Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə96/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   92   93   94   95   96   97   98   99   ...   189

və  Tiflis-İrəvan-Naxçıvan-Culfa  teleqraf  xəttinin  bir  hissəsi  olan  ilk  teleqraf  xətti 

istifadəyə  verildi.  1868-ci  ilin  yanvarında  Tiflis-Bakı  teleqraf  xəttinin  istifadəyə 

verilməsi ilə Qafqazın iki ən mühüm məntəqəsinin - ən böyük inzibati mərkəz olan 

Tiflislə  ―payına  dünyanın  qara  qızıl  mərkəzlərindən  biri  olmaq  qisməti  düşən‖ 

Bakının birləşdirilməsi başa çatdı [115]. 

1868-ci  ildə  Şimali  Azərbaycanın  ticarət  və  ipəkçilik  mərkəzi  Şəkidə 

teleqraf stansiyası açıldı, xüsusi teleqraf xətti  Gəncəni Gədəbəy misəritmə zavodları 

ilə  birləşdirdi,  ticarətlə  məşğul  olanların  ehtiyacını  ödəmək  üçün  Şuşada  teleqraf 

stansiyası  işə  salındı.  Sonralar  ordu  hissələrinin  yerləşdiyi  ərazilərdə  -  Vəngdə, 

Qusarda  (1880-1882-ci  illər),  Şimali  Azərbaycanın  iri  balıq  sənayesi  mərkəzləri 

olan Salyanda, Pirallahı vətəgəsində (1883-cü il), Yevlaxda, Lənkəranda, Ağdaşda 

teleqraf stansiyaları açıldı ki, bu da böyük ticarətlə məşğul olan, başlıca olaraq ipək, 

pambıq və yun alveri edən yerli tacirlərin tələbatı ilə bağlı idi [116]. 

Zakaspi  vilayətləri  ilə  teleqraf  əlaqələri  üçün  başqa  yol  olmadığından  bu 

əlaqələr  İran  vasitəsilə  onun  teleqraf  stansiyalarında  həyata  keçirilirdi  və  yalnız 

1879-cu  ildə  Xəzər  dənizinin  dibi  ilə  teleqraf  xəttinin  çəkilişi  Bakı  və  Krasnovodsk 

arasında  birbaşa  əlaqə  yaratmağa  imkan  verdi  [117].  Bakı-Tiflis  dəmir  yolu  sahəsinin 

tikintisindən  sonra  bütün  yol  boyunca  teleqraf  xətti  çəkildi  və  36  teleqraf  stansiyası 

istifadəyə  verildi.  1886-cı  ilin  sentyabrında  Qara  şəhərdə  teleqraf  stansiyası, 

Yelenendorfda  poçt-teleqraf  şöbəsi  istifadəyə  verildi.  Qazax  poçt  şöbəsinin 

nəzdində  isə  1887-ci  ilin  mayında  teleqraf əlaqəsi açıldı. Yerlərdə ticarətin inkişafi 

Ağstafada (1892), Gorusda (1893), Yevlaxda (1894), Ağdamda (1895), Tərtərdə (1895), 

Dəvəçidə (1896), Cəbrayıl və Ağdaşda, Kürdəmirdə (1900) və s.  yerlərdə teleqraf 

stansiyalarının açılmasına səbəb oldu [118]. 

Şimali  Azərbaycanda  rabitənin  üçüncü  növünün  -  telefonun  inkişafi  daha 

sürətlə gedirdi. Belə ki, yeni rabitə növü 1876-cı il fevralın 14-də Vaşinqtonda rəsmi 

şəkildə  təsdiq  edildi,  1880-ci  ilin  sonunda  isə  artıq  ―Qafqaz  və  Merkuri‖  gəmiçilik 

cəmiyyəti Bakıda ilk telefon xətti çəkdi [119]. 

Dövlət  mülkiyyətində    olan    poçt-teleqraf  müəssisələrindən  fərqli  olaraq, 

ayrı-ayrı  adamlara  telefon  rabitəsi  yaratmağa  imkan  verən  xüsusi  qanun    1881-ci  

ilin  fevralında  təsdiq  olunduqdan  sonra,  telefon  müəssisələri  xüsusi  kapitalist 

müəssisələri  kimi  formalaşmağa  başladı.  Yalnız  5  il  ərzində  Bakıda  ―Nobel 

qardaşları‖  və  ―Kaspi‖  şirkətlərinə,  Tağıyevə,  Sarkisov  qardaşlarına,  9  ticarət 

firmasına və b. məxsus olan 14 telefon xətti çəkildi. Lakin mövcud telefon xətlərinin 

bir  böyük  nöqsanı  var  idi:  ayrı-ayrı  adamlara  məxsus  olan  bu  xətlər  yalnız 

sahibkarın  idarəsi  ilə  neft  mədənlərini,  yaxud zavodlarını  birləşdirirdi  və  təbii  ki, bu 

pərakəndəlik  nəticəsində  bir-biri  ilə  əlaqə  yarada  bilmirdilər.  Telefon  xətləri 

sisteminə mərkəzləşmiş xarakter vermək üçün isə poçt və teleqraf baş idarəsi 1886-

cı  il  sentyabrın  29-da  ―Qustav  List‖lə  20  il  müddətinə  Bakıda,  Qara  şəhərdə  və 

Bakının  Sabunçu  meydanında  xüsusi  telefon  əlaqəsini  nizamlamaq  haqqında 

müqavilə bağladı [120]. 



XIX  yüzilliyin  80-ci  illərinin  sonunda  Rusiyada  artıq  11  şəxsin  telefon 

stansiyası  var  idi  ki,  bunlardan  da  ikisi  -  Bakı  və  Sankt-Peterburq  stansiyalarının 

hər  biri  iki  mərkəzləşmiş  stansiyaya  malik  idi.  Bakı  telefon  şəbəkəsinin  əsas 

stansiyası  şəhərin  özündə,  köməkçi  stansiya  isə  şəhərin  12  verstliyində  - 

Balaxanıda yerləşirdi [121]. 

Telefon  rabitəsinin  əsas  inkişafı  Bakı  və  onun  ətrafında  baş  versə  də,  o, 

Şimali Azərbaycanın qəzalarında da, əsasən dəmiryolu xətti boyunca da müəyyən 

qədər inkişaf edirdi. Belə ki, 1887-ci ildə Gəncədə vağzalla şəhər arasında telefon 

rabitəsi  yaradıldı.  1890-cı  ildə  Qarasu  suvarma  stansiyasından  dəmir  yolu 

stansiyasına  qədər  telefon  xətti  quraşdırıldı.  1891-ci  ildə  Hacıqabulda  da  eynilə 

belə telefon xətti çəkildi. 

1886-cı ildə şəbəkədə abonentlərin ümumi sayı 40 nəfər, mədaxil 1996 və 

məxaric  18936  manat  idisə,  artıq  1900-cü  ildə  isə  say  1146,  mədaxil  205500  və 

məxaric  74  mini  təşkil  edirdi.  Bu  rəqəmlər  telefon  rabitəsinin  inkişaf  dərəcəsini 

çox yaxşı əks etdirir [122]. 

 

§ 5. KƏND TƏSƏRRÜFATINDA KAPĠTALĠST 

ĠSTEHSAL ÜSULUNUN MEYDANA GƏLMƏSĠ 

 

70-ci  illərdə  və  80-ci  illərin  əvvəllərində  Şimali  Azərbaycanda  taxılçılıq 



daha da inkişaf etdi. Təkcə Bakı və Yelizavetpol quberniyalarında, habelə Zaqatala 

dairəsi  və  Naxçıvanda  1870-1874-cü  illərdə  orta  hesabla  ildə  30  mln  pud,  1896-

1899-cu illərdə isə artıq 70 mln puddan çox (70-ci illərin məhsulu ilə müqayisədə 

iki dəfə çox) dənli bitki məhsulu yığılmışdı. 1896-cı il Şimali Azərbaycanda dənli 

bitkilər  məhsulu  üzrə  rekord  ili  idi.  Həmin  ildə  71543784  pud  taxıl  yığılmışdı. 

1900-cü  ildə  isə  bu  göstərici,  demək  olar  ki,  iki  dəfə  azalmış  və  35732688  puda 

bərabər  olmuşdur.  Bu,  başqa  səbəblərlə  yanaşı,  həm  də  dənli  bitkiləri  sıxışdıran 

pambıqçılığı inkişafı ilə bağlı idi [123]. 

Nəqliyyatın,  o  cümlədən  də  dəmiryolu  və  dəniz  nəqliyyatının  inkişafi 

taxılçılıqda əmtəəlik məhsul istehsalının artımına güclü təkan verdi. Mövcud rəsmi 

məlumatlara  görə,  1886-cı  ildə  Bakı  quberniyasından  3  mln  puda  yaxın  (bundan 

2160 min pudu buğda idi) taxıl aparılmışdı. Azərbaycan nəinki özünü öz taxılı ilə 

təmin  edir,  həm  də  ölkədən  kənara  göndərmək  üçün  artıq  taxıla  malik  olurdu. 

Kənara göndərilən taxılın miqdarı məhsuldan asılı olaraq tarəddüd edirdi. Məsələn, 

1893-cü  ildo  Yelizavetpol  quberniyasında  toxum  fondu  və  yerli  əhalinin 

ehtiyaclarını ödəmək üçün zəruri olan taxılı çıxmaqla, 8 mln puddan çox müxtəlif 

taxıl ehtiyatı qalmış və bu da yerindəcə satılmağa və quberniyanın hüdudlarından 

kənara göndərilməyə sərf olunmuşdu [124]. 

Taxılın  artığı,  başlıca  olaraq,  Şimali  Azərbaycanın  şəhərlərində,  hətta 

kənd  yerlərində  satılmaqla  yanaşı,  bir  hissəsi,  xüsusən  də  düyü  Batum  və  Poti 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə