 200 ailə xalça toxumaqla məşğul olurdu [83]. Burada xalça istehsalı kustar 

sənət səviyyəsini aşmışdı [84]. Quba qəzasında bazara məhsul istehsalına çox erkən 

keçilmişdi  [85].  XIX  əsrin  sonunda  varlı  ailələr  xalça  istehsalında  muzdlu  qadın 

əməyindən istifadə edirdilər [86]. 



Yun məmulatı istehsalı Şamaxı və Göyçay qəzalarında da geniş yayılmışdı. 

Lakin təkcə şal toxuculuğu burada kustar sənət səviyyəsinə yüksəlmişdi. 

Yun məmulatı istehsalının digər sahələri (şərbaflıq, keçəçilik) Ərəş, Nuxa, 

Şuşa,  Cavanşir,  Cəbrayıl,  Qazax,  Yelizavetpol  qəzalarında  və  Zaqatala  dairəsində 

əsasən ev peşəsi səciyyəsi daşıyırdı. 

Bu dövrdə kustar gön-dəri məmulatına əhalinin ehtiyacı hələ də qalmaqda idi. 

Dabbağlıq,  kürkçülük,  papaqçılıq  kimi  ənənəvi  sənət  sahələri  hələ  də  tam  gücü  ilə 

davam  etməkdə  idi.  Gön-dəri  istehsalında  Şamaxı  və  Nuxa  qəzaları  xüsusilə 

fərqlənirdi. 80-ci illərin əvvəllərində təkcə Şamaxı şəhərində 30 dabbağxana var idi 

[87].  Nuxa  qəzasında  dabbağ  dükançılarının  sayı  nəinki  azalmamış,  hətta  bir  qədər 

artmışdı. 70-ci illərdə orta hesabla qəzada 21 dabbağxana olduğu halda, 90-cı illərdə 

onların  sayı  70-ə  çatmışdı  [88].  Bu  dükanların  hər  birində  orta  hesabla  4-5  nəfər 

dabbağ işləyirdi [89]. 

Şimali  Azərbaycanda  gön-dəri  ehtiyatlarının  bolluğu  bir  sıra  sənət 

sahələrinin  (papaqçılıq,  kürkçülük,  çəkməçilik,  pinəçilik,  sərraclıq  və  s.)  inkişafına 

güclü təkan vermişdi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə