feodalların xeyrinə mükəlləfiyyətləri müntəzəm yerinə yetirmələri və onlara tabc
olmalarına nəzarət etmək vəzifəsini qoyurdu. Hakimiyyət orqanları sahibkar-lardan
şikayət alındığı təqdirdə onlara "...yardım və kömək" göstərməyə borclu idilər.
"Əsasnamə" feodallara öz mülklərində polis qayda-qanunlarını qorumaq və kəndli
çıxışlarını silah gücünə boğaraq vəzifəsini həvalə edirdi.
Ağalar və kəndlilər arasındakı münasibətləri müəyyənləşdirən 1847-ci il
28 dekabr ―Əsasnamə‖si də eynilə belə prinsiplərə əsaslanırdı.
1838-ci ildə Rusiya quberniyalarının töycü verən kəndlilərinin idarə
olunması sahəsində islahat keçirildi [127]. Bu islahat tezliklə Cənubi Qafqaz
diyarına da şamil edildi. Zaqafqaziya diyarında dövlət əmlaklarının idarə olunması
haqqında 1841 -ci il 5 yanvar tarixli qanun 1838-ci il islahatının başlıca
prinsiplərinə əsaslanırdısa da, bu qanunlar arasında mühüm fərqlər də var idi [128].
Daxili Rusiya quberniyaları ilə müqayisədə Cənubi Qafqazda dövlət
kəndinin idarə olunması xeyli sadələşdirilmişdi. 1841-ci il qanununun ən mühüm
fərqi ondan ibarət idi ki, dövlət əmlakı nazirliyinin orqanları daxili
quberniyalardakına nisbətən Cənubi Qafqazda xeyli məhdud hüquqlara malik idi.
1841-ci il qanununa görə, Gürcüstan-İmeretiya quberniyası və Xəzər
vilayətində iki dövlət əmlakı palatası yaradıldı. Dövlət kəndinə aid olan mühüm
məsələlərin həlli palataların əlindən alındı və diyarın baş rəisinin ixtiyarına verildi.
1838-ci il qanunu ilə quberniyalarda yaradılmış, geniş hüquqlar verilmiş dairə
rəisləri vəzifəsinin yerində 1841-ci il qanunu Zaqafqaziyada qəza qəyyumları
(popeçitel) vəzifəsi tətbiq edərək, onların üzərinə məhdud, ikinci dərəcəli vəzifələr
qoydu. Dövlət kəndlilərinin idarə olunması üzrə bütün başlıca və əsas səlahiyyətlər
qəza rəislərinin ixtiyarına verilirdi.
Qanunun 61-ci maddəsində deyilirdi: "Qəza rəisinin hakimiyyəti azad
kəndlilərin (dövlət kəndlilərinin -Red.) idarə olunması üzrə bütün fəaliyyət
dairəsini əhatə edir və bu baxımdan həmin idarənin həm polis, hom də
sərəncamverici və təsərrüfatçılıq hissələri qəza rəisinin şəxsində birləşir" [129].
1838-ci il qanununa edilmiş mühüm düzəlişlər, görünür ki, qa-
nunvericinin qəzadakı hakimiyyəti bütün dolğunluğu ilə bir vəzifəli şəxsin- qəza
rəisinin əlində cəmləşdirmək istəyi ilə izah olunurdu. Belə vəziyyət istismar olunan
əhali kütlələrini tabeçilikdə saxlamaq və müstəmləkəçilik siyasətini
müvəffəqiyyətlə yerinə yetirmək üçün ən əlvcrişli şərait yaratmalı idi.
III FƏSĠL
MƏDƏNĠYYƏT
§ 1. XALQ MAARĠFĠNĠN VƏZĠYYƏTĠ
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti
ölkədə öz siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsinə yardım etməyə qadir olan
məmurlar ordusu hazırlamağı təmin edən yeni xalq təhsili sisteminin tətbiq edilməsi
zərurəti ilə də qarşılaşdı. Çarizmin Azərbaycandakı məktəb siyasəti ona məxsus bütün
mənfi xüsusiyyətləri ilə birlikdə Rusiyanın milli müstəmləkə siyasətinin bir hissəsi idi.
Bununla belə o, obyektiv olaraq, gələcəkdə Azərbaycan əhalisinin yeni, mütərəqqi
yolla təhsil alması üçün zəmin hazırladı. Bu dövr Azərbaycan xalqının maarifçilik
tarixində ibtidai rus məktəblərinin təşkili ilə yanaşı, ənənəvi təhsil formalarının
inkişafı ilə xarakterizə olunur.
Şimali Azərbaycanm işğalından sonra da ibtidai təhsil bütövlükdə müsəlman
ruhanilərinin ixtiyarında olan, buna görə də dini dünyagörüşünün mənbəyinə çevrilən
məktəblərdə - mollaxanalarda cəmləşmişdi. Bir çox məktəblər çoxillik tarixə malik
idi. Məsələn, Şuşadakı İbrahim xan məscidi nəzdində əsası 1801-ci ildə qoyulmuş
məktəb XIX yüzilliyin ikinci yarısında da fəaliyyət gös-tərmişdi [1]. Əldə olan
məlumatlara görə, 1842-ci ildə Bakı, Quba, Qarabağ, Şəki, Şirvan və Talış
qəzalarında məscidlərin nəzdində 502 məktəb, onların isə 534 müəllimi və 5242
şagirdi var idi [2]. Məscidlərin nəzdində olmayan məktəblərin sayı xüsusilə çox idi,
onlar demək olar ki, hər bir kənddə var idi. Məktəblərdə zümrə məhdudiyyəti olmadan
müxtəlif yaşlı oğlanlar oxuyurdular. Bəzi hallarda qızlar üçün məktəblərə də təsadüf
olunurdu. Yüzilliyin 30-cu illərindo Bakının qala hissəsindəki iki məktəbdə qadın
mollaların başçılığı altında varlı ailələrdən 25 qız oxuyurdu [3].
Məktəblərdə təhsil haqqı valideynlərin vəziyyətindən asılı olaraq, ayda 10-
20 qəpikdən 1-2 manata qədər [4], yaxud natura ilə ödənilirdi. Məktəblər heç bir
sanitar-gigiyenik tələblərə cavab vermirdi, müəyyən olunmuş proqram və təhsil
müddəti yox idi, tədris ərəb əlifbasının mənimsənilməsindən və duaların
əzbərlənməsindan başlanır, bundan sonra isə təhsilin başlıca obyekti olan ―Quran‖
tədris edilirdi. Bunun ardınca savadlı olmağın əsas əlamətlərindən hesab edilən ərəb və
fars dillərində mətnlərin oxunması başlanırdı. Fars dili ədəbi dil hesab edilir, ondan
şəxsi və işgüzar yazışmalarda da istifadə olunurdu.
Məktəblərdə ən geniş yayılmış tədris vəsaiti Sədinin ―Gülüstan‖ və ―Bustan‖
Nizaminin ―Leyli və Məcnun‖u, Hafizin ―Divan‖ı və ―Tarixi-Nadir‖ [5] (İran şahı
Nadirin döyüş qəhrəmanlıqlarını tərənnüm edən əsər), dini məzmunda müxtəlif
kitablar idi. Adları çəkilən əsərlərin dili çox qəliz olduğu üçün uşaqların onları qavra-
masında çətinlik törənirdi. Kitabların oxunmasına müəllim tərəfindən tərtib edilən fars