Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   10   11   12   13   14   15   16   17   ...   138

31 
 
ənənələri  Qarabağ  və  Şəki  xanlıqları  hüdudlarında  daha  çox  inkişaf  etmişdir.
99 
Mirzə Adıgözəl bəy Haqverdi bəy oğlu (1770-1848) dövrün tanınmış Azərbaycan 
tarixçisi olmuşdur. Onun “Qarabağnamə” əsərində (1845-ci ildə yazıya alınmışdır) 
Qarabağ xanlığının siyasi tarixi 1736-cı ildən 1828-ci ilədək izlənilmişdir. Əsərdə 
Bayat  və  Şuşa  qalalarının,  digər  memarlıq  obyektlərinin  inşa  olunması,  Pənahəli 
xanın  şəhərsalma  tədbirləri  haqqında  məlumatlar  əvəzsizdir.
100
  Mirzə  Camal 
Cavanşir Qarabağinin (1773-1853) “Qarabağ tarixi” əsəri (1847-ci ildə fars dilində 
yazılmışdır)  də  nəzərdən  keçirilən  dövrün  hadisələrini  də  özündə  əks  etdirir  və 
həmin mühitin mədəni həyatından müəyyən materiallara malikdir.
101
 Əsər müəllifi 
1797-1822-ci  illər  ərzində  Qarabağ  xanlığının  vəziri  vəzifəsini  icra  etmişdir. 
Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə 
dair” əsərində də XVIII əsrin II yarısında Qarabağın mədəni həyatının  epizodları 
öz əksini tapmışdır.
102
 Qeyd etmək lazımdır ki, Qarabağın XVIII əsr tarixi, həmin 
dövrün mədəni həyatı XIX-XX əsrlərin bir çox müəlliflərini də məşğul etmiş, onlar 
bu bölgənin tarixini, mədəni mühitini öz əsərlərində əks etdirmişlər.
103
 Kərim bəy 
Şəkixanov  Fateh  (1858-ci  ildə  vəfat  etmişdir)  “Şəki  xanlarının  müxtəsər  tarixi” 
əsərinin  (1829-cu  ildə  Azərbaycan  türkcəsində  yazılmışdır)  müəllifidir.  Şəki 
bölgəsinin tanınmış şairi, tarixçisi olmuş bu müəllif XVIII əsrin II yarısının tarixi 
hadisələrini  öz  əsərində  əks  etdirməklə  bu  dövrün  mədəniyyətinin  inkişaf  zəmini 
haqqında müəyyən təsəvvür yaratmışdır.
104
 
Azərbaycana  zaman-zaman  müxtəlif  ölkələrdən,  müxtəlif  məqsədlərlə 
“səyyahlar” gəlmiş, özlərinin qısamüddətli, uzunmüddətli, könüllü və ya könülsüz 
“səyahətlərindən”  doğmuş  təəssüratlarını  tərtib  etdikləri  gündəliklərdə,  yol  
qeydlərində, əsərlərində əks etdirmişlər. Azərbaycan XVI-XVIII əsrlərdə müxtəlif 
dövlətlərin,  bu  dövlətlərin  mənafelərini  güdən  “səyyahların”  diqqət  obyekti 
olmuşdur.  Azərbaycanın  SSRİ  tərkibində  olduğu  dövrdə  müxtəlif  məqsədlərlə 
ölkəyə  gəlmiş  (göndərilmiş-red.)  şəxslər  (xüsusilə  Rusiyadan),  “səyyahlar”, 
“biliklərə  can  atan  elm  fədailəri”  kimi  təqdim  olunurdular.  XVI-XVIII  əsrlərin 
Avropa  dövlətlərinin,  Moskva  knyazlığının  (sonralar  Rusiyanın)  Yaxın  və  Orta 
Şərqə  diplomatik,  iqtisadi,  siyasi  müdaxilə  etməsi  cəhdləri  bu  dövrün  əlamətdar 
hadisələrindən  olmuşdur.  “Səyyahlar”  məhz  bu  müdaxilə  cəhdlərinin  aparıcıları 
olmuşlar.  Lakin  qeyd  etmək  lazımdır  ki,  həmin  “səyyahların”  əsərlərində 
araşdırılan  tarixi  dövrün  Azərbaycan  mədəniyyəti  faktları  diqqəti  cəlb  edir  və 
tariximizin  tədqiqi  üçün  bu  məlumatların  əhəmiyyətinə  şübhə  etmək  olmaz. 
Vinçentso Alessandri, Orucbəy Bayat (əslən azərbaycanlıdır, sonralar xristianlığın 
katolik  məzhəbini  qəbul  etmişdir),  Antoni  Jenkinson,  Ceffri  Dekket,  Ricard 
Conson,  Tomas  Olkok,  Kristofer  Berrou,  Adam  Oleari,  Yan  Streys,  İbrahim 
Əfəndi  Peçevi,  Övliya  Çələbi,  Artemiy  Volınski  Venesiya,  İspaniya,  İngiltərə, 
Hollandiya,  Saksoniya,  Prussiya,  Osmanlı  Türkiyəsi,  Rusiya  kimi  orta  əsr 
dövlətlərinin nümayəndələri sifətilə Azərbaycanda olmuş, yol qeydləri yazmışlar. 


32 
 
XVII  əsrin  Azərbaycan  mədəniyyət  faktlarının  öyrənilməsi  üçün  Adam 
Olearinin, Övliya  Çələbinin  və  Yan Streysin qeydləri daha əhəmiyyətlidir.  Adam 
Oleari  alman  alimi  və  səyahətçisi  olmuşdur.  O,  Holştayn-Qottorp  hersoqu  III 
Fridrixin  sarayında  qulluq  edərkən  Moskva  knyazlığına  və  Səfəvilər  dövləti 
ərazisinə göndərilmiş alman elçiliyinin katibi və müşaviri idi. A.Oleari 1636-1638-
ci  illərdə  Azərbaycan  şəhərlərində  olmuşdur.  O,  “Moskoviya  və  Moskoviyadan 
keçməklə  İrana,  oradan  da  geriyə  səyahətin  təsviri”  əsərini  yazmışdır.  Onun  bu 
əsəri 1906-cı ildə Sankt-Peterburqda rus dilinə tərcümə edilib nəşr olunmuşdur.
105
 
Adam  Olearinin  Şamaxıda  dini  kompleksin  maarif  və  elmin  inkişafındakı  roluna 
dair  məlumatları  daha  əhəmiyyətlidir.  Orta  əsrlər  Azərbaycanında  maarif  işinin 
təşkili  və  elmi  biliklərin  tədrisi  prosesində  dini  idarələrin,  din  xadimlərinin  rolu 
aparıcı  olmuşdur.  Adam  Olearinin  yol  qeydləri  bu  obyektiv  həqiqəti  sübut  edən 
mühüm mənbələrdən biridir. 
Övliya  Çələbi  ibn  Dərviş  Mehmet  Zilli  1611-1682-ci  illərdə  yaşamış 
Osmanlı  siyasi  xadimidir.  O,  1646-1648-ci  illərdə  Cənubi  Qafqaza  etdiyi  ikinci 
səyahət zamanı Cənubi və Şimali Azərbaycan şəhərlərini, əyalətlərini çox diqqətlə 
öyrənmişdi. Təbiidir ki, onun qeydləri və hadisələrə yanaşma tərzi rəsmi Osmanlı 
dairələrinin  baxışını  əks  etdirir.  Övliya  Çələbinin  “Səyahətnamə”  adlı  əsəri  10 
cilddən ibarətdir. Azərbaycanla bağlı olan məlumatlar onun əsərinin ikinci cildinə 
daxildir.
106  
Övliya Cələbi XVII əsr Azərbaycan şəhərlərinin (Təbriz, Şamaxı və s.) 
mədəni potensialına dair əhəmiyyətli məlumatlar vermişdir. 
Macarıstanda  anadan olmuş, Osmanlı tarixçisi İbrahim Əfəndi Peçevinin 
“Tarix”  əsəri  1520-1640-cı  illərin  ictimai-siyasi  hadisələrinin  təsvirini  verir.
107
 
Əsərdə Təbrizin ictimai-mədəni mənzərəsinə dair məlumatlar diqqəti cəlb edir. 
Yan Streys (1630-1694) holland dənizçisi  və səyyahı idi. Səyyah Qaytaq 
hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı 
və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra “Ecazkar, olduqca 
başıbəlalı  səyahətlər”  adlı  kitab  yazmışdır.  Onun  bu  əsəri  Avropa  ölkələrində  25 
dəfədən  artıq  çap  edilmişdir.
108
  Yan  Streysin  əsərində  Dərbənd,  Şamaxı,  Ərdəbil 
şəhərlərinin  memarlıq  baxımından  vəziyyətinə,  maarifin  inkişaf  səviyyəsinə  aid 
məlumatlar  vardır.  Onun  Ərdəbildəki  Şeyx  Səfi  kompleksi  barədəki  fikirləri  də 
maraqlıdır. 
Mənşəcə azərbaycanlı olan Orucbəy Bayatın əsəri
109
 tarixi-coğrafi traktat 
səciyyəsi  daşıyır.  O,  1599-1603-cü  illər  ərzində  Səfəvi  səfirliyinin  tərkibində 
təqribən bütün Avropa ölkələrini gəzmişdi. Həmin səfərdən sonra Orucbəy Bayat 
vətənə  qayıtmamış,  İspaniya  təbəəliyinə  keçmiş,  xristianlığın  katolik  məzhəbini 
qəbul  etmişdi.  O,  əsərini  ispan  dilində  yazmış  və  ilk  dəfə  1604-cü  ildə  nəşr 
etdirmişdir. Əsər 1926-cı ildə ingilis, 1959-cu ildə fars, 1988-ci ildə isə rus dilinə 
tərcümə  olunmuşdur.
110
  Orucbəy  Bayat  XVI  əsrin  Azərbaycan  şəhərləri  (Təbriz, 
Qəzvin,  Gəncə,  Şamaxı),  onların  mədəni-ictimai  vəziyyəti  haqqında  dəyərli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə