Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   68   69   70   71   72   73   74   75   ...   138

154 
 
xadimlərini narazı salmışdı. O, fars və Azərbaycan (türk) dillərində məsnəvi, qəzəl 
və  rübailər  yazmış,  şeirlər  divanının  müəllifi  kimi  tanınmışdı.  Təbiidir  ki, 
Cahanşah Həqiqi bir çox hallarda hökmdar kimi fəaliyyət göstərməli olmuşdur və 
bu fəaliyyət onun ədəbi yaradıcılığı ilə ziddiyyət təşkil edirdi (onun öncə sufiliyə, 
hürufilik  təliminə  bağlanmasını,  sonra  isə  hürufilərə  divan  tutmasını  xatırlamaq 
kifayətdir).  Cahanşah  Həqiqinin  qəzəllərindən  birində  onun  sufiliyə  bağlılığı 
aşkardır: 
Düşmə zəmanə fikrinin dərdi-sərü xəyalinə 
Olma həris dünyənin gəncinə, mülki malinə. 
Cənnəti-vəsli-dilbəri gəl tələb et ilahidən
Cənnətə vasil olmayan irməz anın vüsalinə.
30
 
Hökmdar-şairin  Azərbaycan  xalq  yaradıcılığına  bağlı  olduğunu  digər  bir 
qəzəlində də aydın surətdə görürük: 
Cəmalın rovzeyi-rizvan deyilmi? 
Dodağın çeşmeyi-heyvan deyilmi? 
Səqahüm rəbbihüm xəmri ləbindən, 
Bəyani-ayətü bürhan deyilmi?
31
 
Azərbaycan ədəbiyyatında doğma dilin tədricən ön mövqelərə çıxması və 
milli ədəbi dilin saflaşması prosesində Mirzə Cahanşah Həqiqinin nəzərəçarpacaq 
rolu olmuşdur. 
XV  əsrdə  İmadəddin  Nəsimi  irsinin  təsiri  ilə  əsərlər  yaratmış  şairlərdən 
biri də Azərbaycanda dünyaya gəlmiş, mükəmməl  mədrəsə təhsili almış, sonralar 
isə  Osmanlı  sultanı  Məhəmməd  (Mehmet)  Fatehin  hakimiyyəti  dövründə 
Türkiyəyə getmiş, orada İzmir şəhərində yaşamış Xəlili olmuşdur. Xəlili 1471/72-
ci ildə “Fəraqnamə” adlı məşhur əsərini bitirmişdir. Hürufilik təliminə bağlı olmuş 
bu  Azərbaycan  ədibi  bir  il  İstanbulda  yaşamış,  1485-ci  ildə  vəfat  etmişdir, 
Xəlilinin  şeirlər  divanı  və  poemaları  vardır.  Qəzəllərindən  birində  şairin  sufiliyə 
bağlılığı təsdiqlənir: 
Mən ki dərvişəm, gədayəm, padşahi-aləməm, 
Ruhi-birəngəm, əgərçi rəngə gəldim adəməm. 
Şeş cəhtlə çar ünsürdür məni faş eyləyən
Yoxsa mən gəncineyi vəhdətdə mai-mübhəməm.
32
 
 
Hamidi  də  bu  dövrdə  yaşamış  görkəmli  Azərbaycan  şairlərindən 
olmuşdur. O, vətəndə mükəmməl mədrəsə təhsili almış, 1455/56-cı ildə Türkiyəyə 
getmişdir.  Hamidinin  Azərbaycan  (türk)  və  fars  dillərində  gözəl  şeirlər  yazması 
Osmanlı  sultanı  Mehmet  (Məhəmməd)  Fatehin  diqqətini  cəlb  etmişdir.  Hamidi 
Osmanlı  sarayına  cəlb  olunmuş,  lakin  tezliklə  “fitnə-fəsad  yuvasını”  tərk  etməli 
olmuşdur.  Saraydaxili  ziddiyyətlərin  təsiri  onu  hətta  İstanbulu  tərk  etməyə  vadar 
etmişdir.  Şair  ömrünün  30  ildən  artıq  qismini  səyahətlərdə  keçirmiş,  təqribən 
1485/86-cı  ildə  İstanbulda  dünyasını  dəyişmişdir.  O,  öz  tərcümeyi-halı  ilə  bağlı 


155 
 
yazdığı uzun bir məsnəvidə dövrünün saray məmurları və ziyalılarının həyat tərzini 
də  təsvir  etmişdir.  Lirik  şeirlərindən  birində  onun  doğma  dilin  poetik 
imkanlarından necə məharətlə istifadə etdiyi aşkara çıxır: 
Necə dil səbr edə hicran içində
Necə dil qəm çəkə dövran içində? 
… Gül, ey mey, Hamidi könlün sevindir 
Ki, bəslər dərdi-eşqi can içində.
33
 
 
Onun digər bir qəzəlində də həmin cəhət nəzərə çarpır: 
Rahət olmadı dil, ey rahəti-can, sən gedəli, 
Qönçəvəş könlümə dar oldu cahan, sən gedəli. 
Sünbüli-zülfün ilə gül üzünü yad edərəm 
Gecə-gündüz qılaram ahü fəğan, sən gedəli…. 
…Dəhənin şövqi ilə Hamidiyi-suxtənin
Getdi səbri-dilü can oldu rəvan, sən gedəli.
34
 
“Varalım  ol  sənəmi-gülüzarə  yalvaralım,  bəlayi-firqət  əlindən  nigarə 
yalvaralım”
35
  demiş  Hamidi  Məhəmməd  Füzuliyə  qədər  türk  dilinin  güclü  ədəbi 
dilə çevriləcəyini öncədən görmüş, türkcənin potensial imkanlarını ustalıqla nəzərə 
çatdırmış  Azərbaycan  şairlərindən  idi.  Onun  poetik  yaradıcılığına  İmadəddin 
Nəsiminin böyük təsiri olmuşdur. 
Əfsəhəddin  Hidayətullah  (Hidayət)  XV  əsrin  sonlarınadək  Təbrizdə 
yaşamış,  Ağqoyunlu  dövlətinin  banisi  Uzun  Həsənin  (1423-1478)  oğlu  Əbülfəth 
sultan Xəlil Bahadır xanın sarayında böyük əmir rütbəsinə qədər xidmət etmiş, bir 
qədər  sonra  isə  onun  qardaşı  Sultan  Yaqubun  sarayında  yaşamış,  fəaliyyət 
göstərmişdir. Hidayətin şeirlər divanı vardır. O, zəmanəsinə görə sadə Azərbaycan 
(türk)  dilində  şeirlər  yazmışdır.  Ədibin  sözlərinin  Azərbaycan  şifahi  xalq 
ədəbiyyatından qaynaqlandığı bəllidir: 
Getmə ey gülçöhrə, tərki-əhdü peyman eyləmə, 
Gəl otur, çox qönçə kimi ağzını qan eyləmə… 
….Xətü xalı zikrin anın qoyma ağzından müdam, 
Gər müsəlmansan, Hidayət, tərki-Quran eyləmə.
36
 
Ruhani  aləmə  bağlı  olan  şair  dünyəvi  nemətlərə  bağlılığını  da  bir  çox 
şeirlərində nümayiş etdirmişdir: 
Dindirməzəm əğyarı itinlə olalı yar, 
Hər işdə ki, var adəmə yoldaş gərəkdir. 
 
Ərz eyləyəcək itlərinə halımı derlər, 
Çox başımız ağratma bizə baş gərəkdir. 
 
Yarın yüzi görgəc dəhənin istə Hidayət 
Kim, Mehdi çağı gizli olan faş gərəkdir.
37
 


156 
 
 
Şeyx  İbrahim  ibn  Məhəmməd  ibn  Şihabəddin  Gülşəni  (1427-1533) 
Bərdədə  anadan  olmuş,  gənc  ikən  Təbrizə  köçmüş,  burada  Dədə  Rövşəninin 
yaratdığı  “Xəlvətiyyə”  sufi  təriqətinin  fəal  üzvü  olmuşdur.  Ədibin  türk 
(Azərbaycan),  fars  dillərində  şeirlər  divanı  mövcuddur.  O,  bir  neçə  dərin 
məzmunlu  məsnəvilərin  müəllifidir.  Şair  Təbrizə  gələnədək  əsərlərini  “Heybəti” 
təxəllüsü  ilə  yazırdı.  O,  Təbrizdə  mürşidi  Dədə  Ömər  Rövşəninin  tövsiyəsi  ilə 
əvvəlki təxəllüsünü “Gülşəni” təxəllüsü ilə əvəz etmişdi.
38
 Rövşəni vəfat etdikdən 
sonra  Gülşəni  onun  canişini  olmuşdur.  Mövlana  Gülşəni  I  İsmayıl  Səfəvi  şahlıq 
taxtına  çıxarkən  Azərbaycanı tərk etmiş, Misirdə  yaşamış, Osmanlı  sultanı Səlim 
Misiri  (Qahirə  şəhərini)  fəth  edərkən  (1517-ci  ildə)  qalib  hökmdar  tərəfindən 
xüsusi  hörmət görmüşdür. Yeni Osmanlı sultanı Süleyman Qanuni də  ona böyük 
diqqət  və  qayğı  ilə  yanaşmışdır.  Misirdə  onun  başçılığı  ilə  10  il  ərzində  böyük 
xanəgah  inşa  olunmuşdu.  Təriqət  başçısı  olmuş  bu  şəxsin  40  min  beytdən  ibarət 
olan  “Mənəviyyül-xəfi”  (“Gizli  mənəvi  məsələlər”)  adlı  məsnəvisində
39
  bir  çox 
dini-fəlsəfi  mətləblər  nəzərdən  keçirilmişdir.  Məsnəvidə  hürufi  təliminin  təsiri 
aydın  şəkildə  nəzərə  çarpır.  Qəzəllərindən  bircə  parça  isbat  edir  ki,  Gülşəni  öz 
zəmanəsinin böyük şairlərindən olmuşdur: 
Diri ikən ölüymüş, istəyübən bulmazam, 
Çünki diri olmuyan eşq ilə duymaz bana. 
 
Canü-cəhandan keçüp istəməyən eşq ərin, 
Dirlik üçün eşq ilə canını verməz bana.
40
 
 
XV  əsrin  ortalarında  Cənubi  Azərbaycanın  Deyləmqan  (indiki  Səlmas) 
şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında 
yaşamış,  sultan  öldürüldükdən  sonra  saraydan  uzaqlaşdırılmış  Nemətulla  Kişvəri 
Dilməqani  dövrün  tanınmış  şairlərindən  biri  idi.  O,  Təbriz  ədəbi  mühitində 
formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış 
istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan 
yaratmış  özbək  şairi,  mütəfəkkiri  və  dövlət  xadimi  Əlişir  Nəvaiyə  (1441-1501) 
pənah aparmışdır. Kişvəri  Azərbaycan (türk) və  fars dillərində  “Divan”  yaratmış, 
əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Onun Əlişir Nəvaiyə həsr olunmuş 
bir sıra şeirləri vardır. Doğma dildə yazdığı qəzəllərindən birində Kişvərinin poetik 
məharətinin şahidi oluruq: 
Məndən ey naseh ki, rüsvayi-cahanam yarsız, 
Arü namus istəmə kim, aşiq olur arsız.
41
 
Azərbaycan  (türk)  ədəbi  dilinin  formalaşmasına  Nemətulla  Kişvərinin 
böyük  təsiri  olmuşdur.  Azərbaycan  şeirində  ərəb  və  fars  tərkiblərinin  azaldılması 
prosesində  bu  şairin  nəzərəçarpacaq  rolu  vardır.  Beləliklə,  Azərbaycan 
ədəbiyyatının  XV  yüzillikdəki  inkişafında  daha  çox  diqqəti  cəlb  edən  cəhət, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə