Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   2   3   4   5   6   7   8   9   ...   138

10 
 
2.
 
Orta  əsr  Azərbaycan  mədəniyyətinin  VII  əsrdən  sonrakı  təkamülünün  başlıca 
mərhələləri müəyyənləşdirilmişdir; 
3.
 
Hər  bir  tarixi  mərhələnin  Azərbaycan  mədəniyyətinin  təkamülünə  təsir 
göstərmiş  ictimai-iqtisadi,  siyasi,  ideoloji  amillər  nəzərdən  keçirilmiş,  təhlil 
olunmuşdur; 
4.
 
Tədqiq  olunan  dövrün  Azərbaycan  ədəbiyyatı  və  dilinin,  memarlığının, 
maarifinin,  fəlsəfi  və  elmi  biliklərinin,  miniatür  rəssamlığının  və  xəttatlığının, 
folklorunun  və  musiqisinin,  dekorativ-tətbiqi  incəsənətinin  inkişafının  mühüm 
xüsusiyyətləri müəyyən edilmişdir. 
Tədqiqat  işinin  elmi  yeniliyi  bir  neçə  məqamı  ilə  müəyyənləşir. 
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq: 
1.
 
Böyük  bir  tarixi  dövrün  (orta  çağların)  Azərbaycan  mədəniyyətinin 
dinamikada, kompleks surətdə, xronoloji ardıcıllıqla araşdırılmasına; 
2.
 
İntibah  (Renessans),  Şərq  Renessansı  və  Azərbaycan  İntibahı  problemlərinin 
tənqidi təhlilinə, avropasentrizm və Şərq sentrizminin tənqidinə; 
3.
 
Ümumtürk  İntibahının  tərkib  hissəsi  kimi  XVI  –  XVII  əsrlərdə  Azərbaycanın 
mədəni həyatında İntibahın tarixi fakt olduğunun əsaslandırılmasına; 
4.
 
Azərbaycan  xalqının  etnogenetik  təkamülünün  başlıca  mərhələlərinin 
müəyyənləşdirilməsinə cəhd göstərilmişdir. 
Tədqiqat  gedişində  əsasən  tarixi-tipoloji  metoda,  yanaşma  tərzinə 
üstünlük  verilmişdir.  Araşdırma  zamanı  bir  sıra  ictimai  elmlər  üçün  səciyyəvi 
hesab  olunan  tədqiqat  metodlarından  da  istifadə  edilmişdir.  Müqayisəli-tarixi, 
tarixi-tipoloji,  tarixi-genetik  və  retrospektiv  metodlar  orta  çağların  Azərbaycan 
mədəniyyəti  araşdırılarkən  tətbiq  olunmuş,  tarix  elminə  xas  başlıca  metodlardır. 
Monoqrafiyanın  yazılması  prosesində  xronoloji,  konkret  təhlil  (analiz),  məntiqi 
təhlil,  problem-xronoloji,  dövrləşdirmə,  perspektiv,  sinxron,  struktur-sistem 
metodlarının müsbət cəhətlərindən də istifadə olunmuşdur. Mədəniyyət nəzəriyyəsi 
və  mədəniyyət  tarixi  sahəsində  əsasən,  xarici  ölkələrin  araşdırıcılarının  müəyyən 
uğurları da tədqiqat prosesində nəzərə alınmışdır. 
Əsərin  tədqiqat  obyekti  orta  əsrlərin  Azərbaycan  mədəniyyətidir. 
Mədəniyyətimizin  orta  əsrlərdəki  ziddiyyətli  inkişafı,  onun  xüsusiyyətləri  III 
əsrdən  əvvəlki  bütün  tarixi  təkamüllə  şərtlənmişdi  və  yeni  dövrün  (XVIII  əsrdən 
sonrakı) mədəni-tarixi inkişaf yolarını müəyyənləşdirmişdir. 
Orta  çağların  Azərbaycan  mədəniyyətinin  inkişafı  ölkə  ərazisi  ilə 
məhdudlaşmırdı. Orta əsrlərdə dövlət sərhədlərinin qeyri-sabit olması səciyyəvi hal 
idi. Azərbaycan xalqı bir çox yüzilliklər ərzində  müxtəlif xalqlarla  ümumi dövlət 
hüdudlarında  olmuş, bu isə  mədəniyyətin qarşılıqlı təsir  prosesini təmin etmişdir. 
Azərbaycan  bir  çox  hallarda  Yaxın  və  Orta  Şərqin  qüdrətli  dövlətlərinin  mərkəzi 
olmuş,  bu  gerçəklik  onun  aparıcı  mədəni  mərkəzə  çevrilməsində  həlledici  rol 
oynamışdır. Mədəni potensialın bir dövlətin ərazisindən digər dövlətin hüdudlarına 
kütləvi axını məhz orta çağlarda, xüsusilə intensiv olmuşdur. 


11 
 
III  –  XIV  yüzilliklər  ərzində  özünəməxsus  inkişaf  yolu  keçmiş 
Azərbaycan  xalqının  özgünləşməsi  və  yeniləşməsi  prosesi  məhz  XV  əsrin 
sonlarından  başlanır.  Həmin  prosesin  mühüm  təzahürləri  mədəniyyətin  bütün 
elementlərində  (ədəbiyyat  və  incəsənət,  elm,  maarif  və  s.)  aşkara  çıxmışdı.  XVI 
əsrin  I  yarısı  Azərbaycan  Səfəvilər  dövlətinin  güclü  siyasi  vahid  kimi  meydana 
gəlməsi  və  yüksəlişi  ilə  səciyyəvi  idi.  Azərbaycan  xalqının  inkişafında 
“özünəqayıdış”  (İntibah)  üçün  bu  siyasi  gerçəkliyin  böyük  əhəmiyyəti  olmuşdur. 
Bütün  Azərbaycan  ərazilərinin  vahid,  mərkəzləşdirilmiş  dövlətdə  birləşməsi 
mədəniyyətin  inkişafına  güclü  təkan  vermişdi.  Türkdilli  ədəbiyyatın,  türk  dilinin 
yüksəlişi,  türk  dövlətlərinin  Şərq  regionunda  aparıcı  mövqelərdə  olması  XVI  – 
XVII əsrlərin təsadüfi hadisəsi deyildi, Türk İntibahının təzahürü idi. Şərq mədəni 
sisteminin,  “İslam  mədəniyyəti”nin  əhəmiyyətli  dəyərlərini  daşıyan,  türk 
dünyasına  mənsub  olan  Azərbaycan  xalqı  XVI  əsrdə  qədim  irsə  “müraciət  etdi”. 
Yeni dövlət qurumlarının təşəkkülü iqtisadi münasibətlərdə baş verən canlanma ilə
mədəni-ictimai  sahədə  isə  özünəqayıdışla  müşayiət  olunurdu.  XVI  əsrdə  türk 
xalqlarının  ictimai  təfəkküründə  baş  vermiş  özünəqayıdış  prosesi  universal  bir 
hadisə  idi.  Türk  İntibahı  XVI  –  XVII  əsrlərin  tələbatından  doğmuşdu  və  bu 
prosesin gedişi çox ziddiyyətli idi. 
XVII  əsrin  əvvəllərindən  etibarən  Azərbaycan  mədəniyyətinin  inkişafı 
prosesində  Səfəvilər  dövlətinin  rolu  azaldı.  Mədəniyyətin  inkişafına  dövlət 
qayğısının  azalması  daxili  və  xarici  siyasi  çəkişmələrin  nəticəsi  idi.  XVII  əsrdə 
Azərbaycan  ədəbiyyatı,  incəsənəti,  maarifi  və  elminin  inkişafı  tələbat,  zərurət 
üzündən  daha  geniş  ictimai  zəminə  keçdi.  XVI  –  XVII  əsrlər  Azərbaycan 
mədəniyyətinin  inkişafı  prosesində  mühüm  keyfiyyət  çevrilişi  ilə  səciyyələnən 
tarixi  mərhələ  idi.  XVIII  əsrin  Azərbaycan  mədəniyyəti  müxtəlif  xanlıqların 
hüdudlarında,  əsasən  qapalı,  bir-birindən  təcrid  olunmuş  şəkildə  inkişaf  etməsi 
faktı ilə əlamətdar olmuşdur. 
Monoqrafiyada  Azərbaycan  İntibahı  probleminə  müəyyən  münasibətin 
bildirilməsi  zəruri  hesab  olunmuşdur.  Bu  problemə  yanaşma  tərzi 
formalaşdırılarkən,  dünya  elminin  həmin  məsələyə  münasibəti  qısaca  nəzərdən 
keçirilmişdir. 
Araşdırmanın  mənbə  zəmini  haqqında  monoqrafiyanın  I  fəslində  ətraflı 
şəkildə  bəhs  olunur.  Bu  fəsildə  orta  çağların  Azərbaycan  mədəniyyətinin 
öyrənilməsinə  yardım  edə  biləcək  ilkin  qaynaqların  əsas  kütləsi  nəzərdən 
keçirilmişdir. 
Tədqiqat işinin təcrübi dəyəri aşağıdakılardan ibarətdir: 
-
 
Orta  çağların  Azərbaycan  mədəniyyəti  ölkənin  III  əsrə  qədərki  ictimai-iqtisadi, 
siyasi,  etno-mədəni  təkamül  tarixinə  istinadlanmışdı.  Bu  böyük  tarixi  dövrün 
Azərbaycan  mədəniyyəti xalqımızın təkamülündə  mühüm  keyfiyyət  mərhələsi idi 
və  milli  mədəni  sistemin  sonrakı  inkişafının  əsası  olmuşdur.  Monoqrafiyada 
problemin nəzəri cəhətləri araşdırılır, bu sahədə mövcud olan kulturoloji və tarixi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə