Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   64   65   66   67   68   69   70   71   ...   138

145 
 
Yusifin  Təbriz  yaxınlığındakı  döyüşdə  əski  müttəfiqi  Sultan  Əhməd  Cəlairini 
məğlub  etməsi  və  ona  hakimiyyətin  yeni  sülaləyə  keçməsini  qanuniləşdirən 
sənədlərə  qol  çəkdirməsi  Qaraqoyunlu  dövlətinin  siyasi  tarix  səhnəsinə  çıxış 
məqamı  idi.  Yarandığı  məqamda  Qaraqoyunlu  dövlətinin  tərkibinə  Azərbaycanın 
Kür  çayından  cənubdakı  ərazisi,  Şərqi  Anadolu  vilayətləri  və  Ərəb  İraqı  daxil 
olmuşdur.  Lakin  Qaraqoyunlu  hökmdarları  (Qara  Yusif,  İsgəndər,  Cahanşah) 
böyük  dövləti  siyasi  sabitlik,  əmin-amanlıq  şəraitində  idarə  edə  bilmədilər:  Əmir 
Teymurun  varisi  Şahrux dəfələrlə  Azərbaycana  genişmiqyaslı hərbi  yürüşlər etdi. 
Qaraqoyunlu  sarayının  daxilində  baş  verən  çəkişmələrə  müdaxilə  etdi,  “atasına 
məxsus  olmuş  əraziləri”  öz  nəzarəti  altına  almağa  cəhdlər  göstərdi.  Başlıca 
diqqətini saraydaxili çəkişmələrə, Teymuri sultanı Şahruxun əməllərinə yönəltməli 
olmuş  Qara  Yusif  (1410-1420),  İsgəndər  (1422-1436)  və  Cahanşah  (1438-1467) 
sənətkarlığın,  ticarətin,  mədəniyyətin  inkişafına  lazımi  səviyyədə  nəzər  yetirmək 
imkanından məhrum olmuşdular. 
Qaraqoyunlu hökmdarı Cahanşah siyasi rəqibi Əbu Səid Teymuri üzərinə 
1458-ci  ildə  müzəffər  hərbi  yürüş  edə  bildi.  “Qaraqoyunlu  padşahı  Məşhədi  və 
Nişapuru keçərək Teymurilərin paytaxtı olan Herat şəhərinə daxil oldu. 1458-ci il 
iyunun  28-də  Cahanşah  Teymuri  …  taxtında  əyləşdi.  Xarici  dövlətlərin  elçiləri 
Herata gəlib onu salamlayır, ənam və hədiyyələrini təqdim edirdilər. Lakin həmin 
ildə  Cahanşah  Heratı  tərk  etməli  oldu”.
4
  Yeni  Teymuri  Sultanı  Əbu  Səidlə 
Cahanşah  arasında  hücum  etməmək  haqqında  müqavilə  bağlandı.  Cahanşahın 
başlıca  rəqibi  üzərindəki  hərbi  və  mənəvi  qələbəsi  Qaraqoyunlu  dövlətinin 
tənəzzülü və süqutu ərəfəsinə təsadüf etmişdi. XV əsrin 60-cı illərinin ortalarında 
Ərəb İraqı, Əcəm İraqı, Fars, Kirman vilayətləri və Cənubi Azərbaycan ərazisi bu 
dövlətin  tərkibində  olmuşdur.  Daxili  siyasi  çəkişmələr  Qaraqoyunlu  dövlətinin 
süqutu  prosesini  sürətləndirdi.  1467-ci  ilin  sonlarında  bu  dövlət  süquta  uğradı  və 
Azərbaycanın ictimai-iqtisadi, siyasi potensialı əsasında yeni  - Ağqoyunlu dövləti 
meydana çıxdı. 
XV  əsrin  əvvəllərində  Azərbaycanın  şimal  və  cənub  torpaqlarının  vahid 
dövlət  hüdudlarında  yenidən  birləşdirilməsi  üçün  əlverişli  şərait  yaranmışdı.  Bu 
tarixi  məqamda  həmin  vəzifəni  yerinə  yetirmək  qüdrəti  yalnız  Şirvanşahlar 
dövlətində var idi. Mühüm bir cəhəti qeyd etmək lazımdır ki, həmin dövrdə (XV 
yüzillikdə)  ölkənin  iqtisadi  və  mədəni  inkişaf  məsələləri  ilə  lazımi  səviyyədə 
məşğul olmaq imkanları Şirvan hökmdarlarının ixtiyarında olmuşdur. Sabit iqtisadi 
inkişaf  imkanlarından  bəhrələnən,  dövlət  ərazisində  ticarətin,  sənətkarlığın, 
şəhərlərin,  mədəniyyətin  yüksəlişini  təmin  edə  bilmiş  Şirvanşahlar  (xüsusilə  I 
İbrahim)  Azərbaycanın  Cənub ərazisini də  öz  hakimiyyətinə  tabe  etmək xəyalına 
düşdülər.

Aramsız  müharibələrdən,  feodal  çəkişmələrindən  usanmış  Cənubi 
Azərbaycan  sənətkarları,  tacirləri,  inkişaf  arzusunda  olan  kütlələr  siyasi  sabitlik 
həsrətində  idilər  və  Şeyx  İbrahimə  bu  sabitliyin  təminatçısı  kimi  yanaşırdılar. 
Təbrizdə Teymuri hakimləri olan Ömərə, Miranşaha və onun oğlu Əbubəkrə qarşı 


146 
 
üsyanın  qalxması,  məğlub  olmaq  təhlükəsi  qarşısında  qalmış  üsyançıların 
müraciəti Şirvanşah I İbrahimin Azərbaycanın Cənub torpaqlarına hərbi müdaxiləsi 
üçün əlverişli şərait yaratdı. 1406-cı ilin mayında Şirvan qoşunları müqavimətə rast 
gəlmədən Təbrizə  daxil oldular. Azərbaycan  torpaqları yenidən vahid hakimiyyət 
altında birləşdirildi, lakin Sultan Əhməd Cəlairinin və Qara Yusif Qaraqoyunlunun 
birləşmiş  qoşunlarının  Təbriz  üzərinə  hücumu  Şirvanşahı  Araz  çayının  şimalına 
qayıtmağa  vadar  etdi.  1406-cı  ilin  iyulunda  Şirvan  qoşunları  Təbrizi  tərk  etdilər. 
Cənubi  Azərbaycan  ərazisinin  Şirvanşahlar  dövlətinə  birləşdirilməsi  yolunda  ilk 
cəhd  uğursuzluqla  nəticələndi.  1410-cu  ilin  avqustunda  I  İbrahim  Sultan  Əhməd 
Cəlairi  ilə  Qara  Yusif  Qaraqoyunlu  arasında  baş  vermiş  münaqişədən  istifadə 
edərək  bu  arzusunu  gerçəkləşdirmək  üçün  növbəti  cəhd  göstərdi.  Lakin  Qara 
Yusifin əski mütəffiqini hərbi məğlubiyyətə düçar etməsi və Cənubi Azərbaycanda 
öz  dövlətini  qurması  Şirvanşahın  arzusunu  puça  çıxardı.  Yaranmış  şəraitdə 
Şirvanşah  artıq  öz  dövlətinin  siyasi  müstəqilliyini,  varlığını  qorumaq  xəyalı  ilə 
yaşamağa  başladı.  1412-ci  ilin  noyabr-dekabr  aylarında  Şirvan  və  Qaraqoyunlu 
qoşunları qoşunları arasında Kür çayı sahilində baş vermiş böyük döyüşdə Şirvan 
qoşunu  ağır  məğlubiyyətə  uğradı.  I  İbrahim,  onun  oğulları,  qardaşları,  əmirləri, 
məşhur sərkərdələri və gürcü çarı II Konstantin əsir düşdülər.
6
  Gürcü  çarı  və 300 
gürcü döyüşçüsü edam olundular. Şirvanşah isə 1413-cü ilin yazında həbsxanadan 
azad edildi və o, Şirvana qayıtdı. Şirvanşahın azad olunmasında Qara Yusifin tələb 
etdiyi  böyük  ödənci  ödəmiş  Təbriz  tacirlərinin  və  sənətkarlarının  həlledici  rolu 
vardı.  Şirvanşah  özünün  Qara  Yusifin  vassalı  olduğunu  etiraf  etmişdi.  Mənəvi 
cəhətdən  əzilmiş  I  İbrahim  1417-ci  ildə  dünyasını  dəyişdi.  Şeyx  İbrahimin 
hakimiyyəti dövründə Şirvanın bir çox yaşayış məntəqələrində müdafiə qurğuları, 
məscidlər,  karvansaralar,  ovdanlar  inşa  olunmuşdu.  “Görünür  ki,  Bakıda 
Şirvanşahlar  sarayının  tikintisinə  Şeyx  İbrahimin  hakimiyyəti  zamanında 
başlanılmışdı”.
7
  Şeyx  İbrahimin  hakimiyyəti  dövrü  şəhər  mədəniyyətinin, 
incəsənətin,  poeziyanın  intibahı  ilə  əlamətdardır.  XV  əsrin  əvvəllərindən 
Şirvanşahlar  dövlətinin  müstəqilliyi  və  çiçəklənməsi  dövrü  başlandı.  Bu  yüksəliş 
prosesi təqribən 100 il davam etdi. 
Şirvanşah  I  Xəlilullah  (1417-1465)  dövrün  hərbi-siyasi  münaqişələrində 
fəal  iştirak  etməyə  can  atmır,  ənənəvi  xarici  siyasət  xəttinə  sadiq  qalaraq 
problemlərin diplomatik üsullarla həll olunmasına çalışırdı. 
Şirvanın siyasi müstəqilliyini təmin edə bilmiş I Xəlilullah ölkədə mövcud 
olan  yaşayış  məntəqələrinin  (xüsusilə  Bakı  şəhərinin)  abadlaşdırılmasına  başçılıq 
etmiş,  Şirvanşahlar  saray  kompleksinə  daxil  olan  bir  sıra  memarlıq  obyektlərini 
tikdirmişdi.
8
  Ölkədə  ticarətin  inkişafı  qayğısına  qalan  Şirvanşah  bir  çox 
karvansaralar  və  körpülər  inşa  etdirmişdi.  Onun  hakimiyyəti  Şirvanşahlar 
dövlətinin  və  ölkədə  şəhər  həyatının  çiçəklənməsi  dövrü  idi.  Şirvanşah  Fərrux 
Yəsar (1465-1500) da ölkənin iqtisadi, mədəni, siyasi yüksəlişini təmin edən daxili 
siyasət  yeridirdi.  Azərbaycanın  Cənub  qismində  iddialı  siyasi  xadimlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə