Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   69   70   71   72   73   74   75   76   ...   138

157 
 
istiqamət xalqa doğma olan dilin ədəbi prosesdə ön mövqelərə çıxması, türk dilinin 
potensialının daha sürətlə gerçəkləşməyə başlaması olmuşdur. 
Tarixi  biliklərə  maraq  bəşəriyyətin,  cəmiyyətin  əzəli  və  əbədi 
meyllərindəndir. XV  əsrdə  də  tarixi səciyyəli salnamələr, əsərlər əsasən hökmdar 
saraylarında, hökmdar sifarişi ilə, taxt-tac sahiblərinin mənafelərinə və tələblərinə 
uyğun  şəkildə  yazılırdı.  Bu  dövrdə  yaşamış  tarixçi  və  coğrafiyaşünas  Əbdürrəşid 
ibn  Salih  ibn  Nuri  əl-Bakuvi  “Kitab  təlxis  əl-asar  və  əcaib  əl-malik  əl-qəhhar” 
(“Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri”) adlı əsərin (ərəb dilində) 
müəllifidir.  Əsər  1403/1404-cü  ildə  yazılmışdır.  Bu  coğrafi  əsər  yazılarkən 
Zəkəriyyə Qəzvininin “Ölkələrdəki abidələr və Allah bəndələri haqqında xəbərlər” 
(1275)  əsəri  əsas  götürülmüşdür.  Lakin  müəllif  istinadlandığı  əsərdə  ixtisarlar, 
əlavə  və  düzəlişlər  etməyi  də  “unutmamışdır”.  Əsərdə  müxtəlif  tarixi  abidələr, 
Azərbaycanın bir sıra şəhərləri haqqında məlumatlar da vardır. 
Bu  dövrdə  Ağqoyunlu  hökmdarı  Sultan  Yaqubun  sarayında  Əbubəkr 
Tihrani, İdris Bidlisi, Fəzlullah Ruzbihan Xunəci (Xunci) kimi tarixçilər fəaliyyət 
göstərmişlər. 
Əbubəkr ət-Tihrani əl-İsfahani İran tarixçisi olsa da, Azərbaycan tarixinə 
daha  çox  xidmət  etmiş  şəxs  kimi  tanınmışdır.  O,  Qaraqoyunlu  hökmdarı 
Cahanşahla Teymuri sultanı Əbu Səid arasında bağlanmış sülh müqaviləsinin, bir 
sıra  dövlət  sənədlərinin,  dövlətlərarası  yazışmaların  (“məktubların”)  mətnlərinin 
müəllifi olmuşdur. Əbubəkr Tihrani Ağqoyunlu dövlətinin banisi Uzun Həsənə də 
xidmət  etmişdir.  Tarixçi  bir  müddət  Uzun  Həsənin  sarayında  münşi  (“katib”) 
vəzifəsində  çalışmış  və  bu  hökmdarın  göstərişilə  “Kitabi-Diyarbəkriyyə”  əsərini 
yazmışdır.  Əsərdə  Uzun  Həsənin  səltənəti,  Qaraqoyunlular,  Teymurilər  və  s. 
haqqında  məlumatlar  vardır.  Ağqoyunluların  mənşəyi,  Ağqoyunlu  dövlətinin 
təşəkkülü  barədə  ən  səhih  məlumatlar  verən
42
  “Kitabi-Diyarbəkriyyə”  XV 
yüzillikdə  yazılmış  dəyərli  əsərlərdəndir.  Kürd  mənşəli  İdris  Bidlisinin  də 
ümumtürk,  Azərbaycan  tarix  elminə  xidmət  etdiyi  şübhəsizdir.  O,  fars  dilində, 
nəzmlə  “Həşt  behişt”  (“Səkkiz  cənnət”)  adlı  əsərini  ilk  səkkiz  Osmanlı  sultanına 
həsr  etmişdir.  Ağqoyunlu  hökmdarı  Sultan  Yaqubun  yanında  məmur  olmuş  İdris 
Bidlisi  sonralar  Osmanlı  sultanı  Səlimin  tərəfinə  keçmişdi.  O,  bir  çox  hallarda 
siyasi  iddiası  olan  kürd  dairələrinin  deyil,  Osmanlı  imperiyasının  mənafelərini 
qızğınlıqla  müdafiə  edirdi.  Ağqoyunlu  sultanı  Yaqubun  sarayında  xidmət  etmiş 
tarixçilərdən  biri  də  Fəzlullah  Ruzbihan  Xunəci  (Xunci)  idi.  Ümumiyyətlə,  “son 
zamanlaradək  elm  xüsusi  olaraq  Qaraqoyunlu  və  Ağqoyunlu  sülaləsinin 
hakimiyyətinə həsr olunmuş sülalə salnaməsinə malik deyildi… Bu cür salnamələr 
çox  azdır  və  nisbətən  yaxın  zamanlarda  aşkara  çıxarılmışdır.  Biz  Əbubəkr 
Tihraninin  “Kitabi-Diyarbəkriyyə”  və  Fəzlullah  ibn  Ruzbihan  Xunəcinin  “Tarixi-
aləm-arayi  Amini”  əsərlərini  nəzərdə  tuturuq,  özü  də  Fəzlullahın  əsəri  zamanca 
Əbubəkr  Tihraninin  əsərinin  bilavasitə  davamıdır”.
43
  Əsərdə  Sultan  Yaqubun 
hakimiyyəti dövründə baş vermiş müxtəlif səciyyəli hadisələr öz əksini tapmışdır. 


158 
 
Fəzlullah  Ruzbihan  Xunəci  (Xunci)  Səfəvi  nəslindən  olan  Ərdəbil  şeyxlərinin 
fəaliyyətinə xeyli diqqət yetirmişdir. Lakin müəllifin Ərdəbil şeyxlərinə münasibəti 
mənfiliyi  və  kəskinliyi  ilə  fərqlənir.
44
  Buna  baxmayaraq,  əsərdə  Səfəvi  qızılbaş 
hərəkatının  ilk  mərhələləri,  Şah  I  İsmayılın  əcdadları,  Şeyx  Cüneydin  və  Şeyx 
Heydərin  hərbi-siyasi  fəaliyyəti,  xüsusilə  Səfəvi  sülaləsinin  uzaq  əcdadlarının 
etiqadı,  onların  İslamın  sünni  məzhəbinə  mənsubluğu  haqqında  ən  nadir 
məlumatlar  verilməsi  onun  əhəmiyyətini  artırır.  Beləliklə,  XV  əsrdə  yazılmış 
salnamə  səciyyəli  əsərlər  dövrün  ictimai-siyasi,  ideoloji  mənzərəsini  müəyyən 
dərəcədə əks etdirir və ilkin qaynaqlar kimi çox dəyərlidir. 
Xəttatlıq  (kalliqrafiya)  və  miniatür  rəssamlığı  bu  dövrün  Azərbaycan 
mədəni  həyatının  diqqəti  cəlb  edən  sahələrindən  olmuşdur.  XV  əsrdə 
Şirvanşahların, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının saray kitabxanalarında 
elmi,  bədii,  fəlsəfi,  dini,  tarixi  məzmunlu  əsərlərin  üzü  köçürülür,  əlyazmalarına 
miniatürlər çəkilirdi. Bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində Mirəli Təbrizi, 
Mirabdulla Təbrizi, Süleyman Əli Yaqubi, Nizaməddin Əli Ərdəbili, Cəfər Təbrizi, 
Əzhər Təbrizi, Əbdürrəhim əl-Yaqubi kimi  mahir xəttatlar  fəaliyyət göstərmişlər. 
Məlumdur  ku,  Ağqoyunlu  sultanı  Uzun  Həsənin  “Əməleye-ketabxaneye-
hümayun” kitabxanasında 58 mahir xəttat və miniatürçü rəssam çalışmışdır.
45
 Orta 
çağların  saray  kitabxanaları  yalnız  kitabların  mühafizə  olunduğu, istifadə  edildiyi 
mədəni  məkan  deyildi.  Həmin  kitabxanalar  eyni  zamanda  kitabların  ustalıqla, 
məharətlə  hazırlandığı  emalatxanalar  idi.  Azərbaycan  xəttatları  ərəb  qrafikası 
əsasında  yazı  örnəkləri  yaratmaqla  yanaşı  həmin  qrafikanın  təkmilləşdirilməsi 
sahəsində də xeyli uğurlar qazanmışdılar. Məsələn, xəttat Mirəli Təbrizi “nəstəliq” 
xəttinin  yaradıcısı  kimi  tanınmışdı.  Mahir  Azərbaycan  xəttatlarının  çoxusunun 
Təbriz  şəhərindən  olması  sübut  edir  ki,  bu  şəhər  nəinki  ölkənin,  habelə  İslam 
Şərqinin  aparıcı  kalliqrafiya  ocaqlarındandır.  Xeyli  Azərbaycan  xəttatı  Yaxın  və 
Orta  Şərqin  müxtəlif  hökmdarlarının  saraylarında  çalışır,  fəaliyyət  göstərdikləri 
məkanda xəttatlığın inkişaf istiqamətlərinə əhəmiyyətli təsir göstərirdi. Təbiidir ki, 
xəttatların  əksəriyyəti  doğma  vətəndə  fəaliyyət  göstərirdi.  Cəfər  Təbrizi 
Ağqoyunlu Baysunqurun saray kitabxanasına uzun müddət başçılıq etmişdi. Həmin 
kitabxanada  45  xəttat  çalışırdı.  Dövrün  bir  çox  mənbələrində  “Sultani-Adil” 
(“Ədalətli Sultan”) kimi xatırlanan Uzun Həsən Ağqoyunlu müxtəlif (xüsusilə dini 
və  tarixi)  məzmunlu  əsərlərin  Azərbaycan  (türk)  dilinə  tərcümə  olunaraq  nəfis 
şəkildə  tərtib  edilməsinə  çalışırdı.  O,  hər  cümə  günü  İslam  ilahiyyatçılarını  öz 
yanına  toplayır,  dini  mövzularda  müzakirələr  təşkil  edirdi.  Mənbələrdən  məlum 
olur ki, Uzun Həsənin göstərişi ilə Qurani-Kərim ilk dəfə türk (Azərbaycan) dilinə 
tərcümə  edilmiş  və  onun  hüzurunda  oxunmuşdu.
46
  Bu  zaman  ölkədə  xəttatlığın 
tərəqqisi elmin inkişafı, kitaba olan ehtiyacın artması ilə bağlı idi. 
Xəttatla  miniatürçü  rəssamın  birgə  fəaliyyəti  bu  dövrdə  də  Azərbaycan 
mədəni  mühitinin  əlamətdar  hallarından  olmuşdur.  Azərbaycanda  mövcud  olan 
Şirvan  və  Təbriz  miniatür  məktəblərində  xeyli  rəssam  çalışırdı.  Təbiidir  ki,  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə