Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə95/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   91   92   93   94   95   96   97   98   ...   189

çoxlu mallar aparılır, İrandan isə xeyli miqdarda düyü, pambıq, meyvə, tərəvəz və s. 

gətirilirdi. 

70-90-cı  illərdə  Bakı  limanı  vasitəsilə  yük  və  sərnişin  daşınması  kəskin 

şəkildə artdı. 1875-1897-ci illərdə Rusiyanın digər limanlarından və İrandan buraya 

gələn  gəmilərin  sayı  78  dəfə,  onların  tutumu  isə  95  dəfə  artdı.  Yalnız  5  il  ərzində, 

1894-cü  ildən  1898-ci  ilə  qədər,  Bakı  limanınm  yük  dövriyyəsi  40  dəfədən  çox 

artaraq  350  mln  pud  təşkil  etdi.  Həmin  dövrdə  Bakı  limanı  həm  buraya  gələn 

gəmilərin sayına və həm də gətirilən yüklərin həcminə görə Rusiya limanları arasında 

ikinci yeri tuturdu [106]. 

Gəmiləri neft məhsulları  ilə doldurmaq və quru yük – sərnişin əməliyyatları 

üçün  bir  neçə  körpünün  tikilməsinə  baxmayaraq,  Bakının  liman  təsərrüfatının  inkişafı 

dəniz donanmasınm inkişaf sürətindən geri qalırdı. Dövlət tərəfindən buraxılan vəsaitin 

hədsiz dərəcədə azlığı Bakı limanının inkişafını və abadlaşdırılmasını ləngidirdi. 

Lənkəran və Astara limanlarının texniki cəhətdən təchizatı daha pis idi. 1899-

cu ildə bu limanların yük dövriyyəsi müvafiq olaraq 1,6 mln və 0,7 mln pud təşkil 

etmişdi [107]. 

Xəzər dəniz donanmasında hakim mövqe iri gəmi kompaniyalarına məxsus idi. 

Xəzər və Volqada öz əməliyyatlarını xeyli genişləndirən ―Qafqaz və Merkuri‖ cəmiyyəti 

ilə yanaşı, yüzilliyin sonunda bir çox neftdaşıyan və quru yük-sərnişin gəmiləri ―Nobel 

qardaşları‖  və  ―Kaspi  birliyinə‖,  ―Mal  anbarlarının  Şərq  birliyi‖  və  ―Nadejda‖ 

kompaniyalarına,  gəmi  sahiblərindən  Dadaşovlara,  M.Rəsulova,  Q.Arakelova, 

P.Bəylərova,  Kişiyev  qardaşlarına,  A.Hüseynova,  M.S.Manafova,  M.Nağıyevə, 

H.Z.Tağıyevə və başqalarına məxsus idi. Yüzilliyin sonuna yaxın buxar gəmilərinin 54 

faizi  16  iri  gəmi  sahiblərinin  payına  düşürdü.  Bu  gəmilərin  tutumu  Xəzər  dənizindəki 

buxar donanmasının ümumi tutumunun 65,3 faizini təşkil edirdi [108]. 

Xəzər  gəmiçiliyində  nəqliyyatın  kapitalistcəsinə  təşkilinin  inkişaf  etmiş 

formalarının mövqeləri möhkəmlənirdi. Buxar donanması gəmilərinin xeyli hissəsi - 

37 faizindən çoxu pay əsasında səhmdar kompaniyalarına və birliklərinə məxsus idi. 

Buxar gəmilərinin 31 faizindən çoxu birliklərin və ticarət evlərinin mülkiyyətində, 32 

faizi isə fərdi sahibkarlara məxsus idi. 

70-80-ci  illərdə  Xəzər  gəmiçiliyində  ―Qafqaz  və  Merkuri‖  və  ―Nobel 

qardaşları‖  inhisarçı  mövqe  tuturdularsa,  yüzilliyin  sonuna  vaxın  Şimali  Azərbaycan 

kapitalının  mövqeləri  xeyli  genişləndi.  Əgər  Xəzər  donanması  gəmilərinin  yalnız 

ilkin dəyərlərini əsas götürsək, onda Şimali Azərbaycan sahibkarlarının Xəzərdə üzən 

gəmilərin  tikintisinə  və  yaxud  satın  alınmasına  sərf  etdikləri  vəsait  1900-cü  ilin 

sonuna yaxın 17,4 mln manat təşkil etmişdi [109]. 

Xəzər ticarət donanması gəmilərinin ümumi sayında, neftdaşıyan, quru yük-

sərnişin  və  yelkənli  gəmilərin  sırasında  Azərbaycan  kapitalı  aparıcı  yer  tuturdu. 

Gəmilərin  tutumuna  görə  o,  neftdaşıyan  və  yelkənli  donanmada  üstünlük  təşkil 

edirdi. 



Buxar donanması gəmilərinin sayma, ümumi tutumuna və quru yük-sərnişin 

gəmilərinin  və  buxar  donanmasının  tutumuna  görə  rus  kapitalı  birinci  yeri  tuturdu. 

Daha  böyük  yelkənli  gəmilərin  çoxu  ona  məxsus  idi.  Erməni  kapitalının  mövqeyi 

xeyli zəif olsa da, o, dəniz nəqliyyatında əhəmiyyətli rol oynayırdı [110]. 

Xəzər  ticarət  donanmasının  və  Xəzərdə  daşımaların  artması  Şimali 

Azərbaycanın  iqtisadi  inkişafı,  onun  Rusiyanın  kapitalist  inkişafının  ümumi  axınına 

cəlb edilməsi işində mühüm əhəmiyyət kəsb edirdi. 

Kür çayının aşağı axarlarında da gəmiçilik inkişaf edirdi. Lakin çaydan dənizə 

gəmi keçməsi üçün zəruri yerlərin təmizlənməsi sahəsində görülən işlərin azlığı bu çaydan 

mühüm  nəqliyyat  vasitəsi  kimi  istifadə  etməyi  ləngidirdi.  XIX  yüzilliyin  sonunda 

Kürdə, onun mənsəbindən Yevlaxa qədər 14 buxar, 20 yelkənli gəmi və 200-ə qədər 

kirjim (yastı dibli kiçik gəmi - Red.) hərəkət edirdi [111]. 

Müvafiq dövrdə rabitə də xeyli inkişaf etdi. Poçt rabitəsi əsasən çay, dəniz 

və  quru  yolları  ilə  həyata  keçirilirdi.  Bu  rabitə  Rusiya  və  onun  vasitəsi  ilə  xarici 

ölkələrlə sıx ticarət-iqtisadi əlaqələr yaratmaq üçün mühüm rol oynayırdı. Ona görə 

də  Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  işğal  edilməsindən  dərhal  sonra  çar 

hökuməti özünün yolsuzluğu ilə fərqlənən bu diyarın idarə edilməsinin çətinliklərini 

hiss  etdi.  Lakin  XIX  yüzilliyin  ortalarına  qədər  Şimali  Azərbaycanda  yolların 

yaxşılaşdırılması sahəsində heç bir iş görülmədi. 

Şimali  Azərbaycanın  torpaq  yollarından  ən  mühüm  və  bütün  Cənubi 

Qafqazın başlıca rabitə yollarından biri, ümumi uzunluğu 509 verst olan Bakı-Tiflis 

poçt  yolu  idi  [112].  Baş  poçt  yollarından  Şimali  Azərbaycanın  bütün  qəza 

mərkəzlərinə poçt yolları gedirdi Bu yolların əsas və başlıca çatışmazlığı onları kəsən 

çoxlu çaylar üzərində körpülərin olmaması idi. 

XIX  yüzilliyin  70-ci  illərinə  qədər  Şimali  Azərbaycanın  poçt  müəssisələri 

şəbəkəsi çox  ləng  inkişaf edirdi. Burada  ucqarların  inkişafını  şüurlu  surətdə  ləngidən, 

rabitənin  təşkilini  ilk  növbədə  hərbi  və  siyasi  məqsədlərə  tabe  edən  rus  çarizminin 

müstəmləkəçilik  siyasəti  özünü  aydın  göstərirdi.  Rabitə  üçün  vəsaitin  Daxili  İşlər 

Nazirliyinin nəzarət və sərəncamında olması heç də təsadüfi deyildi. 

Poçt Bakıda daha çox inkişaf edirdi. Buradan mallar həm Rusiyanın daxilinə, 

həm  də  xaricə  Fransaya,  İngiltərəyə,  Hollandiyaya,  İrana  və  b.  yerlərə  göndərilirdi. 

Poçt stansiyalarının ümumi sayından (60-dan çox) 33-nün Bakı, 27-nin Yelizavetpol 

quberniyalarında,  Lənkəranda,  Salyanda  yerləşməsi  də  məhz  bu  şəraitlə  izah 

olunurdu və həmin yerlərin sənaye və təsərrüfat inkişafı ilə bağlı idi [113]. Mövcud 

poçt stansiyalarının əksəriyyəti pis vəziyyətdə idi və yalnız 1871-ci ildə bütün poçt 

və stansiya binalarını poçt sahiblərinin sərəncamına verən qiymət sisteminin tətbiqi 

ilə poçt müəssisələrinin təmirində, poçt göndərişlərinin hazırlanmasında və ünvanlara 

çatdırılmasında müəyyən irəliləyişlər baş verdi [114]. 

XIX yüzilliyin ikinci yarısında baş verən iqtisadi inkişaf Şimali Azərbaycanda 

rabitənin  ikinci  növünün  teleqrafın  da  meydana  gəlməsinə  və  yayılmasına  yardım 

göstərdi. 1864-cü il yanvarın 21-də Naxçıvanı İran sərhədindəki Culfa ilə birləşdirən 






Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə