Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   67   68   69   70   71   72   73   74   ...   138

151 
 
Ənvarın,  Seyid  Yəhya  Bakuvinin,  Yusif  Miskurinin  və  başqa  mütəffəkirlərin 
yaradıcılığında  əks  olunmuşdur.  Şah  Qasım  Ənvar  fəlsəfi  poeziyanın  gözəl 
nümunəsi  olan  “Divan”ın,  sufizmi  şərh  edən  bir  sıra  risalələrin  müəllifidir. 
“Ənisül-arifin”  (“Müdriklərin  dostu”)  adlı  fəlsəfi  səciyyəli  poeması-risaləsi  onun 
ən  məşhur  əsərlərindəndir.  Seyid  Yəhya  ibn  Bəhaəddin  Bakuvi  “Şərhe-gülşəne-
raz”  (“Sirlər  gülşəninin  şərhi”),  “Əsrar  ət-talibin”  (“Həqiqət  axtaranların  sirləri”) 
adlı fəlsəfi əsərlər yazmışdır. Onun astronomiyaya və tarixə dair əsərləri də vardır. 
Yusif  Miskuri  Seyid  Yəhya  Bakuvinin  ardıcıllarından  olmuşdur.  Filosof  ərəb 
dilində  yazılmış  “Bəyan  əl-əsrar”  (“Sirlərin  bəyanı”),  “Silsilət  ül-üyun” 
(“Eyniliklər  silsiləsi”)  adlı  fəlsəfi  əsərlərin  müəllifidir.  XV  yüzillikdə  Şeyx 
Mahmud  Şəbustərinin  “Gülşəni-raz”  əsərinə  xeyli  şərh  yazılmışdır.  “Şirazi” 
təxəllüslü şair bu əsəri Azərbaycan (türk) dilinə tərcümə etmişdi. 1478-ci ildə şair 
Əhmədi  Fəridəddin  Əttarin  “Əsrarnamə”  (“Sirlər  kitabı”)  əsərini  də  Azərbaycan 
dilinə  tərcümə  etdi.  Məntiq  elmini  inkişaf  etdirmiş  alimlər  arasında  Bədrəddin 
Seyid Əhməd Laləvi (1436-1506) və Şükrulla Şirvani xüsusilə fərqlənirdilər. 
Azərbaycanın  mədəni  həyatında  dünyəviliyə  meyl  faktları  bir  çox 
hökmdarların  fəaliyyətində  də  özünü  göstərirdi.  Məsələn,  Qaraqoyunlu  hökmdarı 
Cahanşah Həqiqi vaxtilə Fəzlullah Nəimini özünün “bələdçisi” elan etmişdi. Lakin 
o,  Təbrizdə  hürufi  üsyanı  qaldırmaq  cəhdinə  görə  Nəiminin  qızını  və  500  nəfər 
hürufilik  tərəfdarını  edam  etdirmişdi.
24
  Cahanşah  Həqiqini  əsasən  hürufiliyin 
mistikası  cəlb  edirdi.  Vaxtilə  hürufiliyin  söz  təsirinə  qapılmış,  bu  təlimin 
aludəçisinə  çevrilmiş  hökmdar-şair  ruhanilərin  düşmən  münasibətini  qazanmışdı. 
Hökmdar bu təlimin əməldə tətbiq olunmasını öz hakimiyyəti üçün təhlükə hesab 
etdiyinə  görə  hürufiləri  cəzalandırmışdı.  Yazılı  mənbələr,  epiqrafik  abidələr 
Azərbaycanın  ideoloji  və  siyasi  həyatında  əxiliyin  xüsusi  mövqelərə  malik 
olduğunu təsdiqləyir. Əxilərin ictimai həyatda fəal mövqedə olduğunu nəzərə alan 
Səfəvi  (Ərdəbil)  şeyxləri  onların  imkanlarından  da  faydalanmağa  çalışırdılar. 
Əxilərin bir çoxu Səfəvi şeyxlərinin müridləri olmuşdur. 1406-cı ildə Təbrizdə Əxi 
Qəssabın  başçılığı  ilə  Teymurilərin  əleyhinə  üsyan  baş  vermiş,  üsyançılar  şəhəri 
bir neçə ay ərzində idarə etmişdilər. Lakin əxilik tədricən ideya, siyasi və təşkilat 
baxımından  pozulma  prosesi  keçirirdi.  Vaxtilə  ictimai-siyasi  mübarizədə  ön 
mövqelərdə  olmuş  əxilər  əsrin  sonlarına  doğru  siyasi  hakimiyyət  iddiasında  olan 
qüvvələrin əlində vasitəyə çevrildilər. Mahiyyətcə bidətçi, mistik-panteist səciyyəli 
ideoloji  cərəyanların  geniş  miqyasda  yayılması  XV  əsrin  Azərbaycan  mədəni 
həyatı üçün əlamətdar hal olmuşdur. 
XV əsrin Azərbaycan ədəbiyyatı tarixində İmadəddin Nəsiminin müstəsna 
mövqeyi vardır. Nəsimi Şərq fəlsəfi fikrinin Zərdüşt, əl-Fərabi, İbn Rüşd, İbn Sina, 
Eynəlqüzzat Həmədani, Ömər Xəyyam kimi nümayəndələrinin, yunan fəlsəfəsinin 
Sokrat,  Aristotel,  Platon  kimi  simalarının  zəngin  irsini  dərindən  mənimsəmiş, 
poeziyada  mütərəqqi  fəlsəfi  ideyaların  ardıcıl  və  mübariz  təbliğatçısı  olmuşdur. 
Onun  ədəbi-bədii  baxışlarının  təşəkkülündə  aparıcı  və  həlledici  rolu  XV  əsrə 


152 
 
qədərki  Azərbaycan  ədəbiyyatı  şifahi  xalq  yaradıcılığı  nümunələri  oynamışdır. 
Nəsimi  “Seyid”  təxəllüsü  ilə  də  şeirlər  yazmışdır.  Gənc  yaşlarından  sufiliyə 
bağlanmış  Nəsiminin  1386-cı  ildə  Fəzlullah  Nəimi  ilə  görüşü  ədibin 
yaradıcılığında  əsaslı  dönüşün  yaranmasına  səbəb  olmuşdu.  Şairin  ədəbi 
yaradıcılığında  iki  böyük  mərhələ  diqqəti  cəlb  edir:  1386-cı  ilə  qədərki  inkişaf 
mərhələsi  və  ədibin  hürufiliyə  bağlanması  məqamından  başlanmış  mərhələ. 
“Nizami,  Xaqani  kimi  Nəsimi  də  öz  yaradıcılığını  zəmanənin  ən  vacib  ictimai-
siyasi  probleminə-insanpərvərlik  ideyalarının  tərənnümünə  həsr  etmişdir”.
25
 
Nəsiminin  ən  böyük  yaradıcılıq  uğuru  onun  artıq  XIV  əsrin  II  yarısından 
Azərbaycan  (türk)  dilində  poetik  örnəklər  yaratmasındadır.  Şair  sözə,  sözün 
qüdrətinə böyük əhəmiyyət verirdi: 
 
Dinləgil bu sözü ki, candır söz, 
Aliyi asiman məkandır söz. 
Şeş cəhətdən münəzzəh anlavü bax, 
Şöylə kim xaliqi - cəhandır söz… 
…Zahirü batin, əvvəlü axır, 
Aşikaravü həm nihandır söz… 
…Kafü nundan vücudə gəldi cahan, 
Əgər anlar isən, əyandır söz… 
…Aqil isən sözünü müxtəsər et
Ey Nəsimi, çü bigirandır söz.
26
 
 
Nəsiminin  sufilik,  hürufilik  ideyaları  təqribən  onun  bütün  poeziyasında 
özünü  büruzə  verir.  Aşağıdakı  beytlər  onun  ədəbi-fəlsəfi  yaradıcılığının  zirvə 
məqamı kimi qiymətləndirilə bilər: 
Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam… 
 
…Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm, 
Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam. 
 
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm mən uş, 
Gövhəri-kan mənəm mən uş, bəhrəvü kanə sığmazam. 
 
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, 
Tur ilə künfəkan mənəm, mən bu məkanə sığmazam… 
 
…Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, 
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
27
 
 


153 
 
Şairin zəngin irsinin diqqətlə  araşdırılması əsasında  belə  qənaətə  gəlmək 
olar  ki,  onun  ədəbi-bədii,  fəlsəfi  yaradıcılığında  başlıca  obyekt  insandır.  İnsanın 
mənəvi  kamilliyi  İmadəddin  Nəsiminin  çoxcəhətli,  gərgin  ədəbi-fəlsəfi 
fəaliyyətinin  ümdə  məqsədi  idi.  Məhz  buna  görə  də  Nəsiminin  irsi  əsrlərin 
dolaylarında  itib-batmamış,  zəmanəsinin  ictimai  şüurunun  formalaşmasına 
əhəmiyyətli  təsir  göstərmiş,  Şərq  və  dünya  ədəbi-fəlsəfi  fikrində  layiqli  mövqe 
qazanmışdır. 
Seyyid  Əli  ibn  Harun  ibn  Əbülqasim  Hüseyni  Təbrizi  (1356-1433) 
zəmanəsinin  ədəbi  aləmində  “Qasım”,  “Qasimi”,  “Qasimi-Ənvar”  təxəllüsləri  ilə 
tanınmışdı.  O,  Azərbaycan  ədəbi  mühitində  İmadəddin  Nəsimi  ənənələrinə  sadiq 
qalan,  bu  ənənələri  yaşadan  mütəfəkkir-şair  kimi  məşhurlaşmışdı.  Qasimi-Ənvar 
gənc  ikən  Şeyx  Sədrəddin  Ərdəbilinin  müridlərindən  olmuş,  sufi  ideyalarına 
ömrünün sonunadək sadiq qalmışdır. O, təqribən bütün ömrünü müxtəlif Yaxın və 
Orta Şərq ölkələrində keçirmiş, kamil mürşid kimi özünə  xeyli mürid toplamışdı. 
Gilan vilayəti, Qəzvin, Herat, Bəlx, Səmərqənd şəhərləri Qasimi Ənvarın yaşadığı, 
ədəbi-fəlsəfi fəaliyyət göstərdiyi, sufi təbliğatı ilə məşğul olduğu məkanlardandır. 
Şair  Heratda  olarkən  Əmir  Teymur  və  onun  oğlu  Şahrux  tərəfindən  hörmətlə 
qarşılanmış,  lakin  yerli  din  xadimlərinin  tələbi  və  Şahruxun  oğlu  Baysunqurun 
xahişi  ilə Heratı tərk edərək  Səmərqəndə  getmişdi.  Burada  o, bir  müddət  məşhur 
dövlət xadimi, alim Uluqbəyin himayəsində yaşamış, sonra isə Xorasana qayıdaraq 
Əbdürrəhman  Caminin  vətəni  olan  Cacrud  kəndində  məskən  salmış,  ömrünün 
sonunadək  burada  yaşamış,  sufi  ideyalarının  təbliği  ilə  məşğul  olmuşdur.  Qasimi 
Ənvar həmin kənddə vəfat etmiş və orada dəfn olunmuşdur.
28
 Uluqbəy onun qəbri 
üzərində  əzəmətli  türbə  tikdirdi  və  bu  abidə  elm,  fəlsəfə,  ədəbiyyat  xadimlərinin 
ziyarət obyektinə çevrildi. Şairin ədəbi irsi fars və Azərbaycan (türk) dillərindədir. 
Onun  “Ənisul-aşiqin”  (“Aşiqlərin  dostu”),  “Təvəccöhnamə”  (“Diqqət  kitabı”), 
“Sual-cəvab”,  “Risaleye-vücud”  (“Varlığa  dair  risalə”)  əsərləri  də  məlumdur. 
Qasimi  Ənvarın  külliyyatı  qəzəllərindən,  fəlsəfi  məzmunda  yazılmış 
məsnəvilərdən  ibarətdir.  Rübailərindən  birinə  nəzər  yetirməklə  onun  obyektiv 
aləmə gerçəkçi münasibətinin şahidi oluruq: 
 
Rütbədə qarınca olsaq da bu an, 
Yenə də çox işdə bizik hökmran. 
Bir ləhzə gədayıq, bir ləhzə şahıq, 
Biz öz halımıza olmuşuq heyran.
29
 
 
Cənubi  Azərbaycanın  Xoy  şəhəri  yaxınlığında  anadan  olmuş,  sonralar 
Qaraqoyunlu  hökmdarı  kimi  fəaliyyət  göstərmiş  Cahanşah  Həqiqi  (1397-1467) 
gənc  yaşlarından  musiqiyə, poeziyaya,  xüsusilə xalq ədəbiyyatına böyük  maraqla 
yanaşmışdır.  O,  Qaraqoyunlu  dövlətinin  banisi  Qara  Yusifin  üçüncü  oğlu  idi. 
Cahanşah  Həqiqinin  mütərəqqi  və  müstəqil  siyasəti  dövrün  mühafizəkar  din 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə