Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   65   66   67   68   69   70   71   72   ...   138

147 
 
(Qaraqoyunlu və  Ağqoyunlu  hökmdarlarının), Ərdəbil şeyxlərinin ideoloji,  hərbi-
siyasi, diplomatik çəkişmələrə cəlb olunması Şirvanşah üçün sərfəli idi və o, həmin 
ziddiyyətlərdən maksimum dərəcədə faydalanmağa çalışırdı. Lakin əsrin sonlarına 
doğru  Ərdəbil  şeyxlərinin  siyasiləşmiş  iddiaları  Fərrux  Yəsarı  da  bərk  narahat 
etməyə başlamışdı. 
XV  əsrin  II  yarısına  doğru  Azərbaycanın  siyasi  həyatında  Ağqoyunlu 
tayfalarının rolu artmağa başladı. XIV yüzillikdə həmin tayfalar Şərqi Anadoluda, 
Qaraqoyunlu  tayfalarından  qərbdə  məskunlaşmışdılar.  Bayandur  qəbiləsi  aparıcı 
olduğuna görə Ağqoyunlular “Bayanduriyyə” adı ilə də tanınırdılar.
9
 Qara Osman 
(1394-1435)  Diyarbəkirdə  qərarlaşaraq  Ağqoyunlu  bəyliyinin  əsasını  qoyduqdan 
sonra Qaraqoyunlu dövlətinin başçıları üçün qərbdə uzunmüddətli təhlükə mənbəyi 
yarandı. Qaraqoyunlu hökmdarları Qara Yusif, İsgəndər və Cahanşah yeni dövlətin 
yaranmasına  hər  vasitə  ilə  mane  olmağa  çalışırdılar.  Osmanlı  sultanları  da  bu 
obyektiv  prosesin  qarşısında  əngəllər  yaratmağa  can  atırdılar.  Ağqoyunlu  bəyliyi 
Uzun  Həsənin  rəhbərliyi  zamanında  daha  da  möhkəmləndi.  Qaraqoyunlularla 
Ağqoyunlular  arasında  mübarizə  daha  da  kəskinləşdi.  1467-ci  ilin  10  noyabrında 
Muş düzündə rəqib qoşunlar arasında baş vermiş döyüşdə Cahanşah Qaraqoyunlu 
öldürüldü,  Qaraqoyunlu  qoşunları  ağır  məğlubiyyətə  düçar  oldu.  Qaraqoyunlular 
hərbi-siyasi  qüdrətini  bərpa  edə  bilmədilər.  Daha  bir  dövlət  (Qaraqoyunlu)  siyasi 
tarix  səhnəsini  tərk  etdi.  Cənubi  Azərbaycanı  və  Qarabağı  asanlıqla  ələ  keçirmiş 
Uzun  Həsən  yeni  (Ağqoyunlu)  dövlətin  banisi  oldu  və  1468-ci  ildə  Təbrizi  bu 
dövlətin  paytaxtı  elan  etdi.
10
  Osmanlı  dövlətinin  rəhbərləri  qonşuluqda  güclü 
Ağqoyunlu  dövlətinin  meydana  gəlməsini  narahatlıqla  qarşıladılar.  Osmanlı  və 
Ağqoyunlu  dövlətləri  arasındakı  qarşıdurmadan  Avropanın  xristian  hökmdarları 
faydalanmağa xeyli cəhdlər etdilər, Osmanlı dövlətini zəiflətməyə can atdılar, lakin 
nəzərəçarpacaq uğur qazana bilmədilər.
11
 Ağqoyunlu hökmdarı Uzun Həsən (1478-
ci  ildə  dünyasını dəyişmişdir) Şirvanşah Fərrux  Yəsarla  və Ərdəbil şeyxi Heydər 
Səfəvi  ilə  ömrünün  sonunadək  dostluq  əlaqələri  saxlamışdır.  Məhz  bu  əlaqələr 
təqribən 10 il ərzində ölkənin sabit inkişafını təmin etmişdir. Lakin Uzun Həsənin 
vəfatından  sonra  Ağqoyunlu  dövlətinin  daxili  sabitliyi  pozuldu  və  bu  hal 
bütövlükdə  Azərbaycanın  ictimai-iqtisadi,  mədəni  inkişafı  prosesinə  mənfi  təsir 
göstərdi.  Bundan  sonra  Ağqoyunlu  dövlətinin  tədricən  tənəzzülə  uğramasının 
əlamətləri  zahirə  çıxdı.  Ziyalı  hökmdar  olmuş  Sultan  Yaqubun  hakimiyyəti 
dövründə (1478-1490) ədəbiyyatın və incəsənətin inkişafına xüsusi dövlət qayğısı 
nəzərə çarpırdı. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu taxtı uğrunda gərgin 
mübarizə  XV  əsrin  sonunadək  davam  etdi,  bu  mübarizəyə  Osmanlı  sultanı  II 
Bayəzid fəal surətdə müdaxilə edərək rəqib dövləti asılı vəziyyətə salmağa çalışdı. 
“1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü”.
12
 Lakin Azərbaycanda 
hakimiyyət boşluğu uzun sürmədi. XV əsrin sonlarına doğru Səfəvi nəslindən olan 
Ərdəbil  şeyxləri  artıq  Azərbaycanda  siyasi  hakimiyyəti  ələ  keçirmək  iddiasında 
idilər. 


148 
 
XV  əsrin  ortalarında  sünnilikdən  şiə  təriqətinə  keçid  etmiş  Ərdəbil 
şeyxləri dini-ideoloji cəhətdən geniş kütlələrə yiyələndikdən sonra hərbi baxımdan 
təşkilatlanmağa  başladılar. Şamlı,  Rumlu, Ustaclı,  Təkəli, Əfşar, Qacar, Zülqədər 
tayfaları  tədricən  siyasi  hakimiyyətə  can  atan  Ərdəbil  şeyxlərinin  başlıca  hərbi 
qüvvə mənbəyinə çevrildilər. Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəyə 
Şeyx  Cüneydin  (1447-1460)  və  Şeyx  Heydərin  (1460-1488)  təriqət  rəhbərliyi 
zamanında  başlamış  Səfəvilər həm Qaraqoyunlu,  həm də  Ağqoyunlu  hakimiyyəti 
dövründə artıq Ərdəbilin külli-ixtiyar sahibi idilər. 1456-cı ildə Şeyx Cüneyd Uzun 
Həsən Ağqoyunlu ilə qohumlaşdı (onun bacısı Xədicə bəyimlə evləndi). 1460-cı və 
1488-ci  illərdə  Şeyx  Cüneyd  və  Şeyx  Heydər  Şirvanda  həlak  oldular.  Səfəvi 
Şeyxlərinin Azərbaycanda dövlət qurmaq cəhdləri boşa çıxdı. XV əsrin sonlarında 
Ağqoyunlu  dövlətinin  sürətli  tənəzzülü  Səfəvi  sülaləsinin  Azərbaycanda  siyasi 
hakimiyyətə gəlişi üçün əlverişli şərait yaratdı.
13
 
XV  əsrin  30-80-ci  illəri  Azərbaycanın  nisbətən  sabit  siyasi  inkişafı  ilə 
əlamətdar idi və bu hal şəhər həyatının müəyyən yüksəlişini təmin etmişdir. Uzun 
Həsənin  islahatı  şəhərlərin  yüksəlişini  təmin  etmiş  mühüm  rəsmi  tədbir  idi.  Bu 
əsrdə  Şirvanın  ictimai-iqtisadi,  mədəni  inkişafı  daha  çox  nəzərə  çarpırdı. 
Ümumiyyətlə, XV yüzillik (bu yüzilliyin əvvəli və sonu istisna olunmaqla) ölkədə 
şəhər həyatının canlanması, şəhərlərin ticarət və sənətkarlıq əhəmiyyətinin artması 
halları  ilə  diqqəti  cəlb  edir.  Bakı,  Şamaxı  və  Təbriz  bu  dövrdə  ölkənin  aparıcı 
ticarət-sənətkarlıq və mədəniyyət mərkəzləri olmuşlar. XV əsrin əvvəllərinə doğru 
Həştərxan  və  Bağdad  kimi  mühüm  mərkəzlərin  Əmir  Teymur  tərəfindən 
dağıdılmasından  sonra  Təbrizin  yüksəlişi  üçün  əlverişli  şərait  yaranmışdı.  Həmin 
dövrdə  Təbrizdə  olmuş  Avropa  səyyahlarının  hamısı  bu  şəhərin  əzəmətindən, 
sərvətindən, daxili və beynəlxalq ticarətdəki mühüm rolundan ətraflı şəkildə bəhs 
etmişlər.
14
  Alman  səyyahı  Yohann  Şiltberqer  qeyd  edirdi  ki,  Teymuri  hakiminin 
(səyyahın  təbirincə  “İran  kralının”)  yalnız  Təbriz  şəhərindən  əldə  etdiyi  gəlir 
həmin dövrün ən qüdrətli Avropa hökmdarlarının gəlirindən çox olmuşdur, çünki 
“bu  şəhər  böyük  ticarət  dövriyyələrinin  mərkəzidir”.
15
  Marağa,  Ərdəbil,  Gəncə, 
Xoy  şəhərləri  bu  yüzillikdə  də  iri  ticarət-sənətkarlıq  mərkəzləri  idilər.  Sultaniyyə 
şəhəri  özünün  çiçəklənmə  dövrünü  yaşamış,  bəzən  Təbrizlə  iqtisadi  rəqabət 
aparmışdır. XV əsrin əvvəllərində Teymuri hökmdarları Beyləqan şəhərinin bərpa 
olunmasına  başlamışdılar.  Beləliklə,  XV  yüzillikdə  Azərbaycan  mədəniyyətinin 
inkişaf  potensialının  gerçəkləşməsi  ölkənin  ictimai-siyasi,  iqtisadi  vəziyyətindən, 
beynəlxalq əhəmiyyətli hadisələrin axarından xeyli dərəcədə asılı idi. Həyat davam 
edir,  xalqın  yaradıcılıq  imkanları  ədəbiyyatda,  memarlıqda,  incəsənətin  digər 
sahələrində,  dekorativ-tətbiqi  sənət  növlərində  gerçəkləşir,  insanların  maddi  və 
mənəvi  (estetik)  tələbatlarını  ödəyirdi.  Azərbaycan  mədəni  həyatında  əski 
mütərəqqi  ənənələrin  yaşarılığı  təmin  olunur,  gələcək  nəsillərin  mənəvi  təkamülü 
üçün  əlverişli  zəmin  hazırlanırdı.  Azərbaycan  xalqının  etnogenetik  təkamülü 
prosesində yeni, bənzərsiz tarixi mərhələ yaşanırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə