Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   2   3   4   5   6   7   8   9   ...   138


 
çox  böyük  ehtiyac  var.  Digər  tərəfdən,  orta  əsr  Azərbaycan  mədəniyyəti  tarixinə 
yeni  baxışın  formalaşmasına  da  böyük  ehtiyac  vardır.  Milli  mədəniyyət  tarixinə 
türkçülük-azərbaycançılıq  baxımından  yanaşılması  hal-hazırda  dövrün  tələbinə 
çevrilmişdir. Tarixi həqiqət bərpa olunmalıdır. Bu baxımdan Xeyirbəy Qasımovun 
“Orta  əsrlərdə  Azərbaycan  mədəniyyəti”  adlı  monoqrafiyası  yaşadığımız  dövrdə 
qarşılaşdığımız  qlobal  zərurətdən,  həm  də  oxucu  ehtiyacından,  tələbatından 
doğmuş elmi əsər kimi qiymətləndirilə bilər. 
Tədqiqat işində orta çağların Azərbaycan mədəniyyəti Vətən tarix elmində 
ilk dəfə olaraq kompleks surətdə araşdırılır. Müəllif  bu irihəcmli və sanballı əsərdə 
bir sıra yeni müddəalar, mülahizələr irəli sürür, diqqətimizi mədəniyyət tariximizlə 
bağlı  olan  mühüm  problemlərə  yönəldir.  Əsərin  başlıca  tədqiqat  obyekti  orta 
əsrlərin  Azərbaycan  mədəniyyəti,  onun  təkamülünün  əsas  mərhələləri,  mühüm 
cəhət və xüsusiyyətləridir. Müəllifin düzgün qənaətinə görə, “bu problemin müsbət 
həlli  xalqın  öz  mədəni  irsinə  maksimal  dərəcədə  yaxınlaşmasına,  özünü 
tanımasına,  özünü  beynəlxalq  aləmə  tanıtmasına,  bu  aləmdə  layiqli  mövqe 
qazanmasına yardım edə bilər”. 
Monoqrafiyada müəllif tədqiq olunan dövrdə Azərbaycan mədəniyyətinin 
mühüm tərkib hissələrini düzgün  müəyyən etmiş,  nəzərdən keçirilən böyük tarixi 
dövrdə Azərbaycan mədəniyyətinin öyrənilməsinə  yardım edən qaynaqların geniş 
icmalını  vermiş,  mədəniyyətimizin  islamaqədərki  təkamül  tarixinə  qısaca  nəzər 
yetirmiş, orta əsr Azərbaycan mədəniyyətinin VII əsrdən sonrakı dövrünün başlıca 
mərhələlərini,  xüsusiyyətlərini  müəyyənləşdirmiş,  hər  bir  tarixi  mərhələdə 
Azərbaycan  mədəniyyətinin  inkişafına  təsir  göstərmiş    ictimai-iqtisadi,  siyasi, 
ideoloji amilləri nəzərdən keçirmiş, dərindən və ətraflı təhlil etmişdir. Vətən tarix 
elmində  ilk  dəfə  olaraq  böyük  bir  tarixi  dövrdə  Azərbaycan  mədəniyyətinin 
xronoloji  ardıcıllıqla,  inkişafda,  kompleks  surətdə  araşdırılmasına,  İntibah,  Şərq 
İntibahı  və  Azərbaycan  İntibahı  problemlərinin  müqayisəli  təhlilinə, 
avropasentrizmin  və  Şərq  sentrizminin  tənqidinə,  ümumtürk  mədəni  oyanışının 
tərkib hissəsi kimi XVI – XVII yüzilliklərdə  Azərbaycanın mədəni həyatında baş 
vermiş  İntibahın  tarixi  fakt  olduğunun  əsaslandırılmasına,  Azərbaycan  xalqının 
etnogenetik  təkamülünün  başlıca  mərhələlərinin  müəyyənləşdirilməsinə  cəhd 
göstərilməsi tədqiqat işinin başlıca elmi yenilikləridir. 
Müəllif  öz  əsərində  orta  əsrlərdə  Azərbaycan  mədəniyyətinin  tarixi  ilə 
bağlı, demək olar ki, bütün əsas mənbələri və ədəbiyyatı nəzərdən keçirmiş, onların 
tənqidi  təhlilini  vermişdir.  Xeyirbəy  Qasımov  doğru  olaraq  qeyd  edir  ki, 
tariximizin  islamaqədərki  dövründə,  xüsusilə  atəşpərəstlik  və  xristianlıq 
dövrlərində  yaradılmış  mədəni  dəyərlərin  nisbətən  zəif  öyrənilməsi,  bəzi  hallarda 
isə  bundan  imtina  olunması  ağır,  arzuolunmaz  nəticələrə  gətirib  çıxarmışdır. 
Tariximizin  xristianlıqla,  Qafqaz  Albaniyası  ilə  bağlı  olan  mədəni  dəyərlərinin, 
hətta  belə  tarixinin  ermənilər,  atəşpərəstliklə  bağlı  olmuş  dəyərlərinin  isə  fars 
şovinistləri tərəfindən “özəlləşdirilməsi” cəhdləri məhz bunun nəticəsidir. Müəllif 



 
tamamilə haqlı olaraq yazır ki, “Danılmış, “itirilmiş” mədəni irsə (xüsusilə zəngin 
olan irsə) sahib çıxmağa cəhd edənlər tez tapılır”. 
Müəllif  tədqiqat  boyunca  Azərbaycan  mədəniyyətinin  başlıca  tərkib 
hissələrinin  -  ədəbiyyat,  memarlıq,  din,  maarif,  elm,  fəlsəfə  və  s.  sahələrin  əsas 
inkişaf  cəhətləri  və  xüsusiyyətlərini  diqqət  mərkəzində  saxlayır.  Onun  tədqiqat 
prosesində  əldə  etdiyi  nəticələr  ilk  mənbələrə  əsaslanır,  irəli  sürdüyü  müddəalar 
elmidir, məntiqlidir, inandırıcıdır. 
Əlbəttə,  bir  monoqrafiya  ilə  “Orta  əsrlərdə    Azərbaycan  mədəniyyəti” 
kimi nəhəng bir problemi bütün incəlikləri ilə açmaq mümkün olan iş deyil. Lakin 
önəmli  olan  budur  ki,  Xeyirbəy  Qasımov  özünün  “Orta  əsrlərdə  Azərbaycan 
mədəniyyəti”  adlı monoqrafiyasını yeni baxışla yazmağa cəsarət göstərmişdir. Bu 
baxımdan  əsər  Vətən  tarixşünaslığında  orta  çağların  mədəniyyət  tarixi  kimi  çox 
mühüm bir elmi problemin daha  dərindən araşdırılmasına  çağırışdır. Bu çağırışın 
mahiyyəti bir gün bizim üçün çox zəruri və çox şərəflidir: Gəlin qədim və zəngin 
mədəniyyətimizə  sahib  çıxaq,  onu  qoruyaq  və  özgələrin  “özəlləşdirməsinə”  yol 
verməyək! 
“Orta  əsrlərdə  Azərbaycan  mədəniyyəti”  kitabı  qiymətli  əsərdir. 
Oxucuların  bu  tədqiqatı  maraqla  qarşılayacağına  şübhə  etmirəm.  Buna  görə  də 
Xeyirbəy Qasımovun bu kitabını çapa məsləhət görürəm. 
Elmimiz üçün xeyirli olsun! 
YAQUB MAHMUDOV 
AMEA-nın müxbir üzvü, tarix elmləri  
doktoru, professor.  
 
 
GİRİŞ 
 
Yeni əsrin başlanğıcında  da  Azərbaycan cəmiyyəti, elmi  bir sıra  mühüm 
problemlərin  həll  olunması  zərurəti  qarşısındadır.  Təqribən  son  50  il  ərzində 
Azərbaycan  tarix  elmi  xeyli  uğurlar  qazanmışdır.  Arxeoloji  və  etnoqrafik 
araşdırmalar  nəticəsində  elmi  tədqiqat  üçün  zəngin  material  toplanmış,  bir  çox 
yazılı tarixi qaynaqlar aşkar olunaraq Azərbaycan (və rus) dilinə tərcümə edilmiş, 
elmi  araşdırmaların  nəticələri  olan  əsərlər  nəşr  olunmuşdur.  Lakin  etiraf 
olunmalıdır  ki,  Azərbaycan  tarix  elminin  tədqiqat  potensialı  hələ  də  tam  surətdə 
gerçəkləşməmişdir. Azərbaycan coğrafi və iqtisadi vahiddir, müxtəlifliyə əsaslanan 
mədəni tamdır, bir-biri ilə üzvi şəkildə bağlı olan ziddiyətlərin kompleksidir. Vahid 
proses olan Azərbaycan tarixi daha dərindən, hərtərəfli öyrənilməyə möhtacdır. Bu 
əsaslı  araşdırma  olmadan  ölkəmizin  inkişaf  səviyyəsini,  onun  səciyyəvi 
xüsusiyyətlərini  və  mahiyyətini  anlamaq  mümkün  deyildir.  “Tarixi  prosesin 
dərinliklərinə  varmaq  müasir  dövrün  öyrənilməsinin  və  dərk  olunmasının  əsasını 
təşkil  edir.  Tarixin  dərslərini  başa  düşmədən  ictimai  münasibətlərin  mürəkkəb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə